MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş



Yüklə 1,8 Mb.
səhifə18/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

Büdcə mülahizələri

Təşkilatın məqsədini nəzərdən keçirmək, müəyyən məqamlarda əlverişli təkliflərin və qərarların verilməsi üçün birincisi növbədə büdcə lazımdır. Daha çox qazanc əldə etmək üçün əlbəttə ki, daha geniş imkanlardan bəhrələnmək əlverişlidir. Bu mənada rəqəmsallaşma proseslərindən yararlanmaq daha faydalıdır. Səmərəli xərclənən məbləğin əlbəttə ki, “tavanı” olacaqdır. Ona görə də qərar qəbul edən şəxs qazancdan səmərəli istifadəsinin mahiyyətini anlamalıdır.


Rəqəmsal büdcələr sıfırdan çox olmaqla milyona qədər əhəmiyyətli dərəcədə dəyişir. Büdcənin ən yaxşı şəkildə bölüşdürülməsi məqsədilə, öncə biznesin KPI-ləri qiymətləndirməlidir. Biznesin maksimuma yüksəldilməsi üçün xərcləri minimumlaşdırma lazımdır. Məhsulu sıx marja ilə təşviq etməklə spesifik xərcə sahib olmaq mümkündür.
Biznesin problemi varsa, büdcəni təyin etmək üçün bəzi əsas prinsiplər vardır ki, onlardan istifdə etmək lazımdır. Birincisi, kanalın optimallaşdırılmasıdır. Burada - ən yaxşı performans göstərən kanalı tapmaq və başqalarına keçməzdən əvvəl onu maksimuma çatdırmaq lazımdır. Məsələn, bir PPC kampaniyanız varsa və yüksək effektiv CPA ilə yaxşı həcmdə sorğu əldə edirsə, o zaman hesabı açmadan əvvəl açar sözləri, reklam nüsxəsini, müştəri səyahətini və s. optimallaşdıraraq hesabdan maksimum həcm əldə etmək təmin olunmalıdır. Bu zaman başqa bir kanala keçmək məntiqli bir yanaşmadır.
İkincisi, həmişə veb saytın optimallaşdırılması təmin etməlidir. Bu da öz növbəsində, texniki və idarəetmə quruluşundan asılı olaraq müəyyən büdcə tələb edir.
Burada əsas məqsəd qərar qəbul edən şəxsə rəqəmsal marketinq sərmayəsini əsaslandırarkən bu kanal üstünlüklərindən hansının ən yaxşı təsir göstərə biləcəyini ortaya çıxarmaqdır.
SEO - axtarış motorlarının optimallaşdırılması ilk gündən indiyədək bir sənət növü kimi daim inkişaf edən kanaldır. SEO-ya edilən xərc sadə veb saytın hazırlanmasından çoxkanallı məzmun strategiyasına qədər miqyasda dəyişə bilər. Bununla belə, daimi olan, hər ziyarət üçün yüksək effektiv xərclə geniş axtarış şərtləri üzrə əhəmiyyətli həcmdə istehlakçı cəlb etmək bacarığı lazımdır.
PPC (klikə görə ödəniş deməkdir. Axtarış motorları və ya fərqli veb saytlar vasitəsilə hədəf auditoriyanıza tanıtmaq üçün kampaniyalar yaratmağa imkan verən rəqəmsal marketinq vasitəsidir) kimi digərlərinə nisbətən bu kanala birbaşa nəzarət və investisiyadan nəticələrin görülməsinə qədər olan ilk dövr daha uzundur, lakin SEO strategiyasına başlamaq daşı təpədən aşağı itələmək kimidir, təbii ki, əvvəlcə itələmək çətindir, lakin yuvarlanmağa başlayanda sürət artacaqdır.
Əsas mesajlar ondan ibarətdir ki, səfər başına effektiv xərclə/almaq həcmini əhəmiyyətli dərəcədə artırmaq mümkündür. İkinci dərəcəli mesaj ondan ibarətdir ki, vebsaytınız nə qədər qabarıq olarsa, rəqiblərinizin Rəqəmsal Marketinq Vebsaytlarını Anlamaq bir o qədər az nəzərə çarpacaqdır. Çünki ilk səhifədə boş yer məhdud sayda olduğu üçün səs payınız artır.
PPC - ödənişli axtarış, yüksək səviyyəli nəzarətlə ziyarətçi mənbəyini təmin edir. Dəqiq açar sözləri seçmək, təklif vermək, istənilən zaman, seçilən şəxsə geniş çeşiddə reklam təqdim etmək və bunu real vaxt rejimində yandırıb-söndürmək imkanı var ki, bu da oflaynla müqayisəsi olmayan alətdir.
Bu kanaldan istifadə etməklə, qərar qəbul edənlərin məqsədlərinə cavab vermək üçün satış mesajını fərdiləşdirməyin bir sıra yolları var. O, marketinq miksidir(marketinq planın əsas hissələrindən biri). Məşhur marketoloqlar KotlerKeller marketinqin tərifini belə müəyyən ediblər: “Marketinq qarışığı şirkətin müştəri seçimlərinə təsir göstərməsi üçün istifadə etdiyi dəyişən alətlər toplusudur“. Marketinq strategiyasının 3 məqsədilə müştəriyə məhsulu satmaq, sevdirmək və ona qarşı loyallıq yaratmaq seçimilə təsir edir.
1760-cı illərdə Jerome McCarthy Marketinq miksin populyar konsepti 4P modelini təklif etmişdir. 4P -Product, Price, Place, Promotion (Məhsul, Qiymət, Promouşn, Məkan) deməkdir.
Zaman keçdikçə 4P modeli yeni fikir və yanaşmalarla zənginləşmişdir. Məsələn, Satış Məkan - Satış Kanalı (Channel), Promouşn – Kommunikasiya (Communication) ifadələri işlədildi. İstehsalçı nöqteyi-nəzərindən marketinq miks 4C olaraq görünür ki, bu da müəyyən terminlər əsasında öz əksini tapır: Məhsul - Müştəri (Consumer), Qiymət - Xərc (Cost), Məkan (Kanal) - Satış rahatlığı (Convinience) və Kommunikasiya. Bəzi marketoloqlar modelə əlavə elementlər daxil etməklə, 7P və 7C modelini də işlədilər. Buna baxmayaraq bütün modellərin əsasını 4P modeli təşkil edir. (Şəkil 3.3.)



Şəkil 3.3. Jerome McCarthynin 4P modeli.

Ödənişli axtarış SEO performansdakı boşluqları doldura bilər. Təbii axtarış nəticələrin uğurlu olmasına baxmayaraq, boşluqlar olacaq və bu, potensial axtarış ziyarətçilərinin 80 faizinə daxil olmaq deməkdir. Pullu axtarış, effektiv qiymətlə reklamı çatdırmağa qadirdir və kifayət qədər cəlbedicidir.



Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin