MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   2   3   4   5   6   7   8   9   ...   20

16.  Abbasova  Aytac  -  Naxçıvan  və  Kəlbəcər  bölgələrinə  aid 
müqəddəs yerlər..............................................................................  159 
17.  Cəfərova  Aytən-  Xalq  mədəniyyətində  mərasim  folklor 
nümunələrinin yeri (Ordubad folklor nümunələri əsasında)..........  160 
18.  Əliyeva Sevinc- Naxçıvan nağıllarının regional xüsusiyyətləri.....  161 
19.  Əliyeva Tahirə- Piri R. “Kitabi-bəhriyyə” əsərində yeddi dəniz..  163 
20.  Əsgərova Nazirə- Nağılların poetik imkanları..............................  164 
21.  Yusifova  Təhminə-  Naxçıvan  folklor  örnəklərində    demonik 
obrazlar...........................................................................................  164 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Beynəlxalq  İpək Yolu  
 
 
10 
BEYNƏLXALQ MÜNASĠBƏTLƏR VƏ ĠQTĠSADĠYYAT 
 
 
ĠPƏK YOLU TĠCARƏT ƏLAQƏLƏRĠNĠN NAXÇIVANDA 
 KƏND TƏSƏRRÜFATININ ĠNKĠġAFINDA ROLU 
SALEH MƏHƏRRƏMOV  
Naxçıvan Dövlət Universiteti 
salehmaharramov@mail.ru 
 
Böyük ipək  yolu - qədim  dövrlərdə və orta əsrlərdə Çindən baĢlayaraq 
Azərbaycandan  keçməklə  Avropaya    aparan  karvan  yoludur.  Ġpək  Yolu  bizim 
eranın  I minilliyindən baĢlayaraq  II minilliyin ortalarına qədər 
Avropa  və Asi-
yadan 
çarpaz Ģəkildə keçən yollar Ģəbəkəsini əks etdirir.  
O  dövrə  məxsus  bir  çox  mühüm  yeniliklər  Asiyadan  Avropaya  Ġpək 
yolunun  vasitəsilə  aparılmıĢdır.  Həmin  dövr  üçün  yenilik  olan  barıt,  maqnit 
kompası,  çap  dəzgahı,  musiqi  alətləri,  ipək,  keramik  və  boyalı  məmulatları 
həmin yol vasitəsilə Avropaya daĢınırdı. Böyük Ġpək yolunun Ģaxələrindən biri 
Cənubi  Azərbaycandan 
keçdiyindən  bu  ərazi  ilə 
geniĢ  əlaqəsi  olan 
Dər-
bənddə,ġirvanda, ġəkidə,
 Beyləqanda, Gəncədə, Q
əbələdə, Təbrizdə, Naxçı
vanda
 ipəkçilik 
inkiĢaf 
etmiĢdir.  Bu  xəttlə  ġərq-
dən  Mərkəzi  Avropa  öl-
kələrinə  əvvəlcə  ipək, 
daha  sonra  ədviyyat, 
qızıl,  gümüĢ,  mirvari  və 
s.  daĢınmıĢdır.  Avropa-
dan ġərq ölkələrinə isə tacirlər qalay, sink, civə, mahud parça və s. aparmıĢlar.  
E.ə. II əsrdən  yaranaraq XVI əsrə qədər fəaliyyət göstərən bu  yol Orta 
Asiyadan keçərək Çini, Ön Asiya və Aralıq dənizi ölkələri ilə birləĢdirirdi. Bu 
yolla müxtəlif istiqamətlərdə ipək parçalar, ədviyyat, xalça, silah, zinət malları, 
pambıq  və  s.  daĢınırdı.  Böyük  Ġpək  Yolu  Çin  kimi  qədim  və  qüdrətli  bir 
ölkədən  baĢlasa  da  bu  dövlətin  özü  heç  də  həmiĢə  ticarətə  böyük  həvəs 
göstərmirdi. Xan sülalələri ölkəni qapalı saxlamağa, onun ipək, saxsı qablar və 
s.  məhsullarının  hazırlanması  sirlərini  qorumağa  çalıĢırdılar.  Tacirlər  isə  o 
zaman qiymətli ipəyi müxtəlif yollarla əldə edərək Avropaya aparırdılar.  
Ġpək  Yolu  hesabına  baramaçılıq  üçün  əlveriĢli  təbii  Ģəraiti  olan Orta 
Asiya  vadiləri  iri  ipək  istehsalı  mərkəzinə  çevrilirdi.  Burada  hazırlanan 
keyfiyyətli  ipəklər  nəinki  Avropaya,  həm  də  su  yolu  vasitəsilə  Rusiyaya 

Tezislər 
 
11 
göndərilirdi.  Karvan  yolları  ilə  Orta  Asiyadan,  Azərbaycandan,  Çindən 
Avropaya  ipək  parçalar,  metal  əĢyalar,  saxsı  qablar,  zərgərlik  məmulatları 
aparılırdı. Çinə isə dəvə karvanları ilə qiymətli daĢlar, ĢüĢə məmulatları, ətir və 
s. gətirilirdi.  
Böyük  Ġpək  Yolunun  qovĢağında  yerləĢən  Təbriz  Ģəhəri  o  zamanlar 
Asiya-Avropa  ticarətini  tənzimləyirdi.  Təbrizdən  keçən  ticarət  karvanları 
Azərbaycanı Trabzon, Bursa, Hələb, Beyrut, DəməĢq və s. kimi o dövrün ticarət 
mərkəzləri ilə əlaqələndirirdi. Bütün bu geniĢ Ģaxəli Ġpək yollarının köməyi və 
həmçinin  əlveriĢli  təbii  Ģəraiti  nəticəsində  Azərbaycan  uzun  illər  dünyanın  iri 
ipək istehsalçısı və ticarət mərkəzi rolunu oynamıĢdır. Asiya və Avropa tacirləri 
və  onların  gətirdikləri  malların  tez-tez  göründüyü  bu  ticarət  mərkəzində  Qərb 
ölkələrindən  gələn  tacirlər  müxtəlif  ġərq  mallarını,  xüsusən  Hindistan 
ədviyyatlarını,  nadir  boyaları,  qiymətli  daĢ-qaĢı,  xam  ipəyi  və  ipək  parçaları 
alırdılar. 
Bərdə  və  ƏrəĢ  mahallarından  baĢlayan  Ġpək  Yolunun  mühüm  bir 
istiqaməti Araz boyunca Naxçıvana və Culfaya qədər uzanır, oradan isə Təbrizə 
və Yenə də Qərbə yönəlirdi. Culfada iri ipək anbarları  yaradılmıĢdı və buraya 
Azərbaycanın hər yerindən xam ipək gətirilirdi. Bu ticarət yolu ilə avropalıların 
ən  çox  alıb  apardıqları  Azərbaycan  və  Ġran  ipəyi  idi.  Azərbaycandan,  o 
cümlədən  Naxçıvandan  Böyük  Ġpək  Yolunun  keçməsi  kənd  təsərrüfatının  bir 
çox  sahələrinin  inkiĢafına  təkan  vermiĢdir.  Ġpəkçilik  ipək  qurdunun  yeni, 
keyfiyyətli növlərinin Naxçıvana gətirilib yayılmasına və onun yem bazası olan 
yeni  tut  sortlarının  əkilməsinə  səbəb  olurdu.  Ġlk  növbədə  ticarət  yolunun 
üzərində  yerləĢən  yaĢayıĢ  məntəqələrində  heyvandarlığın  –  qoyunçuluq, 
maladarlıq,  dəvəçilik,  atçılıq  və  b.  növləri  inkiĢaf  etməyə  baĢladı.  Təbii  ki, 
yaranan  tələbat  Naxçıvanın  baĢqa  ərazilərində  də  baramaçılığın  və 
heyvandarlığın  inkiĢafına  zəmin  yaradırdı.  Naxçıvanın  ekoloji-coğrafi  Ģəraiti 
köçəri  heyvandarlığın  inkiĢafı  üçün  zəruri  idi.  Yayda  dağlıq  və  dağətəyi 
zonaların  otlaqlarında,  qıĢda  isə  aran  zona  düzənliklərində  hevyanların 
saxlanılması  köç  üzərindəki  yaĢayıĢ  məntəqələrində  də  əkinçilik  və 
heyvandarlığın  inkiĢafına təsir edirdi. Aparılan qazıntılar zamanı heyvandarlıq 
və  əkinçiliyə  aid  materialların  tapılması  Böyük  Ġpək  Yolunun  fəaliyyət 
göstərdiyi  dövrdə  Naxçıvanda  kənd  təsərrüfatının  sürətlə  inkiĢaf  etdiyini 
göstərir.      
Öz əhəmiyyətini təxminən XVI əsrdə itirən Böyük Ġpək Yolu XX əsrin 
90-cı illərinə yaxın yenidən bərpa olunmağa baĢlandı.  
  
