Beton tərkibini hesablamaqda əsas məqsəd ən az miqdar sement sərf etmək şərti ilə tələb olunan möhkəmlikli və axarlıqlı beton almaqdan ibarətdir.
Beton qarışığının tərkibi iki cür ifadə oluna bilər:
1. Sement, qum və çınqılın (yaxud qırmadaşın) miqdarları arasındakı nisbət kütləyə görə (çox az hallarda həcmə görə) göstərilir, su-sement nisbəti və sementin aktivliyi ayrıca qeyd edilir. Sementin miqdarı vahid qəbul edilir və tərkib hissələri arasındakı nisbət ümumi halda 1: x: y şəklində ifadə olunur. Su/sem və Rsem - in qiymətləri ayrıca göstərilir. Məsələn, betonun kütləyə görə tərkibi 1: 2: 4, su/sem = 0,6 və Rsem = 40 MPa.
2. Böyük tikintilərdə və beton zavodlarında betonun tərkibi kütləyə görə hissələrə bölünür, yəni 1m3 beton qarışığına sərf olunan materialların miqdarı kq ilə göstərilir: sement = 280 kq, qum = 700 kq, çınqıl (qırmadaş) = 1250 kq, su = 170 l. Cəmi: 2400 kq.
Quru materiallar üçün hesablanan beton tərkibinə nominal (laboratoriya) tərkib, təbii nəmlikli materiallar üçün hesablanan beton tərkibinə isə istehsalat tərkibi deyilir. Beton tərkibini hesablamaq üçün aşağıda göstərilənlər məlum olmalıdır: betonun markası (Rb); sementin aktivliyi (Rsem); beton qarışığının axarlığı yaxud bərkliyi; istifadə olunan materialların həqiqi () və tökmə (t) sıxlıqları; qumun irilik modulu (Mi); iri doldurucunun boşluğu (vb) və ən böyük iriliyi (D).
Betonun tərkibi aşağıda göstərilən ardıcıllıqla hesablanır.
Sement-su nisbətinin təyini. Sem/su 2,5 olan betonlar üçün
Sem/su 2,5 olan betonlar üçün
düsturları vasitəsilə hesablanır.
Suyun miqdarının təyini. Beton qarışığına sərf olunan suyun miqdarı doldurucuların növündən və beton qarışığının axarlığından (yaxud bərkliyindən) asılı olaraq cədvəl 6.5-dən götürülür.