Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə71/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   67   68   69   70   71   72   73   74   ...   80
mulki mudafie 1-60 esas

Yanğın təhlükəliliyinə görə obyektlər 5 kateqoriyaya bölünürlər: A, B, V, Q və D ( cədvəllərdə verilir).
A – asanlıqla alovlanan mayelər, partlayış təhlükəli qazlar olan obyektlər; 
B – yanğın təhlükəli bərk maddələr (kömür tozu, qənd tozu və s.) olan obyektlər; 
V – yanğın təhlükəli xammal, yarımfabrikat və hazır məhsullar istehsal edən, yaxud saxlanan obyektlər; 
Q – metalların istehsalı və isti emalı müəssisələri; 
D – metalların soyuq emalı və yanmayan materialların təkrar emalı və saxlanılması ilə əlaqədar olan 
müəssisələr. 
A və B kateqoriyasına – partlayış-yanğın təhlükəli, V kateqoriyasına – yanğın təhlükəli, Q və D kateqoriyasına 
isə yanğın təhlükəsi olmayan obyektlər aiddirlər.
 
 
 
58.Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin mahiyyəti, məqsədi və tapşırıqları. 
QXDTİ-nin 
təşkili. 
Fövqəladə halların nəticələrinin aradan qaldırılması – fövqəladə hallarda zərərçəkmiş insanların xilas edilməsi, 
onlara tibbi köməyin göstərilməsi, qəzaların lokallaşdırılması və aradan qaldırılması, mümkün ola biləcək itki və 
zərərlərin həcminin azaldılması, növbəti bərpa işləri üçün şəraitin yaradılması məqsədilə həyata keçirilən qəza-
xilasetmə və digər təxirəsalınmaz işlərin (QXDTİ-nin) yerinə yetirilməsidir.
Qəza-xilasetmə işlərinin məqsədi zərərçəkmiş insanların axtarışı, qəza baş vermiş yerlərdən çıxarılması, 
xilas edilməsi, onlara ilk tibbi və ilk həkim köməyinin göstərilməsi, müalicə müəssisələrinə göndərilməsidir.
Qəza-xilasetmə işlərinə aiddir: 
• MM dəstələrinin hərəkət marşrutlarında və iş yerlərində (obyektlərdə) kəşfiyyatın aparılması; 
• hərəkət marşrutlarında və QXDTİ keçiriləcək yerlərdə yanğınların lokallaşdırılması və söndürülməsi; 
• fövqəladə hadisələr nəticəsində yaranmış və xilasetmə işlərinin keçirilməsinə mane olan təhlükəli amillərin 
aradan qaldırılması, yaxud mümkün ola bilən minimal səviyyəyə qədər azaldılması; 
• zərərçəkmiş insanların axtarışı, onların dağıntılar altından, zədələnmiş və yanan binalardan, su basmış, tüstü 


53
və zəhərli qazlar olan yerlərdən çıxarılması; 
• uçqunlar altında qalmış mühafizə qurğularına, insanlar olan digər qapalı yerlərə havanın verilməsi; 
• zərərçəkmiş insanlara ilk tibbi və ilk həkim köməyinin göstərilməsi və onların müalicə müəssisələrinə 
köçürülməsi; 
• əhalinin təhlükəsiz yerlərə çıxarılması; 
• insanların sanitar təmizlənməsi, onların geyimlərinin, zəhərlənmiş ərazinin, qurğuların, texnika və 
avadanlıqların xüsusi təmizlənməsi, heyvanların veterinar təmizlənməsi. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin