Mühəndislik fakültəsi İnformasiya texnologiyaları kafedrası



Yüklə 379,28 Kb.
səhifə11/13
tarix31.12.2021
ölçüsü379,28 Kb.
#50114
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Movzu 15

Sifətin tanınması

Sifətin tanınması sifət cizgilərinin quruluşuna görə aparılır. Gözün ətrafı, yanaqların sahəsi, ağız ətrafı, burun və göz quruluşlarına görə müəyyənləşir.

Sifətin tanınması 2 faktla məhdudlaşır:


  • Sifət cizgilərinin xəsər görməsi, onun qocalması və plastik əməliyyat vasitəsilə dəyişdirilə bilməsi.

  • Sifətin tanınması üçün istifadə olunan nümunə sifət şəklinin keyfiyyətli olmaması.

Sifətin tanınması prossesi

Elektron ödəmələrdə sifətin tanınması texnologiyası əsasən avtomat­laş­dırılmış hesablama maşınlarında ( ATM ) yerləşdirilir. Amma bir səbəbdən sifətin tanınmasının ATM-lərdə az istifadə olunur. Buna səbəb kimi istifadəçilərin şəkillərinin yayılmasını, ATM-lərdə olmasını istəmirlər.



Gözün tanınması

Bu texnologiya gözün unikal hissəsi olan göz bəbəyinin tanınmasına əsaslanır. Göz bəbəyi infra qırmızı şüa ilə yoxlanılır.

Göz bəbəyin əsas yoxlanılan hissələri.


Bu texnologiyadan istifadə üçün verilənlər bazasında göz nümunələri olmalıdır. Verilənlər bazasının köməyilə istifadəçilər hər dəfə hesab açarkən və ya ATM-lərdən istifadə edərkən göz şəklinin çəkilməsinə ehtiyac qalmır. Bundan əlavə əvvəlcədən çəkilmiş göz nümunələrin aydın və təmiz olmalıdır.

Barmaq çapı

Ödəmə sistemində istifadə olunan bioloji göstəricilərdən daha geniş yayılanı barmağın çapıdır. İnsan barmağının üzərindəki dəri izləri bir növ dağ silsilələrini xatırladır. Onlar aşağıdakı formalarda olur.



  • Sağ ilmə

  • Sol ilmə

  • Halqa

  • Qövs

  • Barmaq izinin hissələri.

Barmaq çapını ödəmələr üçün daha uyğun olması barmaq izini müəyyən edən qurğunun ödəmə aparatına yaxın olması, qurğunun ölçüsünün balaca olması və barmaq izinin yaşdan fərqli olmayaraq heç vaxt dəyişməməsidir. Barmaq izləri simsiz rabitə vasitələrində ( cib kompüteri, mobil telefon ) yerləşdirilə bilmə imkanının olması. Barmaq izinin ekrandan istifadə edilməklə də çıxarılması mümkündür. Barmaq izinin ev şəraitində çıxarılması digər biometrik göstəricilərə nisbətən daha rahatdır. Barmaq izi marketlərdə, ticarət obyektlərində, ATM-lərdə həm də ev şəraitində istifadə oluna bilər.

Smart kart

Ödəmə sistemlərində elektron pullar vasitəsilə işləmək və kart ödəmələrində təhlükəsizliyi artırmaq üçün Smart kartlardan istifadə olunur.

Smart kartlar da adi kredit və debit kart ölçüləri formasındadır. Uzunluğu 85.6 mm, eni 53.98 mm. Kartın üzərində olan Mikroprosessorun uzunluğu 19.23mm, eni 10.25 mm ölçülərindədir.

Smart kartlar aşağıdakı növlərə ayrılır:



  1. Prosessor kart ( həmçinin yaddaşı da olur )

  2. Kredit kart ölçülü

  3. Əməliyyat sistmi olan kartlar.

  4. Əməliyyat sistemi provayderləri

  5. Kartlar kompyuterə adi kart oxuyan qurğular vasitəsilə

qoşulmalıdır.


Yüklə 379,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin