6.5. Brend menecerin fəaliyyəti
Şirkətin işçisi rəhbərliyə təkliflər hazırlayraq, izah edir ki, həqiqətən də İvory brendinin inkişafını istəyiriksə, mütləq brend menecer vəzifəsi və onu icra edəcək peşəkar mütəxəsis olmalıdır. Bu vəzifənin şirkətdə görəcəyi işlərin əhəmiyyəti çox böyükdür. Şirkətin CEO-su, Amerikanın müdafiyə naziri olmuş və indiyədək şirkətlərdə brend menecment vakansiyasının yaradıcısı kimi adlandırılır. Baş icraçı direktor və ya CEO (Chief Executive Officer) Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur.
Hansı fəaliyyətlər brend meneceri rolunun bir hissəsidir?
Brend strategiyası, üslub, brend təlimatları, brend baxışı, qısa və uzunmüddətli dövr üçün dəyər təklifi;
Onlayn və sosial media daxil olmaqla, bütün kanallarda bütün kommunikasiya və media tədbirlərinin planlaşdırılması və icrası;
Məhsulun inkişafı, qiymətlərin müəyyən edilməsi, yeni məhsulların təqdimatı, yeni iş imkanlarının inkişafı və s. ilə yardımlar;
Məhsul brendini yaratmaq, saxlamaq üçün tanıtım girovunun yaradılması və idarə edilməsi;
Reklam və promosyon məhsulları üçün büdcəni idarə etmək;
Rəqiblərin və müştərilərin fikirlərinin təhlili.
Satış proqnozlarının, maliyyə hesabatlarının təhlili və məhsul satışı üzrə hesabatların verilməsi
Təşkilatın İdarə Heyəti Sədrinin məsuliyyəti, şirkətin qanuni quruluşuna bağlı, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyət son dərəcə geniş və ya məhdudlaşdırılmış və Səlahiyyətli bir heyətə bağlıdır. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarların tətbiqini əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamalar verir. Lider olaraq, rəhbərliyə lazımi məsləhətlər verir, işçiləri motivasiya və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Rəhbər olaraq şirkətin gündəlik əməliyyatlarını idarə edir. İdarə Heyətinin Sədri şirkətin bütün sektorlardakı orqanları və biznes sahələrinin fəaliyyəti: reklam, maliyyə, insan resursları və s. üzərində qərarlar vermək səlahiyyətinə malikdir. İdarə Heyətinin Sədri şirkətin sahibi olmaya bilər.
Şirkətlərdə bundan başqa korporativ adlar da mövcuddur:
CFO(Chief Financial Officer) – Baş Maliyyə İnzibatçısı;
CRO(Chief Risk Management Officer) – Baş Risk İnzibatçısı;
CCO(Chief Credit Officer) – Baş Kredit İnzibatçısı;
CLO(Chief Legal Officer) – Hüquq qrupu direktoru;
CTO (Chief Technology Officer) – İnformasiya texnologiyalarından cavabdeh rəhbər və s.
Əslində verilən biznes və ya istehlakçı gərarlarının əksəriyyəti brend dəyərlərinin üzərində aparılır.
Məsələn, şirkətdə xərclənən hər bir senti hesablayan sahibkar və maliyyə direktoru sorğu sualsız 2-3 mln avronu SAP proqram təminatına xərcləyir (SAP kimi proqramların əsas məqsədi "müəssisəsi resurs planlaşdırma" anlamı verir). Əslində özləri də izah edə bilmirlər ki, niyə bahalı SAP proqramı almaq olar, ucuz və bəzi funksiyalarına görə ondan öndə olan bir proqram yox? Amma fakt olaraq hamı SAP alır və ya onu arzulayır.
Məsələn, evdə daim qənayətçilikdən danışan və pulu xərcləməyi sevməyən evdar xanım hər dəfə Ariel alır. Maraqlıdır ki, o, digər yuyucu tozlar barədə heç düşünmür və heç müqayisə də etmək istəmir.
Beləliklə gəbul edilir ki, brendinq biznesin əsasıdır!
Əsas məsələ, brend menecerin şirkətə gəldiyi andan atacağı ilk addım hansı olmalıdır?
Şirkət sahibilə tanış olmaq, rəhbərliyin razılığı və dəstəyi olmadan heç bir layihə uğurlu olmaz. Brend menecer vəzifəsində olan şəxsin heç nə etməməsi şirkət üçün faciyədir. Burada əsas məsələ, istəkdir və bu istəyi ilk olaraq rəhbər bilməlidir.
Brend menecment fəaliyyəti auditdən başlamalıdır. Brend menecer şirkətin və ya məsul olduğu brendin auditini mütləq aparmalıdır. Brendin müştərilə görüşdüyü bütün nöqtələr təhlil edilməli və problemli nüanslar aşkarlanmalıdır. Audit nəticələri bitmədən heç bir reaksiya vermək olmaz. Çünki gördüklərmiz hər zaman həqiqət olmaya bilər.
Araşdırma. Brend menecer brendin mövqeyi barədə düzgün informasiya əldə etmək üçün, mütləq araşdırmalar aparmalıdır. Harasa getmək üçün ilk öncə harda olduğunu bilməlidir. Brend menecer idarə edəcəyi brendin harda olduğu mövqeyi dəqiq təyin etməlidir. Araşdırma təkcə son müştərilərlə deyil, mütləq satış heyyətilə, dilerlərlərlə və ya şirkətdə uzun zaman çalışan işçilərlə olmalıdır. Bəzi hallarda şirkət əməkdaşlarının verdiyi informasiyanın dəyəri böyük araşdırma nəticələrindən daha faydalıdır.
Bu üç addımdan sonra vacib olan amillər şaxələnir, şirkətə, sektora, sahibkara, hədəflərə görə dəyişir. Bundan başqa brend menecer mütləq nəzəri biliklərə sahib olaraq vəziyyətdən nəticələr çıxarmalıdır. Təcrübəsi olmalıdır ki, bəzi “sualtı qayıqları” görə bilsin. Beləliklə, əsl brend menecerlik bu üç addımdan sonra başlayır!
Böhran vəziyyətində biznes. Böhran vəziyyətində biznes çox fərqli və çətin olur. Bu o demək deyil ki, biznesin yaxşı və pis dövrləri olur. Bu dövrlərdə biznes sistemli, nikbin və daha çətindir. Pandemiya tarix boyu dəfələrdə olmuş və biznesdə fərqli problemlər yaşanmışdır. Məhşur rəvayətdə olduğu kimi, bir insan Amerikaya gəlir və həmin dövrdə ciddi böhran olur. Bu böhran dövründə, Amerikaya gələn şəxs ciddi şəkildə işləyir və ətrafda heç kimi görmür. Öz biznesini qurmaqla, 8 ildən sonra böyük biznesmen olur. Şirkəti Amerikanın ən böyük holdinglərindən biri olur. Jurnalistlər ondan müsahibə alan zaman, belə sual verirlər:
- “Amerikada böhran vəziyyət var idi, Siz necə bu işi qura bildiniz”?
Cavab çox sadə olur:
-“Biznesimdən başqa heç nə ilə danışmırdım. Hamı böhrandan danışırdı, mən isə bizneslə məşğul idim və nəticədə bu şirkəti qura bildim”.
Böhran, pandemiya dövründə biznes məhz öz işinə fokuslanmalıdır. Azərbaycanda da bu belə olmalıdır. Bugün biznesini düşünən insan, ətraf mühit təsirlərinə deyil, konkret görməli olduğu işə fokuslanmaldır. Bu isə ən düzgün və sistemli antiböhran strategiyasıdır.
Dostları ilə paylaş: |