1.2 İntranetlərin inkişafı və istifadəsi İntranetlərin inkişafı İntranetlər böyük təşkilatlarda daha sürətlə mənimsənilməkdədir. Bunun səbəbi aydındır.Böyük təşkilatlarda, bölmə və qrup sayları orta və kiçik miqyaslı şirkətlərə nisbətən daha çox olduğundan, təşkilatın içində məlumat adacıqları meydana gəlməkdədir. Bundan başqa, bölmə və qruplar arası ünsiyyət qopuqdur. Bunun əsas səbəbləri, fərqli sistemlərin bir-birləriylə uyğunsuzluğu və orta və kiçik müəssisələrə görə miqyasın fərqliliyidir. İntranetlərin quraşdırılması ilə, məlumat paylaşımı bütün təşkilata yayıla bilər və bölmələr və qruplar arası əməkdaşlıq,əlaqə artar.İntranet serverlərə istiqamətli potensial bazar, xarici web saytlarına istiqamətli server bazarından daha çoxdur. Statistikaya görə, şirkətlər hər bir xarici web server başına 10 ilə 20 intranet server qurmaqdadırlar.[14]
Netscape firmasına görə, bu nisbət böyük təşkilatlarda birə əlli kimi yüksək nisbətlərə çatmaqdadır. Netscape-in ümumi gəlirinin 75 faizini intranetlərlə bağlı satışlar təşkil edir. Zona Research tədqiqat mərkəzi də,satılan bütün Web serverlərdən təxminən olaraq 79 faizinin təşkilatın intranetlərində istifadə edildiyini bildirir.
1997ci illərə qədər istifadə edilən Web serverlərin 70 faizini pulsuz əldə edilə bilinən məhsullar meydana gətirməkdə idi (Apache Server). Son illərdə isə, Windows NT-ə söykənən serverlər böyük yol qət etmişdirlər.
İntranet istifadəçiləri məhsullardan, ən son HTML versiyalarını dəstəkləməsini,avtomatik olaraq irəliləyə bilməsini, eyni zamanda bir çox web browser müştərilərinə xidmət edilməsini,təşkilati verilənlər bazasına giriş və bütünləşməni, fərqli səviyyədə olan istifadəçilərin öhdəsinnən gələ bilmək üçün təhlükəsizlik xüsusiyyətləriylə möhkəmləndirilməsini, Web serverin istifadəsi və rəhbərliyi haqqında statistik hesabatlar təmin etməsini gözləməkdədir. Bu cür mövzular davamlı bir dəstəyi tələb edən və ümumiyyətlə pulsuz bazalı ("freeware") proqramlarla yerinə yetirilməkdədir.[33]
Bu faktorlar, ticarət məhsullarını ön plana çıxarmaqdadır.Dünyada nə qədər intranet olduğunu bilmək və bunların hansı sürətlə inkişaf etdiyini bilmək olduqca çətindir. Çünki,intranetlər şirkət daxilində istifadəyə təqdim edildiyindən, ümumiyyətlə şirkətlər bunlar haqqında danışıb məlumat verməyə çox könüllü deyillər. Lakin, web server və web browser istehsalçılarının söylədiklərinə görə, satışlarının çoxu intranetlərə istiqamətlidir.IDC şirkətinin"Collaborative Technologies"direktoru Ian Campbell, 1995-ci ildə 100,000 dən çox intranet web server olduğunu və bu ədədin 2000-ci ildə 4.7 milyon olacağını təxmin edirdi. Həmin şəxs, sırasıyla 1995, 1996 və 2000 illərindəki web browser sayını 10 milyon, 40 milyon və 180 milyon olaraq nəzərdə tuturdu. Bu rəqəmlər artımın dərəcəsini göstərməsi baxımından son dərəcə təəccüblüdür.