Multikulturalizmə giriş


Zərdüştlük təlimlərində Multikultural və tolerantlıq ideyaları



Yüklə 338,66 Kb.
səhifə4/35
tarix04.05.2023
ölçüsü338,66 Kb.
#107242
1   2   3   4   5   6   7   8   9   ...   35
Multikulturalizmə giriş cavabları

6.Zərdüştlük təlimlərində Multikultural və tolerantlıq ideyaları.

Zərdüştlük- Dünyanın ən qədim etiqatlarından biri Zərdüşt


Dinidir. Zərdüşt dini onun banisi Zərdüştün adı ilə bağlıdır.
Bu yeni etiqat yalnız İran ərazisində yaşayan tayfalar
Tərəfindən qəbul edilmədi. Zərdüşt dininin əsas müddəası
Ondan ibarət idi ki, dünyada bir- biri ilə daim vuruşan iki
Qüvvə vardır- Xeyir və Şər. Bunlardan biri xeyir-
Hörmüzd, digəri isə şər- Əhriməndir. Zərdüştün dini
Təlimində baş ilahi qüvvə Hörmüzddür ki, onu od təmsil
Edir. Zərdüşt dininə inananlar atəşgahlar tikir orada od
Yandırır və həmin odu qoruyub saxlayırdılar. Zərdüşt
Dininə iman gətirənlər inanırdılar ki, həyatın əsasını təşkil
Edən od, su, torpaq və havadır. Onlar bu dörd ünsürü
Müqəddəs hesab edib,onların daima təmiz qalmasına səy
göstərirdilər. Zərdüşt dinin kitabı Avestadır. Zərdüşt
Dininə inananlar odu, göstərdiyimiz dörd ünsür içərisində
ən müqəddəs, baş ilahi və ülvi qüvvə hesab edirdilər. Onlar
odun nuruna sitayiş edir, qarşısında səcdə qılıb, dua oxuyur
və onun şərəfinə qurbanlar verirdilər .

7.Manilik, məzdəkilik təlimlərində bərabərlik ideyaları.

Manilik- b.e. l minilliyin ilk əsrlərində Qərbi Midiyanın


Vilayətlərində o dövr üçün səciyyəvi olan ictimai ədalətlə
Səciyyələnən dini-etik təlimlər geniş yayılmışdı.
Azərbaycanda da yayılmış belə təlimlərdən birinin banisi
Mani hesab olunur. Manilik adı almış dini hərakat onun adı
İlə bağlıdır. Bu təlim rəsmi zərdüştlüyə qarşı yönəlmişdi,
Odur ki, zərdüştlük onu küfr hesab edirdi. Mani öz dinini
Yeganə düzgün, hamı üçün ümumi, bütün mövcud dinləri
əvəz edən bir din sayırdı. Guya elə Mani özü də bu
dünyaya məhz bu məqsədlə- bütün dinləri birləşdirib bir
din etməyə göndərilmişdir.Maninin təlimi allaha və iblisə,
göylərə və cəhənnəmə,hər bir adamın öləndən sonra
mühakimə olunacağına, müqəddəs möminlərin səma
qüvvələri arasında əbədi həyat sürəcəyinə əsaslanırdı.
Manilik kilsə ayinlərinin sadələşdirilməsinə çalışır, ümumi
Bərabərlik təbliğ edir, bu da öz növbəsində insanları
İstismarın hər bir – istər dünyəvi olsun, istər ruhani- növünə
Qarşı mübarizəyə yönəldirdi.
Məzdəkilik- Azərbaycanda dövran sürən başqa bir dini-
Etik təlim V əsrdə meydana gəlmiş və adını öz banisi
Məzdək adından götürmüş məzdəkilər təlimi idi. Bu təlim
Din pərdəsi altında aparılan güclü antifeodal hərakata
Çevrilmişdi. Məzdək deyirdi: 《 Allah öz nemətlərini
Yaratmışdır ki, insanlar onları öz aralarında tən bölsünlər.
Ancaq, insanlar bir-birinə qarşı ədalətsizlik edirlər. Ona
Görədə əmlak varlılardan alınıb yoxsullar arasında
Bölünməlidir 》 . Məzdəkilər oğurluğu, yalanı, zülmü
Pisləyir, bir yandan kahinlərin, başqa yandan dünyəvi
əyanların əməkçi əhalini ikiqat istismar etməsinə qarşı
çıxırdılar.


Yüklə 338,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin