MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə48/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   44   45   46   47   48   49   50   51   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Gəncə xanlığı. Xanlığın əsası 1747-ci ildə Qacar türk soyundan olan II Şahverdi xan Ziyadoğlu (1747-1768) tərəfindən qoyulmuşdu. Xanlığın mərkəzi Gəncə şəhəri idi. Bütün hakimiyyət xana məxsus idi və xanın adından burada pul kəsilirdi. Əhalidən malcəhət, bəhrə, darğalıq və s. vergiləri toplanırdı. Eyni bəylərbəyiliyin tərkibindən çıxmış Gəncə və Qarabağ xanlıqları arasında ilk vaxtlar dostluq əlaqələri olsa da, Pənahəli xanın atdığı addımlar nəticəsində münasibətlər kəskinləşmişdi.1759-1761-ci illərdə Şahverdi xan Qarabağ xalığından asılı vəziyyətdə olmuşdu. Məhəmməd Həsən xanın dövründə (1768-1778) xanlığın iqtisadiyyatı, xüsusilə ipəkçilik xeyli inkişaf etdi.

1780-ci ildə Kartli-Kaxetiya çarı II İrakli və qarabağlı İbrahimxəlil xanın birləşmiş qüvvələri Gəncəni ələ keçirdilər. Gəncə xanlığını qaliblərin təyin etdikləri iki nümayəndə idarə etdiyindən xanlıqda ikihakimiyyətlilik yaranmışdı. 1783-cü ildə Hacı bəyin başçılığı ilə üsyan oldu və hər iki hakim Gəncədən qovuldu. 1784-cü ildə II İraklinin rus qoşunu ilə birlikdə Gəncəyə hücumunun qarşısı dağlı hakimlərinin köməyi ilə alınmışdı.

1786-cı ildə hakimiyyətə gələn Cavad xan (1786-1804) II İrakli və İbrahim xana müəyyən məbləğdə xərac verməyə razı olsa da, 1795-ci ildə xərac verməkdən imtina etdi. Cavad xan asılılığa son qoymaq məqsədilə Ağa Məhəmməd Xan Qacarın Tiflisə yürüşündə ona qoşun və ərzaqla kömək etmişdi. Cavad xan Nadir şahın Kartli çarlığının idarəsinə verdiyi Şəmsəddil və Borçalı mahallarını geri almaq məqsədilə gürcü şahzadəsi Aleksandrı himayə edirdi. Bu isə Gəncə xanlığı ilə Rusiya və Gürcüstan arasında münasibətlərin pisləşməsinə səbəb olmuşdu.1797-ci ildə V.Zubovun başçılıq etdiyi rus qoşunları Azərbaycanı tərk edən kimi Cavad xan Qazax, Şəmsəddil və Borçalı mahallarını gürcülərdən geri almışdı.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin