MühazirəLƏrin toplusu fənn müƏLLİMİ- I.ü. f d., Səmədov Sakit Müzəffər baki- 2022 Giriş


Azərbaycanda rəqəmsal ticarətin inkişaf perspektivləri



Yüklə 1,8 Mb.
səhifə71/85
tarix15.11.2022
ölçüsü1,8 Mb.
#69304
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   85
RƏQƏMSAL MARKETİNQ MÜHAZIRƏLƏRIN TOPLUSU

9.6. Azərbaycanda rəqəmsal ticarətin inkişaf perspektivləri

Azərbaycan müstəqil olduqdan sonra öz iqtisadiyyatında sürətli şəkildə liberal dəyərlərə əsaslanan sistemi formalaşdırma yolunu rəhbər tutdu. Zəngin təbii resurslarından dolayı ölkəyə xarici sərmayə əsasən neft sektoruna qoyuldu. Azərbaycanın ixracatının 70 faizinə yaxın neft məhsullarının təşkili xüsusiylə 2014-cü ildən neft qiymətlərinin azalması fonunda iqtisadiyyatın, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkədə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, real vaxtda transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verən “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” yaradılıb. 2005-ci il may ayının 8-da ''Elektron ticarət haqqında'' AR-nın Qanunu qəbul edilib. Elektron ticarətlə bağlı tərəflərin bütün hüquq və vəzifələri, məsuliyyətləri həmin qanunla tənzimlənir.


Azərbaycanda internetə çıxış imkanı 70-cı illərdən sonrakı dövrdə mümkün olmuşdur. İlk web saytımız olan www.science.az 1775-ci ildə yaradılmışdır. 1773-cü ildə “.az” domeni rəsmi olaraq Azərbaycanın yüksək domen adı kimi ICANN-da (İnternet Corporation for Assigned Names and Numbers) qeydiyyata alınmışdır.
Azərbaycanda vətəndaşların 40%-dən çoxu internetin bütün platformalarından istifadə edirlər. Bakıda və bölgələrdə mindən çox internet-klublar açılmış və əhaliyə kompyuter öyrədilir. 35-dən çox internet provayderi fəaliyyət göstərir və onların da sayının sürətlə artması Qafqazda güclü rəqabət mühiti yaradır. İnformasiya resurslarının həcmi və internet vasitəsilə göstərilən xidmətlərin növləri də sürətlə artmaqda davam edir. Dövlətdə və biznesdə elektron əməliyyatlar uğurla həyata keçirilir. E-hökumətin formalaşması üçün etibarlı zəmin yaradılır. 2000-ci ildən dövlət orqanlarına sistemli gov.az domeni verilir. Milli internet provayderi “Delta Telekom” peyk vasitəsilə 12 Mb/s sürətili kanalla, 2004-cü ildən isə regionda optik bağlantı vasitəsilə 155 Mb/s sürətli kanalla beynəlxalq internet şəbəkəsinə qoşulmuşdur. Kanalın sürəti 30 Gbdır. 2003-cü ildə NATO-nun təklif etdiyi qrant çərçivəsində Orta Asiya və Qafqaz ölkələrini birləşdirən Virtual İpək Yolu layihəsi ölkənin elm və təhsil müəssisələrinin internetlə təminatını yüksəltmişdir. İnternet getdikcə inkişaf edir və populyarlaşır. Online ticarət yaranır, internet-mağazalar müxtəlif məhsullarla bazara daxil olurlar.[27]
Birləşmiş Millətlər Təşkilatının 2021-ci il üçün Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Hesabatının yekun versiyası dərc olundu. Hesabata görə, Azərbaycan qiymətləndirilən meyarlar üzrə 80 faiz üzərindən 86 faiz toplayaraq bu sahədə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionuna liderlik edir. Tədqiqatın ilk ilində 48,37 nəticə göstərən ölkəmiz 2 il sonra ötən nəticəyə nisbətdə 56% artımla 75,27%-ə yüksəlib, daha sonra isə 2017-ci ildə 7% artımla, 2021-ci ildə isə 5% artımla dayanıqlı artımı qorumağa nail olub. Sorğunun alt indikatorlarına nəzər yetirdikdə şəffaflıq 80% , rəsmi qaydalar 71,67% , institusional tənzimləmə və əməkdaşlıq 88,87% , kağızsız ticarət 85,17% , transsərhəd kağızsız ticarət üzrə isə 66,67% nəticə əldə edilib. 2017-cu illə müqayisədə bu il şəffaflıq indikatoru üzrə 7% irəliləyişlə maksimum nəticəyə, transsərhəd kağızsız ticarət indikatoru üzrə isə 33% artımla çox böyük irəliləyişə nail olunub. Hesabatda ölkənin cari vəziyyəti ötən illərlə müqayisə olunaraq təsvir edilib və bu irəliləyişlərə səbəb olan islahatlara dair ətraflı məlumatlar öz əksini tapıb. Belə ki, prezident tərəfindən bu sahədə aparılan islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması, “Rəqəmsal Ticarət Qovşağı kimi AR-nın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn tapşırıqların yerinə yetirilməsi, Azərbaycanın fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması, ölkənin mövqeyinin yaxşılaşdırılmasına müsbət töhfəsini verib. İİTKM-in digər innovativ layihələri olan “Azexport.az” portalı, “Bir Pəncərə” İxraca Dəstək mərkəzi tərəfindən KOSM-lara göstərilən dəstək ticarət prosedurlarının sadələşdirilməsi, şəffaflıq və kağızsız ticarət üzrə ölkənin mövqeyini yüksəldib və hesabatda bu layihələrin də adı çəkilib.
Hesabatda ölkədə cari vəziyyətin qiymətləndirilməsinin həyata keçirilməsi ilə yanaşı, transsərhəd kağızsız ticarətin yaxşılaşdırılması məqsədilə tövsiyələr də təqdim olunub. Fevralın 8-da qatqısı olan bütün qurumların və xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans formatında bu tövsiyələrin müzakirəsi və sonda 2022-ci il üçün tədbirlər planının təsdiq edilməsi nəzərdə tutulur.
Maraqlı fakt olaraq “Azexport.az”ın layihədə Azərbaycanı təmsil etməsi ilə yanaşı, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında yaradılan vahid rəqəmsal ticarət bazarı platformasının idarəedilməsi, internet portalına həvalə olunmuşdur.
Azərbaycan onlayn ticarətin inkişafına görə 152 ölkə arasında 60 ballıq göstərici ilə 65-ci yerdə qərarlaşıb. Bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) "Business-to-Consumer (B2C) E-Commerce Index 2020" illik hesabatında deyilir. MDB ölkələri arasında ən yüksək mövqelərdə Belarus (35-ci yer), Rusiya (41-ci yer), Ukrayna (51-ci yer), Moldova (53-cü yer) və Qazaxıstan (60-cı yer) qərarlaşıb. Qonşu ölkələrə gəldikdə isə, İran reytinqdə 44-cü, Gürcüstan 47-ci, Ermənistan isə 84-cü yerdədir. UNCTAD sözügedən indeksi qiymətləndirmə prosesində təhlükəsiz internet serverlərinə əlçatanlığı, poçt xidmətləri və infrastrukturunun etibarlığını, əhalinin internetdən istifadə edən və maliyyə təşkilatları və ya mobil pul xidmətinin təminatçılarında hesabı olan payını nəzərə alır.
Elektron ticarət - elektron platforma, ödəniş sistemləri və logistika kimi 3 əsas meyar üzərindən inkişaf edir ki, yaranan problemlər də əsas elektron ödəniş sistemlərilə əlaqəlidir. Son illərdə bu istiqamətdə böyük işlər görülməkdədir. 2018–2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilmişdir. Burada rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək üçün 3 şərt və hər biri üzrə konkret hədəflər müəyyən edilmişdir.

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin