Tranzaksiyaların maya dəyərinin minimumlaşdırılması. Məhsul və xidmətlərin əldə olunma tranzaksiyalarının emalına görə ödəmə onların dəyərinə daxil edilir. Ona görə də tranzaksiya qiymətlərinin aşağı düşməsi satıcıların rəqabət qabiliyyətini artırır;
• Yaradılmış arbitraj və auditin imkanları.Ödəyici üçüncü tərəfə sübut etməlidir ki, ödəmə həyata keçirilib və ödəmə predmeti haqqında məlumatlar verilib. Buna görə də ona bunu sübut etmə imkanı verilməlidir. Müştəri ya ödədiyi məhsulu əldə etmədikdə, ya da ki, əldə etdiyi məhsul onu qane etmədikdə yaranan mübahisələr zamanı bu daha vacibdir. Ödəməni qəbul edən üçüncü tərəfə hansı məbləği, onun nə vaxt, nə üçün və kimdən aldığını sübüt etmək imkanı olmalıdır. Bankirin hesablarla iş zamanı ödəmə tapşırıqlarına ciddi riayət etdiyi barəsində üçüncü tərəfə sübut etmək imkanı olmalıdır. Müəyyən edilmişdir ki, EÖS innovasiyalı potensiala və geniş yayılmış istifadəyə malikdir. Mövcud templə inkişafı davam etdirmək üçün bir sıra maneələri aradan qaldırmaq və onların istifadəsi ilə bağlı problemli məsələləri həll etmək lazımdır. Hər bir EÖS ilə bağlı əsas məsələlərdən biri onların təhlükəsizliyi məsələsidir. Nə qədər ki, pul tədavülü mühüm əhəmiyyətə malikdirsə - sabitlik, etibarlılıq və təhlükəsizlik bunlar istənilən ÖS-ə qoyulan əsas tələblər kimi çıxış edəcək. EÖS həmin tələblərlə təmin olunmadan onun tətbiqi və istifadəsi mümkün deyil. EÖS-nin etibarlılığı və təhlükəsizliyinin həlli problemi iki əsas tərkibdən ibarətdir: