Havanın temperaturu, nisbi nəmliyi və axını iş sahələrində ГОСТ 12.1.005-76
uyğun müəyyənləşdirilmiş həddə olmalıdır.
Qəlibləmə sexində avadanlıqlar (titrədici
meydança,
beton paylayan, kasset
qurğusu) ГОСТ 12.2.098-84 tələblərinə uyğun distansion idarə pultu ilə idarə edilir.
Əsas istehsal və köməkçi sexlərin və eyni zamanda müəssisə ərazisinin təbii və
süni işıqlandırılması İN və Q-II-4-70 «Təbii və süni işıqlandırma» və «Müəssisələrin
elektro-işıqlandırma, layihələndirilmə göstəriciləri»
tədbirlərinə uyğun həyata
keçirilməlidir.
Erqonomik tələblər və iş yerlərinin təşkili ГОСТ 12.2.002-78, ГОСТ 12.2.003-
78, idarəetmə pultuna tələbat ГОСТ 23000-78 uyğun həyata keçirilir.
Dostları ilə paylaş: