Azərbaycanda Sənaye parklarının yaradılması AR Prezidentinin 2014-cü il 26 dekabr 764 nömrəli Sərəncamilə təsdiq edilmiş “AR-da sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur.
AR Prezidentinin aprel 2013-cü il tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmiş və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə zəruri infrastruktura və idarəetmə qurumlarına malik, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən, müasir texnologiyaların tətbiq edildiyi ərazidir.
Sənaye parklarının yaradılmasının əsas məqsədi:
- innovasiyalı yüksək texnologiyalara əsaslanan rəqabət qabiliyyətli sənaye istehsalının, xidmətlərin göstərilməsilə münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
- iqtisadiyyatın, qeyri-neft sektorunun davamlı inkişafının təmini;
- ölkənin yerli və xarici investrlar üçün əlverişli şəraitin yaradılması.
Ölkədə innovativ və yüksək texnologiyalara əsaslanaraq, rəqabətqabiliyyətli sənaye istehsalının inkişafilə Azərbaycan brendlərini dünya bazarlarında tanıtmaq və ölkəyə xarici valyutanın gəlməsinin təmini.
AR Prezidentinin dekabr 209-ci il tarixli Fərmanına əsasən “Sumqayıt Kimya Sənaye Parkı” yaradılmış və parkın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların, işlərin, xidmətlərin istehsalı və emalı müəssisələrinin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Parkın ərazisi 508,14 hektar və 26 rezidenti var. Rezidentlərin layihələri üzrə sənaye parkına yetərincə investisiya qoyulmuşdur ki, bu da daxili bazarların keyfiyyətli məhsullarla təmini ilə yanaşı, ixracın da artırılmasına səbəb olur. Bu zaman təbii ki, rəqəmsal marketinq fəaliyyətinin genişlənməsi məsələsi də gündəmə gəlir. SKSP-da 6000-dən artıq daimi iş yeri yaradılmışdır.