Qarşılıqlı əlaqə: Web 2.0 texnologiyası ilə rəqəmsal mediada həm markadan istifadəçiyə, həm də istifadəçidən markaya informasiya axını bir istiqamətdə baş verə bilər. Ənənəvi mediada ünsiyyət isə televiziya və ya qəzet reklamları kimi markadan istifadəçiyə yalnız bir istiqamətlidir. İkitərəfli ünsiyyət dinamikası olan rəqəmsal platformalarda istifadəçilərin şərh, bəyənmə və ya paylaşım kimi məzmunlarla qarşılıqlı əlaqəsi kampaniyaların performansına yaxından təsir edir.
Hədəfləmə: Hədəfləmə xüsusiyyəti rəqəmsal marketinqi ənənəvi marketinqdən üstün edən ən mühüm xüsusiyyətdir. Rəqəmsal marketinqdə həm yerli, həm də qlobal olaraq hədəf almaq olar. Bu bütün istifadəçilər üçün eynidir. Ümumi marka mesajı vermək əvəzinə, hər bir hədəf auditoriyasına uyğun marka mesajı vermək istifadəçilərin diqqətini çəkəcəkdir.
Ölçmə:Rəqəmsal marketinq reklamları ilə edilən investisiyanın qaytarılmasını görmək mümkündür. Təəssüratların, kliklərin və dönüşümlərin sayı kimi əvvəllər müəyyən edilən performans göstəricilərinə əsasən reklamın uğurunu asanlıqla ölçmək mümkündür.
Qiymət: Ənənəvi marketinqdə edilən reklamlarda yüksək büdcəli böyük auditoriyaya çatmaq əvəzinə, aşağı büdcəli daha kiçik auditoriyaya müraciət etmək olar. Təbii ki, bu “rəqəmsal marketinqdə reklamlar daha çoxdur və bu o demək deyil ki, ucuzdur. Çünki ənənəvi və rəqəmsal mediada hazırlanan hər bir reklamın vahid dəyəri bir-birindən çox fərqlidir. Ancaq rəqəmsal dünyada hədəf seçə bildiyimiz üçün istədiyimiz auditoriyaya daha çox və dəqiq çata bilirik. Bu səbəbdən rəqəmsal marketinqdə reklamların vahid xərcləri istifadə edilən hədəfləmə texnologiyası ilə daha sərfəli qiymətlərə çata bilər.
Optimallaşdırma:Rəqəmsal marketinq dünyasında ani qərar vermək və bütün strategiyanı və investisiya istiqamətini dəyişmək mümkündür. Bu səbəblə, daha əvvəl müəyyən edilmiş KPİ-lərə görə (hər “eyçar”ın dilində ən çox işlənən termin “kipiay”dır). KPI (Əsas Performans Göstəriciləri) əsas performans göstəricilərini ifadə edir. KPI bütövlükdə və ya ayrı-ayrı bölmə və şöbələrdə müəssisənin fəaliyyətini qiymətləndirir. Maliyyə, marketinq, layihə menecmenti və insan resurslarının idarə edilməsində də KPİ geniş tətbiq edilir) reklamların performansını anında izləmək və ən yaxşı performansı təmin edən reklama sərmayə qoymaq şirkətin səmərəliliyi üçün vacibdir.
İllərdir iri və kiçik müəssisələrin istifadə etdiyi marketinq modeli olan ənənəvi marketinq bu gün də varlığını davam etdirir. Xüsusilə televiziya, radio və qəzet kimi ənənəvi medianın ən əhəmiyyətli reklam kanalları brendin etibarlılığı və tanınması üçün çox əhəmiyyətlidir.
Kiçik biznes adətən yerli auditoriyaya xidmət göstərir. Bu səbəbdən yerli hədəf auditoriyaya çatmaq üçün paylanan flayerlər (flayer - ayrıntılara girmədən, birbaşa olaraq verilmək istənilən məlumatı hədəf kütləyə daşıyan ən ekonomik mətbəə məhsuuludur) və bu kimi çap məhsulları bu gün də öz təsirini qoruyur.