Açar sözlər: Ordubad, Cömçəxatun, yağıĢ, mövsüm, mərasim, çillə, ayin
NAXÇIVAN NAĞILLARININ REGĠONAL XÜSUSĠYYƏTLƏRĠ
SEVĠNC ƏLĠYEVA
AMEA Folklor Ġnstitutu
azfolklor@yahoo.com
Məqalədə Naxçıvan nağıllarının regional xüsusiyyətləri tədqiqata cəlb
olunub. Əvəzsiz milli sərvətimiz olan qədim Naxçıvan diyarının nağıllarının
öyrənilməsi istiqamətində bu günümüzə qədər bir çox dəyərli iĢlər
görülmüĢdür. GörülmüĢ iĢlər, elmi nailiyyətlər bir çox konseptual və tarixi-
xronoloji məsələlərin Ģərhi baxımından elmi dəyərini bu gün də qoruyub
saxlamaqdadır. Lakin hər ötən illər ərzində aparılmıĢ bir çox yeni tədqiqatların
elmi nəticələri, bir sıra ədəbi-tarixi məqamların daha obyektiv meyarlarla
dəyərləndirilmə imkanlarının yaranması qədim Azərbaycan diyarı olan
Naxçıvanın nağıllarının regional xüsusiyyətlərinin də araĢdırılmasına ehtiyac
yaradır. Naxçıvan nağıllarının regional öyrənilməsi olduqca böyük əhəmiyyətə
malikdir. Bu diyarın mənəvi və mədəni varlığını mükəmməl Ģəkildə özündə
cəmləĢdirən Naxçıvan nağıllarının tədqiq edilməsi təbii ki, onların toplanıb nəĢr
edilməsindən baĢlanır. Belə ki, Naxçıvan nağıllarının toplanıb nəĢr olunması
iĢində xeyli iĢlər görülsə də xalqımızın yaddaĢında qorunub bu günkü
dövrümüzə qədər gəlib çatmıĢ nağıl nümunələri hələ tam Ģəkildə qələmə alınıb
tədqiqata cəlb edilməyib.
Naxçıvan nağıllarının regional xüsusiyyətlərinin öyrənilməsinin
əhəmiyyətini aĢağıdakı kimi qeyd edə bilərik:
Beynəlxalq İpək Yolu
162
a)
folklorĢünaslıq və onun elmi prinsiplərinə sadiqlik baxımından çox böyük
əhəmiyyət kəsb edir;
b)
müasir dövrümüzdə milli-mənəvi dəyərlərin qorunması baxımından
xüsusi əhəmiyyətə malikdir; Çünki heç bir folklor çevrəsi, eləcə də Naxçıvan
folkloru ayrıca, təcrid olunmuĢ halda inkiĢaf edə bilməz. Ona görə də,
Naxçıvanın daxil olduğu regional mühit regionla qonĢu olan bölgələrin də
folklorunu özündə birləĢdirir.
c)
Qədim Naxçıvan bölgəsi folklorun digər janrları ilə yanaĢı nağıllarla da
zəngindir. Biz nağılların regional xüsusiyyətini araĢdırmaqla Naxçıvanın qədim
Oğuz-türk məskəni olduğunu ədəbi nümunələr əsasında qeyd edirik.
Onu da vurğulayaq ki, təkcə Naxçıvanın nağıllarının regional
xüsusiyyətlərini deyil, həm də regionun folklor fondunun spesifik
xüsusiyyətləri elmi araĢdırmaya cəlb olunub. Belə ki, ilk öncə Naxçıvanın
folklor mühitinin etnik-regional strukturunun folklorĢünaslıq problemləri
araĢdırılır, eləcə də bölgənin folklor mühitinin elmi-mədəni və maddi-coğrafi
əsası haqqında elmi təsəvvür formalaĢdırılır. Naxçıvan nağıllarının regional
xüsusiyyətlərini tədqiq etməklə bir daha əmin oluruq ki, etnos tarixi lokallaĢma
prosesində yarandığı ərazidə təkmilləĢmiĢ, xalqın yaddaĢında əbədi həkk
olunmuĢdur. Naxçıvanda nağıl janrını araĢdırmaq, janrın regional
özünəməxsusluqlarını öyrənmək isə elmi-tədqiqatımızın əsas predmetini təĢkil
edir. Onu da xüsusi qeyd edək ki, Naxçıvan nağıllarının regional
xüsusiyyətlərinin təhlili əsasında həm bu bölgənin, həm də digər bölgələrin
regional aspektdən öyrənilməsinin gələcək perspektiv aspektləri
müəyyənləĢdirilir. Digər bir tərəfdən, Naxçıvan folklor mühitinin Azərbaycan
folklorunun etnik-regional strukturunun ayrılmaz tərkib hissəsi kimi
öyrənilməsi mühüm nəzəri və praktik əhəmiyyətə malikdir. Naxçıvan
folklorĢünaslığının müasir mərhələsində regional folklor araĢdırmaları
istiqamətində müəyyən ənənə mövcud olduğundan məqalədə də bu istiqamətdə
əldə olunmuĢ nəzəri-metodoloji təcrübəyə geniĢ yer verilmiĢdir. Daha bir
məsələyə də ciddi toxunaq ki, müəyyən bir müddətdən sonra folklor nümunələri
insanların yaddaĢlarından silinib gedə bilər. Məhz buna görə də bölgələrimizin
regional xüsusiyyətləri nəzərə alınmaqla folklor nümunələri toplanılmalı, nəĢr
etdirilməli və tədqiq edilməlidir. Buna görə də, folklorun regional baxımından
öyrənilməsi həm professional folklorĢünaslıq elmi prinsipləri baxımından, həm
də müasir milli-siyasi gerçəklikdə milli-mənəvi dəyərlərin qorunması
baxımından xüsusi əhəmiyyətə malikdir. Bu fikirləri nəzərə alıb professor
YaĢar Qarayevin sözlərinə istinad edərək deyə bilərik ki, Azərbaycanın mənəvi
coğrafiyası onun folklorunda bütöv qalmıĢdır.
Açar sözlər: Naxçıvan nağılları, regional xüsusiyyətlər, folklor,
heyvanlar haqqında nağıllar
Tezislər
163
PĠRĠ RƏĠSĠN “KĠTABĠ-BƏHRĠYYƏ” ƏSƏRĠNDƏ YEDDĠ DƏNĠZ
TAHĠRƏ ƏLĠYEVA
AMEA Əlyazmalar Ġnstitutu
aliyeva.tahira1@gmail.com
XVI əsrin böyük türk alimi, dəniz admiralı, Ģair və səyyah Piri Rəisin
―Kitabi-bəhriyyə‖ əsəri dünya okeanlarını, dənizlərini və onların sahillərini tam
təfərrüatı ilə öyrənmək cəhətindən misilsiz əhəmiyyətə malikdir. Əsər mənzum
bir giriĢlə baĢlayır. Mənzum hissə 972 beytdən ibarətdir və 23 fəslə
bölünmüĢdür. Əksər hissə nəsrlə yazılmıĢdır. Nəsr hissə 209 fəsildən ibarətdir.
Bu yazıdan məqsədimiz yeddi dəniz haqqında əsərdə verilmiĢ maraqlı
məlumatları nəzərinizə çatdırmaq olduğu üçün digər fəsillər üzərində
dayanmadan birbaĢa 8-ci fəslə müraciət edəcəyik. Piri Rəis əsərin 8-ci fəslində
Yer kürəsini əhatə edən suların yalnız dörddə birində qitələr yerləĢdiyini və ona
görə də bu dörddə birə ―Rubi məskun‖ deyildiyini qeyd edir. Bu ―Rubi
məskun‖u əhatə edən dənizlərin sayının 7 olduğunu göstərir. 21-ci fəsilə Bəhri
Məğrib deməklə məlum olan Atlantik okeanı ayrılmıĢdır. Piri Rəis onun ucu
bucağı sonsuz bir ulu dərya olduğunu söyləyir. ―Cəbəlüttariq boğazından 4000
mil uzaqlıqda bir diyar tapdılar‖. Müəllif bu yerin Antilya adlandığını deyir və
kəĢf tarixini hicri 870 (1465-1466-cı illər) yazır. Bildiyimiz kimi Amerika
qitəsinin kəĢf tarixi 1492-ci ildir. Piri Rəisin göstərdiyi tarix isə təxminən 30 il
öncədir. Nəhayət, 7-ci dənizi alim Bəhri Qulzum adlandırır. Bu dəniz
sahillərində Rusiya, Qazaxıstan, Türkmənistan və Ġranla bərabər doğma
diyarımız Azərbaycanın da yerləĢdiyi Xəzər dənizidir.
Liki Qulzum baĢqa dəryadur həmən,
Qara yirdə göl misalidür ayan.
Cəmi devri ol dənizün iy nigar,
Mildə dört yek eyləmiĢlərdür qərar.
Baqi dəryalar qarıĢmaz ana bil,
Ol dəxi baqisinə bulmaz səbil.
Məadəsi Bəhr-i Əzəmlə tamam,
Muttasıldür bir birinə iy hümam.
beytlərindən göründüyü kimi, Piri Rəis Xəzər dənizinin baĢqa dənizlərlə əlaqəsi
olmadığını və hər tərəfi bağlı göl misalında olduğunu qeyd edir. Bütün baĢqa
dənizlər müəllifin ―Bəhri Əzəm‖ dediyi ―böyük okean‖la bağlıdır.
Doğma Xəzərimizin yeddi dənizin sırasına daxil edilməsi ilə biz iftixar
hissi duyuruq və bu dənizi qorumaq və gələcək nəsillərə təmiz təhvil vermək
hər birimizin borcudur. Hər bir insan ətraf təbii mühiti mühafizə etməklə
mükəlləfdir və havanın, suyun çirklənməsinə görə məsuliyyət daĢıyır.
Açar sözlər: Kitabi-bəhriyyə, dəniz, okean, Bəhri Qulzum
Beynəlxalq İpək Yolu
164
NAĞILLARIN POETĠK ĠMKANLARI
NAZĠRƏ ƏSGƏROVA
AMEA Naxçıvan Bölməsi
naziraasgerova@yahoo.com
Nağıllarda həyati problemlər, bəĢəri arzu və istəklər janrın imkanları
daxilində ifadə olunur. Nağıllarda xalqın həyatı, məiĢəti, dünyagörüĢü öz parlaq
əksini tapır. Bu zəngin xalq yaradıcılığı nümunələri ilkin görüĢləri, etiqadları,
adət-ənənələri öyrənmək üçün də zəngin material verir. Həm də nağıl, hər
Ģeydən əvvəl, xalqın arzu və ümidlərinin bədii ifadəsindən ibarətdir. Nağılın
ənənə hadisəsi olmasının ən üzdə olan, ilk baxıĢdan gözə dəyən tərəfi mətnin
strukturundadır. Məhz bu struktur ənənə hadisəsini həm də mətn hadisəsi kimi
gerçəkləĢdirir. Nağıl repertuarında sehirli nağıllar böyük yer tutur. Çünki bu tip
nağıllar qeyri-adi hadisələrlə, fantastik qəhrəmanlarla, möcüzəli əĢyalarla
zəngin olur. Mürəkkəb quruluĢa malik olan sehirli nağıllarda insanların qədim
mifik təsəvvürləri özünəməxsus Ģəkildə əks olunmuĢdur. Mifoloji düĢüncə
obraz, hadisə, element səviyyələrində epik Ģüurun qaynağına çevrilir. Sehrli
nağılların ən səciyyəvi xüsusiyyətlərindən biri odur ki, süjet əfsanəvi məkan və
zaman daxilində inkiĢaf edir. Əfsanəvi bədii nağıl məkanı real məkandan
ayrılır, bu məkan xüsusi semantikaya malik olur.
Nağılların poetik özünəməxsusluğunu ifadə edən obrazlar, xalq
təfəkkürü, inancı, dünyagörüĢü ilkin təsəvvürlərdə bərqərar olan xeyir və Ģər
dünyaları, onların mübarizəsi fonunda davam edən əbədi motiv olaraq öz
prinsiplərini müəyyənləĢdirir.
Açar sözlər: Naxçıvan nağılları, poetika, xalq yaddaĢı, mif
NAXÇIVAN FOLKLOR ÖRNƏKLƏRĠNDƏ DEMONĠK OBRAZLAR
TƏHMĠNƏ YUSĠFOVA
AMEA Folklor Ġnstitutu
tahmina.yusifova@gmail.com
Demonologiya- demonlardan, qədim yunan mifologiyasında hansısa
naməlum ilahi qüvvə anlamı ifadə edən, bir anda görünüb qəfildən qeybə çəkilə
bilən varlıqlardan bəhs edir, yeraltı qaranlıq dünya ilə bağlı acıqlı, bədxah
ruhlar haqqında mifoloji görüĢ və təsəvvürlər kompleksidir. Ġnsan fəaliyyətinin
bütün sahələrində demonologiyanın izlərinə rast gəlmək mümkündür. Dini-
mifoloji sistemdə yeraltı qaranlıq dünya ilə bağlı bir sıra varlıqların
mövcudluğunu
görə bilərik. Qədim folklor nümunələrimizdə də
demonologiyanın izləri açıq Ģəkildə görünməkdədir. Ruhlar, demonik varlıqlar
haqqında xalq arasında dolaĢan mifoloji rəvayətlərə gəldikdə isə, ayrıca folklor
janrı kimi bu tipli mətnlər indi də öz aktuallığını tam gücü ilə qoruyub saxlayır.
Tezislər
165
Nağıl, dastan, əfsanə, əsatir, mif və digər janrlara aid nümunələrdə tez-tez
demonik obrazlara rast gəlmək mümkündür. Azərbaycan folkloru janr və forma
xüsusiyyətləri baxımından zəngin olduğu kimi, regional xüusiyyətlərinə görə də
fərlqənir. Bildiyimiz kimi, folklor nümunələri ağızdan-ağıza keçərək toplanır.
Müxtəlif regionların dil-üslub xüsusiyyətləri, adət-ənənələri, həyat tərzi, tarixi
abidələri və s. həmin bölgənin folklor nümunələrinin formalaĢmasına təsir edir.
Folklor nümunələri də öz növbəsində bu xüsusiyyətləri özündə ehtiva edir.
Naxçıvan bölgəsi də bu cəhətdən özünəməxsusluğu ilə fərqlənir. Qədim tarixə
malik olan Naxçıvan ərazisindən toplanan folklor nümunələrində bir sıra
demonik obrazlara rast gələ bilirik. ―Naxçıvan‖ sözünün etimologiyası ilə bağlı
xalq arasında yayılmıĢ müxtəlif əfsanə, əsatir və miflər hələ qədim dövrdən bu
ərazidə fövqəltəbii qüvvələrin varlığından, onlara inamın olmasından xəbər
verir. Bununla bağlı bir neçə nümunə də göstərə bilərik. Naxçıvan ərazisində
toplanmıĢ ―Ocağın odunu su ilə keçirməzlər, qaynar suyu yerə tökməzlər.
Adama zəfər toxunar‖, yaxud, ‖Gecələr duz-çörəyi stolun üstündə saxlamazlar,
Ģeytan bərəkəti oğurlar‖, ―Aya, bir də aynaya çox baxmazlar, hər ikisi
ağılaparan Ģeydi‖ kimi inanc- yasaqlarda demonologiyanın izlərinə rast gəlirik.
Naxçıvan ərazisində olan tarixi yer adları ilə bağlı da xeyli sayda nümunələr
toplanmıĢdır. Naxçıvanın ilk Ģəhər mədəniyyəti nümunələri hesab olunan
Gəmiqaya təsvirləri ilə bağlı yaranan əfasənələrdə fövqəltəbii qüvvələrə inamın
izləri görünür. Ən qədim və böyük abidəmiz hesab olunun ―Kitabi-Dədə
Qorqud‖ dastanında da Naxçıvanın tarixi, adət-ənənəsi ilə bağlı çox sayda
hadisələrə rast gəlirik. Bu məqamları vurğulayacaq, folklorumuzda Naxçıvanın
izləri ilə bərabər, Naxçıvan ərazisindən toplanmıĢ nümunələrdən də bəhs
edəcəyik.
Açar sözlər: demonologiya, dini-mifoloji sistem, dastan, əfsanə, əsatir,
mif
TARİXİ İPƏK YOLU VƏ NAXÇIVANIN İQTİSADİ-MƏDƏNİ
ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ
Beynəlxalq
İPƏK YOLU
KONFRANSI
16-17 OKTAYBR 2015/NAXÇIVAN
Redaksiya heyəti:
E.S.İsayev
N.Ə.Yaqubov
Ə.H.Həşimov
Ə.R.Hüseynzadə
Nəşr edilmiş tezislərdə olan elmi məlumatların dəqiqliyi üçün
məsuliyyət müəlliflərin üzərinə düşür.
R.T.Babayev
Yığıma verilib: 01.10.2015
Çapa imzalanıb: 13.10.2015
Kağızın format: 70x100 1/16
Həcmi: 10 ç.v
Tiraj: 300
Kitab ,,Naxçıvan“ Universitetində səhifələnib çap olunmuşdur
E-mail:
nesriyyat@nu.edu.az
Tel:+994(036) 545 57 01
Unvan: Naxçıvan şəhər Babək məhəlləsi, ,,Naxçıvan“ Universitet şəhərciyi
Dostları ilə paylaş: |