Multikulturalizmin mahiyyəti


Ümummilli lider Heydər Əliyev



Yüklə 61,27 Kb.
səhifə6/13
tarix19.05.2023
ölçüsü61,27 Kb.
#117135
1   2   3   4   5   6   7   8   9   ...   13
multikultruliz qisa

Ümummilli lider Heydər Əliyev
Azərbaycan multikulturalizminin
siyasi banisi kimi
"Kitabi-Dədə Qorqud" dastanından, şifahi və yazılı ədə­biy­ya­tı­mız­dan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək mul­ti­kultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fo­nunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hü­quqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu Ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğur­lu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müd­rik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini in­kişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ si­yasi mərhələ idi.
Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm si­yasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi mo­dellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Aka­demik Ramiz Mehdiyev qeyd etdiyi kimi, Ümummilli lider Hey­dər Əliyevin rəhbərliyi altında etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara vahid Azərbaycan dövlətinə mənsub olmalarının əsasında birlik hissi aşılanmağa başladı."Azə­r­bay­can əha­lisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstün­lü­yü­müz­dür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq" deyən Ulu Öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması isti­qamətinə yönəltdi.
Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qo­run­ması işində ən vacib olanı Ümummilli lider Heydər Əliyevin təşəb­bü­sü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azər­baycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multi­kul­tu­ra­lizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dö­züm­lü­lük) prinsipi Azər­baycan Respublikası Konstitusiyasının bir sıra mad­dələrində aydın şə­kildə təsbit edilmişdir:“Din və dövlət”(Maddə 18, bənd 1); “Dövlət dili”(Maddə 21, bənd 2); “Bərabərlik hüququ” (Mad­­də 25, bənd 3); “Milli mənsubiyyət hüququ”(Maddə 44, bəndlər 1, 2); “Ana di­lin­dən istifadə hüququ”(Maddə 45, bəndlər 1, 2); “Fikir və söz azadlığı”(Mad­də 47, bəndlər 1, 2, 3); “Vicdan azad­lı­ğı”(Mad­də 48, bəndlər 1, 2); “Ha­­kimlərin müstəqilliyi, ədalət mü­ha­ki­məsinin hə­yata keçirilməsinin əsas prinsipləri və şərtləri”(Maddə 127, bənd 10).
Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin de­mo­kra­tik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan əra­zisində ya­şayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mə­də­ni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəh­bərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıx­mış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi "dinindən, dilin­dən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətən­daş­la­rı­nın eyni hüquqlara malik"olmalarını təmin etməli idi.
Təbii olaraq, Ulu öndər etnik millətçiliyə alternativ kimi bütöv­lük­də Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azər­bay­can dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mə­nəvi bazası olan Azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O, qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik sepa­ratizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azər­bay­can­çı­lıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalq­ların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləz­gi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bü­tün­lükdə hamısı azərbaycanlıdır". Bu sözlər bu gün də son dərəcə əhə­miyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azər­baycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azər­bay­can­lı olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik!

Yüklə 61,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin