İnformasiyanın tamlığı. İnformasiyanın saxlanması təminatı və nəzərdə tutulmayan dəyişikliklərdən müdafıə olunması. Alıcının aldığı məhsul, onun etdiyi alış-verişin məbləği dəyişdirilə bilməz;
Autentifıkasiya. Kontragentlərin şəxsiyyətinin təsdiqlənməsi. Yəni, həm alıcı, həm də satıcı üçün qarşı tərəfin şəxsiyyətinin təsdiqlənməsi – autentifikasiya zəruridir. Alıcı məhsul və ya xidmət alarkən satıcının tam uyğunluq təsdiqini əldə edir. Əgər alıcı hesablaşmaları nəqdsiz qaydada həyata keçirərsə, onda satıcı adətən alıcıdan onun şəkli ilə birlikdə şəxsiyyət vəsiqəsini istəyir. Əgər müqavilənin bağlanması zamanı qarşı tərəflə şəxsi əlaqə yoxdursa (məsələn, alıcı sifarişini telefon vasitəsilə edərsə) onda onun tam uğunluğunu müəyyən etmək isə daha çətin bir prosesdir;