Mühəndislik fakültəsi İnformasiya texnologiyaları kafedrası


Elektron ödəmə sistemlərinin strukturu



Yüklə 379,28 Kb.
səhifə2/13
tarix31.12.2021
ölçüsü379,28 Kb.
#50114
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13
Movzu 15

15.1. Elektron ödəmə sistemlərinin strukturu
Ödəmə sistemləri-elektron kommersiya infrastrukturlarının əsas elementlərindən biridir. Elektron kommersiya sistemlərində alış-verişlərin həyata keçirilməsi daha etibarlı, rahat və əlverişli ödəmə sistemlərinin tətbiqi ilə əhəmiyyətli dərəcədə şərtlənmişdir.

Elektron ödəmə sistemi (EÖS)-normativ aktların, müqavilə sənədlərinin, maliyyə və informasiya-texniki vasitələrin, eləcə də internetdə qarşılıqlı maliyyə hesablaşmalar sisteminin fəaliyyət göstərməsini mümkünləşdirən iştirakçıların (bankların, prosessinq mərkəzlərinin, ticarət və xidmət müəssisələrinin, sığorta şirkətlərinin) məcmusudur. Ödəmə sistemlərinin (ÖS) uğurlu fəaliyyəti üçün prosessinq və kommunikasiya mərkəzləri, texniki xidmət mərkəzləri kimi texniki təminatları həyata keçirən ixtisaslaşdırılmış qeyri-maliyyə təşkilatlarının olması zəruridir.

Adətən elektron ödəmə sistemləri ya Kliyent-Bank texnologiyası, ya da ki, elektron sertifikat texnologiyası əsasında yaradılır. Lakin, elektron çeklər hər iki qrupa aid edilə bilər. Elektron çeklər elektron sertifikatlar əsasında bank hesablarının idarə edilməsi vasitəsi kimi çıxış edirlər.

Özündə iqtisadi və texniki mənalar birləşdirən elektron ödəmə sistemi termini iqtisadiyyat və texnologiyanın qovuşduğu yerdə dayanır. ÖS-də pul informasiyasının daşıyıcı forması təyinedici əhəmiyyət kəsb edir. Hal-hazırda pul daşıyıcısının iki əsas - kağız və elektron növündən istifadə edilir. Ənənəvi formada çıxış edən kağız əsaslı ÖS ödəmə alətləri ilə mübadilənin yazılı sənədlər şəklində olmasını tələb edir. Belə ki, elektron ÖS-nin kağız ÖS-i qarşısında duran bir sıra üstünlükləri aşağıdakılardan ibarətdir:



  • Ödəmənin yerinə yetirilməsi vaxtının qısaldılması. Elektron sənədlərin ötürülmə sürəti kağız formasında olan sənədlərin çatdırılmasının mümkün sürətindən müqayisə edilməz dərəcədə yüksəkdir;

  • Tranzaksiya xərcləri səviyyəsinin enməsi. Elektron sənədlərin yaradılmasına və ötrülməsinə çəkilən xərclər aşağıdır. Lakin, kağız formasında olan yazılı sənədlərə qoyulan oxşar xərclər yüksəkdir;

  • Texniki və əməliyyat risklərinin aşağı düşməsi. "İnsan amili"nin təsiri nəticəsində, dələduzluq və sui-istifadə nəticəsində meydana gələn səhvlərdən qorunmaq üçün təhlükəsizliyin yüksək səviyyədə olması.

Eyni zamanda qeyd etmək lazımdır ki, regionlarda EÖS-nin telekommunikasiya infrastrukturlarının aşağı səviyyəli inkişaf ilə yaradılması dəyəri son dərəcədə yüksəkdir. Bununla da aydın olur ki, ödəmə sferasının təkmilləşdirilməsi məqsədi ilə EÖS-nin yaradılmasının əsas təşəbbüskarı dövlət özü çıxış edir. Dövlət EÖS-i (eləcə də mərkəzi bankların ÖS) adətən iri, topdan hesablaşmalar səviyyəisndə mövcud olur. Şəxsi EÖS-də adətən xırda və pərakəndə hesablaşmalar səviyyəsinə üstünlük verilir. Banklar və texnoloji kompaniyalar belə ÖS-nin mülkiyyətçisi kimi çıxış edirlər. Bu EÖS-i yüksək səviyyəli ilkin xərclər tələb etmir, lakin öz sahibini yüksək gəlirlə təmin edə bilirlər. Pərakəndə EÖS-nin sürətli inkişafı məhz deyilən amillərlə əlaqədardır. Pərakəndə EÖS-i texniki baxımdan iki əsas sinfə bölünürlər: kart əsaslı (car-based) və şəbəkə əsaslı (network-based) ödəmə sistemləri.


  1. Yüklə 379,28 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin