Təlimin priyomları
Təlim fəaliyyəti priyomları praktik tədris tapşırıqlarının ye-rinə yetirilməsinə və nəzəri biliklərin mənimsənilməsinə yönəlmək-lə iki qrupa ayrılır: praktik fəaliyyət priyomları və nəzəri fəaliyyət priyomları. Praktik fəaliyyət priyomları da həmişə nəzəri fəaliyyət priyomlarına əsaslanır. Nəzəri fəaliyyət priyomları daxili planda ye-rinə yetirilir. Onu təhlil və idarə etmək xeyli dərəcədə çətin olur, praktik priyomların əyani şəkildə həyata keçirilmə ardıcıllığını gör-mək mümkün olduğundan, onu idarə etmək nisbətən asandır.
Təlim fəaliyyətinin priyomları həmin prosesdə əldə olunur və inkişaf edr. Bu, təlim prosesinin səmərəliliyinə həm ciddi şəkildə təsir edir, həm də onun nəticəsi kimi mövcud olur.
Təlim fəaliyyəti priyomlarının mənimsənilməsinin analitik və evristik yolu mövcuddur. Onların hər ikisi təlimin daxili cəhətləri ilə bağlıdır.
İstənilən növ tədris işində şagirdlərin əqli fəallığı nəzərdə tutulur. Lakin mənimsəmənin konkret məqsədindən asılı olaraq bu fəallığın formaları müxtəlif ola bilər. Materialın əzbər mənimsənil-məsində mnemik proseslər, yeni materiallarla tanışlıqda müşahidə prosesləri aparıcı olur. Odur ki, priyomların seçilməsi, sistemləşdi-rilməsi və nəzərdə tutulan prosesdə istifadə olunmasında onların effektliyini şərtləndirən amil kimi istifadə olunduğu şərait qiymət-ləndirilməlidir.
19. Təlimin təşkili formaları
“Təlimin təşkili forması” anlayışının interpretasiyası ilə bağlı fikir müxtəlifliyi vardır. Biz onun təlimin (dəyişmə və inkişaf prose-sinin) məzmununun mövcudluq üsulu, məzmunun mövcud olmasını mümkün edən öz daxili təşəkkülü, quruluşu kimi dərk edilməsini məqbul sayırıq.
Təlim praktikası təsdiq etmişdir ki, ümumtəhsil məktəblərində təlimin əsas təşkili forması dərsdir. N.İ.Maxmutovun fikrincə, dərs təliminin elə hərəkət formasıdır ki, burada təlimin məzmunu, prin-sip və metodları təmin olunur, müəllim tərəfindən müəyyən vaxt çərçivəsində planlaşdırılır və tənzim edilir, müəllim- şagird münasi-bətlərinin məcmusu kimi meydana çıxır. Dərsin təkmilləşdirilməsi (onun əsas forma olması səbəbli) təxirəsalınmaz tələbdir. Ədalət naminə söyləmək olar ki, dərsin təkmilləşdirilməsi ilə bağlı xeyli araşdırılmalar aparılmışdır, bu proses hazırda davam etdirilmək-dədir; onun tipləri və strukturu dəqiqləşdirilməkdə , təlim materia-lının prosesual hərəkətinin forması rolunu oynaya biləcək səviyyədə təşkil və idarəedilməsinin nəzəriyyə və praktikası işlənməkdədir. Bunlara baxmayaraq, dərslə bağlı məsələlərin həllində indinin özün-də də yekdillik yoxdur.
Müasir dərs nəzəriyyəsində və təlim təcrübəsində dərsin di-daktik məqsədlərə görə bölgüsündən bir iş aləti kimi istifadə edirlər. Həm də bu zaman belə düzəliş verilir ki, “xalis şəkildə” (yalnız yeni məlumat verən, yaxud yalnız bilik, bacarıq və vərdişləri möhkəm-ləndirmək məqsədilə keçirilən) dərslərə nadir hallarda təsadüf edilir. Hər bir dərs didaktik məqsədlər kompleksini yerinə yetirir və bu za-man müxtəlif üsullardan istifadə olunur.
Dərsin tipologiyasına baxışlar içərisində M.İ.Maxmutovun mövqeyi bizdə daha çox maraq doğurur və onu həqiqətə adekvat he-sab edirik. Onun fikrincə, müasir dərsləri problemli və problemli ol-mayan iki qrupda birləşdirmək olar. Bunların fərqini təlimin metod və vasitələrində, dərsin strukturunda axtarmaq lazımdır.
Problemli dərsin didaktik göstəricisi onun kompleksliliyi, “sintetikliyi”dir. Bu kombinə edilmiş dərsin eyniyyəti deyildir. Sin-tetik dərsdə bir neçə didaktik məsələ həll olunur (bu kombinə edil-miş dərs üçün də xarakterikdir), lakin bu başlıca cəhət deyildir. Sin-tetik dərsin mahiyyəti budur ki, bir qayda olaraq keçilmiş materialın təkrarı yeni materiala girişlə birləşir, zəruri biliklərin aktullaşması mərhələsindən yeninin öyrənilməsi başlanır, yeninin əldə olunması müstəqil işlərlə bağlanır, biliklər praktikada sistematik olaraq tətbiq olunur, bilik, bacarıq və vərdişlərin təkrarı yeni əlaqə və uzlaşmalar-da fasiləsiz həyata keçirilir. Əsas mərhələnin (yeni materialın izahı,
onun qavranılması, yeni anlayışların mənimsənilməsi, vərdişlərin iş-lənilməsi və s.) kompleksliyi problemli dərsin əsas xüsusiyyəti kimi müşahidə olunur. Qeyri-problemli dərslər üçün sintetiklik xarakte-rik cəhət olmadığından onların tipologiyasını aşağıdakı kimi müəy-yənləşdirmək məqbul sayılır. Əsas məqsədi:
Yeni materialın qavranılmasını təmin edən dərs;
Bilik və bacarıqların formalaşmasını təmin edən dərs;
Bilik, bacarıq və vərdişlərin təkmilləşdirilməsini təmin edən dərs;
Bilik və bacarıqların inkişaf dərəcəsinin yoxlanılması olan
dərs;
Kombinə edilmiş dərs.
Problemli və qeyri-problemli dərs tiplərinin özlərinin də alt tipləri yarana bilir, bu təlim sisteminə müvafiq texnologiyaların da-xil edilməsi səbəbi ilə baş verir.
Təbiidir ki, hər hansı dərs tipinin daxilində bir necə dərs növü ayırmaq olar. Problemli dərsin növləri əsasına qoyulmuş problemli-lik prinsipinə görə fərqlənir. Dərs tipinin növlərə ayrılması şagirdlə-rin əqli fəaliyyət növlərinin idarə olunması nöqteyi-nəzərdən praktik əhəmiyyətə malikdir.
Dərsin səmərəliliyinin artırılması onun strukturunun dərk olunmasından xeyli dərəcədə asılıdır. Problemli və problemli olma-yan dərs struktur baxımından bir-birindən fərqlənir.
Fəlsəfi ədəbiyyatda struktur anlayışının müxtəlif şərhlərinə rast gəlmək mümkündür. Struktur bütövlükdə götürülən proseslərin, hadisələrin, predmetin hissələrinin, tərəflərinin qarşılıqlı təsiri, bun-ların nisbətən möhkəmləndirilməsidir, münasibətidir. Struktur anla-yışı fəaliyyət prosesində tərkibin elementləri arasında təşəkkül tap-mış qarşılıqlı əlaqələrin variantları kimi başa düşülür. Adətən struk-tur anlayışında sistemin elementləri arasındakı daxili əlaqələrin key-fiyyətcə müəyyən və nisbətən möhkəm ardıcıllığı və qaydaları ifadə edilir. Onu sistemin elementlərinin xüsusi nizamiliyi kimi də başa düşmək olar.
Dərs pedaqoji hadisə kimi struktura, quruluşa malikdir, lakin onun müəyyənləşdirilməsinə gəldikdə, bu, nisbətən mürəkkəb məsələdir. Hətta, “dərsin quruluşu pedaqogikada həll edilməmiş prob-lemlərdəndir,”- deyənlər də vardır .
Bütöv sistem olan dərsdə qarşılıqlı əlaqəyə malik xarici və da-xili altstrukturlar mövcuddur. Onların fikrən fərqləndirilməsi idarə-etmə prosesində məqsədəuyğun hal hesab olunmalıdır. Aktuallaş-dırma, yeni anlayış və fəaliyyət üsullarının formalaşması və mənim-sənilmiş biliklərin tətbiqi dərsin didaktik strukturunun kompo-nentləridir. Dərsin ümumi didaktik strukturu dərslərin təşkilinin ümumi təlimatı, alqoritmidir. Bu struktur dərsin metodik strukturun-da açılır və konkretləşir. Didaktik strukturun elementlərinin sayı də-yişməz olmasına baxmayaraq, metodik strukturun elementlərinin sayı dəyişən kəmiyyətdir. Bu, dərsin metodik strukturunun çox-variantlılığını şərtləndirir. Bütün fənlər, bütün tip və növ dərslər üçün vahid metodik struktur vermək qeyri-mümkündür, bu struktu-ru yalnız model şəklində təsəvvür etmək olar.
Dərsin didaktik əsaslarının hesaba alınması təlimin dərsdə həyata keçirilməsi qaçılmaz olan üç əsas funksiyasını da nəzərdə tutur.
Dostları ilə paylaş: |