Mühazirəçi: Magistr M. A. Babayeva MÜhaziRƏNİn plani adi beton və onun xassələri


Cədvəl 6.4. Betonun markası ilə sinfi arasındaki əlaqə



Yüklə 0,68 Mb.
səhifə11/25
tarix15.04.2023
ölçüsü0,68 Mb.
#98699
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
Betonlar

Cədvəl 6.4. Betonun markası ilə sinfi arasındaki əlaqə



Betonun möhkəmliyə görə sinfi

Sinfin orta möhkəmliyi,
MPa

Betonun markası

Betonun möhkəmliyə görə sinfi

Sinfin orta möhkəmliyi, MPa

Betonun markası

B 1



M 15

B 27,5

36,0

M 350

B 1,5



M 25

B 30

39,3

M 400

B 2



M 25

B 35

45,8

M 450

B 2,5

3,3

M 35

B 40

52,4

M 500

B 3,5

4,6

M 50

B 45

58,9

M 600

B 5

6,5

M 75

B 50

65,5

M 700

B 7,5

9,8

M 100

B 55

72,0

M 700

B 10

13,1

M 150

B 60

78,6

M 800

B 12,5

16,4

M 150

B 65

85,2

M 900

B 15

19,6

M 200

B 70

91,7

M 900

B 20

26,2

M 250

B 75

93,2

M 1000

B 22,5

29,5

M 300

B 80

104,8

M 1000

B25

32,7

M 350










Yığışma və şişmə. Bərkimə prosesində betonda həcmi də­yi­şikliklər baş verir. Beton havada bərkidikdə (yığışmayan və ge­niş­lənən sementlərdən hazırlanan betonlardan başqa) onun həcmi aza­lır, yəni yığışır. Beton suda bərkidikdə əvvəlcə onun həc­mi bir qə­dər artır.


Portlandsementdən hazırlanan betonun yığışması klinkerin mi­neral tərkibindən və sementin üyüdülmə narınlığından asılıdır. Narınlıq artdıqca yığışma da artır.
Sıxlıq. Betonun sıxlığı onun digər xassələrinə əhəmiyyətli də­rəcədə təsir edir. Bərkiməmiş beton qarışığının sıxlığını bərkimiş betonun sıxlığından fərqləndirmək lazımdır. Beton qarışığı düzgün seçilərsə və qəlibdə sıx yerləşdirilərsə, onda mütləq sıxlıq əldə et­mək olar. Belə beton qarışığının sıxlığı nəzəri surətdə hesablanmış sıxlıqla  materialların mütləq həcmləri cəminə əsasən hesablan­mış sıxlıqla tam düzgün gəlir (əgər beton qarışığında cəlb edilmiş ha­va yoxdursa).
Sukeçirməzlik. Betonun sukeçirməzliyi onun sıx­lı­ğın­­­dan və quruluşundan asılıdır. Xırdaməsaməli quruluşlu və bi­r­cins­li tər­kib­li, yaxşı sıxlaşdırılmış və bərkimiş beton lazımi qa­lın­lıq­da ol­duq­da, praktiki olaraq su keçirməyəndir. Nazik beton kon­struk­si­ya­ların sukeçirməzliyini təmin etmək üçün ona xüsusi hid­rofob maddələr (serezit, mılonaft və s.) əlavə edilir. Bu tədbir ki­fayət etmədikdə betonun üzərinə bitum sürtülür və ya sıx suvaq çə­kilir.
Sukeçirməzliyinə görə betonun altı markası vardır: W 2, W 4, W 6, W 8, W 10 və W 12. Markalardakı rəqəmlər beton nümu­nə­lə­rinə uyğun olaraq 0,2; 0,4; 0,6; 0,8; 1,0 və 1,2 MPa təzyiq altında su­keçirmədiyini göstərir.
Beton konstruksiyaları qazkeçirməyən etmək üçün onu daim isladaraq su ilə doymuş halda saxlamaq lazımdır. Bu məq­səd­lə betonun üzünü plastik kütlələrdən hazırlanan xüsusi pər­də­lər­lə örtmək olar.
Şaxtayadavamlılıq. Su ilə doymuş 28 günlük beton nü­mu­nələrin möhkəmliyinin 25%-dən və kütləsinin 5%-dən çoxunu azalt­madan ən çox donma və donuaçılmaya davam gətirməsi be­to­nun şaxtayadavamlılığını xarakterizə edir.
Şaxtayadavamlılıq hidrotexniki qurğuların, yol ör­tük­lə­ri­nin, körpü dayaqlarının və digər bu cür konstruksiyaların be­tonu­na qarşı qoyulan əsas tələblərdən biridir. Betonun şaxtayada­vam­lı­lı­ğı onun quruluşundan asılıdır. Xırda məsamələrə (ölçüsü 10-5 sm-dən kiçik) su keçmir. Bu cür məsamələrdə bağlı (rabitəli) su olur və həmin su hətta –70 0C temperaturda belə donmur.
Şaxtayadavamlı beton almaq üçün şaxtayadavamlı dol­du­ru­cular işlədilməli, su-sement nisbəti azaldılmalı, bərkidikdə çoxlu su birləşdirən və beləliklə, sıx sement daşı əmələ gətirən yüksək mar­kalı portlandsement yaxud alüminat sementi işlədilməlidir.
Betonun şaxtayadavamlılığına görə markası iqlim şərai­tin­dən asılı olaraq müəyyən edilir. Dəfələrlə donma və donuaçılma tə­sirlərinə məruz qalan və daim nəmlənən konstruksiyalar üçün şax­tayadavamlılığa görə aşağıdakı markalar müəyyən edilmişdir: F 50, F 75, F 100, F 150, F 200, F 300, F 400 və F 500.
Odadayanıqlılıq. Beton odadayanıqlı materialdır. Buna gö­­rə də o, yanğın zamanı yüksək temperatura davam gətirir. Be­to­nun odadayanıqlılığı onu sənaye sobalarının tüstü borularında, bü­­­növrələrində istifadə etməyə imkan verir.
Betonun odadayanıqlılığı istifadə edilən sementin və dol­du­rucuların növündən asılıdır. Betona 600 0C-dən yüksək tem­pe­ra­tur təsir etdikdə, tərkibində kvars olan (qumdaşı, kvarsit, qranit) dol­durucular işlətmək olmaz, çünki yüksək temperaturun tə­si­rin­dən kvarsın həcmi 1,5% artdığından betonda çatlar əmələ gəlir.
900 0C-yə qədər temperatur təsir edən hallarda betonlarda dol­durucu olaraq əhəngdaşı işlədilə bilər.
Uzun müddət 250 0C-dən yüksək temperaturun təsiri al­tın­da olacaq konstruksiyaların tikintisində xüsusi odadavamlı beton iş­lədilməlidir.
Betonun korroziyası və mühafizə tədbirləri. Su kəməri və ka­nalizasiya sistemlərinin beton qurğularında, bir sıra hallarda, ma­ye və qazların təsiri altında beton dağıla bilər. Betonun kor­ro­zi­ya­sı, başlıca olaraq, sement daşının dağılması nəticəsində baş ve­rir, doldurucuları isə qabaqcadan korroziyaya davamlı seçmək müm­kündür. Korroziya, aqressiv suların betonun içərisinə keç­mə­si nəticəsində meydana çıxır. Aqressiv sular betondan süzüldükcə kor­roziya daha da güclənir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin