Açar sözlər: Naxçıvan, Böyük Ġpək Yolu, inzibati ərazi bölgüsü
NAXÇIVAN MUXTAR RESPUBLĠKASINDA ORTA DAĞLIQ
TORPAQLARININ EKOLOJĠ ġƏRAĠTĠ
SAHĠB HACIYEV
AMEA Naxçıvan Bölməsi
sahibhaciyev@mail.ru
2015-ci il Azərbaycanda, həmçinin Naxçıvan Muxtar Respublikasında
kənd təsərrüfatı ili elan olunmuĢdur. Məhz buna görə də Muxtar Respublikada
əhalini etibarlı kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün, torpaq
münbitliyini artırmaq məqsədilə orta dağlıq qurĢaqda daimi olaraq torpaq-bitki
tədqiqatlarının aparılması aktuallıq kəsb edir.
Tədqiqat obyekti kimi Naxçıvan Muxtar Respublikasının orta dağlıq
qurĢağında təqribən 2200-2400 metrdən yüksək olan torpaq sahələri
götürülmüĢdür.
ĠĢin məqsədi Naxçıvan MR-in orta dağlıq zonasında torpaqların müasir
ekoloji problemlərini öyrənmək və onlardan mədəni, təbii bitkilər altında
səmərəli istifadə etmək üçün təklif və tövsiyələr hazırlamaqdan ibarətdir.
AparılmıĢ tədqiqatlar əsasında orta dağlıq qurĢaqda açıq-dağ qəhvəyi
(Ģabalıdı), çəmən, bataqlıq çəmən, allüvial-çəmən, dağ-Ģabalıdı (qəhvəyi) və
digər torpaq tip və yarımtipləri müəyyənləĢdirilmiĢdir.
Orta dağlıq qurĢaqda göstərilən torpaqların tip və yarımtiplərinin
münbitliyini pozan deqradasiya prosesləri öyrənilmiĢ və bu amillər uyğun
qruplarda birləĢdirilərək aĢağıdakı kimi göstərilir.
I.Təbii amillər. Muxtar Respublikada torpaq münbitliyinin pozulmasına
təsir göstərən əsas amillərdən biri təbii amillərdir. Ərazidə səhralaĢma və torpaq
münbitliyinin pozulmasına təsir edən təbii amillərdən eroziya, ĢoranlaĢma,
Beynəlxalq İpək Yolu
68
ĢorakətləĢmə, bataqlıqlaĢma, daĢlıq və kol-kosla basmıĢ sahələr və digərlərini
göstərmək olar.
II. Antropogen amillər. SəhralaĢma torpaq deqradasiyasını yaradan
səbəblər arasında təbii amillərlə yanaĢı, antropogen təsirlər də əsas diqqət çəkən
məsələlərdən biridir. Antropogen amillər ətraf mühitə, o cümlədən torpağa təsir
göstərən insan fəaliyyətinin müxtəlif formalarını birləĢdirir. Orta dağlıqda
səhralaĢma və torpaq deqradasiyasını yaradan antropogen amillərin müxtəlif
formalarından biri olan əhalinin ərazidə məskunlaĢmasıdır.
Naxçıvan Muxtar Respublikasının orta dağlıq zonada göstərilən
torpaqların tip və yarımtiplərinin münbitliyini pozan deqradasiya prosesləri
öyrənilmiĢ və onların aradan qaldırılması üçün tədbirlər müəyyənləĢdirilmiĢdir.
1. Naxçıvan Muxtar Respublikasının orta dağlıq zonasında ekocoğrafi
problemləri öyrənmək məqsədilə ərazidə torpaqəmələgəlmə prosesinin
müxtəlifliyi nəzərə alınaraq yayılan torpaq tip və yarımtipləri öyrənilmiĢdir.
2. Tədqiqat iĢində ərazidə torpaq münbitliyini pozan səhralaĢma və sair
torpaq deqradasiyası proseslərini yaradan səbəblər araĢdırılmıĢ və onların
qarĢısını almaq üçün tədbirlər müəyyənləĢdirilmiĢdir.
3. Tədqiqat iĢinin nəticələri təhlil olunaraq Naxçıvan Muxtar
Respublikasının orta dağlıq zonasında əsas deqradasiya proseslərinin baĢ
verdiyi sahələr öyrənilmiĢdir.
Açar sözlər: Naxçıvan Muxtar Respublikası, orta dağlıq qurĢaq, ekoloji
problem, səhralaĢma, deqradasiya
NAXÇIVAN ƏRAZĠSĠNDƏN KEÇƏN KARVAN YOLLARININ FĠZĠKĠ-
COĞRAFĠ XÜSUSĠYYƏTLƏRĠNƏ DAĠR
ƏLĠ QURBANOV
NĠGAR BABABƏYLĠ
―Naxçıvan‖ Universiteti
eliqurbanov@mail.ru
ninaba@mail.ru
Naxçıvan diyarının əlveriĢli coğrafi mövqeyi, təbii sərvətləri və təbii
Ģəraiti onun Böyük Ġpək Yolu üzərində inkiĢafının əsas səbəblərindən biri
olmuĢdur. Belə ki, Ģərqlə qərb və Ģimalla cənub arasında böyük karvan
yollarının kəsiĢdiyi yerdə yerləĢən qədim Naxçıvan olduqca rəngarəng
landĢafta, müxtəlif iqlim tipinə, otlaq təsərrüfatları üçün potensial yem
mənbəyinə sahib olmuĢdur. Olduqca balaca bir ərazidə dörd iqlim tipinin, 200-
dən artıq mineral su mənbəyinin, elecə də böyük debitli bulaqların, düzənlik
zonada isə bol sulu kəhrizlərin olması karvan yollarının məhz buradan
keçməsinin baĢlıca səbəbi olmuĢdur. Dağlıq və düzənlik zonanın qovuĢduğu bu
yerdə zəngin yay və qıĢ otlaqlarının olması karvanı təĢkil edən qoĢqu
Tezislər
69
heyvanlarının il boyu yemə olan tələbatını ödəyə bilmiĢ, ilin fəsilindən asılı
olaraq müxtəlif istiqamətlər seçən karvanlar onlardan istifadə etmiĢlər.
Soyuq dövrdə Naxçıvan ərazisinə karvanlar qıĢ otlaqları boyu cənub-
Ģərqdən Ģimal-qərbə doğru, isti dövrdə isə Ģimaldan Ģimal-qərbə və cənub-Ģərqə
doğru və ya əksinə hərəkət etmiĢlər. Zəngin subalp çəmənlikləri heyvanların
zəngin yem bazası olmaqla yanaĢı sərin hava onlar üçün təhlükəli xəstəlik olan
qızdırmanın müalicəsində istifadə olunmuĢdur.
Ələngəzdə (Zəngəzur) yerləĢən dağ aĢırımları müxtəlif vaxtlarda
karvanların keçidi üçün əlveriĢli olmuĢdur. Məsələn: Ayçınqıl aĢırımı (3707 m)
VII-IX aylarda, Bazarməscid aĢırımı (3576 m) VIII aydan IX aya kimi,
Dağdağan aĢırımı (2958 m) II ayla XII ay arasında, Gədik aĢırımı (2563 m) IV-
XI aylarda, Dəmirlidağ aĢırımı (3137 m) III-XI ay, EĢĢək meydanı aĢırımı
(2876 m) IV-XI ay, Xəzəryurd aĢırımı (3537 m) V-X ay, ġıxyurdu aĢırımı
(3015 m) VII-IX ay, Biçənək aĢırımı (2347 m) IV-XI ay, Zırnel yurdu aĢırımı
(2682 m) V-XI aylarda, Qaraboya aĢırımı (2090 m) V-XI aylarda, Gərməçataq
keçidi il boyu, Yeddi bulaq aĢırımı (2486 m) il boyu, eləcə də Günnütdən Araza
qədər bütün keçidlər il boyu karvan yolları üçün açıq olmuĢdur. Arazdan
keçərək cənubla cənub-qərb və Ģimala istiqamətlənən, 625 metrlə 800 metr
hündürlük arasında yerləĢən karvan keçidləri Diyadin, ġahtaxtı, Qızılvəng,
Gülüstan, Culfa, Aza və Kotam məntəqələrində yerləĢmiĢdir.
Yollar üzərində karvanların ərzaq, yem, güvənlik təminatı üçün, eləcə də
keçidləri asanlaĢdırmaq məqsədilə karvansaralar, daĢ körpülər tikilmiĢ, dağlıq
zonada isə zağa və mağaralardan, eləcə də anbar, müsafirxana və heyvanların
gecələməsi üçün tikililərdən istifadə olunmuĢdur.
Böyük Ġpək Yolunun bərpasından söz getdiyi bu məqamda bizcə karvan
yolları coğrafi aspektdən yenidən iĢlənməli, eyni zamanda bu yollara məxsus
tarixi abidələr bərpa olunmalıdır.
Açar sözlər: fiziki-coğrafi xüsusiyyət, Böyük Ġpək Yolu, karvan,
Naxçıvanın əlveriĢli coğrafi mövqeyi
OSMANLI MƏNBƏLƏRĠNDƏ NAXÇIVANIN SOSĠAL- ĠQTĠSADĠ,
COĞRAFĠ VƏZĠYYƏTĠ HAQQINDA MƏLUMATLARA DAĠR
FATĠH ĠMAT
Kastamonu Universiteti
fatihimat@hotmail.com
Ərəb qaynaqlarında NaĢava Ģəklində göstərilən Naxçıvan Səlcuqlar və
Elxanilər zamanında Naxcuvan kimi, Evliyə Çələbiyə görə isə NahĢovan olaraq
ifadə olunmuĢdur. 1514-cü il Çaldıran savaĢından sonra Osmanlı tabeliyinə
keçən Naxçıvan diyarında inzibati ərazi bölgüsü dəyiĢdirilərək sancaq, nahiyə
və kənd idarəçiliyi yaradılmıĢ və bu qurumlara müvafiq olaraq sancaqbəyi,
Beynəlxalq İpək Yolu
70
naiblər və kəndxudalar rəhbərlik edirmiĢ. Ġnzibati ərazi bölgüsünün
dəyiĢdirilməsi diyarın iqtisadi-coğrafi əhəmiyyətini artırmıĢ, ticarət, kənd
təsərrüfatı, sənaye istehsalı yenidən canlanmağa baĢlamıĢdır. XIX əsrin
baĢlanğıcına kimi bölgə zaman-zaman Osmanlı və Ġran tabeliyinə keçmiĢ, bir
müddət xanlıq kimi idarə olunmuĢdur. 1826-1828-ci illərdə baĢ verən Ġran-
Rusiya müharibəsindən sonra Naxçıvan diyarında əhalinin milli tarazlığı
pozulmuĢ, yaxın Ģərqdən, xüsusilə Ġrandan Qafqaza, o cümlədən Naxçıvan
diyarına ermənilərin miqrasiyası baĢlamıĢdır. Milli tarazlığın pozulması eyni
zamanda sosial yaĢam tərzinə, iqtisadiyyatın ixtisaslaĢmasına təsir etmiĢdir.
Osmanlı arxiv bəlgələrində 80-dən artıq mövzu ilə əlaqədar 157 bəlgə məhz
Naxçıvanın iqtisadi-siyasi həyatını əks etdirməkdədir. Bəlgələrin ilk bölümü
―Mühimme‖, ―Vakıf‖ və ―Tapu-Tahrir‖ dəftərləridir. Qeyd etmək lazımdır ki,
Naxçıvan və Rəvanla (Ġrəvan) bağlı bu dəftərlərin sayı 200-dən artıqdır. 905
saylı Tahrir dəftəri 554 səhifədən ibarətdir. Bəlgələrdə 1553-1555-ci illərdə
Qanuni Sultan Süleymanın Ġran və Ġraqa üçüncü yürüĢü Naxçıvan səfəri kimi də
adlandırılır. Bu səfərdən sonra inzibati ərazi bölgüsündə sancaq və nahiyə ilə
yanaĢı qəza və bəylərbəyliklər də yaradılmıĢdır. III Əhməd zamanında
Naxçıvan kəndləri haqqında müfəssəl dəftər hazırlanmĢ və dəftərdə sancağın
iqtisadi-sosial və coğrafi Ģəraiti lazımi səviyyədə əks etdirilmiĢdir.
Arxiv bəlgələrində Naxçıvana və Rəvana köç edən ermənilərin əsl
məqsədləri– onların terror, müharibə və digər yollarla Osmanlı əleyhinə
fəaliyyət göstərmək məqsədləri göstərilməkdədir. Sultar II Əbdülhəmid
zamanında 1890-dan baĢlayan erməni üsyanları eyni vaxtda Naxçıvanda
ermənilərin quldurluq hərəkətləri, çətə yaratmak, yardım və silah toplamaq
fəaliyyətləri ilə paralellik təĢkil edir. Bu fəaliyyətdə Eçmədzin katolik kilsəsi
xüsusi rol oynamıĢdır. 1905-ci il və I Dünya savaĢı sonrası Osmanlıların
Qafqazdan çəkilməsindən sonra Naxçıvan kəndlərində müxtəlif vaxtlarda
ermənilər tərəfindən törədilən qətllər bəlgələrdə xüsusi yer almıĢdır.
Açar sözlər: Osmanlı mənbələri, Naxçıvan sancağı, ərazi bölgüsü, Ġrəvan
xanlığı
TALIġIN DAĞ MEġƏ LANDġAFTLARININ REKREASĠYA
POTENSĠALININ QĠYMƏTLƏNDĠRĠLMƏSĠ
ĠLAHƏ QULĠYEVA
AMEA Coğrafiya Ġnstitutu
ilahe101@gmail.com
Müasir dövrümüzdə sürətlə inkiĢaf edən rekreasiya təsərrüfatı insanların
fiziki, iqtisadi, sosial və psixoloji ehtiyaclarından doğan bir sahədir. Rekreasiya
təsərrüfatının inkiĢafı əhalinin sosial vəziyyətinin yaxĢılaĢmasına, sağlamlığının
Tezislər
71
möhkəmlənməsinə, əmək qabiliyyətinin artmasına və iqtisadiyyatın inkiĢafına
kömək edir.
Rekreasiya ehtiyatları tükənməyən sərvət olmaqla, təbii sosial-iqtisadi,
tibbi- bioloji və ekoloji amilləri özündə birləĢdirir.
Azərbaycanın
ayrı-ayrı
regionlarının
landĢaftlarının
rekreasiya
ehtiyatlarının qiymətləndirilməsi və optimallaĢdırılması istiqamətində bir sıra
tədqiqatlar aparılmıĢdır. Kiçik Qafqazın Ģimal-Ģərq yamacının rekreasiya
ehtiyatları Y.Ə.Qəribov(1990, 2003, 2012), T.Y.Verdiyeva (2009), Xəzər
dənizi sahilləri, V.Dərgahov (2008), Böyük Qafqazın Ģimal-Ģərq yamacı
M.C.Ġsmayılov (1991), E.ġ.Məmmədbəyov (2008) və s. tədqiqatçılar tərəfindən
öyrənilmiĢdir. TalıĢ dağlarının rekreasiya ehtiyatları, landĢaft ekoloji potensialı
kifayət qədər tədqiq olunmamıĢdır. Halbuki TalıĢ dağları respublikamızın
mühüm rekreasiya və ekoturizm ehtiyatlarına malik olan regionlarından biridir.
LandĢaftların təbii rekreasiya ehtiyatı və onun təyini ilə əlaqədar müxtəlif
fikirlər mövcuddur.Y.Ə.Qəribov rekreasiya landĢaftları dedikdə müəyyən
rekreasiya funkisyasını yerinə yetirən, sistemli Ģəkildə insanlar tərəfindən idarə
edilən təbii antropogen landĢaft komplekslərini nəzərdə tutur. Rekreasiya
kompleksləri insanların sağlamlığına müsbət təsir göstərən, onlarda müsbət
emosiyalar yaradan, aktiv istirahətlərini təmin edən təbii ərazi vahidləridir.
BlaqoveĢenskiy V.P, Quliyeva T.S (2006) dağlıq ərazilərin rekreasiya
ehtiyatllarının landĢaft ekoloji qiymətləndirilməsində ilkin metod kimi ərazinin
təbii landĢaft xəritəsinin tərtib olunmasını təklif etmiĢlər. Təbii ki, landĢaft
xəritəsi tərtib olunan zaman tədqiq olunan ərazidə mövcud olan landĢaft növləri
xəritədə öz əksini tapmalıdır. Bunun əsasında da landĢaft rekreasiya
rayonlaĢdırılması aparmaq mümkündür. Rekreasiya zonasında landĢaft
növlərinin sayının çox olması onun rekreasiya qiymətini artırır.
TalıĢ dağlarının relyef və iqlim Ģəraitinə uyğun formalaĢmıĢ landĢaft
kompleksləri Böyük və Kiçik Qafqazın təbii landĢaftlarının yüksəklik üzrə
paylanma qanunauyğunluğundan kəskin fərqlənir. Belə ki, landĢaftın əsas
aparıcı komponentlərindən olan iqlim məlumatlarının təhlili göstərir ki, TalıĢ
dağlarında dağətəyindən yüksəkliyə doğru yağıntıların, temperaturun
paylanmasında inversiya mövcuddur. Bu əlamətlər regionun təbii
landĢaftlarının ekoloji xüsusiyyətlərində, eyni zamanda rekreasiya potensialında
öz əksini tapmıĢdır.
Kserofit dağ çölləri landĢaftı TalıĢ dağlarının suayrıcını (2400-2500m) və
ətraf əraziləri əhatə edir. Azərbaycanın digər dağlıq regionlarından fərqli olaraq
burada landĢaft inversiyası kəskin Ģəkildə özünü göstərir. Digər dağlıq
ərazilərdə qeyd olunan yüksəklikdə məhsuldar subalp və alp çəmənlikləri
olduğu halda tamamilə fərqli, kserofit çöl landĢaftı formalaĢmıĢdır. Burada
əsasən yayı quraq keçən soyuq iqlim hakim olub, yağıntıların miqdarı 300-350
mm təĢkil edir. Yağıntılar əsasən payız aylarında düĢür. Qeyd olunan kompleks
antropogen təsirlərə mövsümi olaraq məruz qalır. Ona görə də burada
Beynəlxalq İpək Yolu
72
infrastruktur demək olar ki, inkiĢaf etməmiĢdir. Lakin bu kompleksdə mövcud
olan ĢiĢ uclu sıldırım qayalar, kanyonvari çay dərələri, kserofit çöllərə xas olan
endemik bitki növləri rekreasiya üçün maraqlıdır. Xüsusilə yay aylarının
yağıntısız keçməsi burada atçılıq və məcara turizminin inkiĢafı üçün
əlveriĢlidir.
TalıĢ dağlarının dağ-meĢə landĢaft kompleksi respublikanın digər
regionlarından rekreasiya potensialına görə kəskin fərqlənir. Qeyd olunan
landĢaft kompleksi ərazinin alçaq və orta dağlığını əhatə etməklə əsasən yayı
quraq keçən və yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi zonasında
yerləĢir. Ən çox yağıntı ərazinin cənub-Ģərq hissəsində (1200-1400 mm) düĢür.
ġimal qərbə doğru yağıntıların miqdarı azalaraq 600-700 mm təĢkil edir.
LandĢaft tipində ümumi günəĢ radiasiyası 132-136 kkal.sm
2
, günəĢ parıltılı
saatların miqdarı 2000-2200 təĢkil edir. Havanın orta illik temperaturu 20-25
0
C
arasında dəyiĢir. LandĢaft tipinin inkiĢafında xüsusi əhəmiyyət kəsb edən qar
örtüyü 40-80 bəzən 100 gün davam edir.
Dağ meĢə landĢaftlarının rekreasiya potensialı meĢənin sıxlığı, növ
zənginliyi, estetikliyi, ekoloji sağlığı, psixoloji rahatlığı, rütubətlənmə dərəcəsi,
mikroiqlimi və s amillərlə müəyyən olunur. Bu qeyd olunan amillər TalıĢ
dağları üçün xarakterik olub, onun rekreasiya potensialını zənginləĢdirir. Dağ
meĢə landĢaftı su ehtiyatı ilə çox yaxĢı təmin olunmuĢdur. Belə ki, Lənkaran
vilayətinin ən böyük çayları olan ViləĢçay, Lənkərançay, Təngərudçay və
Astara çaylarının çoxsaylı qolları meĢə landĢaftının rekreasiya qiymətini artırır.
MeĢə landĢaftı daxilində yaradılmıĢ ―Xanbulançay‖ və ―Lövəyin‖ su anbarları
və onların yaxınlığındakı bulaqlar rekreasiya məqsədləri üçün xüsusilə
əhəmiyyətlidir.
TalıĢ dağlarında hava Ģəraiti respublikanın digər dağlıq ərazilərindən
kəskin Ģəkildə fərqlənir. Belə ki, Lerik və Yardımlı rayonlarında insan ömrünün
uzun olmasının təbii səbəbi burada havanın rütubətliyinin az, yəni quru havanın
olmasıdır. Bu tip havada bir sıra zərərli bakteriyalar inkiĢaf edə bilmirlər.
Burada iyul-avqust aylarında havanın nisbi rütubəti 30-40% olur. Bəzən
rütubətlik hətta 10-15%-dək enir. Belə bir hava Ģəraiti nəfəs yolları və ağciyər
xəstəliklərinin müalicəsi üçün əlveriĢlidir.
Nəticədə bütün bu yuxarıda qeyd olunanları ümumiləĢdirərək deyə bilərik
ki, TalıĢ dağlarının təbii landĢaftları rekreasiya, məcara turizmi, ekoturizm,
kənd turizmi üçün kifayət qədər əlveriĢli olub, zəngin rekreasiya potensialına
malikdir
Açar sözlər: rekreasiya, tükənməyən sərvət , landĢaft, relyef, iqlim
Tezislər
73
TARĠXĠ ĠPƏK YOLU VƏ NAXÇIVAN MR- IN MÜASĠR KƏND
TƏSƏRRÜFATININ MÜQAYĠSƏLĠ ĠNKĠġAF TARĠXĠNDƏN
ARĠF SƏFƏROV
―Naxçıvan‖ Universiteti
arifsafarov@ yahoo.com
Avropa ilə Asiyanı birləĢdirən, keçdiyi ərazilərdə yaĢayan xalqların
həyatında mühüm rol oynayan tarixi ipək yolu Naxçıvan MR-in kənd
təsərrüfatının inkiĢafında dəyərli əhəmiyyət kəsb etmiĢdir. Bu yolla ġərqdən
Qərbə və geriyə hərəkət edən ticarət karvanlarının Azərbaycanda, o cümlədən
Naxçıvan MR-də ticarətin, sənətkarlığın, elmin, təhsilin, mədəniyyətin, eləcə də
kənd təsərrüfatının inkiĢafına təsir göstərmiĢdir.
Tarixi Ġpək yolunun əsas hissəsi türk xalqları yaĢayan ərazilərdən keçdiyi
üçün həmin xalqların Çin, Qafqaz, Rusiya, Hindistan və ərəb ölkələrinin
xalqları ilə iqtisadi və mədəni əlaqələrinin yaranmasında və inkiĢafında
müstəsna rolu olmuĢdur. Bu baxımdan 1998-ci ilin sentyabr ayında Bakıda
keçirilən Beynəlxalq konfransda xalqımızın ümummilli lideri Heydər Əliyev
tarixi ipək yolunun bərpası məsələsini mühüm vəzifə kimi qarĢıya qoymuĢdu.
Qeyd edək ki, mühüm ticarət yollarının keçdiyi Naxçıvan ərazisi beynəlxalq
ticarətdə əhəmiyyətli rol oynamıĢdır. Naxçıvanda ticarətin inkiĢafına xidmət
edən Ordubad-Naxçıvan-Sədərək istiqamətində uzanan əsas ticarət yolu və ona
birləĢən qollar bu mənada xüsusi əhəmiyyət kəsb etmiĢdir.
Naxçıvanda kənd təsərrüfatının inkiĢaf tarixi insanların cəmiyyət halında
təĢəkkül tapıb formalaĢması və oturaq həyat tərzinə keçməsi onların əkinçilik
və heyvandarlıq məhsullarına olan tələbatların yaradılmasına və inkiĢafına
səbəb olmuĢdur.
Naxçıvan və Ordubadda taxılın hələ XIV əsrdən qabaq becərildiyi qeyd
olunur. Naxçıvandan ixrac olunan taxıl məhsulları içərisində çəltik əsas yer
tutmuĢdur. 1911-ci ildə ġərur (NoraĢen) dəmir yolu stansiyasında 8820 pud,
1912-ci ildə 24383 pud və 1913-cü ildə 15080 pud xaricə düyü aparılmıĢdır.
1912-ci ildə ġərur-Dərələyəz qəzasında hər desyatin pambıq əkini sahəsindən
40-120 puda qədər, Naxçıvan qəzasında 54 pud pambıq istehsal edilərək
Rusiyaya göndərilmiĢdir.
Tütün texniki bitkilər içərisində ikinci yeri tuturdu. Əldə olunan məlumata
görə Naxçıvan qəzasında 1901-ci ildə 598 pud, 1903-cü ildə 327 pud , 1904-cü
ildə isə 313 pud tütün istehsal olunmuĢdur.
Naxçıvanda bağçılığın inkiĢaf tarixi təqribən 3500 ildir. Naxçıvandan meyvə,
üzüm təzə və qurudulmuĢ halda bir çox daxili və xarici bazarlara çıxarılmĢdır.
Meyvə ticarətinin geniĢlənməsində əvvəlcə Zaqafqaziya dəmir yolunun
çəkilməsi və sonralar Tiflis, Ġrəvan, Culfa və Təbriz dəmir yolu xəttinin
əlaqələndirilməsi çox böyük rol oynamıĢdır.
Beynəlxalq İpək Yolu
74
1913-cü ilin məlumatına görə Culfa dəmir yolu stansiyasından Peterburqa
33672 pud, Odessaya 72556 pud, Taqanroqa 20930 pud, Nikolayevə 41221
pud, Rostova 78020 pud, Novorossiyskə 32676 pud və HəĢtərxana 68397 pud
qurudulmuĢ meyvə və üzüm göndərilmiĢdir. Beləliklə, əyalətdən ixrac olunan
meyvə və üzüm qurusu 447472 pud və ya 735,5 ton təĢkil etmiĢdir. Digər bir
məlumatda isə bu məhsulların 0,8-1,2 milyon pud və ya 12800-19200 tondan
çox olduğu göstərilir.
Dəmir yollarının çəkiliĢi geniĢləndikcə Ordubaddan hər il Ġrəvan Ģəhərinə 15
min puda qədər ərik qaxı, Rusiya bazarlarına baĢqa meyvələr, xüsusən də
həddindən çox tut qurusu göndərilmiĢdir.
əldə olunan məlumatlara əsasən meyvə əvvəllər dəvə karvanları, sonralar isə
Culfa dəmir yolu vasitəsi ilə daxili və xarici bazarlara göndərilmiĢdir. Belə ki,
təkcə 1912-ci ildə Culfa stansiyalarından 773718 pud(12379,5 ton), 1913-cü
ildə isə 1452480 pud(23239,5 ton) meyvə qurusu ixrac olunmuĢdur.
Naxçıvan qəzasında əlveriĢli torpaq-iqlim Ģəraiti, ərazinin Ġran və Türkiyə
ilə həmsərhəd olması, müxtəlif dövrlərdə bu ölkələrlə yaranan qarĢılıqlı iqtisadi
və mədəni əlaqələr Naxçıvanda üzümçülüyün inkiĢafına və bir çox qiymətli
üzüm növlərinin yaranmasına səbəb olmuĢdur.
Naxçıvanın Rusiya daxilindəki və xarici bazarlar ilə yaranan ticarət
əlaqəsi tədricən kiĢmiĢ istehsalının artırılmasına təkan vermiĢdir. Təkcə, 1913-
cü ildə Naxçıvan qəzasından 166365 pud, ġərur-Dərələyəz qəzasından 12717
pud üzüm istehsal olunmuĢdur. Naxçıvan əyalətində istehsal olunan üzümün
1/5 hissəsi Ģərab istehsalı üçün, qalanı isə mövüz, kiĢmiĢ, bəhməz, riçal və s.
hazırlanmasına sərf olunmuĢdur. Tarixi ipək yolunun inkiĢafı ilə əlaqədar
olaraq Naxçıvan qəzasında maldarlıq da inkiĢaf etmiĢdir. Belə ki, 1910-cu ildə
62,4 min baĢ, 1913-cü ildə isə 67,7 min baĢ təĢkil etmiĢdir.
Aqrar sahənin inkiĢafına, kənd təsərrüfatı məhsulları istehsalının
artırılmasına və intensiv amillər hesabına məhsulların çoxaldılmasına dövlət
tərəfindən böyük qayğı və dəstək göstərilərək bir sıra mühüm sərəncam və
qərarlar qəbul olunmuĢdur. Bu da meliorasiya və irriqasiya tədbirlərini
gücləndirmiĢ, lizinq xidmətini yaxĢılaĢdırmıĢ, taxıl və soyuducu anbarların
tutumunu artırmıĢ, istixana komplekslərinin, quĢçuluq və balıqçılıq
təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin iĢə salınmasına əlveriĢli
Ģərait yaratmıĢdır. Belə ki, 2004-2014-cü illərdə ümumi sahəsi 105 min
kvadratmetrdən çox olan istixana kompleksləri, ümumi tutumu 12 min 250 ton
olan soyuducu anbarlar, tutumu 27 min ton olan uzunmüddətli və 43 min 400
ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 222
heyvandarlıq, 64 quĢçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük
təsərrüfatı təĢkil olunmuĢdur.
Toxumçuluq və tingçiliklə məĢğul olan təsərrüfatlara subsidiyaların
ödənilməsi, yanacaq-sürtgü materiallarına görə verilən yardımların 25%
artırılaraq 50 manata çatdırılması, istifadə olunan gübrələrin 70 %-nin pulsuz
Tezislər
75
verilməsi satılan texnikaların dəyərinə 40 % güzəĢt tətbiq edilməsi kənd
təsərrüfatı ilə məĢğul olan sahibkarlara güclü stimul vermiĢdir.
Bütün bu görülən tədbirlər Muxtar Respublikada yerli istehsalın daimi olaraq
artması kənd təsərrüfatı və ərzaq məhsullarına olan daxili tələbatın idxaldan
asılılığını əsasən aradan qaldırmıĢdır.
Təkcə bir faktı qeyd etmək lazımdır ki, 2014-cü ildə bitkiçilik məhsullarının
həcmi 2,4 dəfə artaraq, 229 milyon 646 min manata, heyvandarlıq
məhsullarının həcmi isə 2,1 dəfə artaraq 125 milyon 511 min manata
çatdırılmıĢdır.
Muxtar Respublikada kənd təsərrüfatının dinamik inkiĢafı üçün səmərəli
kredit mexanizmi formalaĢmıĢdır. Təkcə 2014-cü ildə kənd təsərrüfatının
inkiĢafı üçün bank və bank olmayan kredit təĢkilatları tərəfindən 17 milyon 956
min manat kredit verilmiĢdir. VerilmiĢ kreditlərin 4 milyon 542 min manatı
bitkiçilik sahəsinə, 12 milyon 557 min manatı heyvandarlıq sahəsinə, o
cümlədən onun 534 min manatı arıçılıq sahəsinə, 323 min manatı isə quĢçuluq
sahəsinə ayrılmıĢdır.
Ümumilikdə bank və kredit təĢkilatları tərəfindən kənd təsərrüfatı məhsulları
istehsalçılarına 87 milyon 555 min manat həcmində kreditlər verilmiĢdir ki,
bunun da 20 milyon 919 min manatı taxılçılığın, 7 milyon 415 min manatı isə
kartofçuluğun inkiĢafına yönəldilmiĢdir.
Muxtar Respublikada heyvandarlığın inkiĢaf etdirilməsinə, mal-qaranın cins
tərkibinin yaxĢılaĢdırılmasına, heyvandarlıq məhsullarının intensiv artımına nail
olunması istiqamətində bir çox iĢlər görülmüĢdür. Belə ki, kəndlərdə mal-
qaranın süni mayalanma məntəqələrinin sayı 19-a çatdırılmıĢ və onların maddi-
texniki bazası möhkəmləndirilmiĢdir. Ötən illər ərzində 26 min baĢdan artıq
sağlam bala alınmıĢ, sahibkarlara lizinq yolu ilə cins damazlıq düyələrin
satılması təĢkil edilmiĢdir.
Hazırda Muxtar Respublikada 3- ətçilik, 2- südçülük, 1- gön dəri emalı, 1-
balıq konserv istehsalı müəssisəsi, 1 yem istehsalı zavodu və 2 yem sexi təĢkil
edilmiĢdir.
QuĢ əti və yumurtaya olan tələbatın yerli istehsal hesabına tamamilə
ödənilməsi məqsədi ilə 64 quĢçuluq təsərrüfatı yaradılmıĢdır.
Heyvandarlıqda aparılan əsaslı iĢlərin nəticəsində 1 aprel 2015-ci il tarixə
Muxtar Respublikada iribuynuzlu mal-qaranın baĢ sayı-114 min 137 baĢa,
xırdabuynuzlu heyvanların baĢ sayı 701 min baĢa çatdırılmıĢ, arı ailələrinin sayı
isə 69 mini ötmüĢdür
Bütövlükdə 1 may 2015-ci il tarixdə kənd təsərrüfatının ümumi məhsulunun
dəyəri 33 milyon 609 min 400 manat təĢkil etmiĢdir ki, bu da əvvəlki illərin
müvafiq dövrü ilə müqayisədə 5,9 % çoxdur.
Açar sözlər: Naxçıvan, kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq, kredit,
məhsul ixracı, Ġpək yolu
Beynəlxalq İpək Yolu
76
Dostları ilə paylaş: |