Multikulturalizmin mahiyyəti



Yüklə 61,27 Kb.
səhifə9/13
tarix19.05.2023
ölçüsü61,27 Kb.
#117135
1   ...   5   6   7   8   9   10   11   12   13
multikultruliz qisa

İdentiklik və onun formaları
Multikultural inkişafın inteqrasiya meyllərini qiymətləndirmək üçün indikatorlara, beynəlxalq planda bu indikatorları bütövlükdə və ayrı-ayrı ölkələr üzrə tədqiq etməyə imkan verən göstəricilərə malikik.
Zəruri indikatorlardan biri identiklikdir, identikliklərin qarşılıqlı nis­bəti və bağlılığı, eləcə də onların dinamikasıdır. Burada, ilk növ­bə­də, vətəndaş-milli identikliyinin onun başqa formaları ilə tu­tuş­du­rul­ma­sı vacibdir, çünki Hucbner və Richter-in (Hukbner və Rixter) dəqiq gös­tərdikləri kimi, «millət, dövləti-siyasi birliyin mövcudluqforması kimi, multikultural inkişaf baxımından bundan sonra da əhəmiyyətini sax­layacaq». Bununla bağlı «dövlət», «millət», «milli cəmiyyət» və «iden­tiklik» terminləri prinsipial əhəmiyyət kəsb edir. Fərdin iden­tik­li­yi və ya özünüidentikləşdirmə hüququ insana xas olan
Azərbaycan multikulturalizminin XIX əsrə qədərki tarixi


Odlar Yurdu Azərbaycan bəşər mədəniyyətinin mərkəzlərindən biri ol­muş, torpaqlarımızın ulu əcdadları müxtəlif çalarlı mədəni də­yər­lər yaradaraq, tarixin təkamül prosesini keçmişdir. Əzəldən Azər­bay­can çoxlaylı, rəngarəng çalarlı mədəni qatları iləQafqaz bölgəsində özü­nəməxsus yer tutmuş, ölkənin qədim sakinləri polietnik və poli­kon­fessional struktura malik olmuş, qonşu ərazilərdə yaşayanmüxtəlif kök­lü insan qrupları ilə qarşılıqlı mədəniyyətlərarası ünsiyyət mey­da­na gəlmişvə bu özünəməxsusluqmüasir Azərbaycan multi­kul­tu­ra­liz­mi­nin yaranması üçün münbit şərait yaratmışdır. Azərbaycan xalqının ta­rixən yaşadığı konfessional təkamülü ona polikonfessional mə­də­niy­yət ça­lar­la­rı gətirmişdir. Əcdadlarımız qədim dövrdə ibtidai dinlərə, zər­düştlüyə ibadət etməyə başlamış sonra isə monoteizmə -təkal­lah­lı­ğa keçmişdir.
Azərbaycan multikulturalizminin monoteizmə qədərki tarixində Zər­düştliközünəməxsus yer tutur. Bu təlimə görə Xeyirlə Şər ara­sın­da gedən mübarizə nəticəsində Xeyir qalib gəlir. Bu mübarizədə mü­hüm yer tutan insan Xeyirin Şər üzərində qələbə çalması üçün fəal səy gös­tərməlidir. İnsan Şər üzərində qələbəsinə ayin və dualarla deyil, daha çox özünün həyat tərzi ilə nail olmalıdır. Bu təlimin ayinlərində oda sitayiş əsas yer tuturdu. Lakin Zərdüştün ölümündən sonra qədim allah­lara həsr edilmiş və yeni şəraitə uyğun redaktə edilmiş müxtəlif qə­dim himnlər qəbul edilmiş, köhnə qurban mərasimləri yenidən can­lan­ma­ğa başlamışdır. Beləliklə, Zərdüştün ölümündən sonra bir-neçə əsr ər­zində bu təlim müəyyən dəyişikliklərə məruz qalmış, yeni din tə­şək­kül tapmağa başlamış və Qərbi İranda, Azərbaycanın Arazdan cənubda olan torpaqlarındadaha geniş şəkildəyayılmağa başlamışdı.
Zərdüştliyin müqəddəs kanonu*Avestaolmuşdur. Avesta – Qa­ta­lardan təşkil olunmuşdur və bunlar Zərdüştin Tanrıya – Hörmüzdə mü­raciətlə dediyi kəlamlardır.Avesta Midiya, sonralar isə Əhəməni ka­­hinlərinin müqəddəs kitabı olmuşdu. Sasanilər dövründə Avesta mətn­­lərinin yeni kodifikasiyasından sonra Zərdüştlik dövlətin ideoloji kon­fessiyasına çevrilmişdi. Lakin müsəlman dünyasında ''əhli-kitab''təlimi olaraq qəbul edilməmiş və xilafət tərəfindən təqiblərə məruz qalmışdı.
Azərbaycan multikulturalizminin tarixində xristianlıq yeni bir mər­hələ olmuşdur. Xristianlığın Qafqaz Albaniyasında yayılması apos­tol Faddey və Varfdomeyin adı ilə bağlı olmuşdur. IV əsrin əv­vəl­lərində Alban çarı Urnayr xristianlığı dövlət dini elan etdikdən son­ra Azərbaycan tarixinin qədim dövr və erkən orta əsrlər mədə­niy­yə­ti­nin daşıyıcısı Alban apostol kilsəsi Azərbaycan torpaqlarını sıx şəbəkə ilə örtür. V əsrin əvvəllərindən etibarən xristian dünyasında yaranmış yeni təlimlər xristian kilsəsini bir sıraməzhəblərə böldüyündən, V əs­rin sonuna qədər xalkidonçuluq mövqeyindən çıxış edən Alban Apos­tol kilsəsi Sasani şahənşahlarının bölgədə apardığı konfessional si­ya­sət ilə uyğunlaşmaq məcburiyyəti qarşısında diofizitlikdən– İsa pey­ğəm­bərin ikili təbiətini qəbul etmək mövqeyindən uzaqlaşmış, bir əsr­dən çox məzhəblərarası mübarizə aparmışdır. VII əsrin birinci rü­bü­nün sonlarında ölkədə Sasani təsiri sosial-ideoloji sahədə zəifləməyə baş­lasa da zərdüştliyin, bütpərəstliyin** maniliyin*** tərəfdarları qal­maq­da davam edirdi. Bu reallıq Azərbaycan multikulturalizm tarixinin ilkin səhifələrindən birini təşkil edirdi.
VII əsrin ortalarından başlayaraq, Azərbaycan cəmiyyətinə tə­k­al­lahlılığın təkmilləşmiş ideologiyası – İslam dini daxil olmuş, İs­lam dini Azərbaycanda yayılmaqda davam etmiş və bu dövrdən baş­la­ya­raq, Azərbaycan mulltikulturalizminin tarixi növbəti mərhələsini ya­şamışdır. İslam dini hakim dinə çevrilmiş, ölkə məkanının böyük his­səsində yayılmışdır.

Yüklə 61,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin