MƏNTİQ CƏBRİNİN DÜSTURLARI:
eynigüclü düsturlar
eyniliklə doğru (və ya tavtologiya) düsturlar
eyniliklə yalan (və ya ziddiyyətli) düsturlar
Əgər məntiq cəbrinin iki A və B düsturları, onlara daxil olan elementar mülahizələrin məntiqi qiymətlərinin bütün mümkün olan variantlarında eyni məntiqi qiymətlər alarsa, onda bu düsturlar eynigüclü düsturlar adlanırlar.
Düsturların eynigüclülüyünü “” kimi işarə edirlər. Yəni АВ işarəsi A və B düsturlarının eynigüclü olduğunu bildirir. Sonuncu münasibəti bəzən eyniliklər də adlandırırlar.
Əgər A düsturu, ona daxil olan sərbəst dəyişənlərin bütün qiymətlərində həmişə 1 məntiqi qiyməti alarsa, onda o, eyniliklə doğru düstur (yaxud tavtalogiya) adlanır.
Əgər A düsturu ona daxil olan sərbəst dəyişənlərin bütün qiymətlərində həmişə 0 məntiqi qiyməti alarsa, onda o, eyniliklə yalan (yaxud ziddiyyətli) düstur adlanır.
Eynigüclülük və ekvivalentlik anlayışları arasında aşağıdakı əlaqə vardır: əgər A və B düsturları eynigüclüdürlərsə, onda АВ düsturu tavtalogiyadır, və tərsinə, əgər АВ düsturu tavtalogiyadırsa, onda A və B düsturları eynigüclüdürlər.
Məntiq cəbrinin ən əsas eynigüclü düsturlarını üç qrupa bölmək olar.
Dostları ilə paylaş: |