MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


Açar sözlər: Naxçıvani, icazənamə, vəsi, Ģəriət



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

Açar sözlər: Naxçıvani, icazənamə, vəsi, Ģəriət 
 
 
AZƏRBAYCAN DĠLĠNĠN ĠNKĠġAFINDA  HEYDƏR  ƏLĠYEVĠN 
TARĠXĠ  ROLU                                                                                                         
HƏCƏR HÜSEYNOVA 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
hacerhuseynova@mail.ru
 
          
Ulu  öndərimiz  Heydər  Əliyev  bütün  sahələrdə  olduğu  kimi,  dilimizin 
inkiĢafında  da  müstəsna  xidmətlər  göstərmiĢ  tarixi  Ģəxsiyyətdir.  O  bütün 
fəaliyyəti boyu  Azərbaycan dilinin inkiĢafına xüsusi diqqət yetirmiĢdir.          
          Zaman-zaman  hər  bir  xalqın  inkiĢafında  və  tərəqqisində  müstəsna 
xidmətlər  göstərmiĢ  Ģəxsiyyətlər  yetiĢir.  Ulu  öndər  Heydər  Əliyev  xalqımızın 
yetiĢdirdiyi  ən  böyük  Ģəxsiyyətlərdən  biridir.  Məhz  xalqımız  üçün  göstərdiyi 
misilsiz  xidmətlər  Heydər  Əliyevi  Ümummilli  lider  zirvəsinə  yüksəldib.  Bu 
xidmətlərin nəticəsidir ki, hər il 10 may tarixi xalqımız tərəfindən milli bayram 
səviyyəsində  qeyd  olunur.  Təsadüfi  deyil  ki,  məhz  Ümummilli  liderimiz 
Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən baĢlayaraq xalqımızın 
milli-mənəvi  dəyərlərinin  qorunması,  tariximizin  düzgün  istiqamətdə 
öyrənilməsi,  ana  dilimizin  rolunun  artırılması,  xalqın  azadlıq  istəyinin 
təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması 
istiqamətində  apardığı  məqsədyönlü  siyasət  cəmiyyətdə  milli  ruhun  oyanıĢına 
təkan verdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi üçün 
zəruri  olacaq  sosial-iqtisadi  əsasları,  infrastruktur  təminatını,  milli  kadr 
potensialını formalaĢdırdı. Xalqımıza milli dövlətçilik düĢüncəsini aĢıladı. Hər 
bir azərbaycanlı özünü vətən torpaqlarının gələcəyinə görə məsuliyyət daĢıyan 
vətəndaĢ  kimi  dərk  etməyə  baĢladı.  Ölkə  üçün  gərəkli  mütəxəssislərin 
hazırlanması  məqsədilə  1970-1982-ci  illər  arasında  və  daha  sonralar  minlərlə 
azərbaycanlı gənc məhz Heydər Əliyevin təĢəbbüsü əsasında keçmiĢ SSRĠ-nin 

Beynəlxalq  İpək Yolu  
 
 
94 
müxtəlif  Ģəhərlərindəki  nüfuzlu  ali  məktəblərdə  təhsil  almağa  göndərildilər. 
Sadalananlar  Ulu  Öndər  Heydər  Əliyevin  sovet  Azərbaycanına  rəhbərliyi 
dövründə siyasi iradəsi  əsasında görülmüĢ iĢlərin yalnız məhdud bir hissəsidir 
və bütün  bunlar 80-ci  illərin  sonlarına doğru Azərbaycanın  istiqlal  mübarizəsi 
tarixinin hərəkətverici qüvvəsi rolunda çıxıĢ etdi. 
       Ana dili hər bir xalqın varlığını təsdiq edən baĢlıca amildir. Ana dilimizin-
Azərbaycan  dilinin  inkiĢafına  Ümummilli  liderimiz  Heydər  Əliyev  xüsusi 
diqqət  yetirib.  Ana  dili  hər  bir  xalqın  milli  sərvəti,  həmin  xalqın  varlığının 
təsdiqidir.  Dil  millətin  formalaĢmasında  vacib  olan  amillərdən  biridir.  Xalqın 
keçdiyi tarixi  yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini 
tapır.  Dil  həm  də,  çətin  tarixi-siyasi  dövrlərdə  millətin  varlığını  davam 
etdirməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan 
dili  də  Azərbaycan  xalqının  milli  sərvətidir  və  xalqımız,  millətimiz  dünya 
durduqca  bu  sərvətin  qayğısına  qalmalı  və  dilimizi  gələcək  nəsillərə 
ötürməlidir. 
Açar sözlər: dil siyasəti, dilin inkiĢafı, dövlət qayğısı, ana dili 
 
 
ELASTĠK LÖVHƏ, SIXILAN  ÖZLÜ  MAYE VƏ SƏRT DĠVARDAN 
ƏMƏLƏ GƏLƏN HĠDRO-ELASTĠK SĠSTEMƏ TƏSĠR EDƏN 
HƏRƏKƏTLĠ YÜKÜN DĠNAMĠKASI HAQQINDA 
MƏFTUN ĠSMAYILOV                                                                                                           
―Naxçıvan‖ Universiteti                                                                                                                 
imeftun@yahoo.com 
 
ĠĢdə müstəvi deformasiya vəziyyətində elastk lövhə, sıxılan özlü Nyuton 
mayesi  və  sərt  divardan  əmələ  gələn  hidro-elastik  sistemə  təsir  edən  sabit 
sürətlə hərəkət edən nöqtəvi yükün dinamikası tədqiq edilir. Lövhənin hərəkət 
tənlikləri xətti elasto-dinamika nəzəriyyəsi çərçivəsində aĢağıdakı kimi yazılır: 
    





















j
i
i
j
ij
ij
ij
j
i
ij
x
u
x
u
t
u
x
2
1
  
,
2
  
,
ij
2
2






.                                 
(1) 
Mayenin hərəkəti isə xəttiləĢdirilmiĢ Naviye-Stoks tənlikləri ilə verilir: 
              
2
(1)
(1)
(1)
(1)
(1)
0
(
)
0
j
i
i
j
j
i
j
i
v
v
v
p
t
x x
x
x x














 

 
,    
(1)
(1)
0
0
j
j
v
t
x








,          
     


(1)
(1)
(1)
2
ij
ij
ij
T
p
e
  

 


,   
1
2
1
2
v
v
x
x







,       
1
2
j
i
ij
j
i
v
v
e
x
x















(1)
2
0
(1)
p
a




                             
(2) 
Lövhə üzərində, lövhə və maye arasında, maye ilə sərt divar arasında asağıdakı 
Ģərtlər ödənir: 

Tezislər 
 
95 
2
21
0
0
x




2
22
0
1
0
(
)
x
P
x
Vt



 

,  
2
2
1
1
x
h
x
h
u
v
t





 ,  
2
2
2
2
x
h
x
h
u
v
t






                        
2
2
21
21
x
h
x
h
T





2
2
22
22
x
h
x
h
T





2
d
1
0
x
h h
v
 

,  
2
d
2
0
x
h h
v
 

.                 (3) 
(1), (2) və (3) – də izahat [1] məqaləsində verilən iĢarələmələrdən istifadə edilir.  
(1) – (3) riyazi məsələsi 
1
1
'
x
x
Vt
 

2
2
'
x
x

 koordinat çevirməsi və 
1
'
-ə görə 
eksponensial  Furye  çevrilməsi  tətbiq  edilərək  həll  edilir.  Tərs  integral 
çevrilməsi isə ədədi integrallama yolu ilə komputer proqramları tətbiq edilərək 
nəticələr  əldə  edilir.  Bu  nəticələr  lövhənin  materialı  polad,  maye  isə  gliserin 
olduğu halda tapılır. Əldə edilən əhəmiyyətli nəticələrdən biri hərəkətli  yükün  
kritik sürətinin olmasının göstərilməsidir. Bu surətdə verilən sistemdə rezonans 
tipli  bir  hadisənin  baĢ  verməsi  isbat  edilir.  Bundan  baĢqa,  maye  ve  lövhə 
arasındakı  müstəvi  üzərində  təsir  edən  təzyiq  və  sürət  dağılması  haqqında  da 
ədədi nəticələr əldə edilir.  
  
Açar  sözlər:  elastk  lövhə,  sıxılan  özlü,  hidro-elastik  sistem,  hərəkət 
tənlikləri  
 
 
ĠNFORMASĠYA CƏMĠYYƏTĠNĠN FORMALAġMASINDA ELEKTRON 
UNĠVERSĠTETĠN ROLU 
MƏFTUN ƏLĠYEV 
―Naxçıvan‖ Universiteti 
meftun-aliyev@rambler.ru 
 
Dünya  ədəbiyyatında    e-universitet  haqqında  xeyli  sayda  elmi  məqalələrə 
rast gəlmək mümkündür. E-universitet və distant təhsil konsepsiyaları qarĢılıqlı 
əlaqəli  olub,  məsafədən  tədrisin,  müstəqil  öyrənmənin,  xarici  tədrisin  və  açıq 
universitetlərin 
yaranmasında  köməkçi  vasitələrdir.  Bu  cür  təhsil 
müəssisələrində    tədris  kursu  materiallarının  tələbələrə  çatdırılmasında 
multimedia vasitələrindən, internetdən, elektron poçt xidmətindən geniĢ istifadə 
olunur.  Artıq  bir  çox  dünya  dövlətlərində  e-universitet,    öyrədənlə  öyrənənin 
bir–birindən  uzaq  məsafədə  yerləĢdiyi  Ģəraitdə,  öyrənənin    təhsil  almasını 
rəsmiləĢdirən və ali təhsil verən qurum kimi qəbul olunur.  
 Distant  təhsil verən təhsil müəssisələri  dünyada  çox geniĢ  yayılmıĢdır. Bu 
tip təhsil müəssisələri bəzi aspektlərinə görə fərqlənirlər. Distant təhsil modeli 
baĢqa modeldən fərqli olaraq  yalnız distant təhsil verməklə məĢğul olur və bu 
universitetlərin  ənənəvi  kampusları  olmur.  Bu  model  Distant  (off-campus) 

Beynəlxalq  İpək Yolu  
 
 
96 
modeli  adlanır.  Bu  cür  təhsil  müəssisələrinin  fərdi  təhsil  siyasəti  olur  və 
tələbələrə  fərdi  təhsil  dərəcələri  mənimsədilir.  Bu  müəssisələrin  fəaliyyət 
dairəsi  əsasən  bu  və  ya  digər  dövlətin  təyin  etdiyi  Ģərtlərdən  asılı  olur.  BaĢqa 
sözlə hər bir müəssisə öz ―milli‖ xüsusiyyətlərinə sahib olur. Bu qrupdan olan 
bir  çox  universitetlər  əsasən  Böyük  Britaniya  Açıq  Universitetinin  (UKOU) 
―törəmələri‖  adlanırlar.  Kanada,  Çin,  Kosta–Rika,  Almaniya,  Hindistan, 
Ġndoneziya,  Ġsrail,  Yaponiya,  Pakistan,  Ġspaniya,  ġri–Lanka,  Tayland, 
Hollandiya,  Venesuela  kimi  dövlətlərdə    UKOU  təhsil  modeli  üzərində 
qurulmuĢ  distant  e-universitetlər  mövcuddur.  ABġ–da  az  sayda  bu  modellə  
fəaliyyət  göstərən    təhsil  müəssisəsi  vardır.  Bu  müəssisələr  də  yalnız  qiyabi 
təhsildə  bu  modeldən  istifadə  edirlər.  Hal-hazırda  dünyada  çoxlu  e-
universitetlər  mövcuddur.  Bu  e-universitetləri  ümumi  Ģəkildə  idarəetmə 
strukturuna  görə  üç  qrupa  ayırmaq  olar.  Distant  model  üzərində  qurulmuĢ  e-
universitetlərdə  təhsil  alan  tələbələr  hesabına  ölkəyə  maliyyə    axını  baĢ  verir, 
istənilən yerdə, istənilən zaman təhsil almaq imkanları özünü doğruldur. Lakin 
bu  universitetlərin  məzunu  olan  əcnəbi  tələbələrin  elmi  potensialından 
yararlanmaq imkanları bir qədər məhdud olur.  
Bundan  fərqli  bir  model  Bimodal  (on-off-campus)  modelidir.  O 
universitetlər  Bimodal  modelə aid  edilir ki,  fənlər həm  ənənəvi qaydada,  həm 
də kommunikasiya texnologiyaları vasitəsilə distant formada tədris edilsin. Bu 
cür  universitetlərdə  əksər  hallarda  müvəffəqiyyət  imtahanlarının  keçirilməsi 
əyani və distant Ģöbənin tələbələri üçün vahid qaydada aparılır. Bu model xarici 
tədris proqramları çərçivəsində Avstraliyanın Dikin, Merdok universitetlərində, 
Yeni  Ġngiltərə  Universitetində  və  baĢqa  universitetlərdə,  ABġ–da  isə 
geniĢləndirilmiĢ  kurslar  Ģəklində  Kaliforniya  Universitetində,  Nova 
Universitetində,  Stenford  Televiziya  Tədris  ġəbəkəsində,  Cənubi  Korolina, 
Texas,  Vikonsin  və  Medison  universitetlərində  tətbiq  olunur.  Fici,  Yamayka, 
Papua,  Yeni  Qvineya  və  Zambiya  kimi  dövlətlərdə  də  bu  modeldən  distant 
təhsil  proqramı  çərçivəsində  istifadə  olunur.  Konsorsium  modeli  bir  neçə  e-
universitetin  qarĢılıqlı-  birləĢmiĢ    fəaliyyətini  həyata  keçirməyi  nəzərdə  tutur. 
Konsorsiumların  köməyi  ilə  universitetlər  keyfiyyətli  təhsil  xidmətləri  təqdim 
etmək  üçün  bir–birlərinin  tədris  resurslarından  və  avadanlıqlarından  müĢtərək 
istifadə  etmək  imkanı  qazanırlar.  AraĢdırmalar  göstərir  ki,  Bimodal  model 
üzərində  qurulmuĢ  e-universitetlərdə  isə  hər  bir  tələbə  müəllimlə  birbaĢa 
ünsiyyətdə olduğu üçün bilik və bacarıqlara daha yaxĢı yiyələnmiĢ olur. Bu cür 
universitetlərdə  təhsil  alan,  güclü  elmi  potensiala  sahib  əcnəbi  tələbələrin 
məzun  olduqdan  sonra  ölkədə  qalması  üçün  Ģərait  yaratmaqla  onun  elmi 
potensialından  yararlanmaq  imkanı  olur.  Lakin  bu  model  müasir  dünyanın, 
elektronlaĢmıĢ cəmiyyətin tələblərinə, o cümlədən YUNESKO-nun  yeni təhsil 
konsepsiyasının əsas prinsipləri olan  ―Ömür boyü təhsil‖, ―Hamı üçün təhsil‖, 
―Sərhədsiz  təhsil‖  tələblərinə  cavab  vermir.  ABġ-ın  Milli  Texnologiya 
Universitetini (NTU) buna misal olaraq göstərmək olar. 

Tezislər 
 
97 
Digər  bir  maraqlı  model  Konsorsium  modelidir.  Konsorsium  modeli 
effektiv model olsa da hələ də özünü tam doğrulda bilməmiĢdir. Buna bir çox 
amillər  təsir  edir.  BaĢqa  bir  maraqlı  konsorsium  isə  Qlobal  Universitet  (GU) 
təĢkilatıdır.  TəĢkilat  ―Universitetlərin  və  ticarət  müəssisələrinin  təhsil 
tərəfdaĢlığı  çərçivəsində  ümumdünya  elektron  Ģəbəkəsi‖–ni  yaratmağı  təklif 
edir.  Hazırda  bu  konsorsium–universitet  sakit  okean  hövzəsində  yerləĢən 
universitet  və  kolleclərin    tədris  resurslarından  qarĢılıqlı  istifadəsini  təmin 
etmək üçün simvolik qiymətlə süni peykdən istifadə etməyin yollarını araĢdırır.  
Beləliklə GU konsorsium üzvlərinə öz vasitələrindən müĢtərək istifadə imkanı 
yaratmıĢ olur. Nəticədə maliyyə vəziyyəti ağır olan müəssisələr öz xidmətlərini 
təqdim  etmək  üçün  ümumi  aktivdən  istifadə  edə  bilirlər.  Bu  konsorsiumun 
köməyilə  bütün  dünyada  təhsil  alanlar  öz  ölkələrində  olmayan  ən  yaxĢı  tədris 
vəsaitlərindən yararlana bilirlər. 
E-universitetlərdə  təhsil  alan  insanlar  iĢ  yerlərindən  ayrılmadan  həm  də 
təhsil  almaq  imkanı  qazanırlar.  Bu  o  deməkdir  ki,  e-universitet  tələbəsi 
sənayedə  fəaliyyət  göstərməklə  həm  öz  ölkəsinin  istehsal  məhsullarına  töhvə 
verir, həm də qazandığı pul hesabına təhsil xərclərini ödəyir. E-universitetlərin 
tələbələrinin  əksəriyyəti  adətən  əcnəbi  tələbələr  olur  və  bu  tələbələr  də  digər 
ölkələrdə çalıĢır, amma təhsil haqqlarını e-universitet olan ölkələrin büdcəsinə 
ödəyirlər. Burdan belə çıxır ki, əcnəbi tələbələrin hesabına ölkə büdcəsinə sırf 
xarici  valyuta  axını  baĢ  verir.  Əgər  əcnəbi  tələbə  təhsil  aldığı  ölkədə  həm  də 
yaĢayırsa o zaman onun yaĢaması üçün lazım olan əlavə vəsait də, ticarət, iaĢə, 
nəqliyyat,  sosial  obyektlər  vasitəsiylə  yenə  də  e-universitetin  mövcud  olduğu 
ölkənin büdcəsinə daxil olur. 
―QS World University Rankings‖ Ģirkəti dünyanın ən yaxĢı universitetlərini 
araĢdırır.  Bu  universitetlərin  mövcud  olduğu  dövlətlərdə  əcnəbi  tələbələr 
hesabına  büdcəyə  daxil  olan  vəsaitin  ölkənin  ÜDM–na  nisbətən  payını 
araĢdırsaq bu vəsaitin yetərincə böyük məbləğdə olduğu göstərilmiĢdir. 
Azərbaycanda  da  bu  istiqamətdə  geniĢ  miqyaslı  iĢlər  görülür.  Bu  proses 
təhsil sahəsində az da olsa nəzərə çarpır. Belə ki, Azərbaycan universitetlərinin 
bir  neçəsində  tədris  prosesninin  bəzi  sahələrinin  elektronlaĢma  prosesinə 
baĢlanmıĢdır.  Məsələn:  Naxçıvan  Dövlət  Universitetində  2012-2013–cü  tədris 
ilindən  baĢlayaraq  semestr  imtahanları  müvafiq  fənlər  üçün  elektron  formada 
keçirilir,  hal  hazırda  KOĠCA–Azərbaycan  Ģirkətinin  ―Naxçıvan  Dövlət 
Universiteti  üçün  elektron  təhsil  Ģəbəkəsi  və  rəqəmsal  multimedia 
infrastrukturunun  yaradılması‖  layihəsi  həyata  keçirilir.  Azərbaycan  Texniki 
Universitetində də KOĠCA–Azərbaycan Ģirkətinin  Layihəsi əsasında ―Elektron 
Universitet ġəbəkəsi‖  yaradılıb.  Sumqayıt Dövlət Universitetində, Azərbaycan 
Dövlət  Pedaqoji  Universitetində  və  digər  universitetlərdə  də  semestr 
imtahanlarının  müvafiq  fənlər  üçün  elektron  formada  keçirilməsinə 
baĢlanmıĢdır.  Lakin  bütün  bu  proseslər  ayrılıqda  müxtəlif  universitetlərdə 
həyata  keçirilsə  də  Azərbaycanda  vahid  konsepsiya  üzrə  fəaliyyət  göstərən,  

Beynəlxalq  İpək Yolu  
 
 
98 
müasir standartlara cavab verə bilən, informasiya cəmiyyətinə tam inteqrasiya 
olunmuĢ, tam elektron universitet modeli mövcud deyil. 
Nəticəyə gəlmək olar ki, təhsil sahəsi dövlətin inkiĢafına təsir edən ən əsas 
sahələrdən biridir. YaxĢı təhsilli vətəndaĢlar yalnız yaxĢı təhsil müəssisələrində 
yetiĢə  bilər.    Demək  olar  ki,  təhsil  müəssisələrini  ĠKT–siz    təsəvvür  etmək 
mümkün deyil. Bu onu deməyə əsas verir ki, dünya təhsil sisteminə inteqrasiya 
etmək, dünya təcrübəsindən  yararlanmaq, gündən–günə  yenilənən informasiya 
texnologiyalarını    təqib  və  tətbiq  edə  bilmək    üçün  təhsil  obyektlərini 
elektronlaĢdırmaq,  ənənəvi  universitetlərdən  e-universitetlərə  keçmək  zamanın 
tələbidir.  
Açar  sözlər:  bimodal  model,  on-off-campus  model,  off-campus  model, 
konsorsium modeli, distansion təhsil 
 
 
BĠOLOGĠYANIN TƏDRĠSĠNDƏ MULTĠMEDĠALI ĠNTERAKTĠV 
DƏRSLƏRĠN HAZIRLANMASI 
ZƏRÖVġƏN BABAYEVA  
Naxçıvan Dövlət Universiteti 
babayeva_z@yahoo.com 
 
 
Tədqiqatlar göstərir ki, biologiyanın tədrisində multimedialı baza əsasın-
da təlim proqramları ilə iĢləyərkən diqqət iki dəfə artır ki, bu da vaxta qənaət 
edilməsinə,  biliklərin  yaradıcı  tətbiqinə  geniĢ  imkan  yaradır.  Bioloji  biliklərin 
çatdırılmasında multimedianın imkanlarından istifadə bütün informasiya kanal-
larının  –  analizatorların  və  yaddaĢ  formalarının  birgə  fəaliyyətini  təmin  edir. 
Artıq yeni təlim texnologiyalarının tədrisdə dominantlıq etməsi vaxtı çatmıĢdır. 
Belə ki, orta məktəblərdə hər rübün sonu, buraxılıĢ, sinifdən-sinfə keçərkən; ali 
məktəblərdə qəbul, kollekium, sərbəst iĢlər, kurs və buraxılıĢ iĢləri, dövlət imta-
hanları, semestr imtahanlarının keçirilməsi artıq öz istiqamətini dəyiĢməlidir və 
dəyiĢir də. Bunun üçün fənn müəllimlərinin, təhsil müəssisələrinin birgə konf-
ransları  keçirilməli,  öyrədən-öyrənən  qarĢılıqlı  münasibətinə  yenidən  baxıl-
malıdır. Bir sözlə, təhsil sahəsində yenidənqurma, islahat iĢlərinin real vəziyyəti 
dəyərləndirilərək infrastruktur kökündən yeni keyfiyyət dəyiĢikliyinə uğramalı-
dır.  Əsas  məqsəd  öyrənənlərin  məntiqi,  tənqidi  təfəkkürünü  inkiĢaf  etdirərək 
qəbul etdiyi informasiyanın–biliyin analiz-sintez edə bilməsi, tətbiq bacarıqları-
nın formalaĢdırılmasıdır. Ona görə də öyrənənlər biliklərin kopyalandığı, arxivə 
göndərildiyi  papka  vəziyyətindən  çıxarılmalıdır.  Test  üsulu  ilə  imtahanların 
tərtibi də son illər gənc nəsildə fikri ifadə edə bilməmək problemi yaratmıĢdır. 
Bəzi hallarda onlarda informasiyanın qəbuletmə sürəti ilə unutma sürəti az qala 
bərabərləĢir. Tədris sistemində köklü dəyiĢikliklərə ehtiyac vardır. ĠKT-nin təd-
ris  prosesinə  pərakəndə  tətbiqi  təcrübəsi  daxil  edilən  proqram  vasitələrində 
lazım  olan  effektiv  nəticəni  vermir.  Əsas  səbəblərdən  biri,  bu  vasitələrin 

Tezislər 
 
99 
ənənəvi tədris sisteminə daxil edilməsidir.
 
Ġslahatlar apararkən təhsil sistemində 
əsaslı  dəyiĢiklikləri  nəzərə  almalı,  sovet  dövründən  qalma  prinsipləri  yeniləri 
əvəz etməlidir. Ancaq o halda interaktiv təlim, yeni təlim texnologiyaları tədris 
prosesində  öz  bəhrəsini  verəcəkdir.  YaxĢı  olardı  ki,  universitetdə  fakültələr-
arası,  muxtar  respublikada  orta  və  ali  məktəblərarası,  Azərbaycanda  Ģəhərlər, 
rayonlararası, hər bir universitetin əlaqə saxladığı xarici ölkə ali məktəbləri ilə 
də  virtual  konfranslar,  olimpiadalar,  diskussiyalar,  debatlar,  viktorinalar  təĢkil 
edilsin. Hər səviyyədə fərqlənən müəssisələr bir birilə rəqabətə girsinlər. Daha 
səviyyəli  layihələr,  iĢlər  respublika  və  dünya  təhsil  ictimaiyyətinin  müza-
kirəsinə  verilsin.  ENAJTUS  və  digər  layihələrin  təcrübələrindən  yararlanmaq 
olar. 
Təbiət elmlərinin tədrisinin YTT ilə təĢkili  – təlimin yeni vasitəsi kimi 
qəbul  edilmiĢdir.  Bunu  bir  çox  üsullarla  həyata  keçirmək  mümkündür:  virtual 
konfranslar, viktorinalar, videodərslər, onlayn konfranslar, debatlar, sual-cavab, 
müzakirə və s. YTT-nın, Boloniya prosesinin təlim prosesində tətbiqi istiqamə-
tində həyata keçirilən ən mühüm iĢlərdən biri də tələbə, magistr və müəllimlərin 
mobilliyidir  ki,  dünyanın  müxtəlif  yerlərində  təhsil  alıb-verməyə  Ģərait  yarat-
maqla,  internet  vasitəsilə  tələb  olunan  auditoriyaya  giriĢ  imkanı  yaradır.  XXI 
əsr  təhsil  konsepsiyasında  özünə  yer  tutan  E-learninq  (elektron  təhsil) 
öyrənənlərin biliyinin keyfiyyətinin yüksəldilməsi vasitələrindən biri kimi artıq 
universitetlərdə  start  götürür.  Virtual  öyrənmə,  onlayn  dərslər,  videodərslərin 
yazılıĢı  və  təqdimatların  nümayiĢi  öz  cəlbediciliyi  ilə  fərqlənir.  Təhsil 
sahəsindəki  texnologiyalar  ilə  bağlı  problemin  aradan  qaldırılması,  interaktiv 
təlimin yeni təlim texnologiyaları ilə tətbiqi sürətlə həyata keçirilə bilər. Təhsil 
sahəsi  yüksək  inkiĢaf  edərsə,  kəĢflərə  gedən  yollar  artar  və  sürətlənər. 
Ümumiyyətlə, biologiya  dərslərində multimedialarla interaktiv dərslərin təĢkili 
bioloji  proseslərin  nümayiĢi,  orqanizmlərin  anatomik-morfoloji  quruluĢunun 
fərqli  formatda  öyrənilməsinə  imkan  verməklə,  auditoriyanı  passiv  dinləyici 
olmaqdan, müəllimi yorucu mühazirəçi rolundan azad etmiĢdir. 
Açar sözlər: təlim proqramları, multimedia, kurs və buraxılıĢ iĢləri, in-
frastruktur 
 
 
ĠPƏK YOLU ÜZƏRĠNDƏ YERLƏġƏN NAXÇIVAN VƏ ġƏRQĠ 
ANADOLUNUN DĠALEKT VƏ ġĠVƏLƏRĠNDƏ QƏDĠM TARĠXĠN 
ĠZLƏRĠ 
ZÜLFĠYYƏ ĠSMAYIL  
AMEA Naxçıvan Bölməsi 
ismayilzulfiyye@yahoo.com 
 
Bir  millətin  tarixi,  etiqadı,  inancı,  adət  və  ənənəsi,  yaĢayıĢ  tərzi, 
mədəniyyəti,  hətta  coğrafiyası  belə  onu  dilində  yaĢayır.  Əsrləri  adlayaraq 
günümüzə  gələn  sözlər  xalqın  varlığını,  mənəviyyatını  özündə  əks  etdirir. 

Beynəlxalq  İpək Yolu  
 
 
100 
Xalqın  daĢ  yaddaĢına  çevrilərək  dildən-dilə,  əsrdən-əsrə  keçən  dialekt  və 
Ģivələrin nə qədər zəngin bir xəzinə olduğunu deməyə və sübut etməyə ehtiyac 
yoxdur.  Bu  təbii  qaynaqlar  neçə-neçə  tarixi  və  coğrafi  faktın  üzə  çıxmasında, 
neçə-neçə  sözün  mənasının  aydınlaĢmasında  və  izahında  mühüm  rol 
oynamıĢdır.  Professor  Q.PaĢayev  bir  millətin  kültür  və  mədəniyyətinin, 
tarixinin öyrənilməsində dialekt və Ģivənin, folklor nümunələrinin rolunu xüsusi 
qeyd  edərək  yazır:  ―Dialekt  və  Ģivəni,  folkloru  öyrənmədən  millətin 
psixologiyasını,  onun  həqiqi  tarixini,  bəĢəriyyət  tarixindəki  məxsusi  yerini, 
inkiĢaf  mərhələlərini,  həyat  tərzini,  adət-ənənələrini  dərk  edib  baĢa  düĢmək 
mümkün deyil‖. Müəllifin sözlərində böyük həqiqət vardır. Həqiqətən də, dilin 
tarixini  tədqiq  edərkən  ilk  növbədə  onun  qədimliyini  qoruyub  saxlayan  yazılı 
mənbələrə  və  canlı xalq  dilinə  müraciət  etmək lazım gəlir. Azərbaycan dilinin 
dialekt və Ģivələrinin, ġərqi Anadolu ağızlarının hər birinin ayrı-ayrılıqda tədqiq 
olunmasında  baĢlıca  məqsəd  də  Ģivələrin  qədim  leksik  vahidləri,  eləcə  də 
xüsusiyyətləri  hansı  səviyyədə  qoruyub  saxladıqlarını  və  bir  sıra  digər 
əhəmiyyətli cəhətləri ortaya çıxarmaqdan ibarətdir. Digər dialekt və Ģivələrimiz 
kimi  Naxçıvan  və  ġərqi  Anadolunun  dialekt  və  Ģivələrini  tədqiq  etməkdə  də 
məqsədimiz  yuxarıda  dediklərimizlə  bərabər,  həm  də  baĢqa  mühitdə,  kənar  və 
yad təsirlər əhatəsində, izole olmuĢ Ģəkildə inkiĢaf edən Azərbaycan dilinin bu 
dialektinin  digər  dialekt  və  Ģivələrimizlə  fərqli  və  oxĢar  cəhətlərini 
müəyyənləĢdirmək,  müxtəlif  sərhədlər  daxilində  yerləĢmələrinə  baxmayaraq 
qədim  xüsusiyyətlərini  necə  qoruyub  saxladıqlarını  nəzərə  çatdırmaqdır. 
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  kənar  mühitdə,  baĢqa  dillər  əhatəsində 
inkiĢaf edən dialekt və Ģivələrdə qədim sözlər, qədim element və xüsusiyyətlər 
daha  çox  qorunub  saxlanılır.  ġərqi  Anadoluda  yaĢayan  azərbaycanlılar  və 
tərəkəmələr  öz  danıĢıq  xüsusiyyətlərində  daha  çox  Azərbaycan  dilinin 
Naxçıvan  qrupu  dialekt  və  Ģivələrinin  xüsusiyyətlərini  özündə  qoruyub 
saxlamıĢdır.  Naxçıvanın  dialekt  və  Ģivələrinin  xüsusiyyətlərini  özündə 
cəmləĢdirən  ġərqi  Anadolu  ağızları  qədim    Oğuz  tayfalarının  dil  elementlərini 
özündə  yaĢatmaqdadır.  Qədim  yazılı  abidəmiz  olan  ―Kitabi-Dədə  Qorqud‖da 
iĢlənmiĢ  onlarca,  yüzlərcə  sözə  Naxçıvan  və  ġərqi  Anadolunun  dialekt  və 
Ģivələrində  rast gəlirik.  
Naxçıvan  və  ġərqi  Anadolu  dialekt  və  Ģivələrində  ortaq  türk 
mədəniyyətinin və qədim tarixin izləri özünü aydın Ģəkildə büruzə verir. Çünki  
dialekt və Ģivələr zəngin bir mədəniyyət xəzinəsidir. Hər iki bölgənin dialektləri 
özündə  tarixilik,  yüz  illər  boyu  formalaĢan  milli  dəyərləri  mühafizə  etmiĢ 
ümumtürk  mədəniyyətinin  izlərini  qoruyub  saxlamıĢdır.  Naxçıvan  və  ġərqi 
Anadolunun  dialekt  və  Ģivələrindən    termin  səciyyəli  sözləri  topladığımız  və 
araĢdırdığımız  zaman  ümümtürk  mədəniyyətinin  ortaq  oxĢarlıqlarına  tez-tez 
rast  gəlirik.  Türk  dilləri  ilə  müqayisəli  Ģəkildə  tədqiq  etdiyimiz  zaman  termin 
səciyyəli sözlərin əksəriyyəti ümumtürk mədəni irsinin daĢıyıcısı olduğunu bir 

Tezislər 
 
101 
daha  görürük.  Əkinçilik,  heyvandarlıq,  arıçılıq,  dulusçuluq  adət-ənənələrimizə 
aid olan sözlərin arxasında böyük bir mədəniyyət dayanır. 
 Naxçıvan  və  ġərqi  Anadolunun  dialekt  və  Ģivələrindən  topladığımız 
termin  səciyəli  sözlərin  tarixi-müqayisəli  metodla  tədqiqi  bir  daha  göstərir  ki, 
qədim  dil elementləri ən çox bu bölgədə qorunub saxlanılmıĢdır. 
Bəllidir  ki,  Ģivələr  dilin  qədim  dövrlərinə  aid  mövcud  faktları  qoruyub 
saxlayan  ən  etibarlı  mənbədir.  Odur  ki,  Ģivə  sözlərinin  tarixi-müqayisəli 
araĢdırılması,  onu  əmələ  gətirən  modellərin  müəyyənləĢdirilməsi,  Ģivə 
sözlərinin formalaĢmasını izləmək bir çox baĢqa problemlərin həllinə də kömək 
edə bilər. 
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin