MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə43/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   39   40   41   42   43   44   45   46   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Ərdəbil xanlığı. XVIII əsrin ortalarında yaranmış Ərdəbil xanlığının əsasını şahsevən tayfasından olan Bədir xan qoymuşdu. Bədir xanın oğlu Nəzərəli xanın hakimiyyəti dövründə (1747-1792) xanlıq xeyli güclənmiş və təsərrüfatında müəyyən canlanma yaranmışdı. Xanlığın idarə edilməsində əyanlardan ibarət divanxana mühüm rol oynayırdı. Xan 3 min nəfərlik qoşuna malik idi. Nəzərəli xanın zənd və qacarlarla münasibətləri kəskin olsa da, Qarabağ və Lənkəran xanlıqları ilə dostluq əlaqələri saxlayırdı.

Şəki xanlığı. 1743-cü ildə Hacı Çələbi tərəfindən əsası qoyulmuş Şəki xanlığı şimali Azərbaycan xanlıqları içərisində Quba və Qarabağ xanlıqları ilə rəqabət aparmaq gücündə olması ilə fərqlənirdi. Hacı Çələbi xan (1743-1755) Nadir şahın ölümündən sonra tam müstəqilləşmişdi. Hacı Çələbi xan digər xanlıqları özünə tabe etmək yolu ilə Azərbaycan torpaqlarını birləşdirməyə çalışsa da, bu yolda atdığı addımlar uğur qazanmamışdı. 1748-ci ildə Qarabağ xanlığına hücum etmiş və Bayat qalasını mühasirəyə almışdı. Qalanı ələ keçirə bilməyərək “Bayat savaşı”nda məğlub olan Hacı Çələbi mərdi-mərdanə Pənahəli xanın hakimiyyətini rəsmən tanıdığını bu sözlərlə bildirmişdir: “İndiyədək o, zərb olunmamış gümüş parçası idi, biz gəldik, onu pula çevirdik”. Hacı Çələbinin Təbriz xanlığını tabe etmək cəhdi uğursuz olsa da, Qəbələ və Ərəş sultanlıqlarını öz xanlığına birləşdirdi.

Şəki xanlığının get-gedə güclənməsi Qarabağ və Gəncə xanlıqlarını, xüsusilə Kartli-Kaxet çarlığını bərk narahat edirdi. 1751-ci ildə Kartli-Kaxetiya çarlığı ilə Carda baş tutan döyüşdə məğlub olan II İrakli Azərbaycan xanları ilə Hacı Çələbiyə qarşı ittifaq yaratmağa nail oldu. 1752-ci ildə Gəncə şəhəri ətrafında Qızılqaya adlı yerdə Gürcüstan valisi II İrakli ilə Hacı Çələbiyə qarşı birləşmək üçün gələn gəncəli Şahverdi xan, naxçıvanlı Heydərqulu xan, qaradağlı Kazım xan, qarabağlı Pənahəli xan və başqaları xəyanətə uğradılar. II İrakli Azərbaycan xanlarını əsir götürərək onları bu yolla özündən asılı vəziyyətə salmağa çalışırdı. Kür çayının sol sahilində mövqe tutan Hacı Çələbi xan II İraklinin xəyanətini eşidən kimi ordusuna Kür çayını keçmək haqda əmri verdi. Gəncə ətrafındakı döyüşdə II İrakli məğlub edildi. Bir türk kişisinə layiq hərəkət edən Hacı Çələbi xan ona qarşı ümumi düşmənlə birləşən xanları əsirlikdən azad edərək bağışladı. Bu qələbə nəticəsində Qazax və Borçalı Şəki xanlığına birləşdirildi. “Qızılqaya xəyanəti” göstərdi ki, amansız düşmənə qarşı Vətən naminə bütün Azərbaycan xanları vahid cəbhədə birləşməlidirlər. 1752-ci ildə II İraklini Carda məğlub edən Hacı Çələbi xan Car azad camaatlığını da özündən asılı vəziyyətə saldı.

Hacı Çələbi xanın əsas məqsədlərindən biri Şamaxı xanlığını tabe etmək idi. Ancaq onun bu arzusunu Hüseyn xan həyata keçirtdi. Hüseyn xan 1767-ci ildə Qubalı Fətəli xan ilə birlikdə Şamaxı xanlığını ələ keçirərək öz aralarında böldülər. Ancaq 1768-ci ildə Şəki xanlığının hakimiyyəti altına düşən ərazini Qubalı Fətəli xan öz torpaqlarına birləşdirdi. Şəki xanlığı 1785-ci ildə Quba xanlığından asılı vəziyyətə düşsə də, 1789-cu ildə Qubalı Fətəli xanın ölümündən sonra yenidən müstəqilliyini geri qaytardı. 1795-ci ildə hakimiyyətə gələn Səlim xan 1806-cı ilədək xanlığı idarə etmişdir. Xanlığın ərazisi 8 mahaldan ibarət idi. Mahalları xanın təyin etdiyi naiblər idarə edirdilər. Əhalisi kənd təsərrüfatı, sənətkarlıq və ticarətlə məşğul olurdu. Şəki ipəyi, hətta Azərbaycandan çox-çox uzaq ölkələrdə belə məşhur idi.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin