MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat


Açar sözlər: dekorasiya, personajlar, rejissor, natura, neorealizm



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   ...   12   13   14   15   16   17   18   19   20

Açar sözlər: dekorasiya, personajlar, rejissor, natura, neorealizm 
 
 
ULU ÖNDƏR HEYDƏR ƏLĠYEV VƏ NAXÇIVAN PEDAQOJĠ 
TEXNĠKUMU 
ZÜLFĠYƏ ĠSMAYILOVA 
Naxçıvan MR Dövlət Arxivi 
arxiv@nakhchivan.az 
 
Tarixdə  öz  xeyirxah  əməlləri  ilə  iz  qoyan  Ģəxsiyyətlər  çoxdur.  Tarixin 
yetiĢdirdiyi  nadir  Ģəxsiyyətlərdən  biri  olan  Heydər  Əliyev  XX  əsrin  ən  böyük 
siyasətçisi, xilaskarı kimi tarixə öz imzasını atmıĢdır.  
Heydər  Əlirza  oğlu  Əliyevin  uĢaqlıq  və  gənclik  illəri  bəĢər  tarixinə 
böyük Ģəxsiyyətlər bəxĢ edən Qoca ġərqin qapısı olan Naxçıvanla bağlıdır. Bu 
qədim Ģəhərdə dünyaya göz açan Heydər Əliyev Naxçıvan Ģəhər natamam orta 
məktəbi  bitirdikdən  sonra  1936-1937-ci  tədris  ilində  Naxçıvan  Ġnternasional 
Pedaqoji Texnikumuna daxil olur. 
 
Naxçıvan Pedaqoji Texnikumunun müəllim kadrlarının hazırlanmasında 
müstəsna xidməti olmuĢdur. 1922-ci il avqust ayının 28-30-da keçirilmiĢ Ölkə 
Müəllimlərinin  Qurultayında  müəllim  kadrlarına  böyük  ehtiyacı  nəzərə  alaraq 
1922-ci  ilin  noyabr  ayında  Naxçıvan  Ģəhərində  Müəllimlər  Seminariyası 
yaradıldı. 
AraĢdırılan arxiv sənədlərindən aydın olur ki, 1936-1937-ci tədris ilində 
Naxçıvan Pedaqoji  Texnikumunun hazırlıq Ģöbəsi ilə birlikdə 170 nəfər tələbə 
qəbul  edilmiĢdir.  Ulu  öndərimiz  ―C‖  qrupunda  oxumuĢdur.  Qrupda  Heydər 
Əliyev  ilə  birlikdə  Əliyev  Abbas,  Məhərrəm  Əliyev,  Mustafa  Əhmədov,  Əli 
Quluyev,  Pakizə  Abbasova,  Kərim  Kərimov,  Cəmil  Rzayev,  Əhməd 
Ġsmayılovun və baĢqalarının adlarını çəkmək olar. 
1939-cu il III D sinifinin ədəbiyyatdan Ģifahi imtahan fənn müəlliminin 
familyası  L.Hüseynzadə,  assistentin  familyası  Cəlil  Ġsgəndərli  idi.  Heydər 
Əliyev 10 №-li biletə cavab verərək əla qiymət almıĢdır, həmçinin illikdə də əla 
qiymət  almıĢdır.  Birinci  kursda  50  manat,  yuxarı  kurslarda  isə  tam  təqaüd 
almıĢdır. Ona verilən xasiyyətnamədə ―çalıĢqan və təmkinlidir‖ yazılmıĢdır. 
Dövrünün ən yaxĢı müəllimlərindən Tofiq BektaĢi, Murad Tutayuk, Əli 
Əliyev,  Lətif  Hüseynzadə,  Xədicə  Yusifbəyli  kimi  pedaqoqlardan  elmin 
sirlərini  öyrənən  Heydər  Əliyev  məktəbi  əla  qiymətlərlə  bitirmiĢdir.  Bunu 
Heydər  Əliyevə  25  iyun  1939-cu  il  tarixdə  verilmiĢ  2027  №-li  attestat  sübut 
edir. HəmiĢə öz müəllimlərini böyük minnətdarlıqla xatırlayan H.Əliyev onların 
əməyinə çox böyük qiymət vermiĢdir. 

Beynəlxalq  İpək Yolu  
 
 
118 
 
1998-ci  ilin  15  mayında  Prezident  sarayında  Demokratik  Maarifçilik 
partiyasının  sədri  Məmmədhənif  Musayev  və  partiyanın  katibi,  Milli  məclisin 
üzvü Babaxan Muradovla görüĢündə belə demiĢdir: ―Mənim müəllimə həmiĢə 
böyük hörmətim olubdur. Tez-tez məndən soruĢurlar ki, gənc vaxtlarınızdan ən 
çox  hörmət  etdiyiniz  adamlar  kimlərdir?  HəmiĢə  cavab  vermiĢəm  ki,  orta 
məktəbdə mənə dərs deyən müəllimlər... Xatirimdədir, 1990-cı ildə Naxçıvana 
gedərkən  mən  orada  birinci  növbədə  öz  müəllimlərimi  axtardım.  Məsələn, 
orada Əli Əliyev var idi, indi sağdır. Allaha Ģükür olsun ki, o mənə tarix dərsi 
deyibdir.  O  gəlib  mənimlə  görüĢdü.  Tofiq  BektaĢi  mənim  çox  sevimli 
müəllimim olubdur. O Bakıda universitetdə iĢləyəndə görüĢdük...‖. 
Açar sözlər: Lətif Hüseynzadə, Tofik BektaĢı, Bakı, Pakizə Abbasova 
 
 
ĠDARƏETMƏ PSĠXOLOGĠYASI 
ġAHNAZ MƏMMƏDOVA                                                                                                    
―Naxçıvan‖ Universiteti                                                                                                      
kryon119@hotmail.com 
 
 Cəmiyyət  mürəkkəb  bir  sistemdir.  Ġqtisadi,  sosial,  mənəvi  inkiĢafın 
əlaqələndirilməsi, 
ayrı-ayrı 
adamların, 
kollektivlərin 
fəaliyyətinin 
istiqamətləndirlməsi,  cəmiyyətdə  baĢ  verən  bir  çox  sosial-iqtisadi 
münasibətlərin  qaydaya  salınması  müəyyən  problemlərin  həlli  ilə  əlaqədardır. 
Bütün bunlar və digər məsələlər idarəetmə elmindən istifadə olunmasına, onun 
öyrənilməsinə  olan  təlabatı  əhəmiyyətli  dərəcədə  artırır.  Müasir  texnika, 
mürəkkəb  texniki  sistemlər,  qurğular,  axın  xətləri,  habelə  müasir  elmi  tərəqqi 
də təĢkil olunmağa və idarə edilməyə möhtacdır. Ġdarəetmə bu baxımdan onun 
müəyyən  funksiyalarının  icra  edilməsi  ilə  əlaqədardır. K.Marksın  dediyi  kimi 
döyüĢ meydanında generalın verdiyi komanda nə dərəcədə zəruridirsə, ayrı-ayrı 
müəssisə  və  cəmiyyətdə,  idarəetmə  proseslərində  həyata  keçirilən  müxtəlif 
idarəetmə funksiyaları da bir o qədər zəruridir. Ona görə də müasir cəmiyyətdə 
idarəetmə  əsl  mənada  elmə  çevrilməlidir.  Ġdarəetmə  elminin  metodlarına, 
qanunlarına, prinsiplərinə, bütün müddəalarına yalnız elmi iĢçilər deyil, hər bir 
istehsalçı–  təsərrüfat  rəhbəri,  menecer  eyni  dərəcədə  əməl  etməlidir.  Buna 
idarəetmə sahəsində sözlə iĢin vəhdəti demək olardı. 
        ―Rəhbər‖ sözü tam mənada ―əlindən tutub aparan‖ mənasını verir. Hər bir 
təĢkilata  vaxtını  ancaq  xüsusi  vəzifələrin  yerinə  yetirilməsinə  sərf  edən  deyil, 
tamamilə  bütün  bölmələrin  ümumilikdə  nəzarətinə  cavabdeh  olan  insan  tələb 
olunur.  Bütövlükdə  nəzarət  olan  cavabdehliyin  bu  növü,  rəhbər  iĢinin 
mahiyyətini  təĢkil  edir.  Rəhbər  əsas  idarəedici  funksiyalar  yerinə  yetirir: 
planlaĢdırma,  təĢkilatçılıq,  motivasiya,  tabeçiliyində  olanların  fəaliyyətinə  və 
təĢkilata  bütövlükdə  nəzarət.   PeĢəkar  hazırlanmıĢ  rəhbəri  menecer 
adlandırırlar.  Müasir  menecer  ictimai  istehsal  sistemində  idarəedici,  diplomat, 

Tezislər 
 
119 
lider, tərbiyəçi, təĢkilatçı, innovator insan kimi çıxıĢ edir. ġəxsiyyətə olan əsas 
tələblər:  səriĢtəlilik,  iĢgüzar  ünsiyyət  bacarığına  və  natiqlik  təcrübəsinə  malik 
olması, pedaqoji, konsultativ və psixoloji qabiliyyətlərinin olmasıdır. 
Müasir  inkiĢaf  mərhələsində  cəmiyyətin,  bütövlükdə  xalq  təsərrüfatı 
sahələrində  idarə  etmənin  sosial-psixoloji  metodlarına  getdikcə  daha  cox 
əhəmiyyət  verilir.  Ġdarəçilik  fəaliyyəti  çox  mürəkkəb  ictimai  hadisə  və 
prosesdir. Bu hər tərəfli və hər cəhətli  münasibətləri,  prosesləri əhatə etdiyinə 
görə müxtəlif istiqamətdə və müxtəlif elmlər tərəfindən öyrənilir, izah olunur. 
Belə ki, iqtisadi, təĢkilati, inzibati və s. məsələlərlə yanaĢı fəaliyyətin psixoloji-
emosional və mənəvi estetik, etik tərəflərini bilmək son dərəcə vacibdir.  
 
Açar sözlər: idarəetmə, peĢəkarlıq, rəhbər psixologiyası, tərbiyəçi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Beynəlxalq  İpək Yolu  
 
 
120 
FĠLOLOGĠYA 
 
 
ГУСЕЙН ДЖАВИД В ПОЛЬСКОЙ ТЮРКОЛОГИИ 
АБДУЛЛАБЕКОВА Г.Г. 
Институт литературы НАНА 
 abdullayeva1946@mail.ru 
 
Польская  тюркология,  как  самостоятельная  гуманитарная 
дисциплина  берет  свое  начало  в  Варшавском  университете  на  кафедре 
тюркологии  Института  Востоковедения  в  1934  году.  Наряду  с  этим 
научным  центром  в  Европе  были  известны  еще  два  тюркологических 
центра  в  Кракове  и  Львове.  Здесь  особо  следует  выделить  деятельность 
азербайджанского 
ученого-востоковеда 
профессора 
Львовского 
Университета  Садых-бека  Агабекзаде,  автора  учебника  турецкого  языка 
на  польском  языке,  преподавателя  турецкой  и  азербайджанской 
литературы на кафедре тюркологии во Львовском Университете (1943 г.). 
Значительный  вклад  в  развитие  тюркологических  исследований 
вносит  также  центр  тюркологии  Института  Истории  в  Лодзи, 
возглавляемый  д.ф.н.  профессором  Богданом  Барановским.  В  сфере 
исследований  польского  ученого  значительное  место  занимает 
азербайджанская  литература,  азербайджанско-польские  культурно-
исторические  связи.  В  1975  году  в  Лодзи  впервые  издается  антология 
азербайджанской  литературы,  охватывающая  исторический  период  ее 
развития  с  XI  по  ХХ  век.  Автором  вводной  статьи  является  инициатор 
создания  этого  сборника  профессор  Б.Барановский.  Это  научное 
исследование,  содержит  аналитический  обзор  истории  развития 
азербайджанской литературы, ее места и значения в кругу тюркоязычных 
литератур мира. 
В  числе  представленных  польскому  читателю  поэтов  в  антологии 
достойное место занимает Гусейн Джавид. Творчество поэта представлено 
двумя стихотворениями: ―Nie zaznałem niczego‖ – ―Görmədim‖ и ―Nie raduj 
się  mój  miły‖  –  ―Sevinmə,  gülüm‖.  Автором  перевода  является  известный 
польский  поэт  Тадеуш  Дашкевич.  Удачно  отобранные  поэтические 
образцы  дают  представление  о  духовном  мире  Гусейн  Джавида,  однако 
еще  более  глубокому  знакомству    с  творчеством  поэта  помогают 
комментарии  о  жизни  и  творчестве  поэта,  составленные  Тадеушем 
Хрущчелевским.  Нам  хотелось  бы  привести  комментарии  польского 
ученого полностью в переводе с польского языка: «Гусейн Джавид (1883-
1937)  поэт  и  драматург.  Родился  в  Нахичевани  в  семье  мусульманского 
духовного. 
Окончил 
филологический 
факультет 
Стамбульского 
Университета.  Долгое  время  работал  педагогом,  преподавал  восточные 

Tezislər 
 
121 
языки и литературу в Нахичевани, в Тбилиси, Гяндже и Баку. Творческой 
деятельностью  начал  заниматься  в  первой  декаде  ХХ  века.  Г.Джавид 
автор  многочисленных  книг  стихов  и  пьес  социально-нравственного 
характера. 
После  революции  им  была  написана  серия  новых  драматических 
произведений, поэмы и киносценарий». К сожалению, трагическая судьба 
выдающегося  азербайджанского  поэта  не  нашла  своего  отражения  в 
представленных комментариях, однако мы выражаем надежду на издание 
новой  антологии  азербайджанской  поэзии  в  Польше,  на  новом 
осмыслении 
исторических 
фактов, 
литературных 
биографий 
азербайджанских  деятелей  культуры  в  общественно-политических 
условиях двух независимых государств Польши и Азербайджана. 
Азербайджанско-польские  литературные  связи  имеют  свою 
давнюю  историю,  берущую  начало  еще  в  XV  веке.  В  ХХI  веке,  в  эпоху 
свободного  развития  азербайджанской  и  польской  литератур,  лишенных 
идеологического  прессинга,  азербайджанско-польские  дипломатические 
отношения,  основа  которых  была  заложена  созидателем  современного 
Азербайджана Гейдаром Алиевым во время первого официального визита  
Г.Алиева  –  президента  Республики  Азербайджан  в  Польшу,  который 
состоялся 26-28 августа 1997 года. 
ХХI веке ознаменовал развитие азербайджанско-польских связей в 
новом  русле,  на  новой  социально-политической  основе,  суть  которых 
составляют  творческие  связи  двух  независимых  государств.  Сегодня 
азербайджанско-польские связи успешно развиваются благодаря активной 
деятельности президента Азербайджана – Ильхама Алиева. 
 
Ключевые слова: Гусейн Джавида, поэта, драматург, 
азербайджанской поэзии  
 
 
QƏDĠM TÜRK  YURDU ULU NAXÇIVAN 
GÜLġƏN ƏLĠYEVA- KƏNGƏRLĠ 
Azərbaycan Dövlət Mədəniyyət və Ġncəsənət Universiteti 
gulshenkengerli@mail.ru 
 
 
Naxçıvan  sözünün  etimologiyası  barəsində  müxtəlif  fərziyyələr, 
rəvayətlər  və  həqiqətlər  var.  Bütün  bunlar  möhtəĢəm  «Naxçıvan» 
ensiklopediyasında  (AMEA.  Bakı,  2002  s.  338)  özünə  yer  alıb.  ġübhəsiz  ki,  
qədim  türk  yurdu    ulu  Naxçıvan      türk  sözüdür.    Çünki  min  illərdir  burada  
türkün  ulu  ruhu  yaĢayır,  özəl  tarix  yaradır,  dünyaya  meydan  oxuyan  alim, 
memar, ədib, sərkərdə, dövlət xadimi türk insanları yetiĢib formalaĢır 
 
Hər bir təəssübkeĢ Naxçıvanlı  kimi bu sözün mənim üçün  Naxçıvanın 
məĢhur    Kəngərlilər  nəslinə  mənsub  bir  ziyalı  üçün    öz  xüsusi  mənası    var: 

Beynəlxalq  İpək Yolu  
 
 
122 
Naxçıvan  Nuh  peyğəmbərin  bəĢəriyyəti  dünya  tufanından  xilas  etdiyi  yerdir, 
Naxçıvan  ulu  Peyğəmbər  Məhəmməd  Əleyhüssəlamı  Ġslam  dünyası  üçün  
qorumuĢ Əsabü-Kəf Məbədidir, Naxçıvan Azərbaycan dövlətçiliyinin – dövlət 
təfəkkürünün  ilk  zirvəsi  olan  Atabəylər  xanədanıdır.  Naxçıvan  Azərbaycan 
mədəniyyətinə    Əcəmi  kimi  sənətkarı,  nəhayət  tariximizə  ulu  öndər    Heydər 
Əliyevi bəxĢ etmiĢ əzəmətli türk yurdudur.   
XIX əsrdən etibarən Naxçıvanda  güclü maarifçilik hərəkatı  baĢlanır. 
1894-cü ildə  Naxçıvanda ilk  rus-tatar, 1896-cı ildə isə ilk dünyəvi qız 
məktəbləri açılmıĢdır. 1896-cı ildə  Mirzə Fətəli Axundzadənin «Müsyö Jordan 
və  DərviĢ  Məstəli  Ģah  cadukuni  MəĢhur»  pyesinin  tamaĢası  ilə  Naxçıvanda  
milli teatrın əsası qoyulur. 
Qədim  türk  yurdu  ulu  Naxçıvan  da  bu  gün  bütün  dünyanı    qapamıĢ 
qloballaĢma-kürəsəllik  Ģəraitində  yaĢayır.  O,  qloballaĢmanın  dünyəvi 
bəhrələrindən  yararlanmaqla    bərabər,  öz  milli-tarixi    simasını  da  qoruyur,  
əsası    Midiyadan,  Mannadan  baĢlanan  Atabəylər,  ġirvanĢahlar  və  Səfəvilərlə 
zirvələĢən, bu gün,  iqtisadi-siyasi yüksəliĢi ilə  bütün sivill dünyanı  heyrətdə 
qoyan Azərbaycan dövlətçilik ənənələrini  Ģərəf və ləyaqətlə  qoruyur. 
Açar  sözlər:  qədim  türk  yurdu,  qüdrətli  generallar,  Heydər  Əliyev, 
böyük maarifçilər, Kəngərlilər nəsli, Muxtariyyət statusu, dövlətçilik ənənələri, 
90 illik yubiley  
 
 
AZƏRBAYCAN ƏDƏBĠ DĠLĠ TARĠXĠNĠN XX YÜZĠLLĠYĠN II 
YARISINA AĠD MƏRHƏLƏSĠNDƏ NAXÇIVAN ƏDƏBĠ MÜHĠTĠNĠN 
SÖZ-ĠFADƏ YARADICILIĞI PROSESĠNDƏKĠ ROLU (Hüseyn Razi, 
Müzəffər Nəsirli və Validə Hüseynovanın yaradıcılıq örnəkləri əsasında) 
SƏDAQƏT HƏSƏNOVA 
                   ―Naxçıvan‖ Universiteti                                    
sedagetnesenova@gmail.com 
 
Söz-ifadə  yaradıcılığı  dilin  çətin,  ancaq  həm  elmi,  həm  də  praktik 
baxımdan  maraqlı,  zəruri  proses  və  problemlərindən  biridir.  Onun  əsas  dəyəri 
ondadır ki, o, bir tərəfdən dilin leksikasını zənginləĢdirir, digər tərəfdən alınma 
sözlərin  milli  sözlərlə  əvəz  olunmasını  təmin  edərək  onların  sıxıĢdırılmasına 
səbəb olur və beləliklə də, dildə milliliyi gücləndirir.  
Dildə yeni söz və ifadələr yaratmaq Ģərəfli bir vəzifədir. Belə bir proses, 
həm də üslubiyyatın inkiĢafına təsir edir. Dilin ən çox dəyiĢən və inkiĢaf edən 
qatı leksika olduğundan yeni leksik vahidlərin yaranması da təbiidir.   
XX  yüzildə  ədəbi  dilimiz  söz  yaradıcılığı  baxımından,  digər  dövrlərlə 
müqayisədə  xeyli  irəli  getmiĢdir.  Antroponimlərlə  bağlı  yeni  sözlərin 
yaranması,  dialekt  və  Ģivə  örnəklərinin  ədəbi  dilə  gətirilməsi  həmin  prosesi 
daha da gücləndirmiĢdir. Bu prosesdə ədəbi dilimiz yeni söz-ifadə yaradıcılığı 

Tezislər 
 
123 
örnəkləri  ilə  zənginləĢmiĢdir.  Həmin  məsələdə  XX  yüzilliyin  ikinci  yarısında 
Naxçıvan  ədəbi  mühitinə  məxsus  olan  söz  sənətkarlarının  ədəbi  dilimizə 
xidməti  unudulmamalıdır.  Onların  söz-ifadə  yaradıcılığı  prosesində  müəyyən 
qədər yeri və mövqeyi vardır. Bu baxımdan, Hüseyn Razi, Müzəffər Nəsirli və 
Validə Hüseynovanın dili maraqlı faktlarla zəngindir.  
Sözügedən  sənətkarların  dilində  onların  öz  qələminə  məxsus  bir  sıra 
maraqlı  ifadələr  diqqəti  çəkir.  Məsələn,  Hüseyn  Razinin  dilindəki  qəriblik 
kölgəsi, səmimiyyət sədası, boyalanmış kəlmələr, çəkisizlər mühiti, sərhədləşən 
həqiqət, söz horrası, iclas qazanı, can dəftəri, fikir damcıları, pəhriz kəfəni, küt 
başların  inadı, duyğu pəhrizləri, söz  pəhrizləri, yalan  körüyü, iftiralar örtüyü, 
çəkişmələr  mərəzi,  mənəm-mənəm  qərəzi,  ütülü  sətirlər,  dəli  qürur,  fərəhlərin 
günəş cazibəsi, ağılın, şüurun qızıl pulu, iməkləyən idrak, qulluğa dırmaşmaq, 
alqışa  bükülmüş  tərif,  söz  sərgisi,  yalanların  yarışması,  şübhə  dəftəri,  söz 
qaşığı, namərd bazarı, könül aynası, çənə düşən ümid, nəfsin piylənən qarnı, və 
s.;  Müzəffər.Nəsirlinin  dilindəki  büllur  duz,  söz  baharı,  gecənin,  gündüzün 
rəssamı, yaşılköynək dərə, sevgidən xəcalət çəkmək, ovçu gözlər, daşları dələn 
məhəbbət  və  sədaqət,  minnətdar  təbəssüm,  lalələrdən  bayraq  tutmaq;  Validə 
Hüseynovanın  dilindəki  gecənin  nağıl  dünyası,  gənclik  bağında  xəfif  külək 
əsməsi, sevgi kəhkəşanı, məhəbbət dastanı (məcazi mənada) ifadələri uğurlu dil 
faktlarındandır. 
 
Açar sözlər: Azərbaycan ədəbi dili,  Hüseyn Razi, Müzəffər Nəsirli, 
Validə Hüseynova 
 
 
AZƏRBAYCAN ƏDƏBĠ DĠLĠ TARĠXĠNDƏ XX  ƏSRĠN II YARISINDA 
NAXÇIVAN ƏDƏBĠ MÜHĠTĠNĠN ROLU  
(HÜSEYN RAZĠNĠN YARADICILIĞI ƏSASINDA) 
QƏNĠRƏ ƏSGƏROVA                                                                                                              
―Naxçıvan‖ Universiteti 
 asgerovaganira @gmail.com 
 
Tarixin  müxtəlif  mərhələlərində  yeni-yeni  keyfiyyətlər,  çoxcəhətli 
inkiĢaf  xüsusiyyətləri  qazanan  ədəbi  dilimiz  çağdas  dövrümüzdə  də  inkiĢafını 
davam  etdirir,  fərqli  və  maraqlı  göstəricilər  əldə  edir.  Ədəbi  dilimizin 
inkiĢafında ayrı-ayrı sənətkarların özünəxas rolu və yeri vardır. Onlar az və ya 
çox  dərəcədə  bu  dilin  zənginləĢməsi  istiqamətində  müəyyən  iĢlər  görmüĢ, 
sözlərdən  istifadə  bacarığına,  söz  demək,  yeni  söz  və  ifadələr  yaratmaq 
qabiliyyətinə görə ədəbi dilimizə öz töhfələrini vermiĢlər. Ümumiyyətlə, ədəbi-
bədii dilimiz söz sənətkarlarının dilindən kənarda qalan bir dil deyildir.  
 
Azərbaycan  ədəbi  dilinin  inkiĢaf  və  zənginləĢməsində  onun  ayrı-ayrı 
bölgələrində fəalliyyət göstərən ədəbi mühitlərin də müəyyən qədər rolu vardır. 
Həmin  ədəbi  mühitlərə  məxsus  olan  söz  sənətkarları  öz  yaradıcılıq  örnəkləri, 

Beynəlxalq  İpək Yolu  
 
 
124 
ədəbi  dilimizlə  bağlı  xidmətləri  ilə  dilimizin  inkiĢaf  və  zənginləĢməsi 
prosesində  müəyyən  qədər  əmək  sərf  etmiĢlər.  XX  yüzilin  ikinci  yarısı 
Naxçıvan  ədəbi  mühitinin  özünəxas  yeri  və  rolu  olan  söz  sənətkarları 
Azərbaycan  ədəbi  dilinin  inkiĢaf  və  zənginləĢməsinə  öz  töhfələrini  vermiĢlər. 
Bu  anlamda  Ģair  Hüseyn  Razinin  yaradıcılıq  örnəkləri  diqqəti  çəkir.  O, 
Azərbaycan ədəbi dili tarixində öz imzası olan Ģairlərdəndir.  
Özünəxas  üsluba,  sözyaratma  tərzinə  malik  olan  Hüseyn  Razi 
yaradıcılıq  məziyyətləri  ilə  seçilmiĢ,  Ģerimizin,  dilimizin  inkiĢafında  mühüm 
xidmətlər göstərmiĢdir.  
AraĢdırmalar  göstərir  ki,  sözügedən  dövrdə  Naxçıvan  ədəbi  mühitində 
dilimizin məna dərinliklərindən istifadə etmək, onları üzə çıxarmaq, zəngin dil 
xəzinəsinin bağlı qapılarına açar salmaqdan baĢqa, sözə qiymət verməklə, onun 
məziyyətləri nəzərə çatdırılmıĢ, dil haqında maraqlı fikirlər söylənilmiĢ, söz və 
ifadələrin  üslub  çalarları  zəminində  yeni-yeni  ifadələr  yaradılmıĢdır.  Bu 
baxımdan, aĢağıdakı misralar səciyyəvidir: 
 
 
Sözün körüyü də, körükçüsü də  
 
 
Tərif  küləyindən havalanmasın.  
 
Azərbaycan  ədəbi  dilinin  hərtərəfli  və  dərindən  araĢdırılmasında  ayrı-
ayrı ədəbi mühit və simaların yaradıcılıq örnəklərinin tədqiqi maraqlı nəticələr 
verir. Bu anlamda, Naxçıvan ədəbi mühitində yaranan maraqlı dil-üslub faktları 
Azərbaycan ədəbi dilində seçkin örnəklərdəndir. 
 
Açar sözlər:Naxçıvan, ədəbi mühit, Hüseyn Razi, ədəbi dil 
 
 
QƏDĠM VƏ ORTA ƏSRLƏR DÖVRÜNDƏ NAXÇIVANDA 
ƏDƏBĠYYATIN ĠNKĠġAF ĠSTĠQAMƏTLƏRĠ 
RAMĠZ QASIMOV 
AMEA Naxçıvan Bölməsi 
ramizasef@yahoo.com.tr 
 
Sivilizasiyanın  ilkin  beĢiklərindən  olan,  Böyük  Ġpək  yolu  üzərində 
yerləĢən  və  geostrateji  əhəmiyyətə  malik  olan  Naxçıvan  lap  qədimlərdən 
ədəbiyyatın inkiĢaf etdiyi məkan olub. Dövlət və dövlət tipli qurumların olması 
da  Naxçıvanda  ictimai  fikir,  elm,  mədəniyyət,  ədəbiyyat  və  s.  sahələrin 
inkiĢafına Ģərait  yaratmıĢdır. ġərqin görkəmli  alim  və ədəbi  simalarından olan 
Qətran  Təbrizinin  Naxçıvanda  Əbu  Düləf  Deyraninin  sarayında  uzun 
müddətlərlə  yaĢayıb-yaratması  da  burada  qədim  dövrlərdən  elmə,  ədəbiyyata 
qayğının  olduğunu  təsdiq  edir.  Azərbaycan  Atabəylərinin  hakimiyyəti 
dönəmində  Naxçıvanın  paytaxt  olması  (1146-1161)  isə  burada  inkiĢaf  və 
renessansın yaĢanmasına vəsilə olub. ―Ən müxtəlif tarixi dövrlərdə Naxçıvanda 
yaĢayıb-yaratmıĢ Əcəmi Əbubəkr oğlu Naxçıvani, Qətran Təbrizi, Əsədi Tusi, 
Kəmaləddin  Naxçıvani,  Əbubəkr  ibn  Xosrov,  Əmirəddin  Məsud,  Cəmaləddin 

Tezislər 
 
125 
Naxçıvani,  AĢıq  Alı,  Ağ  AĢıq,  Heyran  xanım,  Qönçəbəyim  və  Naxçıvandan 
çıxmıĢ Həddad ən-NəĢəvi, Əhməd ibn Hacat Əbubəkr ən NəĢəvi, Əbu Abdullah 
NəĢəvi,  Həsən  ibn  Ömər  Naxçıvani,  Nəsirəddin  Tusi,  Nəcməddin  Naxçıvani, 
Məhəmməd  HinduĢah  Naxçıvani,  Baba  Nemətullah  Naxçıvani  kimi‖ 
(akad.Ġ.Həbibbəyli)    görkəmli  simalar  Naxçıvanda  ədəbiyyatın,  elmin  və 
müxtəlif  sahələrin  inkiĢafına  iĢıq  tutur.  Əcəmi  Naxçıvani  ilə  görüĢmək  üçün 
Nizaminin Naxçıvana gəldiyi də bir sıra mənbələrdə öz təsdiqini tapır. Atabəy 
Məhəmməd  Cahan  Pəhləvanın  sarayına  yaxın  olan,  ―təbiblər  sultanı‖  kimi 
Ģöhrət qazanmıĢ Kəmaləddin Naxçıvani Ģair kimi də məĢhur idi. Əbu Bəkr ibn 
Xosrov  əl-Ustad  atabəylərə  ―Kitab-i  sənəmü  əcəm‖  (―Əcəm  sevgilisinin 
kitabı‖), ―Mehrü MüĢtəri‖, ―Rahət ər-Ruh‖ (―Ruhun rahatlığı (dincəlməsi)‖) və 
b. əsərlər həsr etmiĢdir. ġair ―Munisnamə‖ əsərində fəsillərindən birinə ―Böyük 
adamların kəlamları və nəsihətamiz həqiqətlər barəsində hekayələr‖ bəhsinə bir 
növ  yerli  xüsusiyyət  baxımından  maraq  doğuran  ―Əbül-Üla  Kirmani  və  onun 
oğlu və onların Naxçıvana səfəri haqqında hekayə‖ də daxil etmiĢdir.  
Zəngin  ədəbi  ənənələrə  malik  olan  Naxçıvanda  XIII  əsrdən  baĢlayaraq 
ədəbiyyat  yeni  istiqamətdə  inkiĢaf  etməyə  baĢlayır.  BaĢlıca  ədəbi-fəlsəfi 
istiqamət  istilalara  qarĢı  mübarizə  və  insan  azadlıqlarını  önə  alan  fəlsəfi 
təriqətlərin  inkiĢaf  tapması  olur.  Belə  bir  vaxtda  Naxçıvanda  Fəzlullah 
Nəiminin  (1330-1396)  baĢçılığı  altında  fəlsəfi  məzmun  baxımından  sufizmlə 
sıx bağlı olan hürufilik yayılmağa baĢlayır və ədəbi inkiĢafa öz qüvvətli təsirini 
göstərir.  Böyük  təriqətçi  alim  Fəzlullah  Nəimi  hürufilik  təlimini  daha  çox 
―Cavidannamə‖  əsərində  Ģərh  etmiĢdir.  Fəzlullah  Nəiminin  ―Cavidani-kəbir‖ 
(―Böyük 
əbədiyyət‖), 
―Cavidani-səğir‖ 
(―Kiçik 
əbədiyyət‖), 
―Məhəbbətnamə‖,  ―Növnamə‖  (―Yuxu  haqqında  kitab‖),  ―ƏrĢnamə‖, 
―Ġsgəndərnamə‖, ―Vəsiyyətnamə‖ əsərləri və ―Divan‖ı vardır.  
Naxçıvanda fəlsəfi-təriqətçi Ģeirin görkəmli nümayəndələrindən olan, öz 
yaradıcılığında  klassik  sufi  təlimlərini  davam  etdirən,  əhli-haqq  təriqətinə  aid 
olduğu  bildirilən  Beyrək  QuĢçuoğlu  (XIV)  uzun  müddət  Naxçıvanda  yaĢamıĢ 
və  fəaliyyət  göstərmiĢdir.  Beyrək  QuĢçuoğlunun  əsərləri  anadilli  Azərbaycan 
Ģeirinin  ən  qüdrətli  nümunələrindən  hesab  edilir.  QuĢçuoğlunun  əruz  vəznli 
əsərləri  heca  vəzninə  uyumluluğu  ilə  diqqəti  cəlb  edir.  Onun  az  bir  qisim  də 
olsa  xalq  Ģeiri  Ģəklində  yazılmıĢ  gəraylıları  xəlqilik  baxımından  xüsusi 
əhəmiyyət  kəsb  edir.  ġair  ana  dili  olan  türk  dilinə  hədsiz  doğmalıq  və  sevgi 
nümayiĢ etdirir.  
XIII  əsrin  görkəmli  ədiblərindən  biri  də  adı  çox  zaman  elmin  rəmzi 
olaraq çəkilən Nəsirəddin Tusidir. Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn 
Həsən  Tusinin  (1201-1274)  nəslinin  Naxçıvanda  Ordubadda  yaĢaması,  buna 
görə də I ġah Abbasın oranı bütünlüklə vergidən azad etməsi haqqında fərmanı 
XVII  əsrdə  Ordubadda  tikilmiĢ  böyük  cümə  məscidinin  qapısı  üstündəki  daĢ 
kitabədə  həkk  olunmuĢdur.  GeniĢ  Ģöhrət  qazanmıĢ  əxlaq  və  mənəvi  tərbiyə 
kitabı  olan  ―Əxlaqi-nasiri‖  əsərində  Nəsirəddin  Tusi  əxlaqi-ictimai  görüĢlərini 

Beynəlxalq  İpək Yolu  
 
 
126 
təqdim  etmiĢdir.  Ədəbi-bədii  yaradıcılığa  malik  sənətkar  olan  Tusi  bədii 
əsərlərini  nəzm  və  nəsr  Ģəkilində  yazmıĢdır.  Onun  Ģeirlərində  insanın  mənəvi 
gözəllikləri,  həyat  eĢqi  əsas  yer  tutaraq  həyatdakı  zülmə  və  zalımlığa  qarĢı 
Ģikayətlər  də  öz  əksini  tapır.  Ədəbi-bədii  yaradıcılığa  geniĢ  yer  verən 
Nəsirəddin  Tusi  ―Meyarül-əĢar‖  (―ġeirlərin  ölçüləri‖),  ―Əsasül-iqtibas‖ 
(―Ġqtibasın  əsasları‖) kimi  əsərlərində poetika və ədəbiyyatĢünaslıq elminə aid 
fikirlərini  əks  etdirmiĢdir.  Bundan  baĢqa  Nəsirəddin  Tusinin  bir  sıra  məsnəvi, 
qəsidə,  qitə  və  rübai  janrında  yazdığı  əsərlərində  həyata  aid  bir  sıra  mövzular 
özünə yer tapmıĢdır.  
  
 Beləliklə, milli tarixin ən qədim yaĢayıĢ məskəni olan Naxçıvan həm də 
milli mədəniyyət və ədəbiyyatın ən qədim, həm də ən zəngin məkanı olmuĢdur.  
 
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin