MÜNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix01.01.2017
ölçüsü2,49 Mb.
#4003
1   ...   12   13   14   15   16   17   18   19   20

Açar  sözlər:  müqavilə,  silahlı  mübarizə,  fanatizm,  qüsurlar,  məqalə, 
felyeton       
 
 
XVII-XVIII  ƏSR AZƏRBAYCAN ƏDƏBĠYYATININ EPĠK  ġEĠR 
NÜMUNƏLƏRĠNDƏ  SÜJET QAYNAQLARI 
ELXAN NƏCƏFOV 
Gəncə Dövlət Universiteti 
elxan_necefov@mail.ru 
           
Çoxəsrlik  tarixə  malik  ədəbiyyatımız  dünya  ədəbiyyatının  tərkibində 
özünəməxsus  zənginliyi  ilə  seçilir.  Ədəbiyyatımız  daha  çox  özündə  Ģərq 
ədəbiyyatının  təsirlərini  yaĢadır.  Burada  diqqəti  daha  çox  cəlb  edən  süjet 
ortaqlığıdır. Ortaq süjetlər üzərində qurulan fərqli əsərlər özünəməxsusluğu ilə 
diqqəti  cəlb  edir.  XVII-XVIII  əsr  sənətkarları  əsərlərinin  süjetlərinə  görə  nə 
qədər Füzulinin təsiri altında olsalar da, hind ədəbiyyatından və ərəb-müsəlman 
ədəbiyyatından  da  mükəmməl  Ģəkildə  faydalanıblar.  ġərq  ədəbiyyatında  dərin 
iz  buraxan  ―Bəxtiyarnamə‖,  ―Tutinamə‖,    ―Sindibadnamə‖,  ―Həzar  əfsanə‖, 
―Yüz  bir  gecə‖,  ―Min  bir  gecə‖,  ―Yeddi  vəzirin  hekayəti‖,  ―Qırx  vəzirin 

Tezislər 
 
135 
hekayəti‖  nağılları  bizim  ədəbiyyatımızda  oxĢar  əsərlərin  yaranmasına  səbəb 
ola bilmiĢdir. Bir çox bədii sənət nümunələrimiz bu əsərlərin təsiri ilə yazılıb. 
Bütün  bu  əsərlər  təkcə  Azərbaycan  ədəbiyyatının  deyil,  Orta  Asiya, 
yaxın  və  uzaq  Ģərq  ölkələrinin  ədəbiyyatında  dərin  izlər  buraxmıĢdır.  Özü-
özlüyündə böyük bir zaman kəsiyini əhatə edən bu əsərlər uzun müddət bir çox 
söz sənətkarlarının  yaradıcılığında süjet qaynağı  olaraq istifadə  edilmiĢdir. Bu 
əsərlərin olduqca mühüm ortaq cəhətləri var:  
1. Əsərlər ideyaca tam olsa da, tərkibində müxtəlif süjetlər əsasında qurulmuĢ 
hekayə, nağıl və əhvalatlardan ibarətdir; 
2. Əsərlərin hamısı, əsasən, nikbin sonluqla bitir;  
3. Əsərdə nağıllar və digər hekayələr hansısa obrazın dilindən söylənilir; 
4. Əsərlərin hamısı əxlaqi-didaktik mahiyyəti ilə diqqəti cəlb edir; 
5.  Əsərlərin  bəzisi  islamdan  daha  əvvəl  yaranmıĢ  süjetlərə  malik  olsa  da, 
hamısında islam dininin mənəvi dəyərləri daha çox qorunur. 
       
Haqqında  bəhs  etdiyimiz  bu  kimi  qiymətli  əsərlər  Azərbaycan 
ədəbiyyatına təsirsiz olmayıb. 
Əslində, hər hansı  əsər  əsasında  yeni  bir  əsərin  yaranması  Azərbaycan 
ədəbiyyatında XII əsrdən sonra müĢahidə edilməkdə idi. Buna ən bariz nümunə 
―Leyli və Məcnun‖ poemaları ola bilər. Ġlk dəfə Nizaminin epik Ģeir nümunəsi 
kimi  ortaya  qoyduğu  bu  əsərdən  çox  sənətkarlar  təsirlənib  və  fərqli  əsərlər 
yazıblar. Bu əsərlərin içərisində daha mükəmməl süjetə və fərqliliyə malik olanı 
isə M.Füzulinin ―Leyli və Məcnun‖ poeması olub. Bundan sonra yazılan ―Leyli 
və  Məcnun‖larda  isə  Füzuli təsiri  daha  çox  duyulur.  Deməli,  ədəbiyyatımızda 
eyni süjetin əsasında yeni əsərlər yaratmağın möhtəĢəm bir ənənəsi var. XVII-
XVIII  əsrlərdə  isə  bu  süjet  axtarıĢı  sərhədlərini  daha  da  geniĢləndirib.  Bu 
dövrdə Fədai Təbrizi ―Bəxtiyarnamə‖ (―On vəzir‖) əsərini ―Sindibadnamə‖nin 
üzərində  qurub.  Ənənəvi  mövzuda  yazılsa  da,  əsər  ideya-bədii  baxımdan 
orijinallığı  ilə  də  seçilir.  Əslində  bu  orijinallığın  əsas  səbəblərindən  biri  də 
həmin  mövzuya  Azərbaycan  ədəbiyyatında  daha  qədimdən  mövcud  olan 
süjetləri və mövzuları daxil etməsidir. Belə ki, ―Bəxtiyarnamə‖ əsərində Nizami 
Gəncəvinin  ―Sirlər  xəzinəsi‖  əsərinin  təsiri  güclü  olub.  Fədai  burada  da 
orijinallıq  yarada  bilib.  O,  Nizamidən  fərqli  olaraq,  Ģahların  yenidən  tərbiyə 
olunması məsələsini deyil, xalq içərisindən çıxmıĢ bir insanın hökmdar olması 
ideyasını  irəli  sürür.  Ümumilikdə,  ―Bəxtiyarnamə‖  poeması  ―Dəhnamə‖, 
―Sindibadnamə‖,  ―Tutunamə‖  və  bir  az  da  ―Sirlər  xəzinəsi‖  əsərlərinə  çox 
oxĢayır. 
Göründüyü kimi, XVII-XVIII əsrlərdə ədəbiyyatımız Ģərq ədəbiyyatının 
zəngin  irsi  olan    əsərlərdən  bəhrələnməklə,  özünün  orijinallığını  qoruyaraq 
dünya  ədəbiyyatına  dəyərli  əsərlər  bəxĢ  etmiĢdir.  Sözsüz  ki,  bu  əsərlər  də 
özündən sonrakı ümumĢərq ədəbiyyatına təsir etmiĢdir.  
Açar  sözlər:  Ortaq  süjet  xətləri,  Azərbaycan  ədəbiyyatı, 
―Bəxtiyarnamə‖, ―Tutinamə‖, ―Sindibadnamə‖, ―Min bir gecə‖  

Beynəlxalq  İpək Yolu  
 
 
136 
TÜRK XALQLARI ƏDƏBĠYYATġÜNASLIĞININ BƏZĠ 
ÖZÜNƏMƏXSUSLUQLARI 
ANAR ABUZƏRLĠ  
―Naxçıvan‖ Universiteti 
anar_abuzerov@mail.ru 
 
QloballaĢma  dövründə,  habelə,  informasiya  və  kommunikasiya 
texnologiyalarının sürətli inkiĢaf etdiyi bir Ģəraitdə sivilizasiyalararası  əlaqələr 
xüsusi  aktuallıq  daĢıyır.  Elmi  mühitin,  xüsusən  gənc  alimlərin  yaradıcılığının 
yeni  istiqamətlərinin  geniĢ  perspektiv  qazanması  da  bu  mühüm  amillə  sıx 
bağlıdır. 
Azərbaycanda,  onun  tərkib  hissəsi  olan  Naxçıvanda  gənc  alimlərin 
yaradıcılıq  qabiliyyətlərinin  inkiĢafına,  dünya  sivilizasiyasına  inteqrasiya 
olunmasına geniĢ Ģərait yaranmıĢdır. 
Sivilizasiyalararası  əlaqələrin  möhkəmlənməsi  bütün  elm  sahələrində 
ciddi potensialın yaranması, möhkəmlənməsi deməkdir.  
Naxçıvan  Muxtar  Respublikasında  son  illər  ədəbiyyatĢünaslıq  elminin 
sürətli  inkiĢafında  qardaĢ  türk  xalqları  ədəbiyyatĢünaslığının  qarĢılıqlı 
araĢdırılıması, ciddi müqayisələrin aparılması əhəmiyyətli rol oynamıĢdır. 
Bu yönümdən iki istiqamət diqqəti cəlb edir: 
1.
 
Müxtəlif  türk  xalqlarına  məxsus  ədəbiyyatĢünaslıq  əsərlərinin  dünya 
filoloji fikrinin nailiyyətləri kimi öyrənilmasi; 
2.
 
Naxçıvanda  ədəbiyyatĢünasların  araĢdırmalarında  bu  nailiyyətlərin 
nəzəri-metodoloji əsaslar kimi qəbul edilməsi. 
Prof.dr Y.Akpınar görkəmli ədəbiyyatĢünas akademik Ġsa Həbibbəyliyə 
həsr  etdiyi  məqaləsində  Ġsa  müəllimin  türk  xalqları  ədəbiyyatı  ilə  bağlı 
fədakarlıqları  barədə  yazır:  ―Bu  kimi  fədakarlıqlar,  dəstəklər  sayəsində 
Azərbaycan  dili,  tarixi,  ədəbiyyatı  və  s.  haqqında  bəzi  kitablar  yazıldı, 
araĢdırmalar  aparıldı.  Onun  bəzi  kitabları  da  Ərzurumda  nəĢr  olundu‖.  Bütün 
bunlar da türk xalqları ədəbiyyatĢünaslığında yeni istiqamətlərin yaranmasında 
əhəmiyyətli  faktorlardır.  Əlbəttə,    qarĢılıqlı  əlaqələr  ədəbiyyatĢünaslığın 
təkamülünə  ciddi  təsir  göstərir.  Akademik  sonet  janrından  bəhs  edərkən  bu 
janrın  bizim  ədəbiyyata  gəliĢinin  iki  yolundan  söz  açır  və  bu  yollardan  birini 
Türkiyə ilə əlaqləndirir.  
Türkmən  ədəbiyyatĢünaslığında  ‖Kitabi-Dədə  Qorqud‖un  araĢdırılması 
ilə  bağlı  ciddi  ənənələr  qazanılmıĢdır.  Azərbaycanlı  ədəbiyyatĢünaslar 
akademik  Ġsa  Həbibbəyli,  professor  Məhərrəm  Cəfərli,  filologiya  elmlər 
doktoru Yusif  Səfərov, filologiya üzrə fəlsəfə doktoru, dosent Rafiq Babayev 
və  baĢqaları  ―Kitabi-Dədə  Qorqud‖la  bağlı  araĢdırmalarında  öz  türkmən 
həmkarlarının  fikirlərinə  də  istinad  etmiĢ,  maraqlı  müqayisələr  aparmıĢlar. 
M.Kosayevin,  B.Kazzıyevin,  A.Rəhmanovun,  R.Rəcəbovun,  A.AĢurovun  və 
baĢqalarının  adları  Naxçıvanda  yaxĢı  tanınır,  onların  yaradıcılıq  uğurları 

Tezislər 
 
137 
diqqətlə  izlənilir.  Bu  həm  də  ədəbi  əlaqələrin  geniĢlənməsi  üçün  məhsuldar 
zəmindir. 
 
ƏdəbiyyatĢünaslıqda  aktual  problemlərdən  biri  də  ġərq  və  Qərb 
məsələsidir.  Türk  xalqlarının  tarixi  və  mənəvi  həyatının  ġərq  və  Qərblə 
bağlılığı  məsələlərinə  toxunarkən  azərbaycanlı  alimlər  qardaĢ  türk  xalqlarının 
elmi-nəzəri fikrinə də istinad edirlər. 
 
Tatar Ģairi Tukayın yaradıcılığı bu baxımdan geniĢ araĢdırmalara zəmin 
yaradır.  Bu  görkəmli  Ģairin  yaradıcılığını  araĢdırarkən  azərbaycanlı 
ədəbiyyatĢünaslar  özbək  həmkarlarının  da  tədqiqatlarına  həssaslıqla 
yanaĢmıĢlar. 
Sadıq  Turalın  rəhbərliyi  ilə  Atatürk  Kültür    Mərkəzində  hazırlanan 
çoxcildlik ―Türk dünyası ədəbiyyatı tarixi‖ Naxçıvanda da çox ciddi rezonans 
doğurmuĢdur. 
 
Tədqiqatlarda  da  göstərildiyi  kimi,    bu  kitab  üçün  seçilmiĢ  prinsiplər 
bütün Türk Dünyası üçün, ayrı-ayrı türk respublikaları üçün bir örnəkdir. 
 
Naxçıvanlı ədəbiyyatĢünaslar bu kitaba əsaslanaraq qeyd edirlər ki, türk 
xalqlarının söz yaradıcılığının özünəməxsus cəhətləri Naxçıvanda yaranan bədii 
ədəbiyyat nümunələrində çox qabarıqdır, bu isə ilk növbədə, həyatımızın, milli 
dəyərlərimizin,  məiĢətimizin,  adətlərimizin  eyni  kökdən  qaynaqlanması  ilə 
bağlıdır. 
 
Mədəniyyətlərin  dialoqu  kontekstində  aparılan  araĢdımalar  elmi-nəzəri 
fikrin inkiĢaf tarixində mühüm bir mərhələni təĢkil edir. 
 
