Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri



Yüklə 0,68 Mb.
səhifə22/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   25
Betonlar

1.2. Yüngül betonların xassələri

Möhkəmlik. Yüngül betonun əsas göstəricisi onun möh­kəm­liyidir. Bir sıra hallarda yüngül betonda işlədilən məsaməli dol­durucuların möhkəmliyi betonun tələb olunan möh­kəm­li­yin­dən az olur. Buna görə yüngül betonun möhkəmliyi sementin ak­tiv­liyindən və su-sement nisbətindən başqa doldurucuların möh­kəm­liyindən də asılıdır.


Yüngül betonun möhkəmliyi, başlıca olaraq, sərf edilən se­men­tin miqdarından asılıdır. Sementin miqdarı artırıldıqca be­to­nun möhkəmliyi, eləcə də sıxlığı artır. Nəzərdə tutmaq lazımdır ki, tələb olunan möhkəmlikli beton almaqda yüngül doldurucuların möhkəmliyi sementin sərfinə çox təsir edir. Yüngül doldurucuların möhkəmliyi betonun tələb olunan möhkəmliyindən az olmama­lı­dır. Bu şərtə əməl edildikdə sement qənaətlə sərf edilmiş olur. Yüngül betonların sıxılmada möhkəmlik həddinə görə aşa­ğıdakı markaları vardır: M 35; M 50; M 75; M 100; M 150; M 200; M 250; M 300; M 350; M 400; M 450 və M 500. İstilik-izolyasiya yüngül betonlarının markaları: M 5; M 10; M 15 və M 25-dir.
Yüngül betonun möhkəmliyinin əsas göstəricisi, onun sıxılmada möhkəmlik həddinə (MPa ilə) görə müəyyən edilmiş sinfidir: B 2; B 2,5; B 3,5; B 5; B 7,5; B 10; B 12,5; B 15; B 17,5 B 20; B 22,5; B 25; B 30 və B 40. Bunlardan başqa istilik-izolyasiya yüngül betonları üçün aşağıdakı siniflər də müəyyən edilmişdir: B 0,35; B 0,75 və B 1.
Sıxlıq. Möhkəmliklə bərabər yüngül betonun mühüm xarak­teristikalarından biri onun quru halda sıxlığıdır. Bu göstəri­ci­yə görə yüngül betonların markaları (kq/m3 ilə): D 200; D 300; D 400; D 500; D 600; D 700; D 800; D 900; D 1000; D 1100; D 1200; D 1300; D 1400; D 1500; D 1600; D 1700; D 1800; D 1900 və D 2000-dir.
İstilikkeçirmə. Yüngül betonların istilikkeçirməsi, əsasən, sıxlıqdan və nəmlikdən asılıdır. Betonun nəmliyi 1% artdıqda onun istilikkeçirməsi 0,0160,035 Vt/(m.0C) qədər artır. Yüngül be­to­nun istilikkeçirməsindən asılı olaraq xarici divarın qalınlığı 20 sm-dən 40 sm-ə qədər dəyişə bilər.
Şaxtayadavamlılıq. Yüngül betondan hazırlanmış xarici ha­sarlayıcı konstruksiyalar dövri olaraq donma və donuaçılma, nəm­lənmə və quruma təsirlərinə məruz qalır. Buna görə xarici kon­struksiyalarda, binaların damında və eləcə də körpü və hid­ro­tex­niki qurğularda tətbiq edilən yüngül betonlar müəyyən də­rə­cə­də şaxtayadavamlı olmalıdır. Şaxtayadavamlılığa görə yüngül betonların markaları: F 25; F 35; F 50; F 75; F 100; F 150; F 200; F 250; F 300; F 400 və F 500-dür. Xarici konstruksiyalarda işlədi­lən yüngül betonların şaxtayadavamlılığa görə markası F 25-dən az olmamalıdır.
Sukeçirməzlik. Sıx konstruktiv yüngül betonların suke­çir­məzliyi yüksək ola bilər. Sement sərfi 300350 kq/m3 olan ke­ram­zit-beton , hətta 2 MPa təzyiq altında belə suyu keçirmir. Mə­sa­məli dolduruculu yüngül betonun sukeçirməzliyinə görə mar­ka­la­rı: W 2; W 4; W 6; W 8; W 10 və W 12-dir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin