15.4. Elektron kisə. Elektron pul sisteminin imkanları
Elektron pullarla əməliyyatların həyata keçirilməsi üçün adətən elektron pul kisəsindən istifadə edilir. Elektron kisə adi pul kisəsinin analoqu kimi və ya bank hesabının analoqu kimi çıxış edir. Vəsait sahibi baxımından elektron kisə adətən özündə unikal identifikatoru, eləcə də pul vəsaitlərinə nəzarət etməyə və onlarla ödəmələr etməyə imkan verən sistemlə qarşılıqlı əlaqənin bir və ya bir neçə interfeysini əks etdirir.
Elektron pullarla işləmək üçün istifadəçi özündə bir neçə sadə əməliyyatları yerinə yetirə bilən proqramı-elektron pul kisəsi tətbiq etməlidir. Elektron pulların saxlanılması və onlarla hesablaşmaların aparılması üçün istifadə edilən kompüterdə qurulmuş proqram elektron pul kisəsi adlanır. Adi pul kisəsindən fərqli olaraq elektron kisədə pullar deyil, yalnız onların elektron dəyərləri yerləşdirilir. Pullar isə onların təqdim edildiyi bankda və ya digər təşkilatlarda saxlanılır. Belə bir halda elektron ödəmələri və ya elektron dəyərləri kompüterin sərt diskinin elektron kisəsində və ya ödəmə kartında yerləşdirilmiş pul vəsaitlərinin elektron ekvivalenti kimi başa düşmək olar. İstənilən halda hər bir elektron dəyər hesablardan asılıdır. Pul vəsaitləri bu hesabda yerləşdirilir. Hesabda mövcud olan pul vəsaitlərinin ekvivalent elektron dəyərləri elektron kağızlarda və ya kartlarda öz əksini tapır. Kartlarla ödəmələr zamanı bankdakı pulların elektron dəyərləri əvvəlcə alıcının, sonra isə satıcının kisəsinə köçürülməsi baş verir. Bütün bu əməliyyatlar həyata keçirilərkən pullar bank hesablarında, yəni, alıcı və satıcının elektron kisələrində saxlanılır. Bu o deməkdir ki, nağd pul bank hesablarından kənara çıxmırlar. Onlar arasında hərəkət edir. Belə ki, elektron kisə real şəkildə mövcud olmayan, lakin kompüter proqramlarında öz əksini tapan və adi pul kisələrinin ekvivalenti kimi çıxış edirlər. Elektron kisə aşağıdakı bir neçə əməliyyatları yerinə yetirir:
Başqa elektron pul kisəsindən elektron pulları qəbul etmək;
Elektron pulları saxlamaq;
Onların doğruluğunu və orijinallığını yoxlamaq;
Onlan başqa elektron kisələrə ötürmək;
Ödəmələrin (əməliyyatların) qeydiyyatını aparmaq və s.
Dostları ilə paylaş: |