Bu  mərhələ  isə  çox  ciddi  elmi  nəticələrin,  sivilizasiyaların  reallaĢması 
ilə  mühüm  hadisəyə  çevrilir.  Bu  zəmində  gənc  alimlər  arasında  əlaqələr 
geniĢləndirilir, yeni-yeni tədqiqat istiqamətləri müəyyənləĢdirilir, bu yöndə iĢlər 
daha da təkmilləĢdirilir. 
 
Açar sözlər: Azərbaycan, Naxçıvan Muxtar Respublikası, ‖Kitabi-Dədə 
Qorqud‖, qloballaĢma 
 
 
MƏMMƏD SƏĠD ORDUBADĠ YARADICILIĞINA ġƏRQ VƏ QƏRB 
KONTEKSTĠNDƏN BAXIġ 
NƏRGĠZ ĠSMAYILOVA 
AMEA Naxçıvan Bölməsi 
nergiz.ismayilova@hotmail.com 
 
Məmməd Səid  Ordubadi  Naxçıvanın inkiĢaf  yolunda qılınc ilə birlikdə 
qələmin də vuruĢması, ictimai-siyasi hadisələrdə qalibiyyətin əldə olunmasında 
təkcə qılıncın deyil, həmçinin qələmin də rolu olduğunu göstərirdi.  
Ordubadinin ―Ġki çocuğun  Avropaya səyahəti‖  əsərində  ġərq-Qərb 
müqayisəsi  yolu  ilə milli  oyanıĢa, dirçəliĢə çağırıĢ  motivi öz əksini tapmıĢdır. 
Müxtəlif  Avropa  ölkələrindən  göndərilmiĢ  10  məktub  əsasında  qurulmuĢ  bu 

Beynəlxalq  İpək Yolu  
 
 
138 
əsərdə  hər  ölkənin  paytaxtının  ümumi  mənzərəsi  ilə  yanaĢı,  həm  də 
məmləkətlərin  ən  səciyyəvi  xüsusiyyətləri  diqqət  mərkəzinə  çəkilir.   ―Ġki 
çocuğun  Avropaya  səyahəti‖  əsəri  XX  əsrin əvvəllərində  Azərbaycan 
oxucusunda  Avropa  mühiti,  Qərb  ölkələrinin  inkiĢaf  səviyyəsi  barədə  gerçək 
təsəvvürlərin  formalaĢmasına  imkan  yaradır.  M.S.Ordubadinin  yaradıcılığında 
Ġran  və  Cənubi  Azərbaycan  mövzusu  geniĢ  yer  tutur.  Onun mövzusu    Ġran 
həyatından  götürülən  ―Bədbəxt  milyonçu‖  romanı  da  son  dərəcə  maraqlıdır. 
Fransada  təhsil  alıb  Təbrizə  qayıdan  Rzaqulu  xan  böyük  arzularla  yaĢayır.  O, 
Təbrizdən Tehrana dəmir yolu çəkdirmək, mütərəqqi ruhlu qəzet nəĢr etdirmək, 
məktəblər və müalicəxanalar açmaq, xalqın rifah halını yaxĢılaĢdırmaq istəyir. 
Onun övladları da atası kimi maarifçidirlər, onlar da Avropa təhsili görmüĢlər.  
Məmməd  Səid  Ordubadinin  tarixi  romanlarında  Qərb  və  ġərq  qadını 
müqayisə edilir. ―Dumanlı Təbriz‖ tarixi romanı (1933-1938) isə Azərbaycanda 
milli azadlıq hərəkatının tarixini ən sistemli Ģəkildə əks etdirən romanlardandır. 
ġərq  və  Qərbin  sintezi  Ģəklində  əsaslandırılan  hadisələr  və  hadisələrə  fərqli 
baxıĢ Ģəkli romanı daha da qiymətli edir. 
Nəticə olaraq qeyd edə bilərik ki, Naxçıvanda yaranan ədəbiyyatda hər 
zaman  qədim  ġərqə  və  yeni  dünya  adlandırılan  Qərbə  xüsusi  rəğbət  və  meyil 
olmuĢdur.  Bu  kimi  faktorların  bu  və  ya  digər  Ģəkildə  təsiri  nəticəsində 
Azərbaycan  ədəbiyyatı  Qərb  ədəbiyyatının  müasir  düsturlarını  mükəmməl 
olaraq mənimsədiyini ortaya qoydu.  
Açar  sözlər:  Məmməd  Səid  Ordubadi,  ġərq,  Qərb,  roman,  Naxçıvan 
ədəbi mühiti, müqayisə  
 
 
AZƏRBAYCANLILARIN SOYQIRIMI BƏDĠĠ ƏDƏBĠYYATDA 
SAMĠRƏ KƏRĠMOVA 
AMEA Ədəbiyyat Ġnstitutu 
Akademiya-elm@rambler.ru  
 
Bildiyiniz kimi, bəĢəriyyət tarixin müxtəlif mərhələlərində etnik təmizləmə 
siyasəti  və  soyqırımı  kimi  cinayətlər  törədilmiĢdir.  Azərbaycan  və  Cənubi 
Qafqaz  tarixinə  nəzər  saldıqda  XIX-XX  əsrlərdə  bir  çox  dövlətlərin,  xüsusilə 
Fransa, Ġngiltərə və Rusiyanın geosiyasi maraqlarının toqquĢması kontekstində 
ortaya  atılan  ―erməni  məsələsi‖  ilə  bu  bölgədə  günahsız  insanlara  qarĢı 
törədilmiĢ  soyqırımların  əsas  səbəbkarlarının  ermənilər  olduğunu  görürük. 
Ermənilərin  Qafqaz  regionuna  köçürülməsi  və  bu  siyasətin  acı  nəticələrindən 
biri  kimi  türk-müsəlman  əhaliyə  qarĢı  həyata  keçirilən  soyqırımı  cinayətləri 
Türkiyənin  ġərqi  Anadolu  hissəsində  olduğu  kimi  Cənubi  Qafqaz  regionunda 
da  azərbaycanlılara  qarĢı  törədilmiĢdir.  Beləliklə,  XX  əsrin  əvvəllərində 
Azərbaycanın  və  Cənubi  Qafqazın  tarixi  daha  çox  qanlı  faciələr  dövrü  kimi 
yadda qalmıĢdır.  

Tezislər 
 
139 
Qeyd edək ki, XX əsrin birinci yarısında ermənilərin Azərbaycan türklərinə 
qarĢı  törətdikləri  soyqırımlarına  dair  kifayət  qədər  faktlar  həmin  dövrün 
mətbuat  orqanlarında  öz  əksini  tapmıĢ,  arxiv  sənədləri  arasında  yer  almıĢdır. 
Faktların  təkcə  mətbuatda  deyil,  həm  də  bədii  ədəbiyyatda  ifadəsi  və  aĢkar 
edilməsi  soyqırım  mövzusunun  bədii  ədəbiyyatda  iĢlənməsi  ilə  bağlı  elmi-
tədqiqat  iĢinin  aparılmasının  aktuallıq  və  vacibliyini  ortaya  qoymuĢdur. 
Azərbaycan Prezidenti cənab Ġlham Əliyev qeyd etmiĢdir ki, ―...erməni faĢizmi 
Azərbaycan  alimləri  tərəfindən  daha  geniĢ  Ģəkildə  tədqiq  edilməlidir.  Hesab 
edirəm  ki,  tarixi  paralellər  əsasında  çox  böyük  əsərlər  yaradılmalıdır‖. 
Prezidentin  bu  sözləri  tariximizin  qaranlıq  səhifələrinə  iĢıq  salmaq,  aydınlıq 
gətirmək,  xüsusilə  azərbaycanlıların  soyqırımı  haqqında  daha  ətraflı,  yeni 
məlumatların əldə olunması  kimi məqsədlər qarĢıya qoyur. 
Ermənilər tərəfindən Azərbaycanın müxtəlif ərazilərində - Bakı, Naxçıvan, 
Ordubad,    Qarabağ,  Qazax,  Quba,  ġamaxı  və  Xocalıda  soyqırımlar 
törədilmiĢdir. Ağır məhrumiyyətlərə və iĢgəncələrə məruz qalan insanların acı 
taleyi tariximizin səhifələrində dərin izlər salmıĢdır. Təəssüflər olsun ki, tarixi 
mənbələrdə  həmin  hadisələrə  dair  az  sənəd  qalmıĢdır.  ancaq  bu  hadisələr 
M.S.Ordubadinin  "Qanlı  sənələr"  romanı,  Cəfər  Cabbarlının  ―1905-ci  ildə‖ 
dramı,  M.M.Nəvvabın  "1905-1906-cı  illərdə  erməni-müsəlman  davası" 
əsərlərində öz əksini tapmıĢdır. Bundan baĢqa, Mirzəbala Məmmədzadə, Seyid 
Hüseyn, Abdulla ġaiq, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Məmməd 
Əmin  Rəsulzadə,  Mirzə  Bağır  Əliyev  və  baĢqa  ziyalılar  da  bu  mövzuya 
müraciət etmiĢlər. 
Açar sözlər: soyqırım, bədii ədəbiyyat, cinayət, erməni məsələsi 
 
 
BÖYÜK ƏDƏBĠYYATIN ƏBƏDĠ KARVAN YOLUNDA: CƏLĠL 
MƏMMƏDQULUZADƏDƏN ÇĠNGĠZ AYTMATOVADƏK  
MEHMAN HƏSƏNOV 
AMEA Ədəbiyyat Ġnstitutu 
mehman.hesen@gmail.com 
 
XIX əsr Azərbaycan ədəbiyyatında formalaĢan maarifçi realizm və onun 
görkəmli nümayəndələri nəinki ölkə sərhədləri daxilində, bütövlükdə müsəlman 
ġərqində  mütərəqqi  ideya  və  istiqamətləri  ilə  seçilmiĢlər.  Azərbaycan 
dramaturgiyasının  və    realist  bədii  nəsrinin  banisi  Mirzə  Fətəli  Axundzadənin 
yaradıcılığı  dövrün  möhtəĢəm  tarixi  hadisəsi  idi.  Əsası  M.F.Axundzadə 
tərəfindən qoyulan dramaturgiya və realist bədii nəsr XIX əsrin sonu XX əsrin 
əvvəllərində  zəngin  bədii  yaradıcılıq  üçün  əsasa  çevrildi.  Həmin  zəngin 
ədəbiyyatın  qüdrətli  yaradıcılarından  biri,  heç  Ģübhəsiz  ki,  Cəlil 
Məmmədquluzadə  olmuĢdur.  Onun  qələmindən  çıxan  ―Ölülər‖  nəinki 
Azərbaycanda,  bütün  ġərqdə  cəhalətə  qarĢı  mübarizədə  bir  ordudan  çox  iĢ 

Beynəlxalq  İpək Yolu  
 
 
140 
görmüĢdür.  ―Azərbaycan‖  məqaləsi  böyük  mənada  azərbaycançılığın 
manifestinə  çevrilmiĢdir.  Cəlil  Məmmədquluzadə  yaradıcılığı  ilə  özündən 
əvvəlki  ənənəni  inkiĢaf  etdirərək  öz  novatorluğu  ilə  gələcək  nəsil  üçün  əsl 
örnəyə çevrilə bilmiĢdir.  
 
 Cəlil  Məmmədquluzadənin  yaradıcılığı  Azərbaycanla  ortaq  taleyi 
bölüĢən digər türk xalqlarının ədəbiyyatlarına ciddi təsir göstərmiĢdir. ―Ölülər‖ 
pyesi  rus  dilinə  çevrilərək  ―Turan‖  truppası  tərəfindən  dəfələrlə  Türküstanda 
nümayiĢ 
etdirilmiĢ 
və 
türk 
xalqlarının 
maariflənməsində 
Cəlil 
Məmmədquluzadənin hekayə, povest və felyetonları əvəzsiz rol oynamıĢdır. 50-
ci illərdə ədəbiyyata gələn və dünya ədəbiyyatında yeni epoxanı yaratmağa nail 
olan  qırğız  yazıçısı  Çingiz  Aytmatov  öz  sələflərindən  söz  açrakən  Cəlil 
Məmmədquluzadənin  yaradıcılığından böyük məhəbbətlə bəhs etmiĢdir. 1967-
ci  il  mayın  29-da  Moskvada  Cəlil  Məmmədquluzadənin  100  illik  yubileyində 
çıxıĢ  edən Çingiz Aytmatov  böyük rəğbətlə Cəlil  Məmmədquluzadə haqqında 
çıxıĢ  edərək  ondan  nəsr  və  dram  əsərlərindəki  yığcamlığı,  dil  saflığını,  fikri 
aydın  ifadə  etmək  bacarığını  öyrəndiyini  fəxrlə  vurğulamıĢ  və  ədibi  türkdilli 
ədəbiyyatda  realist  nəsr  məktəbinin    banisi  adlandırmıĢdır.  Ardından  Bakıya 
gələn Çingiz Aytmatov yubiley tədbirində çıxıĢ etmiĢ, dövrü mətbuatda ―ġərqin 
böyük  sənətkarı‖,  ―Müdrik  söz  ustası‖  (―Ədəbiyyat  və  Ġncəsənət‖  qəzeti), 
―Böyük  ustad‖  (―Bakinski  raboçi‖)  məqalələri  ilə  böyük  ədib  haqqında 
düĢüncələrini  bölüĢmüĢdür.  Çingiz  Aytmatov  ―ġərqin  böyük  sənətkarı‖ 
məqaləsində  yazırdı:  ―O,  realist,  müasir  yazı  üslubunun,  müasir  nəsr 
formalarının  banilərindən  biridir.  Heyrətli  yığcamlıq,  sadəlik  və  qüvvət  onun 
nəsrinin  əsas  xüsusiyyətlərindəndir.  Bunu  biz  ―DanabaĢ  kəndinin  əhvalatları‖ 
povestində, bir silsilə gözəl  hekayələrində, xüsusən kamil  formaya malik olan 
―Poçt qutusu‖, ―KiĢmiĢ oyunu‖ kimi hekayələrində duyuruq. Bax, hekayəni bu 
cür  yazarlar!  Komediya,  faciə  və  dram  ünsürlərinin  üzvü  Ģəkildə  birləĢdiyi 
―Ölülər‖ pyesi nə qədər gözəl və cazibədardır‖. 
Xalq  yazıçısı  Anar  sələflərindən  bəhs  edərkən  60-cılar  nəslinin  baĢ 
müəlliminin  Cəlil  Məmmədquluzadə  və  daha  sonrakı  mərhələdə  Çingiz 
Aytmatov  və  Ġsa  Hüseynov  olduğunu  vurğulamıĢdır.  Bu  məqam  böyük 
ədəbiyyat yolunda iki qüdrətli sənətkarı birləĢdirir və özündən sonrakı nəsillərin 
cəsarətli yaradıcılığı üçün zəmin hazırlayır.  
Açar sözlər: Cəlil Məmmədquluzadə, Çingiz Aytmatov, Ölülər, hekayə 
 
 
 
 
 
 
 

Tezislər 
 
141 
H.CAVĠDĠN “ĠBLĠS” ƏSƏRĠNDƏ MĠFOLOJĠ  DÜġÜNCƏ VƏ 
ÜMUMBƏġƏRĠ ĠDEYA 
GÜLNAR OSMANOVA 
AMEA Folklor Ġnstitutu 
gulnar_osmanova@list.ru 
 
Qədim  Naxçıvan  torpağında  dünyaya  göz  açan  böyük  Ģair-dramaturq 
Hüseyn  Cavid  və  onun  sənəti  ədəbiyyatĢünasların  həmiĢə  diqqət  mərkəzində 
olmuĢ,  onun  yaradıcılığına,  xüsusən  dramaturgiyasına  bir  çox  tədqiqatlar  və 
monoqrafiyalar  həsr  edilmiĢdir.  Ədibin  yaradıcılığının    bu  qədər  çox 
öyrənilməsinə  baxmayaraq,  onun  sənəti  həmiĢə  yeni  söz,  yeni  fikir  demək 
imkanı verir. Cavidin yaradıcılığı bu günümüz  üçün də çox böyük əhəmiyyət 
kəsb  edir.  Çünki  ədibin  yaratdığı  əsərlərdəki  türkçülük,  turançılıq  ideyaları, 
tarixə bu günün reallıqları ilə yanaĢmalar çağdaĢ ədəbiyyatĢünaslara  yeni-yeni 
fikirlərə və qənaətlərə gəlmək üçün əsas verir. Yaradıcılığında kifayət qədər çox 
istifadə  etdiyi  romantik  kinayə  vasitəsilə  yaĢadığı  cəmiyyətin  eybəcərliklərini 
tənqiddən  çəkinməyən  Cavid  dəyərlərimizə  sədaqət,  millətimizə  mədəniyyət 
aĢılayır. 
Qeyd edək ki, H.Cavid özündən əvvəlki tarixi, fəlsəfəni, mədəniyyəti və 
ədəbi  prosesi  dərindən  öyrənən  və  əsasən,  dünyəvi  məsələləri  həll  etməyə 
çalıĢan bir sənətkar idi. Bunun nəticəsidir ki, H.Cavidin ―Ġblis‖ mənzum faciəsi 
öz  orijinallığı,  fəlsəfi  dəyəri,  problemin  hərtərəfli  tədqiqi  baxımından 
Ġ.V.Hötenin  ―Faust‖,  C.Bayronun  ―Qabil‖,  M.Y.Lermontovun  ―Demon‖, 
K.Marlonun ―Doktor Faustun faciəli taleyi‖, F.M.Klinqerin ―Faust, onun həyatı, 
fəaliyyəti və cəhənnəmə atılması‖ əsərləri ilə bir səviyyədə dayanır. Odur ki, bu 
əsər haqqında  A.ġaiq belə demiĢdir:  ―Cavidin bütün  əsərləri içərisində ―Ġblis‖ 
qədər həyati və realist bir əsər yoxdur‖. 
Sənətkar əsərdə mifoloji motivlərdən məharətlə istifadə etmiĢdir. Belə ki, 
demonik  obraz  olan  Ġblisi  əsərinə  qəhrəmanı  seçməklə  H.Cavid  onun  xalq 
təfəkküründə məhz xtonik mənĢəli bir varlıq olaraq qəbul olunmasını, asanlıqla 
dondan-dona girə bilməsini, yəni transformasiyaya – dönəlgəliyə uğramasını da 
ustalıqla  verə  bilmiĢdir.  Ġblis  gözə  görünməyən  varlıqdır,  xtonik  zona  ilə 
bağlıdır, yeraltı ruhlar dünyası ilə əlaqəli bilgilərə sahibdir və insanları həmiĢə 
pis iĢlərə sürükləyir. Lakin Ġblis əsərdə rəmzi səciyyə daĢıyan bir surətdir, yəni 
dramaturq bütün sağlam düĢüncə sahibləri kimi Ġblis adlı, əlindən hər Ģey gələn, 
dünyadakı  bütün  insanları  vəlvələyə  salmağa,  zərərli  duyğu  və  düĢüncələr 
arasında sıxmağa, didməyə, çeynəməyə qadir olan bir qüvvə tanımır. H.Cavidin 
məqsədi  bu  qeyri-real  qüvvəni  yox,  insanların  özlərinin  arasında  dolaĢan  Ģər 
qüvvələri  ifĢa  etməkdir.  Ġblisi  lənətləyə-lənətləyə  özləri  iblislik  edənlərin 
üstündəki  məchulluq  pərdəsini  qaldırmaq,  onların  törətdikləri  həm  ―kiçik‖ 
miqyaslı  (qısqanclıq  üstündə  adam  öldürmək),  həm  də  çox  böyük,  qlobal 
miqyaslı  cinayətlərin  səbəbkarlarını  göstərməkdir.  Ġkinci  qisim  cinayətlərin 

Beynəlxalq  İpək Yolu  
 
 
142 
ölçüsü  daha  aydın  və  əyani  təsəvvür  edilsin  deyə  müəllif  neçə-neçə  ölkənin 
ordularının  iki  qütbə  bölünüb  bir-biri  ilə  ölüm-dirim  savaĢına  qalxdıqları 
Birinci  dünya  müharibəsinin  epizodlarını  canlandırır.  Əsərin  sonrakı 
pərdələrində  də  ustalıqla  əks  etdirilmiĢ  hadisələr  əsasında  oxucu  və  tamaĢaçı 
görür və inanır ki, dünyada baĢ verən irili-xırdalı müharibələr də buraya daxil 
olmaq  Ģərtilə,  bütün  Ģər  iĢlərin  mifik  və  mövhumi  qüvvələrə,  o  cümlədən  də 
Ġblisə  heç  bir  dəxli  yoxdur.  Bununla  belə,  əsərin  finalında  baĢ  vermiĢ 
münaqiĢələrdən salamat qalan surətlər yenə də Ġblisi lənətləyir və təkidlə onun 
cəzalandırılmasını tələb edirlər.  
Dörd  pərdəli  faciə  olan  ―Ġblis‖  əsərinin  mahiyyəti  ondadır  ki,  əsər 
oxucuda zülmə, Ģərə qarĢı nifrət oyadır və hər bir insanı vicdanının səsinə qulaq 
asmağa  vadar  edir.  ―Ġblis‖  oxucuya  nə  zamansa  qarĢılaĢdığı  iblis  təbiətli 
məxluqları  xatırladır,  fitnə  toxumu  səpən,  baĢqalarının  bədbəxtliyindən  kam 
alan  bəzi  çağdaĢlarımızı  əsərin  iĢığında  aydın  görmək  olur.  ―Ġblis‖  əsərinin 
gücü bir də bundadır ki, insana öz daxili  aləmini göstərir, onu öz xasiyyət  və 
xarakterini, hərəkət və adətlərini tənqidi surətdə nəzərdən keçirməyə sövq edir, 
haradasa  bir  insan,  yaxud  hadisəyə  münasibətdə  vicdanının  səsinə  qulaq 
asmadığı üçün onu təftiĢ edir, düzlüyə, fəal həyat mövqeyinə çağırır.   
Fikrimizi  Ümummilli  liderimiz  Heydər  Əliyevin  H.Cavid  sənətinin 
əbədiyaĢarlığı  haqqında  dediyi  müdrik  bir  fikir  ilə  tamamlamaq  istərdik: 
―Xalqımız,  millətimiz  nə  qədər  yaĢayacaqsa,  Hüseyn  Cavid  irsi  də  o  qədər 
yaĢayacaq və xalqımız ondan istifadə edəcək‖. 
Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin