Açar sözlər: Naxçıvan, Mesopotamiya, sənət, mifoloji, xaç Ģəkilli
iĢarələr.
ORXON-YENĠSEY ABĠDƏLƏRĠNDƏ ĠġLƏNƏN QOġMA VƏ
ƏDATLARIN MÜASĠR AZƏRBAYCAN DĠLĠ ĠLƏ MÜQAYĠSƏSĠ
ƏLVAN CƏFƏROV
Azərbaycan Dövlət Pedaqoji Universiteti
elvancafarov78@mail.ru
Türk dilləri ailəsi genetik əlamətlər əsasında təsnif edilən ən böyük dil
ailələrindən biridir. Azərbaycan dili bu dil ailəsində oğuz dilləri qrupunun
oğuz-səlcuq yarımqrupuna daxildir. Azərbaycan dili bu yarımqrupda
türkmən, qaqauz və türk (osmanlı) dillərinə daha çox yaxındır.
Burada biz bir çox alimlərimizin üzərində tədqiqat iĢləri apardığı Orxon
Yenisey abidələrindəki qoĢma və ədatların Müasir Azərbaycan dili ilə
müqayisəsini elmi tədqiqata cəlb etmiĢik. Orxon-Yenisey abidələrinin dilində
olan qoĢma və ədatlar ilə Müasir Azərbaycan dilindəki qoĢma və ədatlar
arasında, onun qrammatik semantik quruluĢu arasında о qədər də böyük fərq
yoxdur. Burada rast gəldiyimiz qoĢma və ədatların az bir hissəsi bugünkü
Azərbaycan dilimizdə eyni ilə iĢlənməkdədir (üçün, ötrü, da, də, və sairə,).
Lakin böyük əksəriyyəti dilimizə gəlib çıxana kimi bir çox dəyiĢikliklərə
uğramıĢdır. Orxon-Yenisey abidələrində, qədim türk yazılı abidələrində
Beynəlxalq İpək Yolu
110
qoĢma və ədatlar bilavasitə əsil türk köklü olması ilə diqqəti cəlb edir.
Orxon-Yenisey abidələrinin dilində olan qoĢma və ədatları müasir
Azərbaycan dilindəki qoĢma və ədatlar ilə müqayisə etdikdə bir çox maraqlı
nüanslar ortaya çıxır.
Тара- Bu qoĢmanın etimologiyasına nəzər saldıqda bir neçə nüans
ortaya çıxır. Belə ki, müasir Azərbaycan dilinin lüğət tərkibində iĢlənən tərəf
tərəfə qoĢmasının tapa qoĢmasından törəndiyini ehtimal edərək
tapa>tapha>tarapha >tarafa>tərəfə Ģəklində əsaslandırmaq olar. Bu qoĢma
istiqamət yönəlmə mənası verir. Otuz artukı səkiz yaĢıma kıĢın kıtay tapa
sülədim.-"Otuz səkkiz yaĢımda qıĢda kitaya qarşı qoĢun çəkdim. Tutuk baĢın
çık tapa bina ıtım isi yer tapa az ər ıtım, gör tidim. - Tutukun baĢçılığı ilə
cıklara qarĢı min Lakin müasir Azərbaycan dilinin qrammatikasında tapa
qoĢmasının verdiyi məna, yəni qarşı qoĢması hal-hazırda bir çox baĢqa
mənaları da verir. Rüstəm kiĢiyə cavab verməsə, getdikcə dərəcəsini aĢan
təzyiqinə qarşı durmasa onun nəzərində hörmətini itirməyəcəyini hiss edirdi.
Bundan baĢqa aĢağıdakı qoĢma və ədatlar da tam mətndə
araĢdırılmıĢdır. QoĢmalar: Kodı, Təgərə, Sayи, Tag//tagi//tək//taki, Ötrü, Birlə//-
birlən//birlə//bilən//bilə//İlən//inən//lən//ilə//la//lə, Adın, Bərü, Kisrə-Kisrə>ki srə>ki
sirə>ki sörə>ki sora>sora>sonra. Ədatlar: Azu, Gu//gü, Ok//kuk, ok//okı//akı və
axı, axər, Ən//ən ilki, -mı, yəni, məgər, bəs, Deyil, Tügiil>dügül>tegül>tegil>degil
Dokol – dok-yox + ol - о
Açar sözlər: Orxon-Yenisey abidələri, Kül-tikin, Tonyukuk,
Azərbaycan dili, qoĢma, ədat
AZƏRBAYCAN MĠLLĠ MADDĠ-MƏNƏVĠ ĠRSĠ VƏ NAXÇIVAN
XƏTTATLARI
ĠRADƏ QAĠBOVA
AMEA Əlyazmalar Ġnstitutu
qaibovairade@mail.ru
Azərbaycan milli maddi-mənəvi irsi bütövlükdə dünya maddi-mənəvi
xəzinəsində xüsusi bir yer tutaraq böyük əhəmiyyətə və misilsiz dəyərə
malikdir və əsrlər boyu damla-damla toplanmıĢ bu əzəmətli irsin ən yüksək
zirvəsi bizim kimliyimizi, tariximizi əks etdirən söz sənətimizə, o cümlədən
yazılı abidələrimizə aiddir. Yazılı abidələrimizin, o cümlədən əlyazma
kitablarımızın nəhəng bir hissəsi orta əsrlərin payına düĢür. Əsrlər öncə qələmə
alınmıĢ müxtəlif məzmunlu, müxtəlif həcmli mətnlərlə tanıĢ olub onlardan
bəhrələnərkən unutmayaq ki, bu mətnlərin müəllifləri ilə yanaĢı, onları yazıya
alıb həyat bəxĢ edən, üzünü köçürüb artıraraq yayan katib-xəttatlarımızın da
xidməti misilsizdir. Azərbaycan maddi-mənəvi mədəniyyət abidələrinin,
xüsusilə də əlyazma kitablarının yaradılmasında əvəzolunmaz payı olan
Tezislər
111
katiblərimizə, xəttatlarımıza həmiĢə borcluyuq. Əfsuslar olsun ki, onların bir
çoxunun fəaliyyəti və yaradıcılığı indiyədək lazımınca tədqiq olunmamıĢ,
naməlum qalmıĢdır.
Cəlaləddin Naxçıvani kimi tanınan Məhəmməd ibn Ağaxanın həyatı və
fəaliyyəti haqqında məlumat olduqca azdır. Bəzi qaynaqlardan əldə edilən
məlumatlara əsaslanaraq onun öz dövrünün savadlı və ziyalı Ģəxslərindən
olduğunu söyləyə bilərik. O, hicri-qəməri təqvimi ilə 1000-ci ildə (miladi:
1592) yaĢayıb-yaratmıĢ katib-xəttatlarımızdandır. Əfsus ki, bir xəttat kimi
fəaliyyətinin məhsulları və nümunələri haqqında bilgi yoxdur. ―Xətt və
xəttatlar‖ əsərinin müəllifi Həbib onun ―Ənisül-üĢĢaq‖ (―AĢiqlərin
həmsöhbəti‖) adlı əsərin müəllifi olması barəsində məlumat vermiĢdir.
Qazi Məhəmmədbağır Ordubadi dərin zəkaya, xüsusi istedad və
qabiliyyətə, zəngin mənəviyyata malik bir Ģəxs kimi tanınmıĢdır. Ordubadın
divanxana iĢləri ona həvalə edilmiĢdir. Bu barədə məlumat verən XVI əsr Ġran
alimi və ədibi, katib-xəttat, salnaməçi Qazi Əhməd ibn Mir MünĢi əl-Hüseyni
Qumi özünün ―Xəttatlar və rəssamlar haqqında risalə‖sində (yaxud ―Qolestan-e
honər‖ – ―Sənət gülüstanı‖) qeyd edir ki, Məhəmmədbağır Ordubadi həm də
Ģairlik istedadına malik olmuĢdur. Qazi Əhməd Quminin verdiyi bilgiyə əsasən,
Məhəmmədbağır Ordubadi nəsx, süls, toqi (touqi), mühəqqəq, reyhani, rüqə və
nəstəliq xətlərini mükəmməl surətdə mənimsəmiĢ və çox gözəl yazmıĢdır.
Hicri-qəməri təqvimi ilə XI əsrdə (miladi: XVII əsr) yaĢayıb-yaratmıĢ
Məhəmməd Cəfər Ordubadi Azərbaycan kitab mədəniyyətinin inkiĢafında
xidmət göstərmiĢ xəttatlarımızdandır və nəstəliq xətt növündə gözəl yazmıĢdır.
XX əsrin görkəmli Ġran alimi Mehdi Bəyani özünün ―Əhval və asar-e
xoĢnevisan‖ (―Xəttatların həyatı və əsərləri‖) əsərində bu barədə olduqca qısa
bir məlumat verərək Məhəmməd Cəfər Ordubadinin əlinin məhsulu olan bir
kitabın günümüzədək gəlib çatdığını bildirmiĢdir.
Qeyd etmək istərdik ki, əsil-kökü Naxçıvandan olan bir çox katib-
xəttatlarımız Azərbaycan maddi-mənəvi mədəniyyətinin, xüsusilə kitab
mədəniyyətinin inkiĢafında silinməz bir iz qoymuĢlar. Belə katib-
xəttatlarımızdan biri də Təbrizdə yaĢayıb-yaratmıĢ Əsgər bəy Ordubadidir (XIX
əsr). Görkəmli Ġran alimi dr.Mehdi Bəyaninin verdiyi bilgiyə əsasən, Əsgər bəy
Ordubadinin gözəl və zərif xətlə üzünü köçürdüyü bəzi əlyazma kitabları çap
olunaraq yayılmıĢdır: Sədi ġirazinin ―Külliyyat‖ı, Nasir Xosrovun ―Divan‖ı və
sairə.
Açar sözlər: katib-xəttatlar, Cəlaləddin Naxçıvani, ―Ənisül-üĢĢaq‖,
Qazi Məhəmmədbağır Ordubadi, Məhəmməd Cəfər Ordubadi
Beynəlxalq İpək Yolu
112
GENÇ BĠREYLERDE 'BĠREYCĠLĠK VE KOLEKTĠVZM'
RZA MAMMADOV
Osmangazi Üniversitesi
rmammadov@anadolu.edu.tr
ÇalıĢmanın amacı, genç bireylerdeki 'bireycilik ve kolektivizm' yönlü
geliĢimlerini ortaya koymaktır. Nicel araĢtırma yönteminin kullanıldığı bu
çalıĢmada, açımlayıcı faktör analizi ile yorumlanmıĢtır. ÇalıĢmanın çalıĢabilir
evreni, EskiĢehir'de bulunan Anadolu Üniversitesi ve Osmangazi
Üniversitesinde eğitim alan lisans birinci sınıf öğrencilerinden oluĢmaktadır.
ÇalıĢmada veri toplama aracı olarak, araĢtırma kapsamında geliĢtirilen tam
yapılandırılmıĢ anket formu kullanılmıĢtır. Bulgular genç bireylerin bireycilik
düĢünce tarzını daha fazla benimsediğini ortaya koymaktadır.
Açar sözlər: Bireycilik, kolektivizm, birey
NAXÇIVANDA MEMARLIQ ABĠDƏLƏRĠ
ƏFSANƏ SƏFƏROVA
AMEA Əlyazmalar Ġnstitutu
Haciyev_muxtar@bk.ru
Dünyada qədim insanların yaĢadığı ilkin ərazilərdən biri də məhz
Naxçıvandır. Bunu istər qədim dövrə aid arxeoloji qazıntılardan əldə olunmuĢ
nümunələr, istərsə də, orta əsrlərin mükəmməl abidələri sübut edir. Qədim daĢ
dövründən baĢlayaraq insanlar bu ərazidə yaĢamıĢ, zəngin mədəniyyət
yaratmıĢlar.
XII əsrdə Naxçıvanda 200 min əhali yaĢayırdı. ġəhər öz ustaları,
sənətkarları, dulusçuları, zərgərləri ilə Ģöhrət qazanmıĢdı. Lakin Ģəhər öz
inĢaatçıları ilə daha çox tanınırdı. MəĢhur Naxçıvan memarlıq məktəbi burada
meydana çıxmıĢdır. Fransız səyyahları Pyer ġarden və Dübna de Monper,
ingilis səyyahı Porter qeyd ediblər ki, bura qədim memarlıq abidələrinin
saxlanmıĢ olduğu gözəl bir Ģəhərdir.
Naxçıvan memarlıq məktəbindən danıĢarkən Memar Əcəminin
fəaliyyətini xüsusi ilə vurğulamaq lazımdır. Naxçıvan memarlıq məktəbinin
banisi olan Əcəminin Azərbaycan memarlığının inkiĢafında rolu danılmazdı.
Orta əsrlər Naxçıvan memarlığı ilə bağlı məlumatları daha ətraflı ―Əcaib-ül-
bəladan‖ adlı əlyazmadan əldə edə bilərik. Bu mənada diqqəti cəlb edən
məqamlardan biri budur ki, həmin dövrdə Naxçıvanda çoxmərtəbəli saray
binaları inĢa edilmiĢdir. Burada Ģəhərsalmanın düzgün, planlı Ģəkildə tərtibinin
Ģahidi oluruq.
Əcəminin yaradıcılığına xas olan Yusif Küseyr oğlu türbəsi 1162-cı ildə
inĢa olunub. El arasında bu türbə ―Atababa günbəzi‖ adı ilə məĢhurdur.
Tezislər
113
Memar Əcəminin Naxçıvanda yaratmıĢ olduğu digər abidələrdən biri də
Möminə xatın türbəsidir. Hündürlüyü 26 m olan Möminə xatın türbəsinin xarici
örtüyü hazırda dövrümüzə çatmıĢdır. Memarın adını və abidənin inĢa tarixini
göstərən kitabələr baĢtağdan yuxarıda həkk edilmiĢdir. Kompozisiyaya,
yetkinliyə, ayrıntılarının incə zərif iĢlənməsinə və memarlıq həllinə görə türbə
orta əsrlər memarlıq sənətinin Ģah əsərlərindən sayılır.
Möminə xatın və Yusif ibn Küseyr türbəsinin memarlığı Yaxın və Orta
ġərqin müxtəlif vilayətlərində onunla oxºar olan bir sıra tikililərin meydana
gəlməsi üçün nümunə olmuĢdur.
Naxçıvan ərazisində Culfa yaxınlığında yerləĢən Gülüstan türbəsi üslub
və forma baxımından diqqəti cəlb edir. Gülüstan türbəsini dekorativ bəzək
forması, ölçüsü, səciyyəsi və digər əlamətləri üzrə müxtəlif lakin öz
kompozisiya həlli üzrə vahid memorial tikililər qrupuna daxil etmək olar.
Bu gün Möminə xatın, Qeysəriyyə kimi tarixi memarlıq abidələri ilə
yanaĢı ―Əshabi –Kəhf― ziyarətgahı da Naxçıvanın simvoludur. Buraya
bölgələrlə yanaĢı xarici ölkələrdən də ziyarətə gələnlər var.
Qeyd etmək lazımdır ki, Naxçıvan memarlıq məktəbinin digər
istiqamətlərindən biri də tarixən burada ucaldılmıĢ qalalardır. Bu gün Muxtar
Respublika ərazisindəki Oğlanqala, Çalxanqala, Əlincə qalası kimi memarlıq
abidələri təkcə xalqımızın zəngin və çoxəsrlik dövlətçilik ənənələrini yox, həm
də qədim Ģəhərsalma mədəniyyətini günümüzə qədər gətirib çıxarmıĢdır.
Memarlıq sənəti daim inkiĢaf və yeniləĢmə tələb edir. Bunun nəticəsidir
ki, son illər aparılan geniĢmiqyaslı tikinti-quruculuq iĢlərində tarixiliklə
müasirlik vəhdətdə götürülür, qədim memarlıq xüsusiyyətləri qorunub
saxlanılır və müasir memarlıq elementləri ilə daha da zənginləĢdirilir. Muxtar
Respublikanın Ģəhər, rayon və kəndlərində istifadəyə verilən yeni obyektlər
müasir memarlıq elementləri ilə daha da zənginləĢdirilir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab Ġlham Əliyev
tərəfindən də memarlıq sənətinin inkiĢafına xüsusi diqqət yetirilir. Həmçinin
Muxtar Respublikada da tarixi abidələrin bərpası diqqət mərkəzindədir. Son
illər ―Əshabi –Kəhf‖ ziyarətgahı Dini Mədəni Abidə Kompleksi, Naxçıvanqala,
Xan sarayı və onlarla digər tarixi abidələr bərpa olunub. Hazırda Gülüstan
türbəsində və Əlincə qalasında bərpa iĢləri davam etdirilir.
Naxçıvanda Böyük Ġpək Yoluna birbaĢa xidmət edən bu tarixi abidələrin
dünya əhəmiyyətli abidələr siyahısına salınması elmi və məntiqi baxımından
bölgəmizin daha geniĢ Ģəkildə təbliğinə Ģərait yaradır.
Bü gün Naxçıvanda gözəl memarlıq üslubuna malik Heydər Əliyev
sarayı, ġahmat məktəbi, Mərkəzi Kitabxana, UĢaq Bərpa Mərkəzi, Diaqnostika
Mərkəzi, Nazirlik və idarə binalarının memarlıq üslubu Ģəhərin ümumi
ansambılı ilə heyrətamiz dərəcədə uyuĢur.
Açar sözlər: Memar Əcəmi, ―Atababa günbəzi‖, Möminə xatın, Yusif ibn
Küseyr türbəsi
Beynəlxalq İpək Yolu
114
TƏLƏBƏLƏRDƏ ĠDARƏETMƏ MƏDƏNĠYYƏTĠNĠN
FORMALAġDIRILMASI PEDAQOJĠ PROBLEM KĠMĠ
MÜJKAN MƏMMƏDZADƏ
Azərbaycan Respublikası Təhsil Nazirliyi
mujkan.memmedzade@edu.gov.az
Tələblərdə idarəetmə mədəniyyətinin formalaĢdırılmasına məktəb,
məktəb qaydaları, məktəb kollektivi, təlim-tədris prosesləri haqqında ümumi
məlumatların əldə edilməsi, məktəb mühitinə uyğunlaĢma, özünü gələcək
müəllim kimi hiss etmə, uĢaqlar haqqında, onların hiss və həyəcanları,
yaĢadıqları mühit, münasibətlər sistemi və Ģagirdlərin biliyi əldə etməsi yolları
haqqında məlumatların əldə edilməsi, Ģagirdlərlə ünsiyyət yaradılması və
səmərəli təlimin amili kimi tədris prosesində ünsiyyətin rolunun və
əhəmiyyətinin dərk edilməsi aid edilə bilər. Ali məktəb müəllimi tələbələrdə
idarəetmə mədəniyyətini formalaĢdırmaqla onları gələcək pedaqoji həyata
hazırlayır.
Gələcək müəllimlərdə pedaqoji mədəniyyətin formalaĢdırılması vacib
pedaqoji problem olub kadr hazırlığının əsas tərkib hissələrindən birini təĢkil
edir. Gələcək müəllimlərdə zəruri pedaqoji keyfiyyətlərin tərbiyə edilməsi əsl
usta-müəllim Ģəxsiyyətinin formalaĢdırılması kimi mühüm pedaqoji vəzifənin
həyata keçirilməsi ilə nəticələnir. Belə keyfiyyətlərə malik olan hər bir gələcək
müəllim:
a)
düzlük, doğruçuluq, səmimilik, saflıq, uĢaqlarına hörmət və
məhəbbət, mehribançılıq kimi yüksək mənəvi keyfiyyətlərə, ümumi
mədəniyyətə, özünənəzarətə, özünü ələ alma bacarığına yiyələnir və seçdiyi
peĢəyə, ixtisasa dərin maraq göstərir;
b)
aydın və emosional nitq mədəniyyətinə, aktyorluq fəaliyyətinə,
pedaqoji texnikaya, psixoloji əqlə, təĢkilatçılıq bacarığına yiyələnir;
c)
tədris etdiyi fənnin səciyyəvi xüsusiyyətlərinə uyğun olan bir sıra
keyfiyyətlərə malik olur.
Təhsil illərində belə keyfiyyətlərə yiyələnən tələbələr gələcək
fəaliyyətinin elə ilk illərində özlərini yüksək intellektual səviyyəli mühüm
pedaqoji keyfiyyətlərə malik, yaradıcı və əsl pedaqoq kimi göstərə bilər,
müəllim, Ģagird və valideynlərin dərin hörmək və məhəbbətini qazanırlar.
Ġdarəetmə mədəniyyətini formalaĢdırmaqla təlim prosesinin iĢtirakçıları
arasında qarĢılıqlı fəaliyyəti- öyrənmə və idrak fəaliyyətini səmərəli təĢkil
etməyi, idrak prosesinin səmərəliliyini yüksəltməyə təsir edən amilləri vahid
bir məqsədə yönəltməyi, sinfin idarəolunmasına verilən tələbləri praktiki
fəaliyyətdə tətbiq etməyi, müəllim-Ģagird münasibətlərini qarĢılıqlı hörmət,
tələbkarlıq və digər standartlar əsasında qurmağı, Ģagird yaradıcılığını
dəstəkləməyi və inkiĢaf etdirməyi, bu məqsədlə müxtəlif təqdiretmə və
rəğbətləndirmə metodlarından istifadə etməyi, sinifdə müsbət öyrənmə mühiti
Tezislər
115
yaratmağı bacarmaqdır. Ġdarəetmə mədəniyyəti əsasən tələblərdə təcrübə vaxtı
formalaĢır. Pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr ən geci ikinci kursdan
baĢlayaraq ümumtəhsil məktəblərinə baĢ çəkməli, oradakı təlim, tədris və
tərbiyə prosesləri ilə tanıĢ olmalıdırlar. Ġnteqrasiya imkanlarının yaradılması,
tələbənin məktəb həyatı və məktəbdə baĢ verən proseslərlə daha ətraflı tanıĢ ola
bilməsi üçün yaxĢı olar ki, pedaqoji təcrübə ikinci kursdan baĢlasın.
Bu gün respublikamızda hərtəfli hazırlığa malik, öz əməyini gənc nəslin
düzgün formalaĢmasına, müstəqil dövlətimizin əsl vətəndaĢı kimi tərbiyə
olunmasına həsr edən müəllimlərə daha çox ehtiyac duyulur. Bunu həm
cəmiyyətimizin gələcək inkiĢafı, həm də məktəbimizin, təlim-tərbiyə prosesinin
mühüm inkiĢaf səviyyəsi tələb edir.
Açar sözlər: pedaqogika, tələbə, müəllim, tərbiyə, pedaqoji fəaliyyət.
AZƏRBAYCAN KĠNOMATOQRAFĠYA SƏNƏTĠNĠN ĠNKĠġAFINDA
NAXÇIVANIN COĞRAFĠ-TƏBĠĠ ĠMKANLARININ ROLU
TAHĠR ƏLĠYEV, SEVDA SULTANOVA
Azərbaycan Mədəniyyət Nazirliyi
tairaliyev@mail.ru
Kinematoqrafiya sənəti yalnız texniki faktor, dekorasiya, xüsusi
effektlər, təbliğat, parlaq personajlar, bir əhvalatın maraqlı nəqli demək deyil.
Kinonun yaranmasında, rejissorun tamaĢaçıya bədii məqsədinin çatdırılmasında
eyni zamanda əhavlata uyğun seçilmiĢ, filmin atmosferini yaradan natura,
məkan təsvirləri də mühüm rol oynayır.
Bu baxımdan Naxçıvanın unikal təbiəti, polifonik relyefi son dərəcə
kinematoqrafikdir. BaĢqa cür desək, bu qədim tarixi ərazi həm təbii
kinodekorasiya mühiti yaradır, həm də bədii ifadə vasitəsi, obraz funksiyası
daĢıyır. Naxçıvanın zəngin təbiəti, təbii təsvir modeli istər dram, istər
fantastika, istər mistika, istər vestern, istərsə də tarixi ekran əsərlərinin
çəkilməsi üçün böyük imkanlar təklif edir.
Təsadüfi deyil ki, Azərbaycan kino tarixində əhəmiyyətli yer tutan bir
sıra məĢhur ekran əsərləri Naxçıvanda lentə alınıb: ―Dədə Qorqud‖, ―GümüĢgöl
əfsanəsi‖, ―Əzablı yollarla‖, ―Babək‖, ―Ġki sahil‖, ―Nəsimi‖ və s.
Naxçıvan təbiəti, xüsusən də, landĢaft və dağ silsilələri rejissora öz bədii
niyyətini həyata keçirmək üçün geniĢ Ģərait yaradır və dekorasiya qurmaq
ehtiyacını minumuma endirir.
Nümunə kimi Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi
olan ―Kitabi Dədə Qorqud‖ dastanı əsasında 1975-ci ildə ekranlaĢdırılmıĢ
―Dədə Qorqud‖ filmində bir səhnəyə diqqət yetirək. Ata itkisinə hazır olmayan
Burla Xatunun ağrısının, itkisinin ifadəsi interyerdə yox, əzəmətli daĢların
kontekstində verilib. Konkret olaraq, bu səhnədə daĢ həm özünün coğrafi, təbii
Beynəlxalq İpək Yolu
116
funksionallıq çərçivəsindən, həm də əzəmətli obrazından çıxaraq yumĢaq
Ģəkildə lirik, kövrək obraza keçid edir. O, Burla Xatunun ağırısını bölüĢən,
onun məhrəm hisslərinə Ģərik olan, dərdini özündə saxlayan canlı, güvənə
biləcəyi lirik obraza, dosta çevrilir. Yuxarıda qeyd etdiyimiz səhnənin məkan
olaraq ev Ģəraitində çəkilməsi epizodun ifadə gücünü, energetikasını azaldardı,
onu tamaĢaçı üçün effektsiz, təsirsiz hala gətirərdi.
Və bu detal NaxĢıvan təbiətinin çoxqatlılığını, çoxölçülülüyünü,
rejissorun niyyətindən asılı olaraq obyektin anlamının dəyiĢə biləcəyini
göstərir. Yəni daha aydın desək, polifonik təbiət imkan verir ki, rejissor çəkiliĢ
prosesində filmin ideyasına xidmət edən ən müxtəlif bədii həllər tapsın.
Naxçıvan təbiətində kinematoqrafik amil o qədər güclüdür ki, burda
təsvir özü danıĢır, dialoq və mətnlərə ehtiyac yoxdur.
Azərbaycanın böyük Ģairlərindən biri, Ġmaddədin Nəsimiyə həsr
olunmuĢ bioqrafik ―Nəsimi‖ filmində təbiət maraqlı interpretasiyalara məruz
qalır. Epizodlardan birində Teymurləng qanlı döyüĢlərin baĢ verdiyi ərazini
nəzərdən keçirir. Teymurləngin düĢüncəli, həyəcanlı baxıĢları onu əhatə edən,
sanki baĢ verən qəddarlığa etiraz edən dağların, sahili meyitlərlə dolu Əlincə
çayının harayı ilə birləĢərək qorxunc, eskpressiv atmosfer yaradır.
Kameranın təsvir yaratmaq üçün geniĢ bucaqlı çəkiliĢlər aparmağa
imkanı olur. Yəni məkanı kiçik bucağa qısnamağa lazım gəlmir. Hətta ―Babək‖
filmində döyüĢ səhnələri üçün geniĢ məkanlar var. (bunu məncə bir az aydinlat)
Daha bir mühüm amili qeyd eləmək lazımdır. ―Babək‖, ―Nəsimi‖,
―Dədə Qorqud‖ filmləri sadəcə məkan baxımından ideal olduğu üçün deyil,
həm də torpağın tarixi hadisələrə, obrazlı desək, Ģahidliyi səbəbindən
Naxçıvanda lentə alınıb. Bu səbəbdən Naxçıvanın həm də sənədli film üçün
xarakterik olan Ģərtləri və Ģəraiti mövcuddur.
Naxçıvanın rəngarəng relyefi, tarixi abidələrlə zənginliyi, fakturası
Ģərait yaradır ki, bədii və sənədli filmlərin çəkiliĢi zamanı mövcud reallığın
gözlənilməz elementləri süjetə təbii Ģəkildə qarıĢsın, daxil olsun.
Bundan baĢqa landĢaftın çoxölçülü quruluĢu kinematoqrafçıları
kadrların kompozisiyasını qurarkən onları səhnənin əlavə estetizasiya
problemindən xilas edir.
Ümumiyyətlə, Naxçıvanın təbii modelini mahiyyətcə zamanında
kinematoqrafiyada hadisəyə çevrilmiĢ, Ġkinci Dünya Müharibəsinin bitməsi
ərəfəsində meydana çıxmıĢ italyan neorealizm cərəyanına, ―Cinema verite‖,
(Cinema verite fransız sözüdür, hərfi mənası kino həqiqət deməkdir. 1950-60 ci
illərdə Fransa kinosunda meydana gəlmiĢ ekperimental cərəryandır), ―Doqma-
95‖ manifestinin (―Doqma-95‖ – 1995-ci ildə bir qrup rejissor tərəfindən
Kopemhagendə yaradılmıĢdır) metodlarına uyğundur. Yuxarıda adını
çəkdiyimiz cərəyan və metodların ümumi cəhəti budur ki, reallıq təhrif edilmir,
onun imkanlarından maksimum istifadə olunur, çəkiliĢlər təbii lokasiyalarda
Tezislər
117
aparılır, təbii iĢıqdan yararlanırlar, improvizə və kamera istifadəsi
birləĢdirilərək gerçəyi, ilk baxıĢda görünməyən məqamları ortaya çıxarır.
Dostları ilə paylaş: |