Multikulturalizmin mahiyyəti



Yüklə 61,27 Kb.
səhifə3/13
tarix19.05.2023
ölçüsü61,27 Kb.
#117135
1   2   3   4   5   6   7   8   9   ...   13
multikultruliz qisa

Deduksiya (lat. deductio – “çıxartmaq”) – ümumi müd­dəa­lar­dan xüsusi nəticələrə gətirən idrak metoduna deyilir. Əldə olunan bi­lik, bir qayda olaraq, zəruri xarakter daşıyır. Yəni natamam induk­si­ya­dan fərqli olaraq deduktiv metod vasitəsilə alınan nəticə ehtimali xa­rak­ter daşımır.
Analiz (yun. analysis – “ayrıma”,“bölmə”) – tədqiq olunan ob­yek­tin fikrən tərkib elementlərə bölünməsini nəzərdə tutan tədqiqat me­todudur.
Abstraktlaşma (lat. abstractio – “uzaqlaşdırma, kənar etmə, rədd etmə, təmizləmə”) – tədqiq olunan obyektdən onun bir sıra əla­mət­lə­ri­nin fikrən kənarlaşdırılması metodudur.
Ümumiləşdirmə metodu vasitəsilə bir neçə obyektinümumi cə­hət­­ləri bir məfhumda birləşdirilir. Məsələn, “udi xalqı”,“ingiloy xal­qı”və “xınalıq xalqı”məfhumları “alban xalqları”məfhumunda ümu­mi­­ləşdirilir. Obyektlərinümumi cəhətləri onların analiz və müqayisə olun­­ması nəticəsində əldə olunur.
haqqında müəyyən fikrin yaran­ma­sı­na səbəb olur.
Ümumməntiqi metodlardan müşahidə, müqayisə, ölçü və eks­pe­ri­ment empirik tədqiqata aid olduqları halda, induksiya və deduksiya, ana­liz və sintez, abstraktlaşma və ümumiləşdirmə empirik təd­qi­qat­lar­la yanaşı, nəzəri tədqiqatlara da aiddir.

Azərbaycan multikulturalizmi”


interdissiplinar bir fənn kimi

Azərbaycan multikulturalizmi”interdissiplinar bir fəndir. O, fəl­sə­fə, ədəbiyyat, psixologiya, tarix, kulturologiya, hüquq, poli­to­lo­gi­ya, sosiologiya, linqvistikavə bu kimi digər ictimai elmlərin müd­də­a­la­rına əsaslanır və multikulturalizmin Azərbaycan modeli haqqında təsəv­vürü formalaşdırır.


Fəlsəfə “Azərbaycan multikulturalizmi”fənnininnəzəri-meto­do­loji əsasını təşkil edir. Məsələn, müasir fəlsəfə elmində geniş ya­yıl­mış mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyası və bu ide­yaya əsaslanan mədəni-sivilizasion yanaşma cəmiyyətdəki etnik, dini, irqi və mədəni müxtəlifliklərin tənzimlənməsində mul­ti­kul­tu­ra­liz­min digər siyasət modellərindən daha üstün və daha optimal siyasət mo­deli olmasını əsaslandırmağa kömək edir.Bundan başqa Azər­bay­ca­nın ictimai-fəlsəfi fikir tarixində etnik-mədəni müxtəlifliyə, to­le­rant­lığa, birgəyaşayışa dair söylənilən ideyaların öyrənilməsinə “Azər­bay­can multikulturalizmi”fənnində xüsusi yer ayrılmışdır. Azər­bay­can Respublikasının multikulturalizm siyasəti ilə ölkənin sosial-iq­ti­sa­di inkişafının, xarici siyasətinin qarşılıqlı təsirinin öyrənilməsi sosial fəl­səfə tərəfindən təhlil olunan məsələlər sırasındadır.

Yüklə 61,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin