MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Bakı xanlığı. Bakı xanlığının



Yüklə 418,25 Kb.
səhifə47/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   43   44   45   46   47   48   49   50   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Bakı xanlığı. Bakı xanlığının əsası 1747-ci ildə Mirzə Məhəmməd xan (1747-1768) tərəfindən qoyulmuşdu. 39 kənddən ibarət olan xanlığın mərkəzi Bakı şəhəri idi. Xanlıqda bütün inzibati, maliyyə, hərbi və məhkəmə hakimiyyəti xanın əlində cəmləşmişdi və xan xanlığı öz malikanəsi kimi idarə edirdi. Bakı xanlığında idarəetmə aparatı digər xanlıqlardan daha kiçik olması ilə fərqlənirdi. Xanın yanında fəaliyyət göstərən divanda müharibə, sülh və digər mühüm dövlət əhəmiyyətli məsələlər müzakirə olunurdu.

Qubalı Fətəli xanın bacısı Xədicə Bikə ilə oğlu Məlik Məhəmmədi evləndirən Bakı hakimi Mirzə Məhəmməd xan 1767-ci ildə Qubadan asılılığı qəbul etməklə öz hakimiyyətini qoruyub saxlaya bilmişdi. Məlik Məhəmməd xanın dövründə (1768-1784) xanlıq Fətəli xandan aslı olaraq qalırdı. Bakı xanı Fətəli xanın ilk tələbi ilə qoşun verməli, müharibə vaxtı özü qoşunun başında təyin olunan yerə gəlməli və ordunu ərzaqla təmin etməli idi. Fətəli xan 1779-cu ildə Qarabağ xanlığı ilə “birgə dostluq ittifaqı” yaratmaq məqsədi ilə Məlik Məhəmməd xanı Qarabağlı İbrahimxəlil xanla danışıqlara göndərmişdi. 1784-cü ildə 11 yaşlı II Mirzə Məhəmmməd xan (1784-1791) taxta çıxdı. Bakı xanlığında faktiki hakimiyyət Fətəli xan və onun bacısı Xədicə Bikənin əlində idi. 1789-cu ildə Fətəli xanın ölümündən sonra Bakı xanlığı asılılıqdan çıxdı. Xanlığın sonuncu hakimi olan Hüseynqulu xan (1792-1806) müstəqil siyasət yeridərək üzdə qubalı Şeyxəli xanla dostluq münasibətləri saxlayırdı.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin