*Diofizitlik və ya pravoslavlıq xristianlığın istiqamətlərindən biri olub IV əsrdə meydana gəlmişdir. Diofizitlərə görə, İsa Peyğəmbər ikili ’’təbiətə’’ malikdir: ilahi və insani. Tanrının üçlük əsasını qəbul edir: Tanrı-Atа, Tanrı-Oğul (İsa Peyğəmbər) və Tanrı–Müqəddəs Ruh.
****Bütpərəstlik–uzaq keçmişdə yaranmış və müxtəlif cisimlər - bitkilər və heyvanların ilahiləşdirilməsi xüsusiyyətlərini özündə cəmləşdirmişdir.
*** ***Manilik – eramızın III əsrində Sasani imperiyasında yaranan təriqətdir. Bu təriqətin əsasını Маni /216-277/qoymuşdu. О,öyrədirdi ki, dünya iki əsas üzərindəm mövcuddur: Xeyir və Şər və ya İçıq və Qaranlıq.Mani Zərdüştliyə qarşı çaxaraq, xalqı şahənşahlarla, feodallarla, məmurlarla mübarizəyə çağırırdı. Maniçilik müxtəlif forma və adlarla Çindən İspaniyaya qədər geniş ərazidə yayılmışdı.