―Böyük Ġpək Yolu‖nun bərpası Heydər Əliyev zəkasının təntənəsi kimi 
Müstəqil  Azərbaycan  dövlətinin  iqtisadiyyatının  möhkəmləndirilməsi  və  yeni 
istiqamətdə  inkiĢaf  etdirilməsinə  zəmin  yaratdı.  ―TRASEKA‖  proqramı  üzrə 
Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizinin  –  ―Böyük  Ġpək  Yolu‖nun  bərpa 
edilməsi mühüm əhəmiyyət kəsb edən zəruri məsələlərdən birinə çevrildi.  
 
Açar sözlər: Böyük Ġpək yolu, Naxçıvan, ticarət, kənd təsərüfatı 

Beynəlxalq  İpək Yolu  
 
 
12 
TÜRKĠYE-NAHCĠVAN SOSYO-EKONOMĠK ĠLĠġKĠLERĠNĠN 
ANLAMI VE ÖNEMĠ 
KEREM KARABULUT 
Atatürk Üniversitesi 
k_karabulut@hotmail.com 
 
SSCB  döneminde  Türkiye  ile  Azerbaycan'a  bağlı  Nahcivan  Özerk 
Cumhuriyeti arasında sosyo-ekonomik iliĢkilerin olmadığı bilinmektedir. 1991 
yılında  Azerbaycan  Cumhuriyeti'nin  bağımsızlığını  kazanmasıyla  "Bir  Millet 
Ġki  Devlet"  konumunda  olan  Türkiye-Azerbaycan  iliĢkileri  de  baĢlamıĢtır.  
Bu  bağlamda,  Türkiye'nin  sınırında  olan  ve  Türkiye  için  siyasi,  coğrafi, 
ekonomik  ve  etnik  gibi  özellikleriyle  çok  büyük  önemi  olan  Nahcivan  Özerk 
Cumhuriyeti  ile  de   iliĢkiler  anlamını  ve  önemini  koruyarak  günümüze  kadar 
gelmiĢtir. 
Bu çalıĢmada, özellikle ticarette yaĢanan geliĢmeler ve sorunlar, yapılan 
bir  saha  araĢtırmasından  elde  edilen  temel  sonuçlar  olarak  verilecektir.  Daha 
sonra  hem  Türkiye  hem  de  Nahcivan  açısından  sosyo-ekonomik  iliĢkilerin 
anlamı  ve  önemi  temel  istatistikler,  değiĢik  çalıĢmalar  ve  görüĢler 
doğrultusunda  tartıĢılacaktır.  Son  olarak  iliĢkilerin  gelecekte  daha  iyi 
düzeylerde  olması  için  ne  tür  stratejiler  takip  edilmesi  konusunda  bilgiler 
verilmeye çalıĢılacaktır.  
Anahtar kelimeler: Türkiye, Azerbaycan, ekonomi, Nahçıvan, ― 
 
 
AZƏRBAYCANDA TƏġƏKKÜL TAPAN MĠLLĠ UÇOT VƏ HESABAT 
SĠSTEMĠNĠN BEYNƏLXALQ STANDARTLARA 
TRANSFORMASĠYASI 
SĠFARĠZ SƏBZƏLĠYEV 
Azərbaycan Dövlət Ġqtisad Universiteti 
s.sabzaliyev@aseu.edu.az 
 
Milli  uçot  və  hesabat  sisteminin  Beynəlxalq  Standartlarına 
transformasiyası  dedikdə həmin sistemin  tam həcmdə beynəlxalq  standartların 
qaydalarına  uyğunlaĢdırılması  baĢa  düĢülür.  Bu  zaman  nəzərə  almaq  lazımdır 
ki,  uçot  və  hesabatın  transformasiyasının  vahid  metodikası  hələ  ki, 
hazırlanmamıĢdır.  
Bütün hallarda milli hesabatların mikrosəviyyədə Beynəlxalq Standartlar 
əsasında tərtib olunması iki üsulla aparıla bilər: 
1.
 
Paralel uçotun aparılması (konversiya); 
2.
 
Maliyyə  hesabatının  transformasiyası  (konvergensiya-Beynəlxalq  Stan-
dartlara uyğunlaĢdırmaq). 

Tezislər 
 
13 
Beynəlxalq Standartlara keçidin üçüncü yolu da mövcuddur. Lakin bu yol 
makrosəviyyədə mümkündür. Bu zaman respublikada qüvvədə olan uçot və he-
sabatın normativ qaydada tənzimlənməsinin bütün sistemini dəyiĢdirmək lazım 
gəlir. 
Paralel uçotun aparılması təsərrüfat-maliyyə fəaliyyətinin bütün faktlarını 
müvafiq  uçot  registrlərində həm  milli,  həm  də beynəlxalq  standartlar əsasında 
həyata keçirməlidir (birinci dəfə milli, ikinci dəfə isə beynəlxalq qaydalara əməl 
olunmalıdır).  Bütün  hallarda  transformasiya  nəticəsində  milli  və  beynəlxalq 
uçot qaydaları biri-birinə maksimum yaxınlaĢdırılmalı, müvafiq uçot obyektləri 
haqqında informasiyalar açıqlanmalı və nəhayət düzəliĢ istiqamətində müəyyən 
köçürmələr  tərtib  edilməlidir.  Beynəlxalq  qaydalar  hesabatların  hər  iki 
istiqamətdə 
transformasiyasını 
nəzərdə 
tutur. 
Uçot 
və 
hesabatın 
transformasiyası  həm  təĢkilatın  özünün  qüvvəsi  ilə,  həm  də  kənar 
mütəxəssislərin 
xüsusən 
də 
yüksək 
peĢəkar 
auditor 
firmalarının 
mütəxəssislərinin cəlb olunması ilə reallaĢdırıla bilər.  
Deyilənlərlə yanaĢı milli hesabların beynəlxalq standartlara görə transfor-
masiyası  zamanı  ―sualtı  qayaları‖  nəzərdən  qaçırmaq  olmaz.  Daha  konkret 
desək  kənar  alimlərin,  ənənələrin,  biznesmenlərin  mentalitetlərinin  təsiri 
hesabına,  habelə  mühasiblərin,  menecerlərin  etik  qaydaları  gözləməməsi,  kor-
rupsiyaya Ģərait yaradan nəzarət və audit sisteminin təkmin olmaması hesabına 
informasiyaların  saxtalaĢdırılması  imkanları  mövcuddur.  Beynəlxalq  uçot 
sistemində  son  dövrlərdə  istifadə  edilən  ―ədalətli  dəyər‖  kateqoriyası 
korrupsiyanın  inkiĢafına  potensial  Ģərait  yaradır.  Belə  hesab  edirik  ki,  ədalətli 
dəyər uçotun yaxĢılaĢdırılması əvəzinə köhnə ənənələr ruhunda mənfi nəticələrə 
gətirib  çıxara  bilər.  Məsələn,  müəssisə,  yaxud  onun  aktivləri  satılmaq  üçün 
bazara çıxarılır. Bu zaman ədalətli dəyərdən istifadə olunarsa gizli sövdələĢmə 
əsasında qiymətlər hədsiz dərəcədədə endirilə bilər və sərvətlər demək olar ki, 
çox  aĢağı  qiymətə  satılar.  Zəruri  hallarda  qiymətlərin  ĢiĢirdilməsi  faktları  da 
qaçılmazdır. 
Yuxarıdakılara əsasən biz, uçot və hesabatın transformasiyasının aĢağıda 
sadalanan mərhələlərini təklif edirik: 
1.
 
Hazırlıq  mərhələsi  (transformasiya  prosesi  ilə  bağlı  iĢlərin  həcmi, 
müddəti, hesabatın tərtibi üzrə tövsiyyələr və s.); 
2.
 
ġirkətin  maliyyə-təsərrüfat  fəaliyyətinin,  o  cümlədən  uçot  siyasətinin, 
iĢçi hesablar planının, registrlərin və əməliyyatların təhlili və s.  
Açar  sözlər:  transformasiya,  mikrosəviyyə,  makrosəviyyə,  beynəlxalq  uçot 
qaydaları
 
 
 
 
 
 

Beynəlxalq  İpək Yolu  
 
 
14 
HƏR  GÜN ĠRƏLĠLƏYƏN, YENĠLƏNƏN ĠNKĠġAF  MODELĠ 
YUSĠF HÜSEYNOV 
Naxçıvan Dövlət Universiteti 
huseynov_y@yahoo.com 
  
Azərbaycan  Respublikasının  Prezidenti    Ġlham  Əliyevin  Naxçıvan 
Respublikasına  səfəri,  həmin  səfər  çərçivəsində  baĢ  verən  mühüm  hadisələr, 
muxtar  respublikanın  90  illik  yubileyinə  həsr  olunmuĢ  təntənəli  mərasimdəki 
nitqi,  hər  Ģeydən  əvvəl,  ölkəmizin  inkiĢafında  Heydər  Əliyev  ideyaların 
önəminin  və  əhəmiyyətinin  təntənəsinə  çevrildi.  Prezident  Ġlham  Əliyev 
Naxçıvan  Muxtar  Respublikasının  90  illik  yubileyinə  həsr  olunmuĢ  təntənəli 
mərasimdə  söylədiyi  nitqində  ulu  öndər    Heydər  Əliyev  yolunun  dərin 
mənasını, böyük mahiyyətini ümumiləĢmiĢ Ģəkildə ifadə edərək demiĢdir: "Ulu 
öndərin  Azərbaycan  tarixində  rolu  əvəzsizdir.  ġəxsiyyətlərin  tarixdə  rolu 
haqqında  çoxlu  kitablar,  elmi  əsərlər  yazılmıĢdır.  Ulu  öndərin  həyat  və 
fəaliyyəti onun siyasəti Ģəxsiyyətlərin tarixdə  rolu haqqında kifayət qədər 
geniĢ  material  verir.  Bu  böyük  Ģəxsiyyətin  rolu  o  qədər  əhəmiyyətli  və 
dəyərlidir  ki,  bu  gün  müstəqil  Azərbaycan  dövləti  ulu  öndərin  siyasəti, 
cəsarəti, uzaqgörənliyi sayəsində inkiĢaf edir, yaĢayır". 
Bu  gün  Naxçıvan  Muxtar  Respublikası  rəhbərliyinin  məqsədyönlü 
siyasəti  nəticəsində  bərqərar  olan  sağlam  ictimai-siyasi  mühit,  vətəndaĢların 
yüksələn  rifah  halı  bölgənin  parlaq  gələcəyindən  və  geniĢ  inkiĢaf 
perspektivlərindən xəbər verir.  
Naxçıvan  Muxtar  Respublikasında  müasir  səviyyədəki  yüksək  inkiĢaf 
Azərbaycanda Heydər Əliyev ideyalarına sədaqətin  möhtəĢəm təntənəsidir. 
 
Açar sözlər: Naxçıvan, ümummilli lider, yenilik, tərəqqi 
 
 
TARĠXĠ VƏ MÜASĠR ĠPƏK YOLUNUN NAXÇIVANIN DĠPLOMATĠK, 
ĠQTĠSADĠ VƏ MƏDƏNĠ HƏYATINDA ROLU 
ELBRUS ĠSAYEV 
―Naxçıvan‖ Universiteti 
e.isayev@nu.edu.az 
 
Tarixdə  ilk  transkontinental  ticarət  və  diplomatiya  yolu  olan    «Böyük 
Ġpək  yolu»  uzun  əsrlər  boyu  ġərq  ilə  Qərb  ölkələrinin    iqtisadi,  ticarət  və 
mədəni əlaqələrin inkiĢafına görə misilsiz əhəmiyyətə malik olmuĢdur. Bu yol 
Çini  Orta  Asiya  vasitəsilə  Yaxın  ġərq,  Qara  dəniz,  Xəzər  dənizi  və  Aralıq 
dənizi  ilə  birləĢdirən  karvan  yolu  olmuĢdur.  Bu  yolun  əhəmiyyəti  yalnız 
beynəlxalq  ticarətlə  məhdudlaĢmırdı.  Asiyanı  Avropa  ilə  əlaqələndirən  Böyük 
Ġpək  yolu  müxtəlif  xalqların  siyasi-diplomatik  və  mədəni  münasibətlərinin 

Tezislər 
 
15 
inkiĢafında  müstəsna  əhəmiyyət  kəsb  etmiĢ  və  təbii  ehtiyat  mənbəyi  axtarıĢı, 
eləcə də hərbi məqsəd daĢıyan kəĢfiyyat yolu olmuĢdur. 
Böyük    Ġpək  yolunun  məĢhurlaĢmasında  türk  dövlətlərinin  də  böyük 
rolu olmuĢdur. Bu yolun  müxtəlif Ģaxələrinin təxminən 20 min kilometri türk 
xalqlarının məskunlaĢdığı ərazilərdən keçmiĢdir. 
Tədqiqatlar  və  əldə  olunmuĢ  faktlar  sübut  edir  ki,  Azərbaycanın 
Ģəhərlərarası  ticarət  yolları  birbaĢa  Böyük  Ġpək  yolu  ilə  birləĢərək  beynəlxalq 
ticarət  yoluna  qovuĢmuĢdur.  Qaynaqlar  təsdiq  edir  ki,  Böyük  Ġpək  yolunun 
qollarından biri Xəzər dənizinin Ģimal sahilləri boyunca Qafqazdan keçmiĢdir. 
Bu  yolda  Azərbaycanın  məĢhur  sənətkarlıq    və  ticarət  mərkəzlərindən  olan 
Dərbənd,  ġamaxı,  Gəncə,  Təbriz,  Marağa,  Həmədan,  Naxçıvan  kimi  Ģəhərləri 
yerləĢirdi. 
Yaxın  ġərqin  ticarət  mərkəzləri  ilə  Cənubi  Qafqazı,  Orta  Asiyanı  və 
Uzaq  ġərq  ölkələrini  əlqələndirən  əsas  karvan  yollarından  biri  Naxçıvan 
ərazisindən  keçmiĢdir.  Naxçıvan  bölgəsi  nəinki  Azərbaycan,  eləcə  də  Cənubi 
Qafqaz  üçün  çox  mühüm  coğrafi-starteji  mövqedə  yerləĢən  ərazidir.  Bunu 
vaxtilə bu ərazidən keçən beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha 
aydın izah etmək olar.  
Təsadüfi  deyil  ki,  ġərqin  ən  qədim  Ģəhər  mədəniyyət  mərkəzlərindən 
olan Naxçıvan Ģəhərinin yaranmasının baĢlıca amilləri yerli coğrafi, iqtisadi və 
mədəni zəminlə əlaqədar olmuĢdur.  
Tarixdə olduğu kimi XXI əsr - qloballaĢma əsrində də hər bir dövlətin 
iqtisadi  potensialı,  gücü  və  qüdrəti  həm  də  onun  malik  olduğu  nəqliyyat-
kommunikasiya kompleksinin inkiĢaf səviyyəsi ilə ölçülür. 
XX  əsrin  bu  ən  əhəmiyyətli  layihəsinin  reallaĢması  məhz  ümummilli 
lider Heydər Əliyevin gərgin və çoxĢaxəli fəaliyyətinin, qətiyyətinin nəticəsidir.  
Bu layihə çərçivəsində gerçəkləĢən Bakı-Tbilisi-Qars + Naxçıvan  dəmir 
yolu həm iqtisadi, həm də siyasi və strateji baxımdan çox önəmlidir. 
Naxçıvan-Qars  layihəsi  Azərbaycan  və  Türkiyə  arasında  ən  uğurlu 
layihələrdən  sayılır.  Ümumilikdə  335  kilometr  olacaq  bu  dəmir  yolu  ilə 
Naxçıvan, Qarsa, eyni  zamanda, Ərzurumdan keçməklə bütün  Türkiyə xəttinə 
birləĢdiriləcək.  Daha  sonra  Ġran  vasitəsilə  Naxçıvandan  Orta  Asiya  və  Yaxın 
ġərqə də alternativ yol olacaq. 
Açar sözlər: ipək yolu, tarixi və müasir Naxçıvan, mədəni həyat 
 
 
 
 
 
 
 
 

Beynəlxalq  İpək Yolu  
 
 
16 
NAXÇIVAN MUXTAR RESPUBLĠKASI: TARĠXĠ ĠPƏK YOLU 
ÜZƏRĠNDƏ ĠNKĠġAF EDƏN MƏġĞULLQ POTENSĠALI 
CAVADXAN QASIMOV 
AMEA Naxçıvan Bölməsi 
cavadxan.yusifoglu@mail.ru 
 
MəĢğulluq  ölkələrin  sosial-iqtisadi  uğur  və  nailiyyətlərinin  yüksək 
səviyyəsini  xarakterizə  edir.  Ġqtisad  və  digər  sosial  elmlərin  araĢdırdığı,  təhlil 
etdiyi  bu  anlayıĢ,  ayrılıqda  hər  bir  fərdin,  ümumilikdə  isə  bütöv  xalqın  və 
cəmiyyətin maddi-rifah göstəricisini əks etdirməkdədir. Ġnsanların düĢünülmüĢ, 
məqsədyönlü,  gəlir  əldə  etmək  istiqamətində  müvafiq  qanunverciliklə 
tənzimlənən  fəaliyyətlərinin  məcmuusu  olan  məĢğulluq  hər  bir  dövlətin  sosial 
siyasətinin  ana  məğzini  təĢkil  etməkdədir.  Əsası  milli  lider,  böyük  Heydər 
Əliyev  tərəfindən  uzaqgörənliklə  qoyulan  müasir  məĢğulluq  siyasəti  milli 
iqtisadiyyatın daha çevik əsaslarla mövcudluğunu Ģərtləndirməkdədir.  
Düzdür,  Azərbaycan  Respublikasında  əhalinin  məĢğulluğu  haqqında 
Qanun 27 iyun 1991-ci ildə qəbul edilmiĢdir, amma daha sonra 2 iyul 2001-ci il 
tarixdə  eyni  adlı  Qanununda  məĢğulluğun  bütün  prinsipləri,  müasir  mahiyyəti 
və sosial-iqtisadi əhəmiyyəti müəyyən edilmiĢdir. 
2 iyul 2001-ci il tarixdə qəbul edilmiĢ eyni adlı qanunda isə yuxarıdakı 
tərif  müasir  dövrümüzlə  səsləĢməklə  və  daha  da  təkmilləĢdirilməklə 
göstərilmiĢdir. ―MəĢğulluq haqqında‖ Azərbaycan Respublikasının Qanununda 
dövlətimizin  müəyyən  etdiyi  siyasət,  məĢğul  Ģəxs  adlandırılan  insanlar, 
məĢğulluq  sahəsində  insanların  hüquqları,  məĢğulluğun  tənzimlənməsi, 
məĢğulluq  sahəsində  həmkarlar  ittifaqlarının  iĢtirakı,  iĢaxtaranlarla 
iĢəgötürənlərin  qanunla  müəyyən  olunan  münasibətləri  (bunu  məĢğulluq 
münasibətləri  də  adlandıra  bilərik)  və  digər  mühüm  məsələlərə  ətraflı  olaraq 
aydınlıq gətirilmiĢdir. 
Həmin  qanunda  məĢğulluq  anlayıĢının  müasir  dövrümüzə  xas  tərifi 
aĢağıdakı kimi müəyyən olunmuĢdur: 
―MəĢğulluq-Azərbaycan  Respublikası  vətəndaĢlarının,  Azərbaycan 
Respublikasında  daimi  yaĢayan  və  vətəndaĢlığı  olmayan  Ģəxslərin  və 
əcnəbilərin  (bundan  sonra  vətəndaĢların)  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə  zidd  olmayan  və  bir  qayda  olaraq  onlara  qazanc  (gəlir) 
gətirən fəaliyyətidir‖. 
Sonrakı dövrlərdə də bu sahə ölkənin prioritetləri sırasında ön yerlərdən 
birini tutmuĢ və daha da təkmil əsaslarla hüquqi cəhətdən tənzimlənmiĢdir. Belə 
ki,  dövlətimizin  baĢçısı  cənab  Ġlham  Əliyev  tərəfindən  26  oktyabr  2005-ci  il 
tarixdə  imzalanan  Sərəncamla  ―Azərbaycan  Respublikasının  MəĢğulluq 
Strategiyasının (2006-2015-ci illər)‖ təsdiq edilməsi, 15 may 2007-ci il tarixdə 
imzalanmıĢ Sərəncamla təsdiq edilmiĢ ―Azərbaycan Respublikasının MəĢğulluq 
Strategiyasının  həyata  keçirilməsi  üzrə  Dövlət  Proqramı  (2007-2010-ci  illər)‖ 

Tezislər 
 
17 
bunlara əyani sübutdur. 
Qeyd  edə  bilərik  ki,  məĢğulluq  siyasətinin  gücləndirilməsinin  və 
səviyyəsinin  yüksəldilməsinin  ən  zəruri  təminatlarından  biri  olaraq  onun 
ölkəmizin bütün regionlarını əhatə etməsini və regional məĢğulluq potensialının 
artmasını  göstərə  bilərik.  Aydınlıq  üçün  qeyd  edə  bilərik  ki,  ölkəmizdə  bu 
sahədə həyata keçirilən hüquqi tənzimləmə siyasəti onun ayrılmaz tərkib hissəsi 
olan  Naxçıvan  Muxtar  Respublikasında  da  inkiĢaf  istiqamətində  davam 
etdirilməkdədir.  Məhz  məĢğulluq  siyasətinin  davamlılığı,  səmərəliliyi  və 
potensial  inkiĢafı  məqsədilə  burada  məqsədyönlü  addımlar  atılmaqdadır.  Belə 
ki,  30  may  2007  ci  il  tarixdə  Naxçıvan  MR  Ali  Məclisinin  Sədri  tərəfindən 
―Naxçıvan  Muxtar  Respublikasının  MəĢğulluq  Strategiyasının  həyata 
keçirilməsi  üzrə  Dövlət  Proqramı  (2007-2010-ci  illər)‖  təsdiq  edilərək  qəbul 
edilmiĢdir.  Həmin  hüquqi  sənəddə  muxtar  respublikanın  müvafiq  dövlət 
strukturları  qarĢısında  mühüm  vəzifələr  müəyyən  edilərək  məĢğulluq 
potensialının daha da artırılması nəzərdə tutulmuĢdur.  
Həyata  keçirilən  məqsədyönlü  məĢğulluq  siyasəti,  təsərrüfat 
subyektlərinin  stimullaĢdırılması,  xüsusi  mülkiyyət  üzərində  səmərəli 
fəaliyyətin  qurulması,  kəndli-torpaq  (aqrar)  münasibətlərinin  inkiĢafı  üçün 
münbitləĢdirici  mexanizmlərin  iĢə  salınması,  insanların  öz  gəlirlərini  təmin 
etmələri,  bir  sözlə,  iqtisadiyyatın  sahə  strukturunun  daha  sağlam  inkiĢafı 
nəticəsində  2012-ci  ildən  etibarən  Naxçıvan  Muxtar  Respublikası  üzrə 
məĢğulluq  xidməti  orqanlarında  iĢsiz  statusu  və  müavinət  alan  Ģəxslərin 
olmadığını  görürük.  Qeyd  edək  ki,  əvvəlki  illərdə  (2005-ci  ilə  qədər)  bu 
sahədəki  göstərici  7904  nəfərə  qədər  yüksəlmiĢdi.  Təbii  ki,  bu,  muxtar 
respublikanın sağlam sosial siyasətinin ən mühüm nəticələrindən biridir.  
Açar sözlər: məĢğulluq, qanun, Muxtar Respublika, sosial siyasət 
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin