Titrəmənin ümumi səviyyəsi ГОСТ 12.1.012-78 «İş yerlərində titrəmə sanitar
norması» tələblərinə uyğun gözlənilməlidir.
Titrəmənin sürət həddi
Tezlik
diapazonu, Hs
Titrəmənin sürəti, sm/s
Yerin titrəmə zamanı
səthdə işçi ilə kontakda
Ümumi işçi
sahəsi titrədikdə
11—22
5
0,35
22—45
3,5
0,35
45—90
2,5
0,35
90—180
1,8
0,27
180—335
1,2
0,22
Səs-küy səviyyəsi və titrəmə sürəti göstərilən normalardan çox olarsa, mütləq
bu göstəriciləri aşağı salmaq tədbirləri həyata keçirilir. Otaqlarda, qəlibləmə
məntəqəsində, titrədici maşını da izolyasiya edilir və eyni zaman işçilərin fərdi
mühafizəsi təşkil edilir.
Cari iş yerlərində titrəməni aşağı salmaq üçün aşağıdakı tədbirlər qəbul edilir:
titrədici meydança massiv bünövrə üzrə yerləşdirilir və ümumi bünövrəsi
döşəmədən perimetri boyu elastik altlıqlarla izolyasiya edilir; titrədici avadanlıqları
ya yay, ya da rezin titrədici izolyasiya üzərində yerləşdirilir; iş yerlərində elastik
altlıqlar üzərində platforma quraşdırılır; nəzarət kabinələri, idarə pultu qəlibləmə
məntəqəsində yerləşdirilir və titrəmədən izolə edilir; beton qarışığının
sıxlaşdırılması zamanı qəlib mütləq titrədici meydançaya və ya zərbəli stola
bərkidilir.
İşçinin fərdi mühafizəsi məqsədilə işə xüsusi ayaqqabı (qalın rezin altlıqlı),
əlcəklər (içində penoplast içlik olan) və səs-küy əleyhinə qulaqçıqlar (antifonlar)
istifadə edilir.
Dostları ilə paylaş: