MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş



Yüklə 1,8 Mb.
səhifə3/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

Rəqəmsal və ənənəvi marketinq


2.1. Rəqəmsal və ənənəvi marketinqin xüsusiyyətləri

İnkişaf edən texnologiya və istifadəçi davranışındakı dəyişiklik şirkətlərin biznes modellərində, təşkilati strukturlarında və bazar fəaliyyətlərində hər gün yeni ehtiyaclar yaratmış və yaradır. Bu dəyişmə prosesini “rəqəmsal tərcümə” kimi müəyyən edə bilərik.


Dünyada son 20 ildə ciddi rəqəmsal transformasiya mövcuddur və bu sahəyə sərmayə hər il artır. Kompüterlərlə iş prosesləri və sosial media ilə ünsiyyət tərzi ilbəil dəyişir. Yalnız rəqəmsal dünyada mövcud olan və kompüter proqramları ilə yaradılan məhsullar ortaya çıxır. Paralel olaraq bu məhsulların marketinqinə ehtiyac yaranır və bu nöqtədə köməyə rəqəmsal marketinq gəlir.
Bütün dünya ölkələri artıq rəqəmsal medianın böyüməsinin vacibliyini dərk edir. Təkcə onlayn deyil, onlayn yaşadığımız dünyada biz rəqəmsal avadanlıqla əhatə olunmuşuq və indi markaların bu texnologiyalar vasitəsilə hədəf auditoriyalarına çatması daha da asandır. Rəqəmsal dünyada hədəf auditoriyası ilə daim ünsiyyətdə olmaq deməkdir.
Ənənəvi media qarşısında çox sürətlə böyüyən rəqəmsal dünya, sektorda rəqəmsal kanalları yaxşı bilən və idarə edən insanlara ehtiyacı da artırır. Bu sahədəki boşluğu doldurmaq üçün əsas rəqəmsal məlumatları ən yaxşı şəkildə bilmək və rəqəmsal kanallara yaxşı hakim olmaq lazımdır.
Google və Facebook kimi internet şirkətlərindən rəqəmsal reklam modelləri böyük və kiçik şirkətlər üçün effektiv nəticələr verə bilər.
Bu gün bir çox böyük markalar istədikləri hədəf auditoriyasına çatmaq üçün marketinq büdcələrinin əhəmiyyətli bir hissəsini rəqəmsal kanallara xərcləyirlər. Məhdud marketinq büdcəsi olan bir çox kiçik müəssisələr də hansı marketinq modelini izləmək barədə qərar verməkdə çətinlik çəkirlər. Bu çətin suala cavab tapmaq üçün hər iki kanaldan maksimum səmərəliliklə istifadə edilməlidir.
Texnologiyanın inkişafı ilə paralel olaraq real bazar günü-gündən güclənir. Markalar bu gücdən istifadə edərək, ağırlıqlı reklamlar sayəsində mesajlarını hədəf auditoriyaya asanlıqla çatdıra bilirlər. Sürətlə inkişaf edən bu dünyada rəqəmin gücündən faydalanan markalar, rəqabəti üstün şəkildə davam etdirmək üçün kommersiya bazarının güclü tərəfini, istifadə oluna biləcək səviyyəni bilməli və dəyərləndirməlidir.
Sürət: Rəqəmsal dünyanın sürətli inkişafı onun içindəki dinamikanın da sürətli olmasını təmin edir. Google Ads və ya Facebook-da istənilən reklamı saniyələr ərzində aktivləşdirmək və ya dayandırmaq mümkündür. Hədəf auditoriyasının reklamlara verdiyi reaksiyalara və ya brendin verdiyi təcili qərarlara uyğun olaraq reklamların strategiyasını sürətlə dəyişmək olar.

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin