MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə49/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   45   46   47   48   49   50   51   52   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

İrəvan xanlığı. Səfəvilərin Çuxur Səəd bəylərbəyiliyi ərazisində, Azərbaycanın şimal-qərb hissəsində yaranmış İrəvan xanlığının əsası 1747-ci ildə Əfşar soyundan olan Mir Mehdi xan tərəfindən qoyulmuşdur. Xanlıq 15 mahaldan ibarət idi. Mərkəzi İrəvan şəhəri idi. Xanlığın əhalisinin demək olar ki, hamısını Azərbaycan türkləri təşkil edirdi. XVIII əsrin 50-ci illərinin əvvəllərindən xanlığı Qacar nəslinin nümayəndələri idarə etməyə başladılar. 1751-ci ildə urmiyalı Fətəli xan İrəvan xanlığına hücum edərək bura köməyə gəlmiş Kartli-Kaxeti çarı II İraklinin qoşunlarını məğlub etdi. Hüseynəli xan Qacarın dövründə (1759-1783) II İrakli İrəvan xanlığına 1765 və 1779-cu illərdə yürüşlər edərək onu özündən aslı vəziyyətə salmağa çalışır və müəyyən vaxtlarda xanı ona bac verməyə məcbur edirdi. 1779-cu il yürüşündə İrəvan qalasını ələ keçirə bilməyən II İrakli çoxlu sayda silahsız dinc əhalini əsir alıb aparmışdı. 1781-ci ildə İrəvan xanlığı ilə Kartli-Kaxeti çarlığı arasında bağlanmış sülh müqaviləsinə görə II İrakli 30 min tümən ödənc müqabilində həmin əhalinin geri qaytarılmasına razılıq vermişdi. Məhəmmədhüseyn xanın dövründə (1784-1805) gürcülərin yürüşlərinin qarşısı alınmış, Ağa Məhəmməd xan Qacarın 1795-ci il yürüşü zamanı İrəvan qalasında 35 gün müqavimət göstərilsə də, xanlığın ona tabe olmaqdan başqa çıxış yolu qalmamışdı. Irəvan xanlığının sonuncu hakimi Hüseynqulu xan Qacar (1806-1827) olmuşdur. Qacar dövlətinin başçısı Fətəli şah Hüseynqulu xanı Araz çayının sol sahilindəki bütün hərbi qüvvələrin sərkərdəsi təyin edərək ona “sərdar” titulu vermişdi.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin