Açar sözlər: Naxçıvan, anadolu, dialekt, Ģivə
ƏYLĠSDƏ QƏDĠM TÜRK MƏDƏNĠYYƏTĠ
NĠZAMĠ MURADOĞLU (MƏMMƏDOV)
AMEA Folklor Ġnstitutu
nizamimurad@gmail.com
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Əylis kəndi
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Araz çayının Ģimalında,
Ordubad Ģəhərinin qərb hissəsində, 7 (yeddi) kilometrlik bir məsafədə yerləĢir.
Əylis kəndi orta əsrlərdən baĢlayaraq böyük inkiĢaf yolu keçmiĢ, sənətkarlıq və
sənayenin yüksəliĢi ilə Ģəhər səviyyəsinə gəlib çatmıĢdır. Xüsusilə Əylisdə
ipəkçiliyin yüksək inkiĢafı digər sahələrin-toxuculuq və ipək ticarətlərinin
yaranmasını da sitimullaĢdırmıĢdı. XVI-XVII əsrlərdə Əylisdə bir çox ipək
sexləri, manufakturalar yaranmıĢ, əhalinin pul gəlirləri artmıĢ və beləliklə də
kəndin ictimai-sosial həyatında köklü dəyiĢikliklər baĢ vermiĢdi.
Əylisdə aparılan adadlıq iĢləri, küçələrin daĢla döĢənməsi, ikimərtəbəli
binaların salınması, kəhrizlər sisteminin yaradılması, o zamankı hakimiyyətin-
Ģahlıq üsul-idarəsinin diqqətini cəlb etmiĢ, bu məkanın təbii relyefinin gözəlliyi
I ġah Abbasın xoĢuna gəlmiĢ, Ģahın xəzinəsindən ayrılan vəsaitlə nadir
mədəniyyət abidələrindən olan ġah Abbas məscidi, hamamı, kəhrizi, mədrəsəsi
kompleksinin tikintisi planlaĢdırılmıĢdır. Beləliklə, Əylisin tarixi abidələri
sırasına ġah Abbasın adını daĢıyan adidələr kompleksi də əlavə olunmuĢdur.
Hazırda həmin abidələr kompleksi Əylis kəndinin mərkəzi ġah Abbas
meydanında öz həyatını sürməkdədir. ġah Abbas meydanından 3 (üç)
istiqamətdə yol ayrılır. ġərqə gedən yolun baĢlanğıcında Xanlar həyətinə açılan
darvaza ilk növbədə diqqəti cəlb edir.
Məqalədə Əylisdə mövcud olan digər abidələr ilə birlikdə ġah Abbas
məscidi və hamamı haqqında ətraflı məlumat vermək nəzərdə tutulur. Belə ki,
hazırda bu abidələrdən olan məscid sovet dövründə dağılb sökülsə də,
respublikamız ikinci dəfə müstəqilliyini qazanandan sonra yerli əhalinin daxili
Beynəlxalq İpək Yolu
102
imkanları ilə təmir edilib camatın istifadəsinə verilmiĢdir. Təbii ki, burada elmi
bərpadan söz demək olmaz. Amma məscidin dağılıb sıradan çıxmasının
qarĢısının alınmasında bu iĢin müəyyən önəm daĢıdığını da qeyd etməliyik.
Hamama gəlincə deməliyik ki, bu hamam üç gümbəzli olub nadir
abidələrdəndir. Bu hamamın oxĢarı Naxçıvan Ģəhərində elmi bərpadan sonra
mədəniyyət nümunəsi kimi qorunan Ġsmayıl xan hamamıdır.
Təqribən 600 kvadratmetrlik Əylis hamamını Ordubad və Naxçıvan Ģəh
ərində olan üçgünbəzli hamam binalarından fərqləndirən cəhəti onun bu ərazidə
yerləĢən abidələr kompleksinin tərkib hissəsi olmasındadır.
Açar sözlər:
Əylis, ġah Abbas, məscid, hamam, ipək, ticarət, daĢ, memarlıq
NAXÇIVANDA KĠTABXANALARIN TARĠXĠ
AYPARA BEHBUDOVA
Naxçıvan Dövlət Universiteti
behbudova_a@mail.ru
Hər bir xalqın mədəni inkiĢafında kitab və kitabxanalar böyük rol
oynadığı kimi, Azərbaycan xalqının da tərəqqi və inkiĢafında kitabxanalar
mühüm rolu vardır. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan
Azərbaycan maarifçilik hərəkatına və kitab mədəniyyətinin inkiĢafına mühüm
töhfələr vermiĢdir.
XIX əsrin birinci yarısından etibarən Naxçıvanda kitabxanalar təĢkil
edilməyə baĢlamıĢdır. 1837-ci ildə Naxçıvan Ģəhərində açılmıĢ ―Rus-tatar‖
məktəbi yanında 844 nüsxə kitab fonduna malik olan kitabxana yaradılmıĢdır.
Naxçıvanda ilk kitabxana yaradıcısı Eynalı bəy Sultanov olmuĢdur. Onun Ģəxsi
kitabxanası olmuĢ və Naxçıvan ziyalılarının əksəriyyəti bu kitabxanadan
istifadə etmiĢlər. 1881-1883-cü illərdə Naxçıvanda ―Müsəlman incəsənət və
dram cəmiyyəti‖ yaranır. Bu cəmiyyətin üzvü E.Sultanovun təĢəbbüsü ilə
cəmiyyətin kitabxanası təĢkil olunur. Bu kitabxanada böyük Azərbaycan
yazıçısı, mütəfəkkiri M.F.Axundovun, rus klassik yazıçılarının əsərləri
olmuĢdur.
Naxçıvanda ən zəngin kitabxanalardan biri də görkəmli ədəbiyyatĢünas
Əziz ġərifin atası MəĢədi Qurbanəli ġərifovun kitabxanası olmuĢdur. Onun
kitabxanasına Bağçasarayda və Kazan Ģəhərində nəĢr olunan kitablar gəlirdi.
XX əsrin əvvəllərində Naxçıvanda Hacımehdi Bağırov, Heydər Məmmədov,
Bəhruz Kəngərli, Əmirovların və baĢqa ziyalıların Ģəxsi kitabxanaları olmuĢdur.
Bu kitabxanalardan geniĢ xalq kütləsi istifadə etmiĢdir.
1905-ci ildə Naxçıvanda ―Müsəlman maarif incəsənət cəmiyyəti‖
tərəfindən rəsmi kitabxana açılıb. 1915-1916-cı illərdə Ģəxsi kitabxanaların
ayrı-ayrı ziyalılar tərəfindən yaradılması daha da artır. Bu illərdə Musayevlərin,
ġahbazağa Kəngərli, ġahbaz Kələntərov, Rza Təhmasibin, Həsən Səfərlinin
Tezislər
103
kitabxanalarını misal göstərmək olar. 1917-ci ildə Naxçıvan Ģəhərində üç
kitabxana olmuĢdur. Bunlardan biri ―Hümmətçi‖lərin, ikincisi ―Çinovniklər
klubu‖nun, üçüncüsü isə ―Müsəlman milli komitəsi‖nin kitabxanası idi.
Sovetlər dövründə də Naxçıvanda kitabxanaların fəaliyyətində müəyyən
dəyiĢikliklər olmuĢdur. Müstəqillik illərində isə Naxçıvanda digər sahələrlə
yanaĢı kitabxanaların da təkmilləĢdirilməsi, elektronlaĢdırılması sahəsində
çoxlu iĢlər görülmüĢdür. Hazırda Naxçıvan Muxtar Respublikasında 293-dən
artıq kitabxana- M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika
Kitabxanası, Adil Babayev adına Naxçıvan Muxtar Respublika UĢaq
Kitabxanası, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası,―Naxçıvan‖
Universitetinin Elmi Kitabxanası, Naxçıvan Müəllimlər Ġnstitutunun
Kitabxanası, Naxçıvan Kitab Evi, Ģəhər və rayonlarda 8 MərkəzləĢmiĢ
Kitabxana Sistemi və onların tərkibində 285 filial kitabxanaları fəaliyyət
göstərir.
Bütün bunlar, bir daha əmin olmağa əsas verir ki, milli –mənəvi irsimiz
olan kitabxanalarımız zəngin mütərəqqi ənənələrə, ümumbəĢəri dəyərlərə,
beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkiĢaf edəcək.
Açar sözlər: Naxçıvan, kitabxana, elektron kataloq, ―Müsəlman maarif
incəsənət cəmiyyəti‖
ĠPƏK YOLU ÜZƏRĠNDƏ TƏHSĠLĠN ĠNKĠġAFININ YENĠ ÜFÜQLƏRĠ:
“QAFQAZ” UNĠVERSĠTETLƏR BĠRLĠYĠ(KÜNĠB)
ORHAN SÖYLEMEZ
Ardahan Universitesi
info@kunib.com
11 Kasım 2009 tarihinde 3 ülkeden 7 üniversitenin bir araya gelmesiyle
kurulmuĢ olan Kafkasya Üniversiteler Birliği’nin (KÜNĠB) temel amacı
Kafkasya coğrafyasındakı paydaĢ ülkelerin sahip oldukları ortak mirastan yola
çıkarak bu ülkelerdeki üniversiteler aracılığıyla geleceğe ıĢık tutacak bir vizyon
belirlemek ve dil, kültür, sanat, tarih, ekonomi, eğitim gibi alanlarda ortak
bilimsel çalıĢmalar yapmaktır. KÜNĠB, kısa zamanda hızla büyüyerek 16
ülkeden 92 üniversitenin katılımıyla büyük bir strateji ve eğitim iĢbirliği
organizasyonuna dönüĢmüĢ bulunmaktadır.
KÜNĠB olarak 1. Olağan Kongremizi 08-13 Mayıs 2011 tarihleri
arasında Ardahan’da, 2. Olağan Kongremizi 04-05 Mayıs 2012 tarihleri
arasında Gürcistan’ın Batum kentinde gerçekleĢtirdik. 3. Olağan Kongremizi
ise 20-21 Mayıs 2013 tarihleri arasında Azerbaycan’ın BaĢkenti Bakü’de, YÖK
BaĢkanlarımızın, Milli Eğitim Bakanımızın ve bölge ülkelerin Eğitim
Bakanlarının katılımlarıyla gerçekleĢtirdik.
Beynəlxalq İpək Yolu
104
03-04 Mayıs 2014 tarihleri arasında Bakü’de düzenlenen I. KÜNĠB
Eğitim Fuarında 36 üniversitemiz temsil edildi ve yüksek düzeyde bir katılım
sağlandı. Gelen talepler ve elde edilen baĢarı doğrultusunda 2015 KÜNĠB
Eğitim Fuarları’nın, 14-15 Mart 2015 tarihleri arasında Üsküp -Makedonya’da,
11-12 Nisan 2015 tarihleri arasında da Bakü – Azerbaycan’da daha etkin bir
Ģekilde yapılmıĢtır. Öncelikli amacımız ülkemize olan yabancı uyruklu öğrenci
akıĢını artırmak ve böylece YÖK’ün uluslararasılaĢma vizyonuna katkı
sağlamaktır.
Türkiye üniversitelerinin farklı coğrafyalarda tanıtılması görevini etkin
bir Ģekilde yürütmekte olan KÜNĠB, KÜNĠB YÖS’ü (Yabancı Uyruklu Öğrenci
Sınavı) internet ortamında, bilgisayar tabanlı online bir sınav olarak
uygulamaktadır. KÜNĠB e-YÖS (www.kunibyos.com) ilk kez 15 Ağustos 2014
tarihinde Ürdün’de, 17 Ağustos 2014 tarihinde ise Türkiye (Ankara, Ġstanbul)
ve Azerbaycan’daki (Bakü) sınav merkezlerinde uygulanmıĢtır. KÜNĠB e-
YÖS, günümüz itibari ile Türkiye’de devlet ve vakıf olmak üzere 72
üniversitenin tanıdığı bilgisayar tabanlı bir sınavdır. Bu yıl ise 17 farklı
ülkedeki 21 sınav merkezinde eĢzamanlı ve yine online olarak 17 Mayıs 2015
tarihinde düzenlenmiĢtir.
Anahtar kelimeler: KÜNĠB, eğitim, Kafkasya, Bakü, Ankara
CULFA ġĠVƏLƏRĠNDƏ TƏSƏRRÜFAT LEKSĠKASI
RƏġAD ZÜLFÜQAROV
AMEA Naxçıvan Bölməsi
reshadzulfugarov@yahoo.com
Böyük Ġpək Yolunun üzərində yerləĢən Culfa rayonu qədim
zamanlardan mədəniyyəti, təsərrüfat həyatı, geniĢ ticarət əlaqələri ilə daim
diqqət mərkəzində olmuĢdur. Culfa Ģivələri özünəməxsus xüsusiyyətləri ilə
ədəbi dilimiz, həmçinin dialekt və Ģivələrimizdən seçilir. Culfa Ģivələrinin
təsərrüfat leksikası zəngin və əhatəlidir. Rayonunun əkinçilik, maldarlıq,
heyvandarlıq, atçılıq, əkinçilik, üzümçülük, bağçılıq və bu kimi digər təsərrüfat
sahələrini inkiºaf etdirmək baxımından əlveriĢli mövqedə yerləĢməsi burada
terminlər sisteminin zənginliyinə yol açmıĢdır. Dağlıq və dağətəyi əraziləri
əhatə edən bu rayonda qədim zamanlardan heyvandarlıq təsərrüfatının inkiĢafı
üçün əlveriĢli Ģərait yaranmıĢdır. Heyvandarlıq bölgədə yaĢayan əhalinin əsas
məĢğuliyyət sahələrindəndir. Təsadüfi deyil ki, ―Naxçıvan sancağının müfəssəl
dəftəri‖ və N.M. Süleymanovun əsərində burada iribuynuzlu və xırdabuynuzlu
heyvandarlığın geniĢ yayıldığı və təsərrüfatın mühüm sahələrindən birinə
çevrildiyi qeyd olunmuĢdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı əldə
edilən maddi-mədəniyyət nümunələri (Culfa rayonu ərazisində e.ə. III minilliyə
aid qoyun və digər heyvan sümükləri, gil, keramika məmulatlar), Gəmiqaya
Tezislər
105
təsvirləri, xalqımızın ruhunu, məĢğuliyyətini əks etdirən çoxlu sayda
heyvandarlıqla bağlı iĢlədilən folklor nümunələri və qədim milli dil
elementlərimizi özündə saxlayan Ģivə sözlərimiz burada heyvandarlığın,
xüsusilə də qoyunçuluğun Eneolit dövründən inkiĢaf etdiyini göstərməkdədir.
Məlumdur ki, cəmiyyətin inkiĢafı zamanı hər hansı bir təsərrüfat sahəsinin
güclü və sürətli yüksəliĢi bir tərəfdən insanların ehtiyaclarını qarĢılamaq
məqsədi güdürsə, digər tərəfdən əhalinin məskunlaĢdığı təbii-coğrafi Ģəraitin
verdiyi imkanlardan asılı olur.
Azərbaycan ərazisində əkinçilik təsərrüfatının yaranması Neolit dövrünə
aid olunur. Tarixən türk tayfaları su hövzələrində, çay vadilərində
məskunlaĢmıĢlar. Culfa rayonunun Araz, Əlincə çayları boyunca yerləĢməsi
buranın qədim türk yurdu, həmçinin əkinçilik təsərrüfatının inkiĢafı üçün
əlveriĢli Ģəraitə malik yer olmasından xəbər verir. Rayonda əkinlə bağlı iĢlənən
terminlər müxtəlif əĢya və alətləri, torpağın əkilmə dövrünü, əkinin
suvarılmasını, torpağın məhsuldarlığını, Ģum aparılmasını, cütə, xıĢa qoĢulan
heyvanların ad və sırasını, taxılın əkilməsini, əkində iĢtirak edən insanların
vəzifələrinə görə adlarını və nəhayət məhsulun yığılması ilə bağlı adları ifadə
edir.
Açar sözlər: Culfa, Ġpək Yolu, heyvandarlıq, təsərrüfat leksikası,
əkinçilik
NAXÇIVAN KĠTABXANALARI: MODERNLƏġMƏ YOLLARI
AXTARIġINDA
SEVĠL ZÜLFÜQAROVA
AMEA Əlyazmalar Ġnstitutu
nigar-aliyeva81@mail.ru
BəĢəriyyətin XXI əsrə– ideya və texnologiyalar əsrinə qədəm qoyması
ilə əlaqədar olaraq cəmiyyətimizdə bir sıra mühüm dəyiĢikliklər, yeniliklər
müĢahidə olunmaqdadır. Bu dəyiĢikliklər fonunda isə digər strateji əhəmiyyətli
obyektlərlə yanaĢı, sosial-mədəni institutların, informasiya mərkəzlərinin, o
cümlədən kitabxanaların da rolu durmadan artmaqdadır. Belə ki, artıq sistemli
informasiyalar mühiti dövlətçiliyin tərəqqisinə və inkiĢafına əhəmiyyətli
dərəcədə təsir edə biləcək ehtiyat sistemi rolunu oynayır. Bu baxımdan
kitabxanalar mühüm sənəd saxlayıcısı kimi həmiĢə informasiya sisteminin bir
hissəsi olmuĢdur.
QloballaĢma Ģəraitində müasir kitabxanalar özünü mədəniyyət mərkəzi,
elmi irsin qoruyucusu, yaradıcısı kimi göstərməklə yanaĢı, ən əsası müasir
informasiya sistemi ilə birbaĢa əlaqə yarada biləcək mərkəz rolunu oynayır. Bəs
kitabxanaların həyata keçirəcəkləri missiya müasir Ģəraitdə necə
formalaĢdırılır? Kitabxanaların fəaliyyəti oxucuların informasiya tələbatı ilə
Beynəlxalq İpək Yolu
106
uyğunlaĢdırılmalı, ənənəvi formalardan fərqli olaraq, yeni yanaĢmalar tələb
edən müəyyən informasiya fəzası yaradılmalıdır. Kitabxanaların müasir sosial
funksiyası isə ―dünyanın hansı nöqtəsində olursansa olsun hər bir sənət hamı və
hər kəs üçün dünyanın hər nöqtəsində əlveriĢli olmalıdır‖ konsepsiyası ilə ifadə
olunacaqdır. Texnoloji tərəfdən həmin konsepsiya elektron kitabxanaların
yaranması ilə və bu tip kitabxanalara giriĢi təmin edən sistemlərin tətbiqi və
inkiĢafı yolları ilə reallaĢdırılacaqdır.
Ġnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkiĢaf etdiyi
bir mərhələdə çoxları kitabxanaların gələcəkdə mövcud olmayacağını
proqnozlaĢdırırlar. Lakin onlar səhv edirlər. Çünki dünya təcrübəsi təsdiq
etmiĢdir ki, kitabxanalarda yeni xidmət formalarına keçmək üçün yeganə və
real baza– qabaqcıl telekommunikasiya və informasiya texnologiyalarıdır. Buna
görə də müasir kitabxanalarda çalıĢan peĢəkar mütəxəssislər cəmiyyətdə gedən
bu dəyiĢikliklərə nəinki biganə qalmır, həmin proseslərdə aktiv iĢtirak etməklə
ĠKT sahəsində yüksək nailiyyətlər əldə edirlər. Artıq cəmiyyətdə informasiya
sistemlərinin avtomatlaĢdırılması iĢinin həyata keçirilməsi proseslərinə
baĢlanmıĢdır. Bu baxımdan elektron texnologiyalara əsaslanan müxtəlif
informasiya sistemləri yaranmıĢ və bu sistemlər funksiyasından asılı olaraq,
informasiya axtarıĢı, informasiya– idarəetmə, informasiya– hesablayıcı,
məlumatın iĢlənməsi sistemləri, avtomatlaĢdırılmıĢ– informasiya sistemləri və
s. adlandırılmıĢdır.
Kitabxanalarda avtomatlaĢdırılma proseslərinin tətbiqi onların bütün
fəaliyyət sistemlərini əhatə edir: ədəbiyyatın abunəsi, komplektləĢdirilməsi,
iĢlənməsi, kataloqlaĢdırılması, xidmət sahələrini: abonoment və qiraət zalları,
kitabxanalar arası abonument, ədəbiyyatın mühafizəsi, nadir nəĢrlərin,
əlyazmaların konservasiyası, xarici ölkələrlə ədəbiyyat mübadiləsi təĢkili
fəaliyyətin ən mühüm istiqamətlərindən biri olan biblioqrafik informasiya
xidməti fəaliyyəti və s.
Kitabxana– biblioqrafiya proseslərinin avtomatlaĢdırılmasını tətbiq edən
kitabxanalar ilk növbədə elektron kataloqun yaradılmasından iĢə baĢlayırlar və
oxucuların ondan istifadəsini təĢkil edirlər. Son zamanlar avtomatlaĢdırılma
proseslərinin kitabxananın bütün sahələrinə müsbət müdaxiləsi, kitabxanalar
arasında informasiya resuslarının mübadiləsini və qarĢılıqlı əməkdaĢlığı daha da
məqsədəuyğun etmiĢdir. AvtomatlaĢdırılmıĢ kitabxanalarla əməkdaĢlığın
yaradılması və inkiĢaf etdirilməsi heç bir kitabxana daxili informasiya balansı
ilə kifayətlənmədiyindən və kifayətlənməyəcəyindən hər bir kitabxanların digər
kitabxanalarla iĢ birliyinə və müĢtərək informasiya bölgüsünə ehtiyacı var.
Müasir kitabxanaçı həm də yaxĢı menecer olmalıdır, müasir kitabxanaçı
poliqlot bir Ģəxs kimi bir neçə dünya dilini mənimsəməli, həm də müasir
texnologiyalarla peĢəkarcasına davranmalıdırlar.
Kitabxanaların informasiya mərkəzinə çevrilməsi, informasiyanı müasir
texniki avadanlıqların vasitəsi ilə alması, paylanması və ötürülməsi, kitabxana
Tezislər
107
proseslərinin avtomatlaĢdırılması, Azərbaycan gerçəkliklərinin beynəlxalq
aləmə çatdırılması və s. kimi iĢlərin həyata keçirilməsində kitabxanalar öz
iĢlərini daha effektiv qurmaq üçün sorğular və monitorinqlər keçirməli və
gələcək iĢ prinsiplərini, perspektivlərini müəyyən etməlidirlər. Aparılan sorğu
və monitorinqlərə aĢağıdakıların təhlil edilməsi zəruridir:
1.
Bu gün hansı bilik və informasiyaya (məzmununa, formasına və
mənbələrinə görə) güclü tələbat var?
2.
Hansı bilik və informasiyaya sabah tələbat yaranacaqdır?
3.
Ġnformasiyanı kitabdan, yoxsa elektron informasiya mənbələrindən
əldə etmək istəyərdiniz?
Ġnformasiya tələbatlarının kəskin dərəcədə artdığı, ―Ġnformasiya əsri‖
adlandırılan XXI əsrdə qarĢıya qoyulan ən mühüm vəzifələrdən biri
informasiya cəmiyyətinin yaradılmasıdır. Fəaliyyətini doğru istiqamətdə
qurmuĢ kitabxanalar ən dəyərli informasiya mənbələridir.
Açar sözlər: kitabxana, informasiya mərkəzi, qloballaĢma, nadir nəĢrlər
HÜSEYN CAVĠD ĠRSĠNƏ ƏBƏDĠYAġARLIQ QAZANDIRAN
ÜMUMMĠLLĠ LĠDER HEYDƏR ƏLĠYEV
SALATIN ƏHMƏDLĠ
Azərbaycan Memarlıq və ĠnĢaat Universiteti
huseinjavid@gmail.com
Dünya romantizminin görkəmli nümayəndəsi, Azərbaycan ədəbiyyatında
romantizm cərəyanının banisi Hüseyn Cavid həmiĢə Heydər Əliyevin diqqət
mərkəzində olmuĢdur. 1982-ci ildə H.Cavidin cənazəsini uzaq Sibirdən
gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi, içərisində bu gün
Cavidlərin birgə uyuduğu möhtəĢəm məqbərənin tikilməsi Heydər Əliyevin
böyük qəhrəmanlığı, misilsiz rəĢadəti, təkcə Cavidə deyil, ümumən Azərbaycan
ədəbiyyatına, ədəbi-ictimai fikrinə tarixi ehtiramı idi. O, 1995-ci ildə Hüseyn
Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilmiĢ müĢavirədə
demiĢdir: ―Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün
nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün
nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda onun həyatı faciəli olubdur.
Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən
çıxara bilməyib, yaĢadıbdır‖.
Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması,
romantik Ģair və filosof H.Cavid haqqındakı fikirləri müasir cavidĢünaslığın
metodoloji əsaslarını müəyyən edir: ―Hüseyn Cavid XX əsrdə Azərbaycan ədə-
biyyatının, mədəniyyətinin inkiĢaf etməsində misilsiz xidmətlər göstərmiĢdir.
Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini
yüksəklərə qaldıran böyük Ģəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı
Beynəlxalq İpək Yolu
108
əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər
üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti
Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad,
müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan
xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmiĢə öz iradəsi ilə yaĢamıĢ,
öz iradəsinə, millətinə sadiq olmuĢdur, millətini, xalqını həddindən artıq sevmiĢ
və millətinə həddindən artıq xidmət edən bir insan olmuĢdur‖.
Göründüyü kimi, H.Cavidin ədəbi-tarixi mövqeyinə verilən bu konseptual
dəyərdə böyük romantik Ģair və filosofun yaradıcılığına xas bir neçə cəhət öz
ifadəsini tapır: o, ədəbiyyat və mədəniyyətimizi ucaldır; yaratdığı əsərlər milli
sərvətimizdir; əsərləri bu günün və gələcəyin dərs kitabıdır; ideyaları azadlıq və
müstəqilliyə xidmət edir; o böyük yaradıcılıq iradəsi nümayiĢ etdirmiĢ;
millətinə sadiq olmuĢ, onu sevmiĢ və hədsiz xidmət göstərmiĢdir.
Açar sözlər: ədəbiyyat, türkçülük, Cavid, məqbərə
NAXÇIVANIN QƏDĠM SƏNƏT NÜMUNƏLƏRĠNDƏKĠ XAÇ
ĠġARƏLƏRĠNĠN SEMANTĠK MƏZMUNU
FĠZZƏ QULĠYEVA
Naxçıvan Dövlət Universiteti
fizze25@mail.ru
Naxçıvanın Eneolit və Tunc dövrünə aid yaĢayıĢ yerlərindən, qəbir
abidələrindən aĢkar edilmiĢ sənət nümunələri üzərindəki təsvirlərdən qədim
insanların həyat tərzini, məĢğuliyyətini, həmçinin onların mifoloji və səmavi
düĢüncəsini aydın Ģəkildə müĢahidə etmək mümkündür. Həndəsi, nəbati
ornamentli təsvirlərdə təsvirin sxematikliyi, sadəliyi, informasiyanın Ģəkli
olaraq kodlaĢdırılması böyük bir dövr ərzində sənətkarlıq ənənəsi kimi davam
etdirilmiĢdir. Eneolit və Erkən Tunc dövrü keramika məmulatı üçün daha çox
cızma, basma, qabartma üsulu ilə həll olunan təsvirlər xarakterik olsa da Orta
və Son Tunc dövrü təsvirləri üçün daha çox tipik xüsusiyyət onların boya ilə
çəkilməsidir. Bu da həmin dövrün sənətkarlıq yapısının dəyiĢməsini, inkiĢaf
etməsini göstərir. Yığıcılıq və ovçuluqla məĢğul olan qədim insan zamanla
təsərrüfatı təkmilləĢdirmiĢ, əkinçilik və maldarlıq vərdiĢlərinə yiyələnmiĢ,
sənətkarlığı inkiĢaf etdirmiĢ, bununla bağlı düĢüncələrini isə sxematikləĢmiĢ
Ģəkildə qayalara, keramikaya həkk etmiĢdir. Təsvir edilən motivlərdə ov və
təsərrüfat heyvanları ilə bərabər yırtıcı heyvanların, quĢların da təsvirləri yer
almıĢdır. QuĢları göy aləminin təmsilçisi hesab edən qədim insan digər
heyvanları quĢ təsvirlərindən alt hissədə təsvir etmiĢdir. Ehtimal ki, təsərrüfat
qablarında quĢ təsviri bərəkətin qorunması ilə bağlı inamları simvolizə etmiĢdir.
Ġnanclara görə məhsul insanlara göydəki tanrılar tərəfindən verilmiĢdir. Eneolit
dövrü təsvirlərindən fərqli olaraq Orta Tunc dövrü təsvirlərində zəngin sujetli
Tezislər
109
motivlərlə yanaĢı artıq qabın səthindəki təsvirlərin müxtəlif mərhələlərə
bölünməsi də tətbiq olunmuĢdur. AraĢdırmalar göstərir ki, bu tip təsvirlər qədim
insanların mifoloji dünya ilə bağlı təsəvvürlərini əks etdirmiĢdir. ġahtaxtıdan
tapılmıĢ küpənin üzərində üst qurĢaqda quĢların, orta qurĢaqda heyvan
təsvirlərinin, alt qurĢaqda isə xaotik təsvirlərin verilməsi bunu təsdiq edir. Bu
tip Ģərti bölgüyə digər təsvirlərdə də rast gəlmək mümkündür. Əkinçilik və
maldarlıq təsərrüfatının inkiĢaf etdiyi Tunc dövründə su insanların
ideologiyasında məhsuldarlığın mənbəyi kimi müəyyən yer tutmuĢdur. Bir çox
mənbələrdə dalğalı xəttin suyun Ģərti simvolikası olduğu irəli sürülmüĢdür. Bu
tip dalğalı xətlərə təsərrüfat qablarında geniĢ yer verilməsi ehtimal ki, bu
ideologiya ilə bağlıdır. Təsvirlərdə rast gəlinən ilan rəsmləri məhsuldarlığın və
bərəkətin qoruyucusu mənasını ifadə etmiĢdir. Ġlkin məhsuldarlıq ayinlərinin
təsvirinə Cənubi Qafqaz və Mesopotamiyada yayılan mədəniyyətlərdə də rast
gəlinir. Məhsuldarlıq ilahəsi Ġnannanyala bağlı sujetli təsvirlər bu baxımda
xüsusilə diqqətəlayiqdir. AraĢdırmalar göstərir ki, qədim dövrdə məhsuldarlıq
insanlar üçün hər Ģeydən önəmli olduğu üçün təsvirlər vasitəsi ilə müəyyən fikir
ifadə etməyə çalıĢmıĢ və onların ovsunlayıcı funksiyasına inanmıĢlar. Belə
nəticəyə gəlmək olar ki, təsvirlərin yaranması zəruri ehtiyacdan olmuĢ,
insanların dini – mifoloji görüĢlərini əks etdirmiĢdir.
Dostları ilə paylaş: |