Multikulturalizmə giriş


Azərbaycanda xristianlığın meydana gəlməsi və



Yüklə 338,66 Kb.
səhifə9/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
Multikulturalizmə giriş cavabları

13. Azərbaycanda xristianlığın meydana gəlməsi və
Onun süqutunun səbəbləri.

Azərbaycanda xristianlıq hələ İsa Məsihin şagirdləri


Dövründə yayılmağa başlamışdır . Belə ki, bu dini yaymaq
Məqsədi ilə qədim Azərbaycan dövləti olan Qafqaz
Albaniyasına apostollar gəlməyə başladılar. Burada
Xristian dininin yayılması apostollar Varfolomey və
Faddeyin,eləcə də Faddeyin şagirdləri olan Yelisey və
Marın adları ilə bağlıdır. Yeliseyin fəaliyyəti nəticəsində
İndiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq
Kilsələrinin anası “ kimi məşhurlaşan Qafqazın ilk xristian
Kilsəsinin əsası qoyuldu. Daha sonra Qafqaz Albaniyasının
Digər yerlərində də xristian icmaları meydana gəldi,
Beləliklə həvari mənşəli Alban Kilsəsi təşəkkül tapdı.
Alban Həvari Kilsəsi nəinki Qafqazda, hətta bütün xristian
Dünyasında ən qədim kilsələrdən biri sayılır. Eyni
Zamanda,bu kilsə vaxtilə Azərbaycan torpaqlarında hakim
Mövqedə olub.Alban Həvari Kilsəsi Qafqaz Albaniyasının
Mədəniyyətinin inkişafında mühüm rol oynadı. Xüsusən
lV-Vll əsrlər alban xristian memarlığının çiçəklənmə
dövrü sayılır. Bu dövrdə Amaras monastırı (lV əsr) ,
Xudavəng monastır kompleksi (Vl-Vll əsrlər) kimi
Möhtəşəm alban xristian məbədləri tikilmişdir. 705-ci ildə
Qafqaz Albaniyası süquta uğrayıb Ərəb xilafətinin
Tərkibinə qatıldıqdan sonra Alban Həvari Kilsəsi tənəzzül
Dövrünə qədəm qoymuşdur XlX əsrin əvvəllərində Şimali
Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən
İşğal olunması ilə Alban Həvari Kilsəsinin fəaliyyətinə
Birdəfəlik son qoyuldu. Belə ki çar hökuməti Şimali
Azərbaycana erməniləri kütləvi şəkildə köçürməyə
Başladı. Çar Rusiyası ermənilərin vasitəsilə regionda öz
Dayağını möhkəmləndirməyə çalışırdı. Bunu fürsət bilən
Erməni-qriqorian kilsəsi çar hökuməti qarşısında Alban
Katolikosluğunun birdəfəlik ləğv edilməsi məsələsini
Qaldırdı. Nəticədə rus çarı l Nikolayın 11 mart 1836-cı il
Tarixli Fərmanı ilə Alban Katolikosloğu ləğv olundu.
Bununla da tarixi ədalətsizliyə yol verildi.


Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin