Mühəndislik fakültəsi İnformasiya texnologiyaları kafedrası


Smart kartı istifadə etmək üçün qurğular



Yüklə 379,28 Kb.
səhifə12/13
tarix31.12.2021
ölçüsü379,28 Kb.
#50114
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Movzu 15

Smart kartı istifadə etmək üçün qurğular

Xüsusi olaraq smart kartları istifadə etmək üçün klaviatura.

Simsiz şəbəkənin genişlənməsi və mobil kommersiyanın inkişafı nəticəsində, mobil qurğular yeni rəqəmsal iqtisadiyyatın kritik komponentinə çevrildi. Mobil marketlərin yetkinləşməsi nəticəsində, mobil telefon, cib kompyuterləri vasitəsilə ödəmələrə ehtiyac duyulur və bu yeni nəsil xidmət növünün yaranmasında açar rolunu oynayır. Mobil telefon istifadəçilərinin sayının kompyuter istifadəçilərinın sayından dəfələrlə çox olması və hər zaman potensial alıcının, müştərinin yanında olması, mobil-biznesin böyük marağa səbəb olmasına gətirib çıxarır. Bundan əlavə alıcılıq qabiliyyəti olan mobil telefon itifadəçilərinin faiz göstəriciləri 90% - dən çoxdur. Hal-hazırda mobil ödəmələrdə aparılan ödəmələrin həcmi milyardlarla dollar ilə ölçülür və təbii olaraq yüksək artımla inkişaf edir. Bu biznesin əsas kompanenti ödəmələrin aparılması və ödəmə ilə bağlı təhlükəsizliyin yüksək təmin edilməsidir. Bu bölmədə mobil ödəmələrin aparılması yolları haqqında təsəvvür yaradıb, hal-hazırda mövcud olan təhlükəsizlik sistemlərindən söhbət açılacaq.
15.6. Azərbaycanda plastik kartlardan istifadənin mövcud durumu
«Azericard» Prosessinq Mərkəzinin məlumatına görə, hazırda plastik kartları emissiya edən bütün Azərbaycan bankları maqnit kartların tədricən daha mürəkkəb və müasir maqnit çip-kartları ilə əvəz olunmasını həyata keçirir. Cari ilin may ayının 1-nə Azərbaycanda aktiv plastik kartların sayı 1,7 mln. təşkil edib ki, bunun da 60-65%-i «Visa International», 35-40%-i isə «MasterCard»ın payına düşür. İlin əvvəlindən buraxılan plastik kartların ümumi həcmi 300-400 min artıb.

Hazırda «Azericard» Prosessinq Mərkəzi tərəfindən xidmət göstərilən 15 Azərbaycan bankı «Visa»nın üzvüdür, 3 bank həmin ödəmə sistemində sertifikatlaşma mərhələsindədir, 12 bank «MasterCard»ın üzvüdür və 2 bank həmin ödəmə sisteminin standartları üzrə sertifikatlaşmadan keçir.

Azərbaycanda xüsusilə beynəlxalq hesablaşmalar üçün geniş istifadə edilən maqnit kartlarından fərqli olaraq, çip-kartları lokaldır və mağazalarda gündəlik alış-veriş, kommunal xidmətlərin ödənilməsi və s. məqsədlər üçün nəzərdə tutulub.

Qeyd etmək olar ki, son vaxtlaradək maqnit zolaqlı kartlar dünya təcrübəsində daha geniş yayılmışdı. Bu, texnologiyanın kifayət qədər işlənməsi və ödənişlərin qəbulu nöqtələrinin sayının çox olması kimi amillərlə izah edilir. Lakin kiçik ödənişləri həyata keçirərkən onlardan istifadə etmək rahat deyil, çünki hər bir ödəniş onun sahibinin ödəmə qabiliyyətini yoxlamaq üçün kartın «avtorizasiyası»nı tələb edir. Bütün bunlar, öz növbəsində, tranzaksiyanın dəyərinə və icra olunan ödənişlər üzrə sənədləşdirmə üzrə xidmət göstərilməsinə təsir göstərir. Maqnit kartlar həmçinin saxtalaşdırma və sui-istifadədən az müdafiə olunub. Bu səbəbdən, məsələn, ölkədə telekommunikasiya sistemi kifayət qədər inkişaf etmədiyindən maqnit zolaqlı kartlar milli ödəniş aləti roluna yaramır.

Azərbaycanda hal-hazırda 1400-dən çox ATM və 6500-dən çox Pos-terminal mağazalarda ticarət mərkəzlərində və s. yerlərdə fəaliyyət göstərir.

6500 pos-terminaldan 6000-i Bakıda, təxminən 500-ü isə Azərbaycanın digər şəhər və rayonlarında mövcuddur. Bu Azərbaycan üçün mənfi göstəricidir. Hətta statistikaya əsasən ölkə üzrə tutulan vergilərin təxminən 90%-i təkcə Bakının payına düşür.

Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən lazımi onlayn təhlükəsizlik sertifikatları aldıqdan sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı gündən yüzlərlə xidmətin qoşulduğu GoldenPay vasitəsilə milyonlarla AZN-lik onlayn ödənişlər həyata keçirilmişdir. Eyni zamanda GoldenPay Azərbaycanda fəaliyyət göstərən bir çox bank xidmətlərini də təklif edir.

GoldenPay-ın başlıca məqsədi insanların ödəniş vərdişini dəyişməklə vaxtlarına qənaət etmələrini təmin etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Bu portalda kommunal, mobil, internet, bank kreditləri və digər növ ödənişlərin edilməsi mümkündür. Həmçinin Hesab.az-da onlayn sığorta xidmətləri və kinoteatra bilet almaq olar. Yaxın gələcəkdə isə Hesab.az istifadəçilərinə aviabiletlərin onlayn alışı, pul köçürmələr daxil olmaqla bir çox yeni xidmətlər təqdim edəcək.


Yüklə 379,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin