Sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin
Dövlət səviyyəsində qorunub saxlanılması məhz Heydər Əliyevin adı
İlə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra
Tolerantlıq mühiti dövlətin konsepsiyasına uyğun daha da
Möhkəmlənmiş, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə
Çevrilmişdir. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş
Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Hazırda
Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb
Baxımından zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini
Fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik
Və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış,
Milli, irqi və dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmamışdır.
Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-
Etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali
İlə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Fərqli dini
Konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy
Olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə
Aparmışlar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda
Vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara
Mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün
Bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və
Tolerantlığımızın simvoludur. Vətənimizdə bu cür mükəmməl
Tolerantlıq mühitinin yaranması dini dözümlülüyün İslamın və
Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti
Olmasına dəlalət edir. Heydər Əliyev İslam dininin və Azərbaycan
Xalqının bu xarakterik keyfiyyətini çox gözəl ifadə etmişdir: “Hesab
Edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə
Görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox
Hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq
Var”.