MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş



Yüklə 1,8 Mb.
səhifə69/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

Azərbaycanın ilk ətir brendi. Azərbaycanın ilk brend parfüm brendi olan Unique luxury "Treasure of Azerbaijan" adlı yeni ətir kolleksiyasını təqdim edir. Milli kolleksiyaya Mugam, Khari-bulbul, Khalcha kimi ətirlər daxildir. Azərbaycanın milli ətir brendi olan Unique luxury 209-ci ildən fəaliyyətə başlamışdır. Ətrin yaradıcısı Azərbaycanın şəhər və bölgələrinə səfərlərdən ilham almış və bu Azərbaycanın milli əl sənəti olan xalçaçılığa həsr olunmuş ətrin meydana gəlməsilə nəticələnmişdir.
"Mugam" ətri Muğam əsərlərini dinlədikdən sonra ərsəyə gəlmişdir.
Xarıbülbül - gözəlliyi təsəvvür edilməyən bir çiçəkdir. O yalnız Azərbaycanın - Qarabağın Şuşa şəhərində bitir. Gülün quruluşu bülbülü xatırlatdığından onu məhz Xarıbülbül adlandırmışlar. "Khar" - Azərbaycan dilində "tikan", "byulbul" isə bülbül sözlərindən ibarətdir. Khari-Bulbul Şuşa bağlarının valehedici ətrini xatırladır.
“Made in Azerbaijan” brendləri dünya bazarlarında böyük etimad qazandığına görə, ixracın daha da stimullaşdırılmasına dai daha yüksək dəstək mexanizmi həyata keçirilir.
Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarilə bir sıra kənd təsərrüfatı, emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumlarının artırılması yerli istehsalın qorunmasına, genişlənməsinə və ixrac imkanlarının artırılmasına yüksək stimul yaratmışdır. Bu sahədə xüsusi əhəmiyyət kəsb edən “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunun icrası istiqamətində xüsusi tədbirlər görülür. Dövlət başçısının tapşırığına əsasən, istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün tədbirlər davam etdirilir, bu sahədə dövlət və ictimai nəzarət gücləndirilir, istehlak bazarında tələbatın yerli məhsullar hesabına daha çox ödənilməsilə yanaşı, qiymət intizamına da əməl olunmasına diqqət artırılır. Mütəmadi olaraq təhlillər aparılır, qiymət dəyişiklikləri baş verən hallarda səbəblər araşdırılaraq, müvafiq tədbirlər görülür. Yerli istehsalın dəstəklənməsi və ixracın genişləndirilməsi istiqamətində görülən işlərdən əsas olaraq, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi demək olar ki, yerli məhsul istehsalını artırmaqla, ixrac imkanlarını genişləndirib. Sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, azad zonaların, sənaye parklarının, aqroparkların yaradılmasının intensivləşdirilməsi, özünütəminetmə səviyyəsi yüksək olan bir çox məhsullar üzrə idxal gömrük rüsumlarının artırılması, dövlət satınalmalarında yerli şirkətlərə üstünlük verilməsi və s. mühafizə tədbirləri yerli istehsalın artırılmasına və ixracın genişləndirilməsinə stimul yaradıb. İnvestisiya layihələrinin reallaşdırılması da ixracın genişləndirilməsində mühüm önəm daşıyır, elə buna görə də son illərdə investisiya təşviqi sənədi verilən layihələr üzrə iqtisadiyyata yetərincə sərmayə qoyulur.



Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin