Mühəndislik fakültəsi İnformasiya texnologiyaları kafedrası


Elektron pulun üstünlükləri və nöqsanları



Yüklə 379,28 Kb.
səhifə8/13
tarix31.12.2021
ölçüsü379,28 Kb.
#50114
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Movzu 15

15.3. Elektron pulun üstünlükləri və nöqsanları
Elektron pulun adi nağdsız hesablaşmalar qarşısında əsas üstünlüyü –tranzaksiyaların (kisədən kisəyə köçürülmə) son dərəcə aşağı qiymətə malik olmasıdır. Tranzaksiyaların aşağı qiyməti mikroödəmələrin həyata keçirilməsi üçün elektron pulun tətbiqini mümkünləşdirir. Müasir dövrdə isə elektron pulun bu üstünlüyü gündən-günə daha da zəruriləşir.

Nəqdsiz vəsaitlərlə müqayisədə elektron pulun daha məşhur üstünlüyü – onun istifadəsinin anonimliyidir, eləcə də sistemə daxil olmanın daha sadə olması. Yəni, banka gedib müqavilə bağlamağa, müəyyən sənədlər təqdim etməyə ehtiyac yoxdur. Şəxsi kisə hazırlamaq və kompüter arxasından durmadan bir anda çoxlu sayda ödəmələri qəbul etmək və ya göndərmək mümkündür. Elektron pul texnologiyasının bu üstünlüyə malik olması onun dünyanın bir sıra ölkələrində geniş şəkildə yayılmasına gətirib çıxartdı. Lakin, dövlətin elektron pul dövriyyəsinin tənzimlənməsini təmin etmək təşəbbüsü ilə əlaqədar olaraq hal-hazırda bu üstünlük öz gücünü itirməkdədir.

Nağdsız ödəmələrdən fərqli olaraq elektron pullarla keçirilən əməliyyatlar təhlükəsizliyin təmin olnnmasına tələbin əhəmiyyətli dərəcədə aşağı olması ilə xarakterizə olunur. Bu da onların məsələn, mobil kommersiyadan istifadəsini sadələşdirir.

Elektron pulların digər üstünlüyü isə ondan ibarətdir ki, onlarla bağlı demək olar ki, bütün əməliyyatlar on-line rejimində yerinə yetirilir. Vəsaitlərin bir kisədən digər kisəyə köçürülməsi praktik olaraq bir anda baş verir. Xarici ödəmələrin başa çatma müddəti yalnız ödəmə sisteminin işləmə sürətindən asılıdır. Elektron pullar insanların əksəriyyəti üçün nağdsız hesablaşmaların yeganə istifadə olunma vasitəsidir.

Elektron pul sisteminin fəaliyyətində bəzi nöqsanlar da vardır. Bu da onların kompüterlə birlikdə oğurlanmasının mümkünlüyüdür. Kompüterin oğurlanması isə elektron pul kisəsinin itirilməsi deməkdir. Bu zaman zərər çəkmiş tərəf göstərilən nömrə ilə elektron pulların istifadəsinə həbs qoymaq barəsində banka müraciət edə bilər.

Elektron pulun əsas nöqsanı kimi onun dəyərinin davamlılığı çıxış edir. Əsas nöqsan ondan ibarətdir ki, elektron pulların emissiyasına yalnız emitent zəmanət verir. Dövlət elektron pulun ödəmə qabiliyyətinin saxlanmasına heç bir zəmanət vermir. Bu isə ona gətirib çıxarır ki, iri ödəmələrin gerçəkləşməsi, eləcə də uzun müddət ərzində böyük məbləğlərin yığılması üçün elektron pulların istifadəsi məsləhət görülmür. Yəni, elektron pul əslində yığım vasitəsi deyil, ilk növbədə ödəmə vasitəsi hesab olunur.

Digər nöqsanı isə ondan ibarətdir ki, elektron pullar yalnız onların emitentləşdiyi çərçivədə mövcuddurlar. Bundan başqa elektron pullar hamı tərəfındən qəbul edilmiş ödəmə vasitəsi hesab olunmur. Buna görə də elektron pulların köməyi ilə həyata keçirilməsi mümkün olan bütün ödəmələr sistem operatoru tərəfindən təqdim edilən yığıma gətirilib çıxarılır, sistem çərçivəsində ixtiyari ödəmələr mümkün deyildir. Bu da elektron pulun tətbiqini bir qədər məhdudlaşdırır, bütün bu deyilənlərə baxmayaraq sistemin inkişafı ona gətirib çıxartdı ki, adi ödəmələrin kifayət qədər geniş spektri üstün gəlir.

Bundan başqa elektron pulun bir sistemdən digərinə köçürülməsi yetərincə əlverişli olmaya bilər və bahalı əməliyyat ola bilər. Lakin, bu cür pul köçürmələri sistem daxilində bir qədər ucuz başa gəlir.



Yüklə 379,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin