MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


Açar sözlər:  Ordubad, Cömçəxatun, yağıĢ, mövsüm, mərasim, çillə, ayin



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   ...   12   13   14   15   16   17   18   19   20

Açar sözlər:  Ordubad, Cömçəxatun, yağıĢ, mövsüm, mərasim, çillə, ayin 
 
 
NAXÇIVAN NAĞILLARININ REGĠONAL XÜSUSĠYYƏTLƏRĠ 
SEVĠNC ƏLĠYEVA 
AMEA Folklor Ġnstitutu 
azfolklor@yahoo.com 
 
Məqalədə  Naxçıvan  nağıllarının  regional  xüsusiyyətləri    tədqiqata  cəlb 
olunub.  Əvəzsiz  milli  sərvətimiz  olan  qədim  Naxçıvan  diyarının  nağıllarının 
öyrənilməsi  istiqamətində  bu  günümüzə  qədər  bir  çox  dəyərli  iĢlər 
görülmüĢdür.  GörülmüĢ  iĢlər,  elmi  nailiyyətlər  bir  çox  konseptual  və  tarixi-
xronoloji  məsələlərin  Ģərhi  baxımından  elmi  dəyərini  bu  gün  də  qoruyub 
saxlamaqdadır. Lakin hər ötən illər ərzində aparılmıĢ bir çox yeni tədqiqatların 
elmi  nəticələri,  bir  sıra  ədəbi-tarixi  məqamların  daha  obyektiv  meyarlarla 
dəyərləndirilmə  imkanlarının  yaranması  qədim  Azərbaycan  diyarı  olan 
Naxçıvanın  nağıllarının  regional  xüsusiyyətlərinin  də  araĢdırılmasına  ehtiyac 
yaradır. Naxçıvan nağıllarının regional öyrənilməsi olduqca böyük əhəmiyyətə 
malikdir.  Bu  diyarın  mənəvi  və  mədəni  varlığını  mükəmməl  Ģəkildə  özündə 
cəmləĢdirən Naxçıvan nağıllarının tədqiq edilməsi təbii ki, onların toplanıb nəĢr 
edilməsindən  baĢlanır.  Belə  ki,  Naxçıvan  nağıllarının  toplanıb  nəĢr  olunması 
iĢində  xeyli  iĢlər  görülsə  də  xalqımızın  yaddaĢında  qorunub  bu  günkü 
dövrümüzə qədər gəlib çatmıĢ nağıl nümunələri hələ tam Ģəkildə qələmə alınıb 
tədqiqata cəlb edilməyib.  
 
 
 
Naxçıvan  nağıllarının  regional  xüsusiyyətlərinin  öyrənilməsinin 
əhəmiyyətini aĢağıdakı kimi qeyd edə bilərik: 

Beynəlxalq  İpək Yolu  
 
 
162 
a)
 
folklorĢünaslıq və onun elmi prinsiplərinə sadiqlik baxımından çox böyük 
əhəmiyyət kəsb edir; 
b)
 
müasir  dövrümüzdə  milli-mənəvi  dəyərlərin  qorunması  baxımından 
xüsusi  əhəmiyyətə  malikdir;  Çünki  heç  bir  folklor  çevrəsi,  eləcə  də  Naxçıvan 
folkloru  ayrıca,  təcrid  olunmuĢ  halda  inkiĢaf  edə  bilməz.  Ona  görə  də, 
Naxçıvanın  daxil  olduğu  regional  mühit  regionla  qonĢu  olan  bölgələrin  də 
folklorunu özündə birləĢdirir.  
c)
 
Qədim  Naxçıvan  bölgəsi  folklorun  digər  janrları  ilə  yanaĢı  nağıllarla  da 
zəngindir. Biz nağılların regional xüsusiyyətini araĢdırmaqla Naxçıvanın qədim 
Oğuz-türk məskəni olduğunu ədəbi nümunələr əsasında qeyd edirik.  
Onu  da  vurğulayaq  ki,  təkcə  Naxçıvanın  nağıllarının  regional 
xüsusiyyətlərini  deyil,  həm  də  regionun  folklor  fondunun  spesifik 
xüsusiyyətləri  elmi  araĢdırmaya  cəlb  olunub.  Belə  ki,  ilk  öncə  Naxçıvanın 
folklor  mühitinin  etnik-regional  strukturunun  folklorĢünaslıq  problemləri 
araĢdırılır,  eləcə  də  bölgənin  folklor  mühitinin  elmi-mədəni  və  maddi-coğrafi 
əsası  haqqında  elmi  təsəvvür  formalaĢdırılır.  Naxçıvan  nağıllarının  regional 
xüsusiyyətlərini tədqiq etməklə bir daha əmin oluruq ki, etnos tarixi lokallaĢma 
prosesində  yarandığı  ərazidə  təkmilləĢmiĢ,  xalqın  yaddaĢında  əbədi  həkk 
olunmuĢdur.  Naxçıvanda  nağıl  janrını  araĢdırmaq,  janrın  regional 
özünəməxsusluqlarını öyrənmək isə elmi-tədqiqatımızın  əsas predmetini təĢkil 
edir.  Onu  da  xüsusi  qeyd  edək  ki,  Naxçıvan  nağıllarının  regional 
xüsusiyyətlərinin  təhlili  əsasında  həm  bu  bölgənin,  həm  də  digər  bölgələrin 
regional  aspektdən  öyrənilməsinin  gələcək  perspektiv    aspektləri 
müəyyənləĢdirilir.  Digər  bir  tərəfdən,  Naxçıvan  folklor  mühitinin  Azərbaycan 
folklorunun  etnik-regional  strukturunun  ayrılmaz  tərkib  hissəsi  kimi 
öyrənilməsi  mühüm  nəzəri  və  praktik  əhəmiyyətə  malikdir.  Naxçıvan 
folklorĢünaslığının  müasir  mərhələsində  regional  folklor  araĢdırmaları 
istiqamətində müəyyən ənənə mövcud olduğundan məqalədə də bu istiqamətdə 
əldə  olunmuĢ  nəzəri-metodoloji  təcrübəyə  geniĢ  yer  verilmiĢdir.  Daha  bir 
məsələyə də ciddi toxunaq ki, müəyyən bir müddətdən sonra folklor nümunələri 
insanların yaddaĢlarından silinib gedə bilər. Məhz buna görə də bölgələrimizin 
regional  xüsusiyyətləri  nəzərə  alınmaqla  folklor  nümunələri  toplanılmalı,  nəĢr 
etdirilməli və tədqiq edilməlidir. Buna görə də, folklorun regional baxımından 
öyrənilməsi həm professional folklorĢünaslıq elmi prinsipləri baxımından, həm 
də  müasir  milli-siyasi  gerçəklikdə  milli-mənəvi  dəyərlərin  qorunması 
baxımından  xüsusi  əhəmiyyətə  malikdir.  Bu  fikirləri  nəzərə  alıb  professor 
YaĢar Qarayevin sözlərinə istinad edərək deyə bilərik ki, Azərbaycanın mənəvi 
coğrafiyası onun folklorunda bütöv qalmıĢdır.  
 
Açar  sözlər:  Naxçıvan  nağılları,  regional  xüsusiyyətlər,  folklor, 
heyvanlar haqqında nağıllar 
 
 

Tezislər 
 
163 
PĠRĠ RƏĠSĠN “KĠTABĠ-BƏHRĠYYƏ” ƏSƏRĠNDƏ YEDDĠ DƏNĠZ 
TAHĠRƏ ƏLĠYEVA 
AMEA Əlyazmalar Ġnstitutu 
aliyeva.tahira1@gmail.com 
 
XVI  əsrin  böyük  türk  alimi,  dəniz  admiralı,  Ģair  və  səyyah  Piri  Rəisin 
―Kitabi-bəhriyyə‖ əsəri dünya okeanlarını, dənizlərini və onların sahillərini tam 
təfərrüatı ilə öyrənmək cəhətindən misilsiz əhəmiyyətə malikdir. Əsər mənzum 
bir  giriĢlə  baĢlayır.  Mənzum  hissə  972  beytdən  ibarətdir  və  23  fəslə 
bölünmüĢdür. Əksər hissə nəsrlə yazılmıĢdır. Nəsr hissə 209 fəsildən ibarətdir. 
Bu  yazıdan  məqsədimiz  yeddi  dəniz  haqqında  əsərdə  verilmiĢ  maraqlı 
məlumatları  nəzərinizə  çatdırmaq  olduğu  üçün  digər  fəsillər  üzərində 
dayanmadan birbaĢa 8-ci fəslə müraciət edəcəyik. Piri Rəis əsərin 8-ci fəslində 
Yer kürəsini əhatə edən suların yalnız dörddə birində qitələr yerləĢdiyini və ona 
görə  də  bu  dörddə  birə  ―Rubi  məskun‖  deyildiyini  qeyd  edir.  Bu  ―Rubi 
məskun‖u əhatə edən dənizlərin sayının 7 olduğunu göstərir. 21-ci fəsilə Bəhri 
Məğrib  deməklə  məlum  olan  Atlantik  okeanı  ayrılmıĢdır.  Piri  Rəis  onun  ucu 
bucağı sonsuz bir ulu dərya olduğunu söyləyir. ―Cəbəlüttariq boğazından 4000 
mil uzaqlıqda bir diyar tapdılar‖. Müəllif bu yerin Antilya adlandığını deyir və 
kəĢf  tarixini  hicri  870  (1465-1466-cı  illər)  yazır.  Bildiyimiz  kimi  Amerika 
qitəsinin kəĢf tarixi 1492-ci ildir. Piri Rəisin göstərdiyi tarix isə təxminən 30 il 
öncədir.  Nəhayət,  7-ci  dənizi  alim  Bəhri  Qulzum  adlandırır.  Bu  dəniz 
sahillərində  Rusiya,  Qazaxıstan,  Türkmənistan  və  Ġranla  bərabər  doğma 
diyarımız Azərbaycanın da yerləĢdiyi Xəzər dənizidir.  
Liki Qulzum baĢqa dəryadur həmən, 
Qara yirdə göl misalidür ayan. 
Cəmi devri ol dənizün iy nigar, 
Mildə dört yek eyləmiĢlərdür qərar. 
Baqi dəryalar qarıĢmaz ana bil, 
Ol dəxi baqisinə bulmaz səbil. 
Məadəsi Bəhr-i Əzəmlə tamam, 
Muttasıldür bir birinə iy hümam. 
beytlərindən göründüyü kimi, Piri Rəis Xəzər dənizinin baĢqa dənizlərlə əlaqəsi 
olmadığını  və  hər  tərəfi  bağlı  göl  misalında  olduğunu  qeyd  edir.  Bütün  baĢqa 
dənizlər müəllifin ―Bəhri Əzəm‖ dediyi ―böyük okean‖la bağlıdır. 
Doğma Xəzərimizin yeddi dənizin sırasına daxil edilməsi ilə biz iftixar 
hissi  duyuruq  və  bu  dənizi  qorumaq  və  gələcək  nəsillərə  təmiz  təhvil  vermək 
hər  birimizin  borcudur.  Hər  bir  insan  ətraf  təbii  mühiti  mühafizə  etməklə 
mükəlləfdir və havanın, suyun çirklənməsinə görə məsuliyyət daĢıyır. 
Açar sözlər: Kitabi-bəhriyyə, dəniz, okean, Bəhri Qulzum 
 
 

Beynəlxalq  İpək Yolu  
 
 
164 
NAĞILLARIN POETĠK ĠMKANLARI 
NAZĠRƏ ƏSGƏROVA 
AMEA Naxçıvan Bölməsi 
 
 
naziraasgerova@yahoo.com 
 
Nağıllarda  həyati  problemlər,  bəĢəri  arzu  və  istəklər  janrın  imkanları 
daxilində ifadə olunur. Nağıllarda xalqın həyatı, məiĢəti, dünyagörüĢü öz parlaq 
əksini tapır.  Bu zəngin xalq yaradıcılığı nümunələri ilkin görüĢləri, etiqadları, 
adət-ənənələri  öyrənmək  üçün  də  zəngin  material  verir.  Həm  də  nağıl,  hər 
Ģeydən  əvvəl,  xalqın  arzu  və  ümidlərinin  bədii  ifadəsindən  ibarətdir.  Nağılın 
ənənə  hadisəsi  olmasının  ən  üzdə  olan,  ilk  baxıĢdan  gözə  dəyən  tərəfi  mətnin 
strukturundadır. Məhz bu struktur ənənə hadisəsini həm də mətn hadisəsi kimi 
gerçəkləĢdirir. Nağıl repertuarında sehirli nağıllar böyük yer tutur. Çünki bu tip 
nağıllar  qeyri-adi  hadisələrlə,  fantastik  qəhrəmanlarla,  möcüzəli  əĢyalarla 
zəngin olur. Mürəkkəb quruluĢa malik olan sehirli nağıllarda insanların qədim 
mifik  təsəvvürləri  özünəməxsus  Ģəkildə  əks  olunmuĢdur.  Mifoloji  düĢüncə 
obraz,  hadisə,  element  səviyyələrində  epik  Ģüurun  qaynağına  çevrilir.  Sehrli 
nağılların ən səciyyəvi xüsusiyyətlərindən biri odur ki, süjet əfsanəvi məkan və 
zaman  daxilində  inkiĢaf  edir.  Əfsanəvi  bədii  nağıl  məkanı  real  məkandan 
ayrılır, bu məkan xüsusi semantikaya malik olur.  
Nağılların  poetik  özünəməxsusluğunu  ifadə  edən  obrazlar,  xalq 
təfəkkürü,  inancı,  dünyagörüĢü  ilkin  təsəvvürlərdə  bərqərar  olan  xeyir  və  Ģər 
dünyaları,  onların  mübarizəsi  fonunda  davam  edən  əbədi  motiv  olaraq  öz 
prinsiplərini müəyyənləĢdirir. 
 
Açar sözlər: Naxçıvan nağılları, poetika, xalq yaddaĢı, mif 
 
 
NAXÇIVAN FOLKLOR ÖRNƏKLƏRĠNDƏ  DEMONĠK OBRAZLAR 
TƏHMĠNƏ YUSĠFOVA 
AMEA Folklor Ġnstitutu 
tahmina.yusifova@gmail.com 
 
Demonologiya-  demonlardan,  qədim  yunan  mifologiyasında  hansısa 
naməlum ilahi qüvvə anlamı ifadə edən, bir anda görünüb qəfildən qeybə çəkilə 
bilən  varlıqlardan  bəhs  edir,  yeraltı  qaranlıq  dünya  ilə  bağlı  acıqlı,  bədxah 
ruhlar haqqında mifoloji görüĢ və təsəvvürlər kompleksidir. Ġnsan fəaliyyətinin 
bütün  sahələrində  demonologiyanın  izlərinə  rast  gəlmək  mümkündür.  Dini-
mifoloji  sistemdə  yeraltı  qaranlıq  dünya  ilə  bağlı  bir  sıra  varlıqların 
mövcudluğunu 
görə  bilərik.  Qədim  folklor  nümunələrimizdə  də 
demonologiyanın izləri açıq Ģəkildə görünməkdədir. Ruhlar, demonik varlıqlar 
haqqında xalq arasında dolaĢan mifoloji rəvayətlərə gəldikdə isə, ayrıca folklor 
janrı kimi bu tipli mətnlər indi də öz aktuallığını tam gücü ilə qoruyub saxlayır. 

Tezislər 
 
165 
Nağıl,  dastan,  əfsanə,  əsatir,  mif  və  digər  janrlara  aid  nümunələrdə  tez-tez 
demonik obrazlara rast gəlmək mümkündür. Azərbaycan folkloru janr və forma 
xüsusiyyətləri baxımından zəngin olduğu kimi, regional xüusiyyətlərinə görə də 
fərlqənir.  Bildiyimiz  kimi,  folklor  nümunələri  ağızdan-ağıza  keçərək  toplanır. 
Müxtəlif  regionların  dil-üslub  xüsusiyyətləri,  adət-ənənələri,  həyat  tərzi,  tarixi 
abidələri və s. həmin bölgənin folklor nümunələrinin formalaĢmasına təsir edir. 
Folklor  nümunələri  də  öz  növbəsində  bu  xüsusiyyətləri  özündə  ehtiva  edir. 
Naxçıvan bölgəsi də bu cəhətdən özünəməxsusluğu ilə fərqlənir. Qədim tarixə 
malik  olan  Naxçıvan  ərazisindən  toplanan  folklor  nümunələrində  bir  sıra 
demonik obrazlara rast gələ bilirik. ―Naxçıvan‖ sözünün etimologiyası ilə bağlı 
xalq arasında yayılmıĢ müxtəlif əfsanə, əsatir və miflər hələ qədim dövrdən bu 
ərazidə  fövqəltəbii  qüvvələrin  varlığından,  onlara  inamın  olmasından  xəbər 
verir.  Bununla  bağlı  bir  neçə  nümunə  də  göstərə  bilərik.  Naxçıvan  ərazisində 
toplanmıĢ  ―Ocağın  odunu  su  ilə  keçirməzlər,  qaynar  suyu  yerə  tökməzlər. 
Adama zəfər toxunar‖, yaxud, ‖Gecələr duz-çörəyi stolun üstündə saxlamazlar, 
Ģeytan  bərəkəti  oğurlar‖,  ―Aya,  bir  də  aynaya  çox  baxmazlar,  hər  ikisi 
ağılaparan Ģeydi‖ kimi inanc- yasaqlarda demonologiyanın izlərinə rast gəlirik. 
Naxçıvan  ərazisində  olan  tarixi  yer  adları  ilə  bağlı  da  xeyli  sayda  nümunələr 
toplanmıĢdır.  Naxçıvanın  ilk  Ģəhər  mədəniyyəti  nümunələri  hesab  olunan 
Gəmiqaya təsvirləri ilə bağlı yaranan əfasənələrdə fövqəltəbii qüvvələrə inamın 
izləri  görünür.  Ən  qədim  və  böyük  abidəmiz  hesab  olunun  ―Kitabi-Dədə 
Qorqud‖  dastanında  da  Naxçıvanın  tarixi,  adət-ənənəsi  ilə  bağlı  çox  sayda 
hadisələrə rast gəlirik. Bu məqamları vurğulayacaq, folklorumuzda Naxçıvanın 
izləri  ilə  bərabər,  Naxçıvan  ərazisindən  toplanmıĢ  nümunələrdən  də  bəhs 
edəcəyik. 
 
Açar sözlər: demonologiya, dini-mifoloji sistem, dastan, əfsanə, əsatir, 
mif  

 
 
 
TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ 
ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ 
Beynəlxalq  
İPƏK YOLU 
KONFRANSI 
 
16-17 OKTAYBR 2015/NAXÇIVAN  
 
 
 
 
 
 

Redaksiya heyəti:   
 
 
 
 
   
 
 
 
 
 
 
 
 
                                                                 E.S.İsayev 
 
 
 
 
 
 
 
   N.Ə.Yaqubov 
                                                                 Ə.H.Həşimov 
                                                                 Ə.R.Hüseynzadə 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəşr  edilmiş  tezislərdə  olan  elmi  məlumatların  dəqiqliyi  üçün 
məsuliyyət müəlliflərin üzərinə düşür. 
 
 
 
 
R.T.Babayev 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığıma verilib: 01.10.2015 
Çapa imzalanıb: 13.10.2015 
Kağızın format: 70x100 1/16 
Həcmi: 10 ç.v 
Tiraj: 300 
 
 
Kitab ,,Naxçıvan“ Universitetində səhifələnib çap olunmuşdur 
E-mail: 
nesriyyat@nu.edu.az
 
Tel:+994(036) 545 57 01 
Unvan: Naxçıvan şəhər Babək məhəlləsi, ,,Naxçıvan“ Universitet şəhərciyi 
 

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin