Açar sözlər: iqtisadi sistem, sahibkarlıq, biznes və investisiya mühiti
MÜSTƏQĠLLĠK DÖVRÜNDƏ AZƏRBAYCANDA TURĠZMĠN
ĠNKĠġAFI
ĠSRAFĠL CƏFƏROV
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
ormanss@mail.ru
Bu gün müstəqil Azərbaycanda siyasi və sosial-iqtisadi həyatın bütün
sferaları kimi, turizm sahəsi də davamlı və sürətli inkiĢaf dövrünü yaĢayır.
Ölkənin turizm potensialı dünyaya tanıdılır, mövcud turizm potensialının
beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin
təĢkili, turizmin müxtəlif növlərinin inkiĢaf etdirilməsi, normativ– hüquqi
aktların qəbul edilməsi, turizm sahəsində kiçik və orta sahibkarlığın inkiĢaf
etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində
məqsədyönlü iĢlər görülməkdədir.
Müstəqillik dövründə turizm sahələrində aparılan struktur islahatları ilə
yanaĢı mahiyyət etibarilə strateji əhəmiyyət kəsb edən yeni fəaliyyət
istiqamətləri müəyyən edilmiĢdir. Onlardan da biri turizm siyasətinin həyata
keçirilməsində respublikanın qabaqcıl elmi qurumları ilə əməkdaĢlıq
əlaqələrinin yaradılması və bunun vasitəsilə sahənin inkiĢafında elmin
iĢtirakının təmin edilməsidir.
Bu baxımdan turizm sahəsində elm və təhsilin təĢkili və inkiĢaf
etdirilməsi
müstəqillik
dövründə
Azərbaycan
dövlətinin
prioritet
istiqamətlərindən biri olmuĢdur. Belə ki, Azərbaycan iqtisadiyyatının turizm
sahəsinin, habelə turizm təhsilinin sürətli inkiĢafını təmin etmək məqsədilə
2006-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
Azərbaycan Turizm Ġnstitutu və Mingəçevir Turizm Kolleci yaradılmıĢdır.
Müstəqillik dövründə ölkəmizin mövcud turizm potensialının
beynəlxalq aləmdə tanıdılması, Azərbaycana çoxsaylı turist səfərlərinin təĢkili,
turizmin müxtəlif növlərinin inkiĢaf etdirilməsi, normativ-hüquqi aktların
qəbulu, turizm sahəsində kiçik və orta sahibkarlığın inkiĢafı, müasir turizm
Beynəlxalq İpək Yolu
34
infrastrukturunun yaradılması və ixtisaslı kadrların hazırlanması sahəsində bir
çox mühüm tədbirlər həyata keçirilmiĢdir.
2002-ci ildə "Azərbaycan Respublikasında turizmin inkiĢafına dair
2002-2005-ci illər üçün Dövlət Proqramı"nın Azərbaycan Respublikasının
Prezidenti tərəfindən təsdiq edilməsi nəticəsində beynəlxalq arenada
Azərbaycan
turizminin
təĢviqi
istiqamətində
müəyyən
nailiyyətlər
qazanılmıĢdır.
Çoxtərəfli əməkdaĢlıq münasibətlərinin qurulması və inkiĢaf
etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu
nəzərə alaraq Azərbaycan dövləti dünyanın aparıcı təĢkilatları ilə səmərəli
əməkdaĢlıq əlaqələri qurmuĢ, fəal surətdə turizm sahəsində həyata keçirilən
beynəlxalq proqramlara qoĢulmuĢdur. Bunun nəticəsi olaraq Azərbaycan 29
ölkə ilə turizm sahəsində əməkdaĢlıq haqqında hökumətlərarası saziĢ bağlamıĢ,
ölkəmizin turizm potensialının beynəlxalq arenada tanınmasında mühüm
irəliləyiĢə nail olunmuĢ, iĢtirak etdiyimiz beynəlxalq turizm sərgilərinin sayı
artmıĢ və coğrafiyası geniĢlənmiĢdir.
Son 5 il ərzində Azərbaycan müxtəlif ölkələrdə keçirilən beynəlxalq
turizm sərgilərində iĢtirak etmiĢ, respublikamızın turizm potensialı 66
beynəlxalq sərgidə nümayiĢ olunmuĢdur.
Hər il Bakı Ģəhərində "AĠTF" beynəlxalq turizm sərgisi keçirilir. Bu
sərgidə iĢtirak edən xarici ölkələrin coğrafiyası geniĢlənir və turizm
Ģirkətlərinin sayı ildən-ilə artır. 2010-cu ildə iĢtirakçı ölkələrin sayı 32-yə,
Ģirkətlərin sayı isə 120-yə çatmıĢdır.
Azərbaycanın turizmin inkiĢafı sahəsində əldə etdiyi ən böyük
nailiyyətlərdən biri də qıĢ turizm növlərinin inkiĢaf etdirilməsi məqsədilə Qusar
rayonunda dağlıq ərazidə ən müasir standartlara cavab verən "ġahdağ QıĢ-Yay
Ġdman-Turizm Kompleksi" inĢa edilməsidir.
Ölkə rəhbərliyinin turizmə göstərdiyi xüsusi diqqətin baĢqa bir məntiqi
nəticəsi 2011-ci ilin Azərbaycanda Turizm ili elan edilməsi ilə bağlıdır.
Göründüyü kimi, Azərbaycan öz müstəqilliyinə qovuĢduqdan sonra
bazar iqtisadiyyatına keçidlə bağlı ilk illərdə böyük məhrumiyyətlərlə
qarĢılaĢmasına baxmayaraq, sosial-iqtisadi həyatın bütün sahələrində olduğu
kimi turizm sahəsində də mühüm nailiyyətlər əldə etmiĢdir və bu nailiyyətlər
gələcəkdə daha böyük uğurlar üçün münbit zəmin yaratmıĢdır.
Açar sözlər: turizm, iqtisadiyyat, sahibkarlıq, turizm infrastrukturu
Tezislər
35
AZƏRBAYCANIN ĠXRAC POTENSĠALININ ARTIRILMASINDA
NEFT STRATEGĠYASININ ROLU
ZAKĠR MƏMMƏDOV
―Naxçıvan‖ Universiteti
Zek722@box.az
Son illər dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji və nəqliyyat
layihələrinin təĢəbbüskarı və fəal iĢtirakçısına çevrilmiĢ Azərbaycan
Respublikasının beynəlxalq aləmə inteqrasiyası getdikcə sürətlənir, ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu əhəmiyyətli dərəcədə
artır.
Belə ki, 2014-cü il Azərbaycanın neft strategiyası üçün bir sıra
əlamətdar hadisələrlə zəngin olmuĢdur. Bu baxımdan ölkəmizin neft
sənayesinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların
tətbiqinin nəticəsi olan ―Qərbi Çıraq‖ platformasının istismara verilməsini qeyd
etmək olar. Yanvarın 28-də ―Azəri-Çıraq-GünəĢli‖ yataqlar blokunun
tammiqyaslı iĢlənməsi proqramı çərçivəsində inĢa olunmuĢ yeni unikal
platformadan ilkin neftin hasilatına baĢlanmıĢdır. Heç Ģübhəsiz, bu əlamətdar
hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir. ―Qərbi
Çıraq‖ platforması dənizin 170 metr dərinliyində quraĢdırılmıĢdır və onun
layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 milyon kubmetr qaz
hasil etmək potensialına malikdir. Bu platformadan ildə təxminən 8,2 milyon
ton neft və 2,8 milyard kubmetr qaz hasil ediləcəkdir. Hasilata baĢlamıĢ və yeni
texnologiyalar üzərində inĢa edilmiĢ bu platforma gələcəkdə hələ uzun illər
boyunca dünya səviyyəli qurğu kimi Azərbaycanda neft hasilatının həcminin
sabit səviyyədə saxlanılmasını təmin edəcəkdir. Adıçəkilən platformadan
hasilat il ərzində digər öncəqazma quyuları iĢə düĢdükcə artacaq.
2014 -cü ildə BTC vasitəsilə ixrac olunmuĢ təqribən 34,8 milyon ton
(262 milyon barrel) xam neft Türkiyənin Ceyhan limanından 362 tankerlə
dünya bazarına göndərilmiĢdir. Bütövlükdə isə 1768 kilometr uzunluğunda olan
BTC boru kəməri ilə 2006-cı ilin iyun ayından indiyədək təxminən 2,1 milyard
barrel və ya 280 milyon ton xam neft ixrac olunmuĢdur.
Xatırladaq ki, ―Azəri-Çıraq-GünəĢli‖ layihəsi çərçivəsində ölkə üzrə
neft hasilatı təqribən 5 dəfəyə yaxın artaraq 1997-ci ildəki 9 milyon tondan
2014-cü ildə 41,9 milyon tona çatmıĢdır. Ölkəmizdə ən yüksək illik neft hasilatı
isə 2010-cu ildə qeydə alınmıĢdır. Belə ki, həmin il Azərbaycanda 50,7 milyon
ton neft çıxarılmıĢdır ki, bu da ölkəmizin neft sənayesinin tarixində rekord
göstərici hesab olunur. Bütövlükdə isə ötən illər ərzində ―Azəri-Çıraq-GünəĢli‖
yataqlar blokundan təqribən 376 milyon ton neft və 100 milyard kubmetrə
yaxın səmt qazı hasil edilmiĢdir.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında xüsusi yer tutan
Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən
Beynəlxalq İpək Yolu
36
doqquz ilə yaxın vaxt ötür. Əvvəlki dövrlərdə olduğu kimi, 2014-cü ildə də
uğurlu fəaliyyətini davam etdirən bu kəmərlə bağlı əsaslı xərclərə 0,1 milyard
dollar, əməliyyat xərclərinə isə 0,2 milyard dollar vəsait yönəldilmiĢdir.
Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təĢkil edir. 2014-cü
ildə BTC vasitəsilə ixrac olunmuĢ təqribən 34,8 milyon ton (262 milyon barrel)
xam neft Türkiyənin Ceyhan limanından 362 tankerlə dünya bazarına
göndərilmiĢdir. Yeri gəlmiĢkən, ötən ilin avqust ayında BTC səhmdarları
Türkiyənin Ceyhan terminalından 2 milyardıncı barrel nefti yola salmıĢlar.
Artıq 15-ci ildir ki, ―Azəri-Çıraq-GünəĢli‖ layihəsinin iĢtirakçıları ―mənfəət
nefti‖ndən gəlir əldə edirlər. Məlum olduğu kimi, 1999-cu il dekabrın 29-da
Azərbaycanın ―mənfəət nefti‖ ilk dəfə olaraq xarici bazarlara çıxarılmıĢdır.
2014-cü ildə isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna neft və
qazın satıĢından 12 milyard 319,8 milyon manat vəsait daxil olmuĢdur.
Göründüyü kimi neft strategiyası Azərbaycanın ixrac potensialını
getdikcə artırır. Neft və qazın satıĢından əldə olunan gəlirlər isə ölkəmizin
iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin
yaxĢılaĢmasına geniĢ imkanlar yaradır.
Açar sözlər: Avropanın enerji təhlükəsizliyi, ―Azəri-Çıraq-GünəĢli‖, Dövlət
Neft Fondu, Bakı-Tbilisi-Ceyhan
MÜSTƏQĠLLĠК DÖVRÜNDƏ AZƏRBAYCAN RESPUBLĠКASINDA
VERGĠLƏRIN YARANMASI VƏ ĠNКĠġAF TARĠXĠ
ĠSMAYIL BAĞIROV
―Naxçıvan‖ Universiteti
baqirovismayil@mail.ru
Vergilər müəyyən edilmiĢ qanun çərçivəsində təsərrüfat subyektlərindən
və əhalidən dövlət tərəfindən alınan icbari ödəniĢlərdir. Vergilərin tarixi
bəĢəriyyətin tarixi qədər qədimdir. Vergilər dövlətin maliyyə ehtiyatlarının
yaradılmasının əsas mənbəyi olmaqla, min illərdir ki, mövcuddur. Onlar
dövlətin təĢəkkül tapdığı və cəmiyyətin siniflərə bölündüyü andan iqtisadi
münasibətlərin zəruri elementinə çevrilmiĢlər. Azərbaycan Respubliкasının
müstəqilliк dövründə vergi sistemi 1991 - 1992-ci illərdən baĢlayaraq təĢəккül
tapmıĢdır. Vergi münasibətlərinin hüquqi tənzimlənməsi təcrübəsinin
оlmaması, qanunvericiliyin hazırlanması üçün ayrılmıĢ vaхtın az оlması,
ölкədəкi iqtisadi və sоsial böhran оnun təĢəккül tapmasına bilavasitə öz təsirini
göstərmiĢdir. Ölкənin vergi sisteminin qısa müddət ərzində qurulmasını zəruri
edən əsas Ģərtlərdən biri də 1991-ci ildə Azərbaycanın müstəqilliк əldə etməsi
nəticəsində büdcənin gəlir hissəsini fоrmalaĢdırmaq zərurəti idi.
Tezislər
37
Azərbaycan Respublikasının vergi sistemi müstəqilliyimiz elan edildikdən
sonra, 1991 ci ilin sonu 1992 ci ilin əvvəllərində təĢəkkül tapmağa baĢlamıĢdır.
Bu təĢəkkül prosesini 3 mərhələyə ayırmaq olar:
1-ci mərhələ 1991-1992-ci illəri əhatə edir. Bu mərhələdə əsasən gəlirlərə
və xərclərə qoyulan vergilər haqqında qanunlar qəbul edilmiĢdir. 1991 ci ilin
dekabrında ―Əlavə dəyər vergisi‖ və ‖Aksizlər‖ haqqında, 1992 ci ilin iyununda
―Hüquqi Ģəxslərin mənfəətindən və gəlirlərin ayrı-ayrı növlərindən vergilər‖ və
―Fiziki Ģəxslərdən gəlir vergisi‖ haqqında,1992 ci ilin ortalarından baĢlayaraq
respublikanın müstəqil vergi xidməti orqanı formalaĢmağa baĢladı. 1992-ci il
21 iyul tariхdə qəbul edilmiĢ «Dövlət vergi хidməti haqqında» Azərbaycan
Respubliкasının Qanunu dövlət vergi хidməti оrqanlarının struкturunu, оnların
hüquq və vəzifələrini müəyyən etdi.
2-ci mərhələdə 1993-1996-cı illəri əhatə əhatə edir. Bu mərhələdə əsasən
bazar iqtisdiyyatının tələblərinə uyğun olaraq bir sıra yeni vergi növləri haqqına
qanunlar qəbul edilmiĢ, onların normativ-hüquqi bazası yaradılmıĢdır. BaĢqa
sözlə 1993-cü ilin fevralında ―Torpaq vergisi‖, 1995-ci ilin martında ―Əmlak
vergisi‖ və ―Mədən vergisi‖, 1996-cı ilin dekabrında ―Dövlət yol fonduna
vergilər‖ haqqında qanunlar qəbul edilmiĢ, vergi qanunlarının tətbiqi ilə bağlı
təlimatlar, əsasnamələr iĢlənib hazırlanmıĢdır.
3-cü mərhələ 1996-cı ilin sonu 2000-ci il də daxil olan dövrü əhatə əhatə
edir. Bu mərhələdə əsasən cəmiyyətdə və iqtisadiyyatda baĢ verən keyfiyyət
dəyiĢikliklərindən asılı olaraq əvvəlki mərhələdə qəbul edilmiĢ qanunların
təkmilləĢdirilməsi istiqamətində iĢlər aparılmıĢ, müvafiq vergi qanunlarında
dəyiĢikliklər və düzəliĢlər edilmiĢ, Resppublika Prezidenti H.Əliyev tərəfindən
Respubliкa Nazirlər Кabinetinin 1998-ci ilin nоyabr ayında кeçirilmiĢ geniĢ
iclasında ölкənin Vergi Məcəlləsinin qısa müddətdə hazırlanaraq qəbul
оlunması Respubliкa höкumətinə, iqtisadi оrqanların rəhbərlərinə ən vacib
vəzifə кimi tapĢırıldı. Оdur кi, 1999-cu ilin iyun ayından etibarən
qanunvericiliк bazasının təкmilləĢdirilməsi məqsədilə Vergi Məcəlləsinin
layihəsinin hazırlanması vergi sistemində aparılan islahatların ən priоritet
istiqaməti hesab edildi və bu vəzifənin yerinə yetirilməsi üçün geniĢ tədbirlər
prоqramı həyata кeçirilməyə baĢlanıldı.
Respublika Vergilər Nazirliyinin Maliyyə Nazirliyi və digər iqtisadi
orqanlarla birgə həyata keçirdiyi məqsədyönlü fəaliyyəti nəticəsində, qısa
müddətdə beynəlxalq standartlara və eyni zamanda ölkənin iqtisadi Ģəraitinə
uyğun sənədin — Azərbaycan Respublikası Vergi Məcəlləsinin layihəsi
hazırlandı, Respublika Milli Məclisində bir neçə oxunuĢda müzakirə edildi və
daha da təkmilləĢdirilərək 2000-ci ilin iyul ayında qəbul оlundu. Azərbaycan
Respublikası Prezidentinin imzaladığı 11 iyul 2000-ci il tarixli "Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının
Beynəlxalq İpək Yolu
38
Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsi təsdiq edildi və onun
2001-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutuldu.
Vergi Məcəlləsinin qəbul edilməsi ölкədə vergitutma prоsesini
tənzimləyən nоrma və qaydaları sistemləĢdirməyə imкan verdi. Vergi Məcəlləsi
qəbul edilənə qədər vergitutmanın vahid qanunvericiliк və nоrmativ bazası yох
idi, ölкədə bu sahədə yüzlərlə nоrmativ sənəd fəaliyyətdə idi. Vergi
Məcəlləsinin qüvvəyə minməsi ilə bütün bu aкtlar öz hüquqi qüvvəsini itirmiĢ
оldu.
Mütəхəssislərin, iĢ adamlarının, beynəlхalq maliyyə qurumlarının
Azərbaycan Respubliкasının Vergi Məcəlləsi haqqında rəyi оndan ibarətdir кi,
Vergi Məcəlləsi, ölкədə yaradılmıĢ vergi mühiti azad sahibкarlıq üçün geniĢ
imкanlar yaradır və hazırda Respubliкada biznesin, sahibкarlığın inкiĢafı üçün
vergi qanunvericiliyində, bütövlüкdə vergi sistemində ziddiyyət və maneçiliк
yохdur. Belə кi, Azərbaycan Respubliкasının Vergi Məcəlləsinə 2002-ci ildən,
2015-ci ilə kimi hər il əlavə və dəyiĢiкliк edilmiĢdir. Bu isə respubliкanın vergi
sistemində оnun təкmilləĢdirilməsi istiqamətində iĢlərin bu gün də davam
etdirildiyini bir daha təsdiq edir.
Belə bir nəticəyə gəlmək olar ki, həyata keçirilən kompleks islahatlar
nəticəsində vergilərin toplanmasında son illərdə yaranmıĢ geriliyin aradan
qaldırılmasına nail olunmuĢ, dövlət büdcəsinə daxilolmaların artmasına müsbət
təsir göstərmiĢdir. Bütün bunların nəticəsində, Azərbaycanda sabit vergi sistemi
yaradılmıĢıdır.
Açar sözlər: iqtisadi münasibətlər, vergilərin yaranması, vergi sistemi
“BÖYÜK ĠPƏK YOLU”NUN NAXÇIVANIN SAHĠBKARLIĞINDA
ROLU
XƏYAL HEYDƏROV
―Naxçıvan‖ Universiteti
xeyal14@yahoo.com
Müasir dövrümüzdə ―Böyük Ġpək Yolu‖nun bərpasına dair ilk addımlar
hələ 1991-ci ildə atılmıĢ, 1993-cü ildən etibarən isə bu sahədə əməli iĢlər
görülməyə baĢlanmıĢdır. Belə ki, 1993-cü ilin mayında ―Avropa-Qafqaz-Asiya
Transqafqaz nəqliyyat dəhlizi‖ proqramı qəbul olundu ki, bunun da davamı
kimi 1998-ci il sentyabrın 7-8-də ümummilli lider Heydər Əliyevin təĢəbbüsü
ilə Bakıda ―Böyük Ġpək Yolu‖ beynəlxalq konfrans keçirildi. Konfransda 32
ölkənin və 13 beynəlxalq təĢkilatın nümayəndə heyətləri iĢtirak etmiĢdir. Qeyd
etməliyik ki, Azərbaycanın çox zəngin xammal ehtiyatı və intellektual
potensialı, Avropadan Asiyaya uzanan yolda əlveriĢli coğrafi mövqeyi onun
dünya birliyində nüfuzunun güclənməsinə imkan verir. TRASEKA proqramı
çərçivəsində nəzərdə tutulan Avropa ilə Asiya arasında körpü rolunu oynayan
Tezislər
39
―Böyük Ġpək Yolu‖nun bərpası, həmçinin Avropa, Qara dəniz, Xəzər dənizi və
Asiya regionlarında təbii ehtiyatlardan istifadəyə və qarĢılıqlı faydalı
əməkdaĢlığa hər zaman kömək edəcəkdir. Ümumiyyətlə ―Böyük Ġpək Yolu‖nun
bərpası və ġərq-Qərb enerji dəhlizinin yaranması XXI yüzilliyin qlobal tarixi
hadisələrindəndir. Avropa və Asiyanın mərkəz hissəsində yerləĢən və 34-dən
artıq dövlətin ərazisindən keçərək onları birləĢdirən bu yolun əhəmiyyəti ölçüyə
gəlməzdir.
25 ildən artıqdır ki, Muxtar Respublika blokada Ģəraitindədir. Buna
baxmayaraq müasir texnologiyalarla təchiz olunmuĢ yeni sənaye
müəssisələrinin
yaradılması,
sənayenin
infrastruktur
təminatının
yaxĢılaĢdırılması sənaye məhsulunun dinamik artımını təĢkil etmiĢdir. Ġxrac
yönümlü məhsulların dünya bazarlarına rahat Ģəkildə çıxarılması üçün
alternativ marĢrutdan da istifadə nəzədə tutulur. Bu layihə Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin inĢasıdır. Belə ki, Ermənistanın Azərbaycana məlum
təcavüzü nəticəsində paytaxt Bakını Naxçıvanla birləĢdirən quru nəqliyyat
kommunikasiyaları bağlanmıĢdır. SərniĢin daĢınmaları əsasən hava
nəqliyyatının, yük daĢınmaları Ġran və Türkiyədən keçməklə avtomobil
nəqliyyatının üzərinə düĢmüĢ, tarixi dəmir yolu xətti isə regional və tranzit
daĢınmalardan kənarda qalmıĢdır. Ona görə də Bakı-Tbilisi-Qars dəmir yolu
xətti layihəsi ilə bağlı növbəti plan Qarsdan Naxçıvana ayrıca bir dəmir yolu
qolunun çəkilməsini də aktual bir məsələyə çevirir. Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin iĢə düĢməsi Azərbaycan iqtisadiyyatına o cümlədən Muxtar
Respublika iqtisadiyyatına öz müsbət təsirini göstərəcəkdir.
Açar sözlər: Naxçıvan, sahibkarlıq, ―Böyük ipək yolu‖, Bakı-Tbilisi-
Qars
BEYNƏLXALQ ƏLAQƏLƏRĠMĠZĠN ĠNKĠġAFINDA HEYDƏR
ƏLĠYEV FENOMENĠ (AZƏRBAYCAN-YAPONĠYA ƏLAQƏLƏRĠ
ƏSASINDA)
GÜLNAR YUNUSOVA
AMEA Ədəbiyyat Ġnstitutu
gulnar1340@yahoo.com.tr
ġərqi Asiyanın Azərbaycanla sıx münasibətlər və geniĢ əməkdaĢlıq
əlaqələri yaratmıĢ ikinci fəal dövləti uzaq ġərqdə güclü dövlət olan, ən qədim
dövrlərdən dünya miqyasında öz yeri, mövqeyi ilə tanınan Yaponiyadır. Ġpək
yolunun tarixi ticarət yolları Yaponiya, Çin, Hindistan, Monqolustan, Ġran,
Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmiĢdir. Bu
baxımdan Azərbaycan və Yaponiya arasındakı qədim tarixə malik əlaqələr iki
dövlət arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə və
geniĢləndirilməsinə yardımçı olmuĢdur. Uzun müddət Yaponiya ilə gərgin
Beynəlxalq İpək Yolu
40
münasibətləri olan SSRĠ, nəhayət, 1956-cı ilin oktyabrında bu ölkə ilə
diplomatik münasibətlər yaratdı. Həmin münasibətlərin müxtəlif sahələr üzrə
bərpasını təzahür etdirən birgə bəyannamə imzalandı ki, bu bəyannamə
Azərbaycan-Yaponiya əlaqələrinin dirçəldilməsinə əhəmiyyətli dərəcədə təsir
göstərdi.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Yaponiya
dövlətimizlə əməkdaĢlığa baĢlayan ilk dövlətlərdən biri olmuĢdur. Yaponiya
Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımıĢ, iki
ölkə arasında diplomatik əlaqələr isə 7 sentyabr 1992-ci ildə qurulmuĢdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfəri iki
dövlət arasındakı əlaqələrin demokratik prinsiplər əsasında yenidən
qurulmasına önəmli töhfə vermiĢdir. Azərbaycan Prezidenti Heydər Əliyev
Yaponiyanın BaĢ naziri Ryutaro HaĢimotonun dəvəti ilə 24-28 fevral 1998-ci
ildə Yaponiyada ilk dəfə rəsmi səfərdə olmuĢdur. Yaponiyanın Tokio və Kioto
Ģəhərlərini əhatə edən səfər çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyev
bu ölkənin imperatoru əlahəzrət Akihito, baĢ nazir HaĢimoto, hökumətin bir çox
üzvləri, o cümlədən bu ölkənin çoxsaylı investorları, iĢ adamları ilə görüĢüb
danıĢıqlar aparmıĢdır.
Məruzədə ulu öndərimizin tarixi hadisə kimi qiymətləndirilən
sözügedən səfərinin təfsilatları, bu səfər zamanı imzalanmıĢ yeddi əsas sənəd
geniĢ Ģəkildə iĢıqlandırılacaqdır. Məhz bu səfər nəticəsində ölkələrimiz
arasındakı ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə
qarĢılıqlı maraq əsasında inkiĢaf etdiyi göstəriləcəkdir.
Açar sözlər: Azərbaycan, Azərbaycan-Yaponiya əlaqələri, əməkdaĢlıq,
beynəlxalq aləm
NAXÇIVAN ġƏHƏRĠNĠN ĠPƏK YOLU ĠLƏ ĠQTĠSADĠ-MƏDƏNĠ
ƏLAQƏLƏRĠ
NURLANƏ BEYBUDOVA
Naxçıvan Dövlət Universiteti
nurlana.89@bk.ru
Böyük Ġpək Yolu adlanan və tarixən ölkələr və xalqlar arasında iqtisadi,
ticarət və mədəni əlaqələrin həyata keçirilməsində müstəsna əhəmiyyəti olan bu
yolun keçdiyi ərazilərdən biri də ġərqlə Qərb arasında mühüm məntəqə sayılan
və Azərbaycanın qədim zamanlardan inkiĢaf etmiĢ mədəniyyət, ticarət və
sənətkarlıq mərkəzlərindən olan Naxçıvan ərazisidir. Yaxın ġərqin ticarət
mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və Uzaq ġərq ölkələrini
əlaqələndirən əsas karvan yollarından biri Naxçıvan ərazisindən keçmiĢdir.
Naxçıvan bölgəsi nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz üçün çox mühüm
Tezislər
41
coğrafi-strateji mövqedə yerləĢən ərazidir. Bunu vaxtilə bu ərazidən keçən
beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha aydın izah etmək olar.
Tədqiqatlar və hazırki zamanda yerləĢdikləri coğrafi mövqe də təsdiq
edir ki, bu Ģəhərlər, əsasən, ərazidən keçən mühüm ticarət yollarının üzərində
yerləĢmiĢlər. Bu Ģəhərlərin bəzisi yarandıqdan sonra ticarət və sənətkarlıq
mərkəzinə çevrilsə də, bəzilərinin yaranmasında Ģəhərin salındığı ərazidən
keçən ticarət yollarının mühüm rolu olmuĢdur. Qədim və orta əsr müəlliflərinin
əsərlərində verilən məlumatlar da təsdiq edirlər ki, Ģəhərlər, əsasən, ərazidən
keçən ticarət yollarının üzərində salınmıĢ, ticarət və sənətkarlıq mərkəzləri kimi
inkiĢaf etmiĢlər.
Bu yol üzərində yerləĢən yaĢayıĢ yerləri və qəbir abidələrində aparılan
arxeoloji qazıntılar zamanı külli miqdarda baĢqa ölkələrdən gətirilən avadanlıq
(pullar, bəzək əĢyaları, silahlar, möhürlər, metal və gil qablar, fil sümüyü və
rəngli daĢlardan hazırlanan fiqurlar və sair) tapılmıĢdır.
Ticarət yolları üzərində daĢınan mallar dəyərinə görə müxtəlif
əmtəələrin adı ilə simvolizə olunurdu. Tarixi mənbələrdə ―ipək‖, ―çay‖,
―baharat‖, ―ətriyyat‖, ―ĢüĢə‖, ―Həcc‖ yolu və sair kimi adlandırılan karvan
yolunun ən iĢlək qollarından biri uzun müddət ġərq və Qərb ölkələrinin böyük
maraqla qarĢıladıqları Naxçıvan duzunun da daĢındığı Duz yolu olmuĢdur.
Naxçıvan sənətkarlarının hazırladıqları zərif parçalar, zinət əĢyaları, incə
naxıĢlı ağ qablar, keramika məmulatları, duz, mis, pambıq, taxıl, quru meyvə,
balıq və sair məhsullar Azərbaycanın digər Ģəhərlərinə, qonĢu Cənubi Qafqaz
regionlarına və Yaxın ġərq bazarlarına aparılırdı. Naxçıvanın əlveriĢli coğrafi
mövqeyi, zəngin təbii ehtiyatları, Ģəhərin əsrlər boyunca ölkənin həyatında
mühüm rol oynaması ona yenidən inkiĢaf üçün zəmin yaratmıĢdır. Təsadüfi
deyil ki, ġərqin ən qədim Ģəhər mədəniyyət mərkəzlərindən olan Naxçıvan
Ģəhərinin yaranmasının baĢlıca amilləri yerli coğrafi, iqtisadi və mədəni zəminlə
əlaqədar olmuĢdur.
Naxçıvanda olan qədim tarixi memarlıq abidələrimiz yüksək zövq və
ustalıqla bərpa olunmuĢdur ki, bunların da bir çoxu vaxtilə Böyük Ġpək Yoluna
xidmət edən abidələr siyahısındadır. Bunlar sırasında Xanəgah Memarlıq
Kompleksi, Naxçıvanın orta əsr körpüləri, Əlincə qalası, Naxçıvanqala
möhtəĢəmliyi ilə seçilir.
Naxçıvanda Böyük Ġpək Yoluna birbaĢa xidmət edən bu tarixi abidələrin
dünya əhəmiyyətli abidələr siyahısına salınması elmi və məntiqi baxımdan
bölgəmizin daha geniĢ Ģəkildə təbliğinə Ģərait yarada bilər. Naxçıvan bütün
tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini
birgə yaĢamıĢdır və yaĢamaqda davam edir. Erməni iĢğalları nəticəsində
Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, 90-cı illərin
əvvələrindən baĢlayaraq Muxtar Respublikanın ermənilər tərəfindən
blokadaya alınması, onu böyük çətinliklərlə üz-üzə qoymuĢdur. Lakin uzun
Beynəlxalq İpək Yolu
42
sürən ağır blokada Ģəraiti Naxçıvanın və naxçıvanlıların iradəsini qıra
bilməmiĢ, əksinə daha da mətinləĢdirmiĢdir.
Dostları ilə paylaş: |