Açar sözlər: Qərbi Roma, Çin, Bizans, ipək, Göktürk
XVIII ƏSRĠN ĠKĠNCĠ YARSINDA AZƏRBAYCAN XANLIQLARININ
OSMANLI ĠMPERĠYASI ĠLƏ MÜNASĠBƏTLƏRĠ
XƏYALƏ SÜLEYMANOVA
AMEA Tarix Ġnstitutu
xayala.suleymanova@yahoo.com
1747-ci ildə Nadir Ģah ƏfĢarın sui-qəsd nəticəsində öldürülməsindən
sonra dünyanın ən geniĢ ərazili imperiyalarından olan ƏfĢarlar imperiyası
parçalandı. Ġmperiyanın parçalanması nəticəsində Azərbaycanın tarixi
torpaqlarında çoxsaylı dövlətlər-xanlıqlar yarandı. YaranmıĢ Azərbaycan
xanlıqlarının əksəriyyəti Osmanlı imperiyası ilə qarĢılıqlı münasibətlər qurmağa
çalıĢırdı. Xanlıqlar yarandığı ilk vaxtlardan Rusiya imperiyası xanlıqları öz
təsiri altına almaq istəyir və bu istiqamətdə müəyyən diplomatik addımlar
atırdı. Rusiya çalıĢırdı ki, xanlıqlarla Osmanlı imperiyası arasında dostluq
münasibətləri yaranmasın. Xanlıqların Osmanlı imperiyası ilə münasibətlərində
siyasi və iqtisadi mənafelər üstünlük təĢkil edirdi. Lakin sovet dövrü
tarixĢünaslığında Azərbaycan xanlıqlarının əsasən Rusiya imperiyasına meyl
etdiyi və Osmanlı imperiyasına isə iĢğalçı qüvvə kimi baxdığı vurğulanmıĢdır
(V.Leviatov, Q.Abdullayev, Ə.Quliyev, A.Babayev, O.Markova, və s.). Ġlkin
mənbələr olan Türkiyə Cümhuriyyəti BaĢbakanlıq Osmanlı Arxivinin (BOA)
―Xətti-Humayun‖ sənədlərinin təhlili (BOA HH. 5/156, 5/153, 7/224, 6\181,
3\82, 4\97, 29\1387, 7/228A, 9/324G, 10/349A, 19/860, 28/1324 və s.) və bir
sıra ədəbiyyatlar (T.Mustafazadə, G.Nəcəfli, N.Bayramova, E.Qarayev,
H.Sadıqov, F.Əliyev, U.Həsənov, H.Həsənоv, Y.Hüseynov, C.Gökce, Ġ.Berkok,
T.Sünbül, S.KocabaĢ, H.Gursel, A.Lambton, M.Atkin və s.) əsaslı Ģəkildə sübut
Tezislər
59
edir ki, Azərbaycan xanlıqları yarandığı dövrdən etibarən Osmanlı imperiyası
ilə əlaqələr qurmağa baĢalmıĢ və əsrin ikinci yarsında qarĢılıqlı siyasi əlaqələr
hərtərəfli inkiĢaf etmiĢdir. Osmanlı imperiyası da regionda öz mövqeyini
möhkəmləndirmək üçün xanlıqlarla sıx əlaqələrin yaradılmasında maraqlı
olmuĢdur. ―Xətti-Humayun‖ sənədləri sübut edir ki, Osmanlı imperiyası
Qafqazda rus-gürcü blokuna qarĢı müsəlman dövlətlərinin ittifaqını yaratmağa
çalıĢırdı. Osmanlı hakim dairələri bu məqsədlə Azərbaycan xanlıqlarına elçilər
göndərir, onlara çatdırılan fərmanlarda Rusiya imperiyasına qarĢı mübarizəyə
qoĢulmağın vacibliyi əsaslandırılırdı.
―Xətti-Humayun‖ sənədlərinin tarix elmimiz üçün baĢlıca əhəmiyyəti və
yeniliyi bundan ibarətdir ki, indiyədək araĢdırılmamıĢ və tarixçilərimiz üçün
əlçatmaz olan bu sənədlər XVIII əsrdə Azərbaycanın beynəlxalq əlaqələri tarixi
üzərinə güclü iĢıq salır. Xüsusi məqsədlərlə qəsdən saxtalaĢdırılmıĢ beynəlxalq
əlaqələr tariximiz bu iĢıq seli altında olduğu kimi görünür
Mövcud Ģəraitə tarixi yanaĢma və müqayisəli təhlil metodlarından istifadə
edərək, Azərbaycan xanlıqlarının əksəriyyətinin Osmanlı imperiyası ilə
müttəfiqlik münasibətlərində olduğunu sübut etmək əsas məqsədidir.
Açar sözlər: XVIII əsrin ikinci yarsı, Azərbaycan xanlıqları, Osmanlı
imperiyası, ―Xətti-Humayun‖ sənədləri.
NAXÇIVAN SƏFƏVĠLƏR DÖVRÜNDƏ
XANIM ZEYNALOVA
AMEA Tarix Ġnistutu
carnatious@mail.ru
Naxçıvan ən qədim insan məskənlərindən və sivilizasiya
mərkəzlərindən biridir. Naxçıvan qədim və orta əsrlərin tarixi abidələri,
mədəniyyət nümunələri ilk insanların yaĢadığı mağaralar, yaĢayıĢ yerləri,
möhtəĢəm qalalar, təbiət abidələri ilə zəngindir.
1501 ci -ildə ġah Ġsmayıl ġərur düzündə baĢ verən döyüĢdə qələbə çalır
və qüdrətli Səfəvi dövlətinin əsasını qoyur. Dövlətin yaranmasına gedən yol
Naxçıvan bölgəsindən keçdiyindən bu ərazi Səfəvilərin mərkəzləĢdirilmiĢ
hakimiyyəti altında idarə olunmağa baĢlanır. Naxçıvan diyarı Osmanlılar
arasında olan döyüĢdə ən çox əziyyət çəkmiĢ, Ģəhər dağıntılara məruz qalmıĢdı.
Belə ki, ərazi, 1514, 1588-1603, 1635 ,1724-1736 cı illərdə Osmanlılar
tərəfindən tutulmuĢdur. 1524-cü ildə l Təhmasibin zamanında Rumlu, Təkəli,
ġamlı tayfaları arasında hakimiyyət çəkiĢmələri baĢlayır. 10 il davam edən bu
çəkiĢmələr Osmanlıların yenidən hücumlara baĢlamasına gətirib çıxarmıĢdır.
1548- ci ildə Osmanlı qoĢunu 3cü dəfə Səfəvi torpaqlarına hücum edir. Bu
zaman Naxçıvan bölgəsi ziyan çəkməmiĢdir. Lakin bir il sonra 1549-cu ildə
Naxçıvan hücumlara məruz qalır. 1554-ci ildə Osmanlı qoĢununun 4- cü yürüĢü
Beynəlxalq İpək Yolu
60
zamanı Naxçıvan bölgəsinə iqtisadi cəhətdən ağır zərbə vurulmuĢdu. 16-cı əsrin
sonları 17 ci əsrin əvvəllərində yaĢamıĢ tarixçilərdən Ġ.Pəçəvi yazırdı: "Aydınlıq
gündüz qaranlıq gecəyə çevrildi. 27-ci gün Naxçıvan düzənliyinə çatdılar...
Bütün Ģəhər və kəndlər, qəsəbələr və evləri o qədər amansızlıqla talan edirdilər
ki, onlardan bir əsər belə qalmırdı". Sultan Süleymanın 1554- cü ildə baĢ verən
bu yürüĢü tarixdə "Naxçıvan Səfəri" yaxud "12 ci Səfər" adlanır. II Ġsmayılın
qısa müddətli hakimiyyəti zamanı (1576-1577) -sünni məzhəbinə meyilli
olduğuna görə Osmanlı təhlükəsi olmamıĢdı. 1578-1587 ci illərdə Məhəmməd
Xudabəndənin zamanında ölkənin iqtisadiyyatı tamamilə dağıdılır. Naxçıvan
bölgəsi1588-ci ildən Osmanlı idarəçiliyinə daxil edilmiĢ və Naxçıvan sancağı
inzibati bölgüsü yaradılmıĢdır. 1603-cü ildə I ġah Abbas Naxçıvanı Osmanlı
iĢğalından azad etmiĢdir. 1629-1642-ci illərdə I Səfinin hakimiyyəti zamanı
Osmanlı-Səfəvi müharibələri davam etməkdə idi. 1635-ci ildə Osmanlı sultanı
4-cü Murad Naxçıvan bölgəsini ələ keçirmiĢdi. 1724-cü il 12 iyunda Ġstanbulda
bağlanmıĢ sülh müqaviləsində Xəzəryanı ərazilər Rusiyaya, qalan ərazilər
Osmanlılara verildi. 1736-cı ildə Nadir ġah Naxçıvan daxil olmaqla
Azərbaycan torpaqlarını Osmanlılardan azad etdi.
Açar sözlər: ġah Ġsmayıl , Naxçıvan, Osmanlı iĢğalı, Əlvənd Mirzə
ОБ ИГНОРИРОВАНИИ АНГЛОЯЗЫЧНЫМИ
ИССЛЕДОВАТЕЛЯМИ ТЮРКСКОГО КОМПОНЕНТА В
ЭТНОПОЛИТИЧЕСКОЙ ИСТОРИИ РАННЕСРЕДНЕВЕКОВОГО
АЗЕРБАЙДЖАНА
ЛАМИЯ КАФАРЗАДЕ
Институт Истории им. А.А. Бакиханова НАН Азербайджана
leo_558@mail.ru
Освещение в англоязычной историографии концептуально важных
вопросов этнополитической истории раннесредневекового Азербайджана,
являющегося в настоящее время одним из ведущих и крупных тюркских
государств на международной арене, представляет большую научную
важность и актуальность. Результаты проведенного критического и
ретроспективного анализа материалов показали, что в целом
англоязычной историографии свойственно искажать те или иные
исторические события Азербайджана в указанный период. Так, в
большинстве исследований англоязычных ученых история Азербайджана
не только «растворена» в научных трудах, освещавших историю
государств Кавказа, Ближнего и Среднего Востока, Средиземноморья, а,
более того, представлена как составная «часть» истории Ирана. К
примеру, выдающийся британский востоковед К.Босворт игнорирует
Азербайджан как отдельный политический субъект и замещает
Tezislər
61
Азербайджан термином «Северо-Западный Иран». Как следствие, нередко
в англоязычной историографии (например, У.Маделунг, Э.Венетис,
П.Кроун, Э.Райт и др.) движение хуррамитов характеризуется «иранским»
восстанием, истоки идеологии сводятся к «иранским» ересям, а сам Бабек
и его последователи предстают перед нами «персами». Отметим, что
национальная принадлежность и политическая ангажированность
англоязычных исследователей также является причиной «иранизации»
движения хуррамитов. К примеру, такие англоязычные исследователи
персидского происхождения, как Г.Юсефи, Ф.Дафтари, К.Фаррох, также
причисляют хуррамитов к персам, а Бабека называют персидским героем.
Однако Бабек являлся тюрком. Он родился в Ардебиле. Более того,
источник сообщает, что первое слово, мужественно произнесенное
Бабеком после того, как ему отрубили руку на смертном одре, было
именно тюркское слово «Asan ya!».
Кроме того, в англоязычной историографии этническое
происхождение правящей династии азербайджанского государства
Саджидов сводится к «иранским» корням (К.Босворт, У.Маделунг), в то
время как в отечественной историографии научно доказано, что Саджиды
являлись потомками тюркских эмиров из Средней Азии.
Основной причиной ошибочного утверждения таких англоязычных
исследователей, как П.Гольден, Л.Джохансен и К.Босворт, о начале
этнической «тюркизации» Азербайджана якобы лишь в результате
Сельджукского движения в XI в., что в свою очередь не соответствует
действительности, ибо исторически территория Азербайджана была
населена главным образом тюрками (даже если предположить, что
местное население Азербайджана было преимущественно нетюркского
происхождения, то этот факт не подтверждает того, что поселение
тюрков-огузов здесь привело к тюркизации, т.к. пришельцы в
количественном соотношении сильно уступали местному населению, что
не могло нарушить принцип этногенетической непрерывности на
территории Азербайджана), является именно тот факт, что большинством
англоязычных исследователей история Азербайджана рассматривается
сквозь призму иранской истории.
Ключевые слова: Азербайджан, Ардебил, этническое
происхождение
Beynəlxalq İpək Yolu
62
ÜMUMĠ DƏYƏRLƏRƏ ƏSASLANAN VAHĠD AVROPAYA DOĞRU
ARZU ABDULLAYEV
Naxçıvan Dövlət Universiteti
a.ordubadi@yahoo.com
Ölkəmiz qısa zaman kəsiyində əsrə bərabər inkiĢaf yolu keçərək iqtisadi-
siyasi qüdrətini artırmıĢ, demokratik dəyərlərə sadiqliyi və sülhsevərliyi ilə
dünyanın rəğbətini qazanmıĢdır. Qərb sivilizasiyasına yaxınlaĢmaq, bu
sivilizasiyanı Azərbaycana tətbiq etmək və ölkəmizi dünyanın ən öndə gedən
dövlətləri səviyyəsinə yüksəltmək baxımından Azərbaycanın Avropaya
inteqrasiyası da könüllü və məntiqi olaraq seçdiyi yoldur. Avropalı ekspertlərin
də qeyd etdiyi kimi, ötən əsrin son onilliyindən etibarən Avropaya inteqrasiya
kursunu götürən postsovet ölkələrinin hər biri ayrı-ayrılıqda müxtəlif uğurlara
imza atsa da, heç bir ölkə bu sahədə Azərbaycan qədər nailiyyətlər qazana
bilməmiĢdir.
Bu gün dünya dövlətləri etiraf edir ki, Avropa meyarları bəĢəriyyət üçün
vacib olan ən ali dəyərlərin qorunmasını özündə ehtiva edir. Ona görə də ulu
öndər Heydər Əliyev Azərbaycanın Avropa ġurasına tamhüquqlu üzv olması
üçün bütün imkanlardan istifadə edirdi.
27 yanvar 2001-ci il tarixdə isə Avropa ġurası Nazirlər Komitəsinin sədri
Ġndulis BerzinĢ Azərbaycanın Avropa ġurasına tamhüquqlu üzv kimi qəbul
olunmaq haqqında son qərar layihəsi çıxarmıĢdır. Strasburqda keçirilən 25
yanvar 2001-ci ildəki təntənəli tədbirdə ulu öndər, dünyaĢöhrətli siyasətçi,
möhtərəm Heydər Əliyevin də iĢtirakı və çıxıĢı daha da əlamətdar oldu. Elə
həmin gün Azərbaycan dövlət bayrağı Avropa ġurası Parlament
Assambleyasının binası içərisində qaldırıldı.
Əlbəttə ki, bundan böyük qürur və fərəh hissi ola bilməz. Bir vaxtlar
böyük Azərbaycan yazıçısı M.Hadi yana-yana deyirdi: «Yox millətimin imzası
imzalar içində». Ġndi isə qürurla, fərəhlə deyirik: Azərbaycan adlı
məmləkətimiz Avropa ġurasının tam hüquqlu üzvüdür.
Beləliklə, Azərbaycanın Avropa ġurasına üzvlük prosesi xeyli vaxt aparsa
da, bəzi qüvvələrin müqavimətinə rast gəlsə də, Heydər Əliyevin prinsipal və
qətiyyətli siyasəti nəticəsində Azərbaycanın bu təĢkilatda təmsil olunmaq
arzusu gerçəkləĢmiĢdir. Azərbaycan Avropa ġurasına bərabərhüquqlu üzv qəbul
olunmaqla mühüm problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mötəbər
tribuna qazanmıĢdır. 2003-cü ilin oktyabrında azərbaycanın yeni Prezidenti
seçilmiĢ Ġlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu
hüquqi dövlət quruculuğu siyasətini qətiyyətlə davam etdirir və öz Ģəxsi
təcrübəsindən bəhrələnməklə Avropa ġurası ilə münasibətlərin inkiĢafını daim
diqqət mərkəzində saxlayır.
Nəticə etibarı ilə deyə bilərik ki, öz təməl dəyərlərini qorumaqla
müasirləĢmək və müasirliyi Avropada bayraqlaĢdıran insan hüquqları,
Tezislər
63
demokratiya, söz və fikir azadlığı kimi dəyərlərin mənilməsənilməsində görən
Azərbaycan Respublikasının bu məqsədləri Avropa ġurasının məramnaməsi ilə
üst-üstə düĢür. Hazırda bu qurumun tamhüquqlu üzvü kimi onunla
əmaəkdaĢlığı hər keçən gün daha daha da möhkəmlədirən Azərbaycan
Respublikası Avropa ġurasının daha da güclənməsi və dünyada insan
hüquqlarının qorunması istiqamətində səy göstərir. Azərbaycan Respublikasının
2011-ci il oktyabr ayının 24-də BMT Təhlükəsizlik ġurasına 2012-2013-cü illər
üzrə qeyri-daimi üzv seçilməsi bu həqiqəti bir daha təsdiqləmiĢdir. 155 ölkənin
Azərbaycanın lehinə səs verməsi əslində dünya ictimaiyyətinin ölkəmizə olan
münasibətinin ifadəsidir, respublikamızın həm regionda, həm də beynəlxalq
arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə
yaxından iĢtirakının və eyni zamanda, sülhün və əmin-amanlığın bərpa
edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir. Beynəlxalq arenada qazanılan
bu möhtəĢəm uğurun əsasında ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni
geosiyasi reallıqları nəzərə alınmaqla Prezident Ġlham Əliyev tərəfindən
novatorcasına davam etdirilməsi kursu dayanır.
Biz gənclər də müdrik siyasətçi, ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu siyasi strategiyanı uğurla icra edən yüksək istedada, bacarığa,
idarəetmə qabiliyyətinə malik olan prezident cənab Ġlham Əliyevin ətrafında sıx
birləĢəcək bundan sonra da ölkəmizin demokratiya, hüquqi dövlət quruculuğu
istiqamətində dönmədən irəliləməsi, çiçəklənməsi uğrunda böyük əzmlə
çalıĢacağıq.
Açar sözlər: Avropa meyarları , ali dəyər, Avropa ġurası, BMT
Təhlükəsizlik ġurası
NAXÇIVANIN QƏDĠM DÖVR TARĠXĠNĠN ÖYRƏNĠLMƏSĠNDƏ
ġƏRUR BÖLGƏSĠNĠN
ENEOLĠT DÖVRÜ ABĠDƏLƏRĠNĠN ROLU
EMĠN MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin NaxçıvanĢünaslıq Mərkəzi
emammadov87@hotmail.com
XX əsrin II yarısından sonra Naxçıvan Muxtar Respublikası ərazisində
geniĢ miqyaslı arxeoloji tədqiqat iĢləri aparılmıĢ və nəticədə zəngin maddi
mədəniyyət qalıqları tapılıb tədqiq edilmiĢdir. Bu tapıntılar əsasında xalqımızın
ən qədim tarixinin arxeoloji mənbələr əsasında öyrənilməsinə zəmin
yaranmıĢdır.
Məlum olduğu kimi, qədim Naxçıvan diyarının ġərur bölgəsi təkcə
Azərbaycan miqyasında deyil, həmçinin Cənubi Qafqazda və dünyada ən qədim
Beynəlxalq İpək Yolu
64
insan məskənlərindən biridir. ƏlveriĢli təbii-coğrafi mövqeyi qədim dövrlərdən
insanların bu ərazidə məskunlaĢmalarına Ģərait yaratmıĢdır. Burada min illər
boyu böyük mədəniyyətlər formalaĢmıĢ və bütün tarixi dövrlərdə arasıkəsilməz
yaĢayıĢ olmuĢdur. Bu baxımdan burada aparılan arxeoloji tədqiqatlar hər zaman
Azərbaycan, Cənubi Qafqaz və dünya arxeologiya elmi üçün böyük əhəmiyyət
kəsb etmiĢdir.
Son illər ġərur rayonu ərazisində eneolit dövrünə aid Ovçulartəpəsi,
Xələc, Ərəbyengicə, AĢağı DaĢarx, ġortəpə abidələri tədqiqata cəlb edilmiĢ və
qədim tariximizin bu dövrünə dair zəngin maddi mədəniyyət nümunələri aĢkar
edilmiĢdir.
Həm yerli, həm də xarici tədqiqatçılar tərəfindən öyrənilən ġərur
abidələri, xüsusilə də eneolit dövrü abidələri son illər Naxçıvan arxeologiya
elminə böyük töhfələr vermiĢdir. Tədqiqatlar nəticəsində çox sayda yeni
abidələr, yaĢayıĢ yerləri, qəbir abidələri, keramika məmulatları, əmək alətləri,
metal əĢyalar və s. əldə edilmiĢdir. Bütün bu tapıntılar qədim tariximizin maddi
mədəniyyət nümunəsi kimi Naxçıvanın tarix diyarĢünaslıq muzeylərində
qorunub saxlanılır və demək olar ki, hər il muzeylər dəyərli arxeoloji
materiallarla daha da zənginləĢir.
Eneolit abidələrinin tədqiqi nəticəsində Naxçıvanın eneolit mədəniyyəti,
həmin dövr insanlarının məĢğuliyyəti, təsərrüfat həyatı, həmçinin etnik-mədəni
proseslər və Yaxın ġərq ölkələri ilə qarĢılıqlı əlaqələri daha dərindən öyrənilmiĢ
və yeni tədqiqat sahələri meydana gəlmiĢdir.
Açar sözlər: Naxçıvan, Eneolit abidələri, ġərur, Ovçulartəpəsi
ƏFġARLAR ĠMPERIYASI DÖVRÜNDƏ NAXÇIVANIN TARĠXĠ-
COĞRAFĠYASININ BƏZĠ MƏSƏLƏLƏRĠNƏ DAĠR
ELNUR KƏLBĠ
ZADƏ
AMEA Naxçıvan Bölməsi
caspianman@mail.ru
Əksər hallarda III ġah Abbasın müəmmalı Ģəkildə həlak olması və
Nadirqulu xanın simasında hakimiyyətin ƏfĢarların əlinə keçməsi Səfəvilər
imperiyasının süqutu kimi dəyərləndirilir. Əslində isə 1736-cı ildə dövlət süquta
uğramamıĢ, sadəcə olaraq dövlət idarəçiliyi bir sülalədən (Səfəvilərdən) digər
sülalənin (ƏfĢarların) əlinə keçmiĢdir. Təbii ki, Nadir Ģah ƏfĢar özünü milli və
məzhəbi hökümdardan daha çox bir imperator kimi aparmıĢ, dövlətdə ciddi
islahatların həyata keçirilməsinə cəhd göstərmiĢdir. Nadir Ģah hakimiyyətə
gəldikdən sonra dövlətin inzibati quruluĢunda ciddi dəyiĢikliklər edilmiĢ və son
Səfəvilər dövründə həyata keçirilməsi planlaĢdırılan bir sıra inzibati islahatlar
reallaĢdırılmıĢdır. Əvvəllər, Naxçıvanın tabeliyində olduğu Çuxursəd
bəylərbəyliyi də daxil olmaqla Azərbaycan ərazisindəki 4 bəylərbəyliyin ləğv
Tezislər
65
edilərək vahid Azərbaycan bəylərbəyliyinin tərkibində birləĢdirilməsi prosesi
məhz Nadir Ģahın hakimiyyəti dövründə baĢa çatdırılmıĢdır.
Bəylərbəyliklərin birləĢdirilməsindən bəhs edən əksər müəlliflər, Nadir
Ģahın bəylərbəylikləri ləğv etdikdən sonra bütün bəylərbəylikləri Azərbaycan
bəylərbəyliyi tərkibində birləĢdirdiyini yazırlar. Apardığımız müqayisəli
təhlillər isə sübut edir ki, birləĢdirmə prosesi mərhələli Ģəkildə həyata
keçirilmiĢdir. Birinci mərhələdə Gəncə, Tiflis, Qarabağ, Ġrəvan, Naxçıvan və
ġirvan əraziləri mərkəzi Gəncə olan vahid vilayətdə birləĢdirilmiĢ, ikinci
mərhələdə isə tam mərkəzləĢdirmə prosesi baĢa çatdırılmıĢ və mərkəzi Təbriz
olan Azərbaycan vilayəti yaradılmıĢdır.
M.Xəzaninin əsərində verdiyi məlumatlar sübut edir ki, Azərbaycan
bəylərbəyliyi yaradılarkən Naxçıvan Çuxursəd bəylərbəyliyinə tabe olan bir
ərazi kimi deyil, müstəqil bir hakimlik kimi bu vahidə daxil edilmiĢdir. Vahid
Azərbaycan bəylərbəyliyinin tərkibində də Naxçıvan Ġrəvanla birlikdə deyil,
ayrıca bir ölkə - hakimlik Ģəklində idarə olunmuĢdur.
Apardığımız təhlil və ümumiləĢdirmələrə əsasən söyləyə bilərik ki,
ƏfĢarların idarəçiliyi dövründə Naxçıvan ölkəsinin tərkibinə 12 mahal daxil
olmuĢdur. Bunlar Naxçıvan, Ordubad¸ Mehri, Qafan, Sisyan, Tatef, Vedi,
Dərəçiçək, Məzrə, Sürməli, Aralıq, ġərur mahalları idi.
Açar sözlər: Naxçıvan, Nadir Ģah ƏfĢar, tarixi-coğrafiya, bəylərbəylik,
vilayət, ölkə
Beynəlxalq İpək Yolu
66
COĞRAFĠYA
XVI ƏSR VƏ XIX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ BÖYÜK ĠPƏK YOLU
ÜZƏRĠNDƏ NAXÇIVAN DĠYARININ ĠQTĠSADĠ COĞRAFĠ
SƏCĠYYƏSĠNƏ DAĠR
NAZĠM BABABƏYLĠ
Naxçıvan Dövlət Universiteti
nazimnym@mail.ru
Naxçıvan diyarının ərazisi Rusiya tərəfindən iĢğal olunana qədər
Səfəvilər, ƏfĢarlar və Osmanlı dövlətlərinin tərkib hissəsini təĢkil etmiĢ və
siyasi hadisələrin nəticəsində onun sənayesində, kənd təsərrüfatında, ticarət və
emaledici sənayesində, eləcə də inzibati ərazi bölgüsündə dəfələrlə dəyiĢikliklər
baĢ vermiĢdir.
Diyar Səfəvilər dövlətinin tərkibində Çuxur-Səd bəylərbəyliyinə daxil
edilmiĢ və Ustaclıların nəzarəti altında olmuĢdur. Osmanlıların hakimiyyəti
dövründə inzibati baxımdan xeyli inkiĢaf etmiĢ, özündə Naxçıvan, Məvaziyi-
Xatun, Mülkü-Arslan, Qarabağlar, DərəĢam, DərəĢahbuz, Bazarçay, Dərələyəz,
Əlincə, Sisyan, QıĢlaq, Azadgiran, ġurut (ġorlut) və Dərə Nürgüt olmaqla 14
nahiyəyə bölünmüĢdür. Sancaq sancaqbəyi, nahiyələr naiblər, kəndlər isə
kəndxudalar tərəfindən idarə olunmuĢdur. Qeyd etmək lazımdır ki, bu gün
Ermənistan tərkibində olan və əhalisi demək olar ki, tamamilə türklərdən ibarət
olan Yexeqnadzor, Sisyan və Meqri rayonları sancağın tərkibinə daxil edilmiĢ,
eyni zamanda Sədərək adlı yeni inzibati vahid yaradılmıĢdır. QıĢlaq və
Dərələyəz nahiyələri əvvəllər mövcud olan Bazarçay, ġərur, Ordubad nahiyələri
əsasında yaradılmıĢdır.
Bu zaman sancağın illik gəliri 2 milyon 629 min axca təĢkil etmiĢdir.
Nadir Ģah ƏfĢarın dövründə Naxçıvan çox böyük iqtisadi tənəzzülə
uğrayır. O, sancaq və nahiyələri ləğv etməklə çoxmərkəzli iqtisadiyyatı dağıdır,
təkmərkəzli idarə sistemi yaradır. Beləliklə, 1747-ci ildə iki bölgədən ibarət və
əsası Heydərqulu xan tərəfindən qoyulan Naxçıvan xanlığı yaranır.
Xanlığın Naxçıvan bölgəsi Naxçıvan, Xök, Əlincə, Dərələyəz olmaqla 4
və Ordubad bölgəsi isə Ordubad, Əylis, Dəstə, Çənənəb, Biləv olmaqla 5
mahala bölünür. Naxçıvan bölgəsi üzrə 34096 xalvar torpaq sahəsinin yarıdan
çoxu – 52,6%-i, Ordubad üzrə isə 1522 xalvar torpaq sahəsinin 36,8%-i Biləv
mahallarının payına düĢürdü. Naxçıvan bölgəsindən əsasən pambıq, buğda,
çəltik, Ordubad bölgəsindən isə quru meyvə, sumax, bal ixrac olunurdu.
Dərələyəz, Naxçıvan və Əlincə mahallarında 1 misldən 25 mislə qədər və ya
10000 pud çəltik əldə olunurdu və bu o dövr üçün çox yüksək göstərici hesab
edilirdi.
Xanlığın ixracat məhsullarının əsas yükü qaragül dərisi, quru meyvə və
Tezislər
67
duz, baĢlıca bazarı isə Tiflis və Ġstanbuldan keçməklə Avropa ölkələri idi.
Naxçıvanın əsas ticarət mərkəzləri Culfa, Ordubad, Naxçıvan, Aza,
Əylis, Astabad Ģəhərləri idi. Naxçıvan Ģəhərində mərkəzi bazarla yanaĢı
Sarbanlar, Oruc, Köhnə Qala, Xosulu, Çaparxana, Ziyilarx, Bilici, ġahab, Qala
məhəllələrində
ayrı-ayrı
ticarət
mərkəzləri,
mədrəsələr,
məscidlər,
emalatxanalar, çörəkxanalar fəaliyyət göstərirdi. ġəhərə dörd istiqamətdən daxil
olan karvanlar üç böyük karvansarada yerləĢdirilirdi.
Coğrafiya Ensiklopediyasında göstərildiyi kimi KeçmiĢ Sovet Ġttifaqının
ən qədim Ģəhəri, eləcə də Ģərqin ən qədim Ģəhərlərindən biri olan Naxçıvanın
karvan və ticarət yollarının kəsiĢdiyi nöqtədə salınmasının əsas səbəbi burada
keyfiyyətli daĢ duz yataqlarının olmasıdır. Bu duz hər zaman buradan keçən
karvanların baĢlıca yükü olmuĢdur.
Dostları ilə paylaş: |