Ətraf mühitin mühafizəsi tədbirləri. Yığma dəmir-beton müəssisələrində ətraf
mühitin mühafizəsi aşağıdakı tədbirlərlə həyata keçirilir:
«Yaşayış sahəsinin atmosfer havasındakı zərərli maddələrin buraxıla bilən
konsentrasiya həddi» normalarına uyğun olaraq ətraf mühit havasında zərərli
maddələrin miqdarı tənzimlənməlidir;
Sanitar-məişət məqsədləri üçün istifadə edilən su hövzələrinin buraxıla bilən
konsentrasiya həddi tənzimlənməli;
Təsərrüfat-içməli, mədəni-məişət su obyektlərindəki suda zərərli maddələrin
təxmini təhlükəsizlik səviyyəsində sudan istifadə edilməli;
Sex və bağlı otaqların (betonqarışdırıcı sex, sement anbarı, faktur tərkibi
hazırlayan bölmə və s.) texnoloji sistemlərindən (sementin pnevmatik nəqli və s.) və
asperasiya sistemlərindən atmosferə çıxan hava sement tozundan 99%-dən az
olmamaq şərti ilə təmizlənməlidir;
Texnoloji avadanlıqları yumaq üçün və digər məqsədlər üçün istifadə edilən su
(sement hissəçiklərinin təmizlənməsi, sürtgü yağı, emulsiya və s.) lazımınca
qurğularda təmizlənməlidir ki, təkrar texniki ehtiyaclarını ödəsin.
Dəmir-beton məmulatları istehsal müəssisələrində ərazinin digər sanitar
təmizlik üsulları müəyyən edilir, istehsalat üçün yararsız olan tullantıların
boşaldılması üçün sahə ayrılır. Dəmir-beton müəssisələrində atmosfer üçün zərərli
sayılan tullantılara metal tozu, quru toz, karbon oksidi, kükürd, marqans və s. aiddir.
Atmosferi zərərli tullantılardan qorumaq üçün sexlərdə filtirli ventilyasiya sistemi,
toz udan və s. qurğular quraşdırılır.
İşçi zonada atmosfer havasının zərərli maddələrdən təmizlənməsi, buraxıla
bilən konsentrasiya həddi normasına cədvələ əsasən həyata keçirilir.
Yaşayış məntəqələrinin atmosfer havasında bəzi zərərli
maddələrin buraxıla bilən konsentrasiya həddləri
Adı
Buraxıla bilən konsentrasiya hədləri,
mq/m
3
Maksimal-birdəfəlik
Orta-günlük
Zəhərsiz toz hissəcikləri
0,5
0,15
His
0,15
0,05
Kükürd-anhidridi
0,5
0,05
Karbon oksidi
3
1
Azot 2 oksid
0,085
0,085
Dostları ilə paylaş: |