MüNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu


Təsərrüfatda hesablaşmaların və ödəmələrin həyata keçirilməsi



Yüklə 280,39 Kb.
səhifə13/29
tarix19.05.2022
ölçüsü280,39 Kb.
#58692
1   ...   9   10   11   12   13   14   15   16   ...   29
referat 387 (10)

Təsərrüfatda hesablaşmaların və ödəmələrin həyata keçirilməsi vəzifəsi ödəmələrin yerinə yetirilməsi prosesində vasitəçi rolunu oynayaraq bankları müştərilərin bir –biri arasında həyata keçirilməli olan hesablaşma və ödəmə ilə bağlı əməliyyatları icra edirlər. ETT –nin sürətli inkişafı nəticəsində demək olar ki, hər bir kommersiya müəssisəsinin bank hesabı vardır. Onun vasitəsilə o, ödənişlərini aparır və başqa subyektlərdən ödənişləri qəbul edir. Qeyd edək ki, təhlükəsizlik, operativlik, ucuzluq, bəzən qanunvericilik hesablaşmaların nağdsız formasının nüfuzunu artırmışdır.
Müştərilərlə kassa –hesablaşma xidməti vəzifəsi kommersiya banklarında müştərilərin qanunla müəyyən olunmuş qaydada nağd pula olan ehtiyacını ödəyir. Son zamanlarda banklar müəssisələrin ödənişlərinin inkassasiyasını və məxrəcinin aparılmasını da öz üzərinə götürmüşdür. Banklar artıq nağd pul yığılıb qaldığı halda bu vəsaiti qiymətli kağızlara qoyurlar. Müştəriyə nağd pul lazım olduğu halda isə əks əməliyyat həyata keçirirlər.
Emissiya təsisçilik və broker vəzifəsinin icrası dedikdə, banklar emissiya təsisçiliyini yerinə yetirərkən əmanətləri istehsal məqsədlərinə yönəldən vasitəçiyə çevrilirlər. Qiymətli kağızlar bazarı bank krediti sistemini tamamlayır və onunla qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bu qarşılıqlı fəaliyyət aşağıdakı kimi həyata keçirilir. Kommersiya bankları qiymətli kağızlar bazarının vasitəçilərinə, şirkətlərə və təsisçilərə qiymətli kağızların yeni buraxılışlarına abunə üçün ssuda verir. Həmin şirkət –təsisçilər isə qiymətli kağızları pərakəndə satış üçün banklara satır. Əgər qiymətli kağızları adına qeydiyyatdan keçirmiş şirkət –təsisçi özü satırsa, bu halda bank, abunəçiləri buraxılmış qiymətli kağızlarla təmin edir.
Bankların yerinə yetirdiyi broker vəzifəsi isə banklar müştərilərə broker xidmətini göstərərək dilerlərə müraciət etmədən səhm, istiqraz və s. qiymətli kağızları almaq imkanını verir. Banklar daşınmaz əmlaka broker əməliyyatlarını aparmaq, yaşayış və kommersiya tikililərini satıb sonradan onları maliyyələşdirir. Banklar broker firmaları ilə müqavilə bağlayaraq öz təşkilatlarında broker büroları yaradır. Bununla broker bank müştərilərinə, banklar isə brokerlərin biznes dairəsinə yaxınlaşır. Yaşayış yerini dəyişən insanlar “öz bankını” tapmamış , ev və kommersiya tikilisi axtararaq brokerə müraciət edir. O isə öz növbəsində müştərini banka səmtləndirir. Birbaşa faiz dərəcələri ilə əlaqədar olmayan brokerlər bankların partnyoruna çevrilir. Eləcə də banklar artıq bu əməliyyatlar üzrə ixtisaslaşmış broker firmalarını alır. Bankların inkişafında bu istiqamət xeyli əhəmiyyətli sayılır.

Yüklə 280,39 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin