MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş


Uyğun rəqəmsal marketinq kanalının seçilməsi



Yüklə 1,8 Mb.
səhifə8/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

2.4 Uyğun rəqəmsal marketinq kanalının seçilməsi

Hər bir rəqəmsal marketinq kanalının istifadə sahələri, güclü tərəfləri və dinamikası haqqında danışarkən, brend və performans marketinqi yada düşür. Rəqəmsal marketinq sahəsində çoxlu marketinq kanalları, reklam modelləri və ölçüləri mövcuddur ki, hədəf edilən nəticəyə çatmaq üçün uyğun variant seçilməlidir.


Düzgün strategiya ilə istifadə edilən kanalın dinamikasını və onun hansı rəqəmsal marketinq kanalından istifadə etməklə yaradacağınızı bilməlisiniz. Həmin kanalda hədəfə ən uyğun reklam modellərini və reklamın uğurunu ölçmək üçün ən dəqiq variant seçilməlidir. Kanallar arasında dinamika çox fərqli olduğu üçün ilk növbədə brend və performans reklamları arasındakı fərq yaxşı başa düşülməlidir.



Şəkil 2.3. Ən uyğun rəqəmsal marketinq kanalının seçilməsi.


Marka reklamları - marka dəyərini və etibarını artırmaq üçün hazırlanmış bir reklam modelidir. Nümunə olaraq ənənəvi mediada televiziya reklamları, YouTube video reklamları və ya rəqəmsal mediada bannerlər vermək olar. Nike, Coca Cola, BMW və Apple kimi dünya nəhənglərinin hazırladıqları reklamlar məhsullarının qiymətlərini deyil, öz hekayələrini paylaşır. Bu hekayələr markanın təklif etdiyi məhsul və ya xidməti satın alan zaman əldə edilən xoşbəxtlik, güc, həyəcan və təcrübə hisslərini çatdırır. Beləliklə, onlar marka şüurunu artırmaq və hədəf auditoriyası ilə aralarındakı bağı gücləndirmək istəyirlər.
Marka reklamlarının qaytarılması uzunmüddətli hesab edilməlidir. Marka reklamları ilə edilən sərmayənin uzun müddətdə brendə sadiqlik və gəlir kimi geri dönməsi hədəflənir. Əgər hədəf auditoriyasilə kifayət qədər dərin əlaqə qurulsa, onlar artıq müştəriləri deyil, reklam edən brend nümayəndələri olacaqlar.
Performans Reklamları - istifadəçini marka qavrayışını idarə etmək üçün deyil, satış kimi hədəf çevrilməyə cəlb etmək üçün hazırlanır. Burada məqsəd satış, üzvlük və ya istifadəçinin hədəf çevrilməsini əldə etməkdir.
Məqsədli fəaliyyətin ölçülməsi performans reklamlarında kifayət qədər atılmış addımdır. Saytda və ya mobil proqramda reklamlar vasitəsilə gələn istifadəçilərin dönüşümlərini artırmaq üçün optimallaşdırılmalıdır. Odur ki, ölçmə ilə bağlı problem yaranarsa, reklama olan sərmayə boşa çıxmış olacaqdır.
İstifadəçi “Nike shoes discount” açar sözlərini axtararaq alış prosesinə başlayır. Marka adı ilə axtarış edən və alış prosesinə başlayan istifadəçiyə brendi reklam etmək çox mənalı olmaya bilər. Çünki indi markanın adını bilən və bu markadan məhsul almağa qərar verən istifadəçiyə məhsul və qiymət məlumatlarının verilməsi çox daha maraqlı olacaqdır. Marka reklamları üçün kifayət qədər büdcə varsa, bu reklamlar uzun müddətdə gəlir gətirməyə davam edəcəkdir.
Yeni bir marka yaradıldıqda, ilk növbədə məlumatlandırma sahəsi üçün marka reklamlarına diqqət yetirilir. Markanın təqdimatı zamanı bir çox reklam modellərindən istifadə edilir ki, bunlara da ənənəvi mediada reklam modelləri olaraq, TV və radio reklamları, rəqəmsal mediada YouTube, Instagram, Facebook video reklamlarını nümunə göstərmək olar. Markanın tanınmasına xidmət edən bu reklamların məqsədi satmaq deyil, hədəflənmiş marka mesajını hədəf auditoriyaya ən doğru şəkildə çatdırmaqdır. Bu səbəblə marka reklamları ən çox məlumatlılıq səviyyəsində istifadə edilə bilər. Marka məlumatlılığı ilə hədəflənən istifadəçilərin əhəmiyyətli bir hissəsi saytın və ya mobil tətbiqi ziyarət edəcək və hətta təklif edilən məhsul və ya xidməti ətraflı şəkildə araşdıracaqdır. Maraq səviyyəsində olan bu hədəf auditoriyası artıq brendi tanıyır və təklif edilən faydanı çox yaxşı bilir. Bu səviyyədə, konversiyaya daha çox yaxın olan istifadəçilər üçün brend reklamı əvəzinə Google Ads, remarketinq və ya e-poçt marketinqi kimi daha çox satış yönümlü performanslı reklam modellərindən istifadə etmək məsləhətdir. Bu səbəbdən performans reklamlarından ən çox maraq səviyyəsində istifadə edilməlidir. İstənilən transformasiyaya nail olmayan, lakin buna cəhd edən istifadəçiləri hədəf alaraq, onları tamamlamağa kömək edirlər.




    1. Yüklə 1,8 Mb.

      Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin