MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş


Yeni brendlərin yaradılması və perspektivləri



Yüklə 1,8 Mb.
səhifə54/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

6.4. Yeni brendlərin yaradılması və perspektivləri

Müasir bazar iqtisadiyyatında müəssisələrin əsas məqsədi öz brendini yaratmaq və istehlakçıların istəklərini nəzərə alaraq işlərini düzgün idarə etməkdir. Brendləşmə, sənədlər üzərində firmanın mülkiyyəti hesab olunur. Qanunlarla qorunur və brend müəlliflik hüquqları çərçivəsində (brendin loqosu, emblemi və.s) mühafizə olunur. Məhsullar müəssisələrdə istehsal olunsa da, brendlər “beyin məhsuludur”. Şirkətlərin öz alqı-satqı şəbəkəsini düzgün qurması üçün səmərəli marketinq strategiyası işləyib hazırlaması da əsasdır. Bir brendi brend edən və onu dünya brendi statusuna yüksəldən onun istehlakçı məmnuniyyəti qazanmasıdır.


Brendin yaradılması üçün mücərrəd yanaşma, istehlakçının arzu etdiyi, digər əmtəə və xidmətlərdən fərqli bir şey istehlak etməkdə istəkli olduğu məhsuldur. O, həmçinin şirkətin bazar konyunkturasında çıxış etməsi üçün əhəmiyyətli rol oynayır və şirkətin tanınması brend vasitəsilə müəyyənləşir. Müasir bazar iqtisadiyyatı dövründə firmanın məqsədi öz brendini yaratmaq və istehlakçıların istəklərini nəzərə alaraq işini düzgün idarə etməkdir. Onu da qeyd etmək lazımdır ki, internet resursları vasitəsilə yeni məhsulun brendlənməsi düzgün menecment fəaliyyəti və geniş marketinq tədqiqatları tələb edir.
Brendləşmə prosesi, həm də bazarda rəqabət üstünlüyündən asılıdır. Firmanın məqsədi məhsulun satışında brendləşmənin nə qədər vacib olduğunu anlamaqdır. Brendləşmə, sənədlər üzərində (müvafiq patent, lisenziya, hüquqi-normativ aktlar və.s) firmanın mülkiyyəti hesab olunur, qanunlarla qorunur və brend müəlliflik hüquqları çərçivəsində (brendin loqosu, emblemi və.s) mühafizə olunur.
Brendlər yaradılarkən 4 aspektə diqqət yetirilir:

  1. Brendlənmə,

  2. Onlayn marketinq,

  3. “Brendlərin brendə sədaqəti”ni necə qurmağın yolları,

  4. Onlayn reklam yolu ilə məhsulun tanıdılması.

Onlayn marketinq firmaların inkişafına, satış imkanlarının genişlənməsinə, məhsulun istehlakçı rəğbəti qazanmasına kömək edən vasitə olub dünyadakı əksər insanlara rahatlıq və əlçatanlıq gətirən müasir iqtisadi strategiyadır. Məhsullar müəssisələrdə istehsal olunsa da, brendlər “beyin məhsuludur”. Brendlərin yaradılması elmi, sosial-psixoloji və digər yanaşmalardan asılıdır. [1]
Brendin layihələndirilməsi - layihəsi hazır olan brend istehsal olunmazdan əvvəl bir sıra amillərə diqqət yetirilməlidir. Məsələn, “A” brendi bazara “sıçrayış” edəcək. Bu zaman firma nələrə diqqət yetirir?

  1. Brendin ilkin dəyərinə,

  2. Brendin satış dəyərinə və ilk mərhələdəki satış həcminə,

  3. Birinci mərhələdən sonrakı satış həcminə (bu mərhələdə artıq həmin brendin istehsalının dayanıqlılığı və dinamikası təyin olunur),

  4. Brendin mənşəyinə və yeganəliyinə,

  5. Unikal iş kimliyinə,

  6. Brendin adına,

  7. Brendin loqosuna və embleminin məhsula uyğunluğuna.

Hər bir şirkət üçün brend adı seçmək vacibdir. Şirkət məhsullarını və xidmətlərini satmaq, satışdan əldə olunan gəlirlərlə öz inkişafını təmin edən, inkişafa meyillidir. Şirkətlərin alqı-satqı şəbəkəsini düzgün qurması üçün səmərəli marketinq strategiyası işləyib hazırlamalıdır. Brendin yaradılması, brendlənmə prosesi yalnız loqo və məhsulun təyinatı etiketindən (yarlıq) ibarət deyil. O, şirkət üçün təməl qanunudur. İstənilən şirkət (iqtisadi təyinatından və mülki mənsubiyyətindən asılı olmayaraq) brend yaradarkən düşünür: “Yeni məhsul yaratmaq üçün, başqa şirkətlərin brendlərinə diqqət yetirmək və “istehlakçı etibarlılığı və inamı” ilə brend üzərində işləməklə, öz brendimizin yeganəliyini təmin etmək. Bunun üçün də öz istehlakçıları olmalı və öz müştərilərimizi qazanmalıyıq.”
İllərdir öz brendlərilə brendləşmiş bir sıra şirkətlərin adını çəkə bilərik ki, bu şirkətlər yalnız öz keyfiyyətilə deyil, öz brend nişanlarilə mövcud bazardakı liderliklərini, məşhurluğunu qoruya bilirlər. Onların marketinq siyasəti bir sıra şirkətlər üçün təcrübə mənbəyidir. Bu şirkətlərin reklama ehtiyacı olmur. Brendlər öz reklam siyasətini işləyərkən daim yeniliklər, fərqli mövqelər sərgiləyərək spesifiklik tətbiq edirlər. Belə şəbəkələrə “Levi’s”, “Giordano”, “Paul Smith”, “KFC”, “McDonald’s”, “Pizza Hut”, “Burger King”, “Starbucks” və.s brendləri misal göstərmək olar. Brendlərin əsas xüsusiyyətləri cəmiyyətin üzvləri arasında tanınması, seçilməsi və daha çox tələbata məruz qalmasıdır. Onlar, dünyada öz mövqeyini qoruyub saxlamaqda maraqlıdırlar. [2]
Brendlər “sadiqliyi”ni necə qoruyur? İqtisadi ekspert Dominik Tvayford deyir: “Qalib brendlər müasir istehlakçını başa düşən, ona güvənən və ardıcıl vaxtlarda onu təkrarən istehlak edən yeni məhsullardır.” Bir brendi brend edən və onu dünya brendi statusuna yüksəldən onun istehlakçı məmnuniyyəti qazanmasıdır.
2014-cü ildə “British Airways” şirkətinin sərnişini itirilmiş baqajlara görə şirkəti məhkəməyə vermiş və şəxsi Tviter sosial media hesabından şirkəti sərt tənqid edərək insanlara xəbərdarlıq etmişdir. Bu isə öz növbəsində şirkətin brend nüfuzuna xələl gətirməklə bərabər, sərnişinlərin digər şirkətlərdən bilet alması səbəbilə onun iqtisadi dinamikasını zəiflətmişdi. Brendlər nə qədər rəğbət qazanılan xidmət və məhsullar olsa da, onların etibarlılığının zədələnməsi bəzən bir müştəridən, yəni, istehlakçıdan asılı ola bilir. Bunun üçün işin təşkilində səhvlər minimum səviyyədə yerinə yetirilməlidir. [3]
“Landor Associates” şirkətinin müştəri xidmətləri və insan resursları üzrə direktoru Dominik Tvayfordun fikrincə: “Brendlər müştərilərin onlar haqqında nə düşündüklərini bilməlidir və öz işlərilə müştərilərinə cavab verməlidirlər. Əks halda isə ictimaiyyətə qapalı olan brend siyasətindən kənarlaşmalar, elə ictimaiyyət tərəfindən ifşa ediləcəkdir ki, bu da şirkətlərin nüfuzunu ləkələyəyir”. Heç bir brend digər rəqib şirkətin eyni təyinatlı brendinə sadiqliyini qəbul etməməlidir. Daha çox qazanan brend öz müştərilərinə sadiqliyini inkişaf etdirməli, brend ilə istehlakçı arasında interaktiv sistemə əsaslanan dialoq rejimində ünsiyyətə önəm verməlidir. Şirkət öz brendinin lider olmasına və onun brendləşməsinə çalışmalıdır.
Bazar iqtisadiyyatında onlayn reklam yolu ilə yeni məhsulları necə brendləşdirmək olar? Bazar iqtisadiyyatında onlayn reklam vasitəsilə yeni məhsulların brendləşdirilməsi vacib məsələdir. Yeni məhsulun brendləşdirilməsi asan proses deyil. Əks-halda bütün dünyada brendlərin sayı yüz minlərlə olardı. Bəs bunun üçün nə etməli? İlk növbədə məhsulun özünü anlamaq və onun iqtisadi təyinatını dərk etmək lazımdır. İkinci addım, məhsulu yaxşı başa düşdükdən sonra satış üçün hədəf bazarları tapmalı və orada məhsul üçün yer edilməlidir. (bu da bazarın seqmentləşməsindən asılıdır). Üçüncü mərhələdə reklam, birbaşa satış və s. vasitəsilə hədəf auditoriyasının rəqib firmalara deyil, bizlərə müraciət etməsi üçün güclü səbəb tapılmalıdır. Bundan sonra müştərilərin ehtiyaclarını bilməli və ehtiyaclar təmin edilməlidir.
“Tesco” bütün dünyada tanınan və brend halına gələn supermarket və hipermarketlər şəbəkəsinə sahib kommersiya şirkətidir. Şirkət özünün Cənubi Koreyadakı fəaliyyətində mühüm bir addım atmışdır. O, əhalinin iş qrafikini və vaxt çatışmazlığını nəzərə alaraq metro stansiyalarında “Tesco Virtual Supermarket”lərin əsasını qoymuş və onların sayını artırmışdır. Müştərilərin ehtiyacı olan vaxta qənaət təmin olunaraq, vaxt itkisinin qarşısı alınmışdır. Belə siyasət, “Tesco”nun brend fəaliyyətinin göstəricisidir. Onların şüarı belədir: “Müştəri bizə tərəf gəlməli deyil, biz müştəriyə tərəf getməliyik.”
Müasir iqtisadiyyatda rəqəmsal marketinq demək olar ki, əlçatan hala gəlir. Müştəri bir smartfon vasitəsilə onlayn alış-veriş edə bilir. Yeni firmalar öz məhsullarını onlayn reklam yolu ilə brend etmək, beynəlxalq bazara və məlumatlandırma xidmətinə çatdırmaqda maraqlı olurlar. Onlayn reklam insanların məhsul alması üçün böyük şans yaradır. Bu gün hər bir müştəri rahatlıq istəyir və öz istehlakçı arzusunu gerçəkləşdirmək üçün çətinlik çəkmir. “Amazon” şirkəti bu gün dünya əhalisinin ən çox istifadə etdiyi onlayn alış-veriş platformasıdır. Bu gün dünya əhalisi “Amazon” vasitəsilə öz evlərindən heç bir yerə getmədən dünyanın dörd bir yanından alış-veriş edir və məhsulu “qapıdan-qapıya” prinsipinə əsasən təhvil- təslim edirlər. [4]
Ölkəmiz əhali sayına görə 70-cı, ərazisinin sahəsinə görə 94-cü yerdə qərarlaşmışdır. “US NEWS”-ın hesabatı göstərir ki, ölkəmiz “dünya güc” siyahısında 45-ci yerdədir. Azərbaycanın hərbi gücünün təsdiqi tamamlanmalıydı ki, ölkəmiz regional liderliyini tam təsbit etsin. Son on ilin hesabatları göstərir ki, ölkəmizin hərbi büdcəsi ÜDM-in 4 faizini dövlət büdcəsinin 9 faizini təşkil etmişdir. Azərbaycan iqtisadiyyatının üstünlüyü, hərbi gücün inkişafına təkan verdi və bu da düşmən üzərində parlaq zəfər çalmağa şərait yaratdı.
Azad edilən ərazilərdə iqtisadiyyatın yenidən qurulması. Bu ərazilərdə iqtisadiyyatın bərpası üzrə ölkənin yetərincə təcrübəsi, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. Onun əsas məqsədi bərpa və yenidənqurma işlərinin koordinasiyasını və məcburi köçkünlərin yerləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasını təmin etməkdir. 2021-ci ildən etibarən ordumuzun azad etdiyi torpaqlarda uyğun qaydada bərpa işləri görülür. Ölkə prezidenti cənab İlham Əliyev bir neçə dəfə Sərəncamlar imzalamışdır. Azərbaycan xalqı 28 illik həsrətə son qoyaraq, doğma ata-baba yurduna qovuşacaqdır. Buna “Böyük qayıdış” deyərlər!
İşğaldan azad edilən ərazilərdə iqtisadi sahələrin inkişaf potensialı və Qarabağ regionuna xas yeni məhsulların istehsal perspektivləri böyükdür. Məlumdur ki, bu ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Burada əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, mineral sular və s. mövcuddur və geniş kurort-rekreasiya potensialına malikdir. İlk öncə Regionların sosial-iqtisadi inkişaf proqramlarında olduğu kimi, zəngin xammal bazaları mövcud olan yerlərə yaxın firma və müəssisələrin tikilməsi və istifadəyə verilməsi məsələlərini sürətləndirməkdir. Bununla da əhalinin bu yerlərdə daha tez quruculuq işlərinə başlamasını sürətləndirmək olar. “Made in Azerbaijan” brendlərinin dünya bazarlarına ixracilə, Azərbancana xarici valyuta axınının həcmi yüksələcəkdir.



Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin