Sülh dövründəki fövqəladə hallarda əhalinin köçürülməsi işlərinin xüsusiyyətləri
Əhalinin köçürülməsi, yəni təbii fəlakət və ya qəzalar nəticəsində təhlükə yaranan sahələrdən adamların çıxarılması ölkəmizdə sülh dövründə geniş istifadə edilən tədbirdir.
Köçürmə – təbii fəlakətlər, güclü istehsalat qəzaları və katastrofa zamanı əhalini mühafizə etmək üsullarından biridir. Bu üsul əhalini iri şəhərlərdən, digər yaşayış məntəqələrindən mütəşəkkil surətdə (nəqliyyatla və ya piyada) çıxarıb, Çernobıl AES-də qəza nəticələri aradan qaldırılarkən olduğu kimi, başqa təhlükəsiz rayonlarda məskunlaşdırmaqdan, həmçinin əhalinin ehtimal fəlakətli daşqın, zəlzələ zonalarından, sel, marxal, geniş yanğınlar və s. digər kortəbii hadisələr qorxusu yaranan rayonlardan çıxarılmasından ibarətdir.
Köçürmə işlərini, xüsusən bu hadisələr gözlənilmədən baş verərkən, qısa müddət ərzində mütəşəkkil surətdə yerinə yetirilməsini təmin etmək təsərrüfat obyektləri rəhbərlərinin, fövqəladə komissiyaların və mülki müdafiə qərargahlarının vacib vəzifələrindəndir.
Köçürülmə tədbirlərinin müvəffəqiyyətlə həyata keçirilməsinə bu işlərlə nail olunur:
təsərrüfat obyekti fəaliyyət göstərdiyi rayonun (ərazinin, iqlim şəraitinin) hərtərəfli və əsaslı surətdə öyrənilməsi;
obyektdə istehsalat fəaliyyətinin və onun ərazidə yerləşməsinin xüsusiyyətlərini nəzərə almaqla texnogen və təbii fövqəladə hallar yaranması ehtimalının daim proqnozlaşdırlması;
müxtəlif fövqəladə hallara müvafiq gələn köçürmə tədbirlərinin tam və diqqətlə planlaşdırılması;
köçürülməni təmin etmək üçün nəzərdə tutulan qüvvə və vasitələrin, həmçinin fəhlə, qulluqçu və digər əhalinin fəaliyyətə hazırlanması;
gözlənilən təhlükə haqqında və fövqəladə hallar yarandığı barədə vaxtında xəbərdarlıq edilməsi.
Sülh dövründəki fövqəladə hallar zamanı köçürmə müharibə dövründəki köçürmə tədbirlərindən bir sıra xüsusiyyətlərlə fərqlənir:
Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
zədələnmə ocağının və radioaktiv maddələr (RM), güclütəsirli zəhərli maddələr (GT ZM), bakterial vasitələrlə (BV) zəhərlənmiş ərazi sahələrinin nisbətən məhdud olması;
baş verə biləcək hadisələrin nüvə zərbələri nəticəsində olduğuna nisbətən daha dəqiq proqnozlaşdırılması imkanı; bu, fəaliyyətin əvvəlcədən planlaşdırılması imkanı; bu, fəaliyyətin əvvəlcədən planlaşdırılmasını asanlaşdırır;
təbii fəlakətlərin, AES-də qəzaların əksəriyyətində güclü radioaktiv çirklənmə zonalarının yaranmaması. Bu xüsusiyyət, həmçinin zədələnmə ocaqlarının əraziyə uyğun məhdudluğu əhalinin köçürülməsi üçün təhlükəsiz yerləri daha müəyyən etməyə imkan yaradır:
köçürülən fəhlə və qulluqçuların, digər əhalinin köçürülmə yerlərində və rayonlarında ancaq qısa müddət qalması;
hər bir fövqəladə halın özünəməxsus fiziki xüsusiyyətlərə malik olması.
Zəlzələ zamanı əhalinin binaları tərk edərək təhlükəsiz yerlərə çıxarılmaq üçün toplanış məntəqələrinə gəlməsi anından başlayaraq, ta xilasetmə işləri sona yetənəcən mərhələ-mərhələ kompleks köçürülməsi davam etdiriləcəkdir.
Məsələn, zəlzələ vaxtı adamlar mənzillərini tərk edərək mümkün qədər cəld bina və qurğulardan uzaqlaşıb açıq meydançalara, xiyabanlara, geniş küçələrə, idman meydançalarına çıxmağa çalışacaqlar, sonra isə, lazım gələrsə, onlar təhlükəsiz yerlərə aparılacaqlar. Belə hallarda köçürmə uzun müddət – xilasetmə işləri aparılaraq uçqunlar altındakı adamlar oradan çıxarılan bütün müddət ərzində davam edəcəkdir.
Dostları ilə paylaş: |